Elektronika mühazirələr


Bipolyar tranzistorların quruluşu



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə11/136
tarix11.10.2023
ölçüsü3,73 Mb.
#126868
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   136
elektronika-muhazireler

Bipolyar tranzistorların quruluşu. 
Müxtəlif təyinatlı bipolyar tranzistorun
iş prinsipi elektron-deşik keçidin xassələrinə əsaslanmışdır. Strukturuna görə
bipolyar tranzistorlar iki tip olurlar: p-n-p və n-p-n. Əsas fərqləri ondan ibarətdir
ki, p-n-p tranzistorlarda keçiricilik deşiklərlə, n-p-n – tip tranzistorlarda isə
elektronlarla təyin olunur. İş prinsipi hər iki tip tranzistorlarda eynidir. p-n-p – tip
tranzistorlarda iki kənar oblast p keçiriciliyinə, orta oblast isə n keçiriciliyinə
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


malikdir, n-p-n – tip tranzistorda isə əksinə
.
Kənar oblastları uyğun olaraq E -
emitter və K – kollektor, orta oblastı isə B - baza adlandırırlar. Bu oblastlara,
tranzistoru sxemə qoşa bilmək üçün uyğun qaydada adlandırılan elktrodlar
lehimləyirlər.
Bipolyar tranzistor ən universal cihaz olub, istismarının əlverişliliyinə görə
daha geniş tətbiq tapmışdır. Bu tranzistorlar üç yarımkeçirici təbəqədən, iki
elektron – deşik (p-n) keçidindən və 3 elektroddan ibarət olan cihazlardır. 
Bipolyar tranzistorlarda hər təbəqə düzləndirməyən metal-yarım-keçirici
kontaktla xarici elektroda (çıxışa) birləşdirilmişdir.
Yuxarıda qeyd olunduğu kimi orta təbəqə (oblast) və ona uyğun olan
elektrod baza, kənar təbəqələr və onlara uyğun olan elektrodlardan biri kollektor,
digəri isə emitter adlanır. 
n-p-n – və p-n-p - tipli tranzistorların sxematik, sadələşdirilmiş təsviri və
qrafiki işarələri uyğun olaraq şək. 3.14, a və 3.14, b – də verilmişdir. Diskret
tranzistorların qrafiki işarəsi sxemlərdə dairəli və inteqral tranzistorların qrafiki
işarəsi isə dairəsiz verilir.
Xarici ədəbiyyat-da tranzistoru dairəsiz qrafiki işarəsi ilə
verirlər. Tranzistorda oxun istiqaməti onun emitterindən axan cərəyanın
istiqamətini göstərir. Bipolyar tranzistorun əsas xüsusiyyəti onun emitter, baza və
kollektor oblastlarında əsas yük daşıyıcılarının konsentrasiyasının qeyri bərabər
paylanmasıdır. Belə ki, emitterdə yüklərin konsentrasiyası maksimaldır.
Kollektorda emitterdə olduğundan bir qədər azdır. Baza da isə emitterdə və
kollektorda olduğundan dəfələrlə azdır.
Beləliklə aralıq oblastı deşik keçiriciliyinə, iki kənar oblastları isə elektron
keçiriciliyinə malik olan tranzistora n-p-n tip; aralıq oblastı elektron, iki kənar
oblastları isə deşik keçiriciliyinə malik olan tranzistora p-n-p tip tranzistor deyilir
.
Emitterlə baza arasında əmələ gələn birinci p-n keçid emitter keçidi adlanır və
xarici e.h.q. mənbəyinə düz istiqamətdə qoşulur. Baza ilə kollektor arasında
yaranan ikinci p-n keçid isə kollektor keçidi adlanır və mənbəyə əks istiqamətdə
qoşulur. p-n-p tipli tranzistorlarda cərəyanın daşınmasında əsas rol oynayan
deşiklər, n-p-n tranzistorunda isə elektronlardır. Bu tranzistorlarda keçiricilik hər
iki növ yükdaşıyıcıların – elektron və deşiklərin hesabına yarandığından belə
tranzistorlar bipolyar tranzistorlar adlanır.
Downloaded by Mehman Mammadov (mehman1986@gmail.com)
lOMoARcPSD|30503707


Normal halda tranzistorun keçidlərindən biri düz, o biri isə əks istiqamət-də
qoşulur. Düz istiqamətdə qoşulan keçid emitter keçidi, uyğun kənar hissə və ora
birləşdirilən çıxış (elektrod) emitter adlanır. Əks istiqamətdə qoşulan keçid
kollektor keçidi, uyğun kənar hissə və onun çıxışı kollektor adlanır.
Belə ki, n-p-n- tipli tranzistorda emitter və kollektor cərəyanları (I
е
və I
к
)
elektronlar, baza cərəyanı (I
b
) isə deşiklər hesabına yaranır; p-n-p- tipli tranzistorda
əksinədir. Belə ki, n-p-n tranzistorunda işçi yükdaşıyıcılar olan elektronların
yürüklüyü, p-n-p tranzistorunda olan işçi yükdaşıyıcıların yürüklüyündən 2-3 dəfə
çoxdur.

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə