Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir


Furye çevrilməsinin sıxılması və dartılması



Yüklə 4,24 Mb.
səhifə46/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
C fakepathreqemli emal muh

8.4. Furye çevrilməsinin sıxılması və dartılması


Siqnalın bir oblastda sıxılması digər oblastda onun dartılmasına gətirib çıxarır və əksinə (şək.8.8).





Şək.8.8. DFÇ-nin sıxılması və dartılması
Kəsilməz siqnallar üçün əgər siqnalının Furye çevrilməsidirsə, onda siqnalının Furye çevrilməsidir. Burada k – dartılmanı və sıxılmanı nizamlayan parametrdir. Əgər hadisə sürətlə baş verirsə (qısa zamanda baş verir), onda o, yüksək tezliklərdən ibarətdir. Əgər hadisə asta-asta baş verirsə (zamana görə dartılma), onda o aşağı tezliklərdən təşkil olunur.
Əgər zaman siqnalın sıxılması nəticəsində o,impulsa çevrilirsə, onda ona uyğun tezlik spektrinindartılması nəticəsində, o sabit siqnala çevrilir.Və əksinə, əgər zaman siqnalınındartılmasınəticəsində o, sabit siqnala çevrilirsə, onda ona uyğun tezlik spektrininsıxılması nəticəsində, o, impulsa çevrilir.
Diskret siqnallar özlərini analoji olaraq aparırlar. Lakin, burada bir neçə xüsusi məqam var. Tutaq ki, zaman oblastında olan impuls sıxılır (şək.8.8(a)). Onda ona uyğun olan tezlik spektri o qədər dartılır ki, əyrinin bir neçə qabarıq sahəsi 0.5 tezlikdən kənar çıxır (şək.8.8.(b)). Yəni, spektrin görünüşü dəyişir. Həmin problem zaman oblastında da mövcuddur. Əgər spektr möhkəm sıxılırsa (şək.8.8.(f)), onda zaman siqnalı qonşu dövrlərəkeçir (şək.8.8.(e)). İkinci məqam ondan ibarətdir ki, diskret siqnalın sıxılması və ya dartılması nə deməkdir? Diskret siqnal onu təsvir edən kəsilməz əyrinin sıxılması nəticəsindəsıxılır. Nöqtələr bu əyrinin üzərində yerləşir. Sonradan yeni alınmış N nöqtəni təyin etmək üçün bu sıxılmış əyri diskretləşdirilir. Analoji proses diskret siqnalın dartılmasında baş verir. Əgər siqnalın sıxılması nəticəsində əlavə nöqtələrdən istifadə olunursa, onda bu proses interpolyasiya adlanır. Əgər diskret siqnalın dartılması nəticəsində onun bütün nöqtələrindən istifadə olunmursa, onda bu proses desimasiya adlanır.
Əgər zaman siqnalının spektrini daha dəqiq almaq lazım gələrsə, onda interpolyasiyadan və ya izafi diskretizasiyadan (diskretləşdirmə addımı sıfıra yaxınlaşır) istifadə edərək zaman siqnalının nöqtələrinin sayını artırmaq lazımdır. Onda uyğun spektral əyri zaman siqnalının xüsusiyyətlərini daha dəqiq təsvir edəcəkdir (şək.8.9). Şək.8.9.(d)-də göstərilmiş əlavə rəqslər Gibs effekti ilə əlaqədardır. Bunun səbəbi tezlik oblastında tezliklərin bir-birinin üstünə gəlməsidir.



Şək.8.9. Zaman siqnallarının interpolyasiyası



Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə