Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   44   45   46   47   48   49   50   51   52

 
153 
pis oxuyanlarınkını isə qaldırır. Təhsil ödənişinin formaları da 
müxtəlifdir. Təhsil haqqı ölkə üzrə  əsasən hər semestrdə bir dəfə 
ödənilir.  
Çin mütəxəssisləri belə bir qanunauyğunluq üzə  çıxarmışdılar: 
ölkənin iri şəhərlərində adətən QTM-in bütün pillələri təmsil 
olunmuşdur. Məhz burada “təhsil imperiyaları” yaradılır, orta və kiçik 
şəhərlərdə ilkin pillə orta məktəbləri üstünlük təşkil edir, qəza və 
qəsəbə  mərkəzlərində  və  kənd yerlərində isə  əsasən ibtidai məktəblər 
cəmləşir.  
Çinin elitar şəxsi məktəblərində oxuyanların sosial tərkibinin 
analizi göstərmişdir ki, onlar, hər  şeydən  əvvəl, yeni sahibkarlar, 
yüksək rütbəli rəhbər işçilər, materikdə oxumaq istəyən Tayvanlı 
həmvətənlər mühitində  əmələ  gəlmiş müxtəlif dərəcəli tələbatlara 
cavab olaraq yaranmışdır. QTM kiçik siniflərə malikdir (25-35 nəfər), 
əsas diqqət ingilis dilinin 1-ci sinifdən öyrənilməsinə (dövlət 
məktəblərində bundan fərqli olaraq o, 3-cü sinifdən və daha az həcmdə 
tədris edilir), kompüteri mənimsəməyə, estetik tərbiyəyə  (əsasən, 
musiqi), fərdi qabiliyyətlərin inkişaf etdirilməsinə və s. ayrılır.  
Ümumiyyətlə isə, QTM Təhsil üzrə dövlət komitəsinin (Hazırda 
Təhsil Nazirliyi) və  əyalət, muxtar rayon və  mərkəz tabelikli şəhərlər 
(Pekin,  Şanxay və s.) səviyyəsində müvafiq idarələrin işləyib 
hazırladığı  tədris proqramına ciddi riayət etməlidir. Lakin, şagirdlərin 
fərdi ehtiyacları  və bazar tələbatları  nəzərə alınmaqla müxtəlif  əlavə 
kursların daxil edilməsi hesabına onlar təhsilin səviyyəsini artırmaq 
imkanına malikdirlər. Eksperiment keçirilən halda, onlara tədris 
proqramını da müstəqil müəyyən etmək icazəsi verilir, lakin bunun 
vacib şərti odur ki, onlar adminstrativ təhsil orqanları mütəxəssisləri ilə 
məsləhətləşməlidir.  
Dövlət bu təhsil müəssisələrində  təhsilin səviyyəsinə ciddi 
nəzarət edir, sistematik olaraq onların akkreditasiyasını  və 
attestasiyasını keçirir. 1997-ci ildə Çinin bütün qeyri-dövlət ibtidai və 
orta məktəbləri akkreditasiyadan keçmişlər. Ali təhsil müəssisələri ilə 
vəziyyət başqa cürdür: 1200-dən cəmi 21-i dövlət nümunəli diplom 
vermək hüququ almışlar.  
Tədris vəsaiti seçmək və mütəxəssislər yığımını 
müəyyənləşdirmək hüququ qeyri-dövlət ali təhsil müəssisələrinin özünə 
verilmişdir. Onların tədris proqramı yerli iqtisadiyyatın mövcud 


 
154 
ehtiyaclarına yönəldilə bilər ki, bu da dövlət təhsil müəssisələrinin 
buraxdığı boşluqları doldurmaq məqsədi güdür.  
Hər il Çində orta hesabla, ibtidai məktəbdə 140 mln. nəfər, orta 
məktəblərdə (iki pillədə) təxminən 60 mln. şagird, ali təhsil 
müəssisələrində isə 3 mln. tələbə  təhsil alır. Çində ali təhsil 
müəssisələrinin sayı mindən bir az artıqdır.  
Qeyd etmək lazımdır ki, Çin, əhalinin başlanğıc təhsilə  cəlb 
olunma vüsətinə görə əksər Asiya ölkələrini keçsə də, tələbələrin nisbi 
sayına görə onlardan xeyli geridə qalır. Bu qismən ÜDM-da təhsil 
xərclərinin payının nisbətən az – 3% qədər olması ilə izah olunur 
(hərçənd ki, bu göstərici artan tendensiyaya malikdir). Daha iki cəhəti 
də xatırlamaq yerinə düşərdi. Birincisi, Çində geniş yayılmış texniki 
peşə, pedoqoji və tibb məktəbləri  şəbəkəsi (4 mln.-dan artıq tələbə) 
mövcuddur, eləcə  də ümumi təhsilin davam etdirilməsinin müxtəlif 
formaları və yaşlıların peşə ixtisaslarının artırılması çox yayılmışdır (bu 
təhsil formaları 12 mln.-dan çox insanı  əhatə edir). Bundan əlavə
dövlət müəssisələrində işini itirmiş şəxslər üçün yenidən peşə hazırlığı 
sistemi də mövcuddur. İkincisi,  əhalinin peşə savadlığının və texniki 
ixtisasının artırılmasında kütləvi informasiya vasitələri, həmçinin 90-cı 
illərdə  kəndlərin demək olar ki, tam elektrikləşməsindən sonra 
kütləviləşən televiziyanın çoxsaylı maarifçilik proqlamları böyük rol 
oynayır. Çin Xalq Respublikasının azad və müstəqil sülhsevər xarici 
siyasətinin konkret təzahürlərindən biri təhsil sahəsində çoxtərəfli 
beynəlxalq mübadilələrin və  əməkdaşlığın həyata keçirilməsidir. 
Hazırda Çin dünyanın başqa ölkələrindən daha çox xaricə təhsil almağa 
tələbə göndərir. Son bir neçə ildə 300 min tələbə 103 ölkə  və rayona 
göndərilmiş, onlardan 110 mini təhsillərini başa vurub Vətənə 
dönmüşdü. Bununla yanaşı, Çin – hazırda təhsil almaq üçün kifayət 
qədər çox əcnəbi tələbə  qəbul edən ölkələrdən biridir. ÇXR-də  təhsil 
almaq  əcnəbilər arasında getdikcə daha çox populyarlaşır və bir çox 
Çin universitetləri  əcnəbi abituriyentləri artıq yalnız konkurs əsasında 
qəbul edirlər. Son 20 ildə 152 ölkədən 300 minə yaxın tələbə  qəbul 
edilmişdir. Hal-hazırda Çində müxtəlif ölkələrdən 80 min tələbə təhsil 
alır, onlardan 40% - Çinin paytaxtındadır. 2010-cu ilə  qədər təkcə 
Pekində 80 min əcnəbi tələbənin olacağı gözlənilir, yəni Pekin ali təhsil 
müəssisələrinin hər on tələbəsindən biri əcnəbi olacaq.  
Azərbaycanda Çinə aid olan hər  şeyə olan marağın artmasının, 
bütün sahələrdə ikitərəfli  əlaqələrin genişləndirilməsinin nəticəsi kimi 


 
155 
ÇXR ali təhsil müəssisələrində azərbaycanlı  tələbələrin sayı da 
çoxalmaqdadır. 1993-cü ildən ölkələrimiz arasında tələbə mübadiləsi 
həyata keçirilir. Hal-hazırda ÇXR-dən olan təxminən 200 tələbə 
Azərbaycanda təhsil alır və ölkəmizin 20-dən çox tələbəsi ÇXR-in 
müxtəlif ali təhsil müəssisələrində oxuyurlar.  
Ümumiyyətlə, Çinin bütün ali təhsil müəssisələri xarici ali təhsil 
orqanları ilə müxtəlif növ, o cümlədən müştərək tədqiqat işləri aparmaq 
sahəsində qarşılıqlı əlaqələr qurmuşlar.  
Orta çinli üçün daha yüksək təhsil pillələrinə çatmaq gümanı çox 
da böyük deyil: nəticədə bu imkandan, bir qayda olaraq, ən bacarıqlı 
tələbələr yararlana bilirlər. Ali təhsil müəssisəsinə qəbul olmaq isə hər 
bir yüksək pilləli orta məktəbin istedadlı  məzunu üçün əsl bayramdır: 
ayrı-ayrı universitetlərə müsabiqə bir yer üçün 200-300 nəfərə çatır. 
Çin ali təhsil sisteminin özəlliyi həm də ölkənin ali təhsil 
müəssisələrinin bir neçə iyerarxik kateqoriyaya bölünməsində üzə çıxır. 
Buraxılış imtahanlarında (ölkənin hər bir yerində eyni vaxtda keçirilir) 
qazandığı balın sayından asılı olaraq gələcək abituriyent ancaq yığılan 
bala müvafiq kateqoriyalı ali təhsil müəssisələrinə qəbul imtahanlarına 
buraxılış icazəsinə iddia edə bilər.  
Sadalanan cəhətlər Çin mədəni  ənənələrinə xas olan təhsil 
nüfuzunun saxlanması, eləcə  də ölkənin aparıcı ali təhsil 
müəssisələrinin xüsusi mövqeyi ilə izah olunur.  
Təhsil sistemi işçilərinin  əməyi yüksək qiymətləndirilir. 1997-
1998-ci ildə ÇXR-də müəllim və elmi işçilərin əmək haqqı növbəti dəfə 
əhəmiyyətli dərəcədə artırılmışdır. Ölkənin doqquz aparıcı 
universitetlərinin (Pekin, Tsinxua, Nankin, Fudan, Çjunşan və s.) 
professorlarının baza məvacibləri indi aylıq 500 dollar təşkil edir (digər 
universitet və ali təhsil müəssisələrindəki 250-300 dollara rəğmən), 
müəllim və elmi işçilər ev almaqda bir sıra güzəştlərə malikdirlər, bəzi 
əyalətlərdə elmi dərəcəsi olan şəxslərə ikinci uşağı dünyaya gəldikdə 
müxtəlif imtiyazlar nəzərdə tutulur. Bu zaman, ÇXR-də əmək haqqının 
miqdarını qiymətləndirərkən bu ölkədə  əsas istehsal malları    və 
xidmətləri qiymətlərinin çox aşağı dərəcəsini nəzərə almaq lazımdır. O, 
inkişaf etmiş ölkələrdəkindən ən azı üç dəfə aşağıdır.  
ÇXR-in daha bir xüsusiyyəti – ali təhsil müəssisələri tədris 
proqramında təbii-texniki və  tətbiqi fənnlərin böyük üstünlüyüdür 
(tələbələrin 60%-i; bu rəqəm ABŞ-da 14%, Hollandiyada 18%, 
Tailandda 22%, Yaponiyada 26%, Malayziyada 30%-dir). Beləliklə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə