Еlеktrik rabitə sistеminin struktur sхеmi 6 şəklində göstərilmişdir



Yüklə 4,24 Mb.
səhifə42/54
tarix11.09.2023
ölçüsü4,24 Mb.
#121631
1   ...   38   39   40   41   42   43   44   45   ...   54
C fakepathreqemli emal muh

7.3. Tezlik oblastında yığılma


Tutaq ki, giriş siqnalı və impuls xarakteristikası verilir və yığılmadan istifadə etməyərək, sistemin çıxış siqnalını təyin etmək lazımdır. Bundan ötrü giriş siqnalını və impuls xarakteristikasını tezlik oblastına çevirib, alınmış siqnalların hasilini tapıb, nəticəni zaman oblastına çevirmək lazımdır (şək.7.6). Yığılma iki DFÇ ilə, vurma isə tərs DFÇ ilə əvəz olunur. Baxmayaraq ki, aralıq addımlar



Şək.7.6. Tezlik oblastında yığılma


bir-birindən fərqlidir, alınmış nəticə standart yığılma alqoritmi ilə eynidir.


Bu alqoritmdən iki səbəbə görə istifadə edilir. Birincisi, yığılma riyazi baxımdan mürəkkəb əməliyyatdır. Tutaq ki, sistemin impuls xarakteristikası və çıxış siqnalı verilir. Onların əsasında sistemin girişini hesablamaq lazımdır. Bu əməliyyat yığılmanın tərsi (deconvolution) adlanır və onu zaman oblastında həyata keçirməyə çox çətindir. Lakin deconvolution əməliyyatını tezlik oblastında asanlıqla həyata keçirmək olar. Bu, sadəcə olaraq, tezlik siqnalların bir-birinə bölünməsidir.
Yığılmadan istifadə edilməməsinin ikinci səbəbi hesablamaların sürətidir. Hesabat zamanı çoxlu sayda vurma və toplama əməliyyatlardan istifadə elədiyinə görə yığılmanın standart alqoritmi çox ləng işləyir. Təəssüf ki, DFÇ-nin hesablanması üçün də çoxlu sayda əməliyyatlardan istifadə edilir. Lakin, 1960-cı illərin əvvəlində Sürətli Furye çevrilməsinin ixtirasından sonrabu problem aradan götürüldü (FFT). DFÇ-nin sürətli hesablanması üçün FFT yaxşı vasitədir. FFT-dən istifadə edərək tezlik oblastında vurma əsasında yığılma adi yığılmadan 100 dəfə sürətli olacaqdır. Adi yığılmanın hesablanması üçün saatlar lazım gəlirsə, FFT-nin köməyi ilə bu məsələ bir neçə dəqiqəyə həll olunur. Məhz bu səbəbdən siqnalları çox vaxt tezlik oblastında emal edirlər.
Tezlik oblastında siqnalların bir-birinə vurulması aşağıdakı kimi təyin edilir:

Polyar koordinat sistemində amplitudlar bir-birinə vurulur:

və fazalar toplanır:

Düzbucaqlı koordinat sistemində çıxış siqnalının həqiqi və xəyali hissələri aşağıdakı kimi hesablanır:

Sistemin tezlik xarakteristikasını, yəni hesablamaq üçün polyar koordinat sistemində amplitudlar və fazalar üzərində aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:

Düzbucaqlı koordinat sistemində analoji əməliyyatlar aşağıdakı kimi aparılır:




Yüklə 4,24 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə