ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   49   50   51   52   53   54   55   56   ...   59

-Siz mömin adama oxşayırsınız. Sizdən çox xahiş edirəm gələn dəfə  mənim üçün dua edin. Çünki 
mənim dua etməyə vaxtım yoxdur, işləməyim lazımdır. Adım Zöhrab Yusifdir. 
Ninonun gözlərindən yaş sel kimi axırdı. O, divanda oturub əllərini qoynuna qoyaraq, sifətini 
gizlətmədən ağlayırdı. Onun alt dodağı aşağı düşmüş, ağzı isə açıq idi. Yanaqları ilə burnu arasında 
dərin qırışlar görünürdü. O, hıçqırdıqca onun balaca bədəni titrəyirdi. Nino bir kəlmə belə söyləmirdi. 
Lakin onun kipriklərindən gələn parlaq yaş dənələri yanağına tökülüb sifətinə yayılırdı. Mən onun 
kədərinə  şərik olmuş halda Ninonun qabağında dayanmışdım. O, tərpənmirdi, gözlərinin yaşını 
silmirdi, dodaqları isə payız yarpağı kimi əsirdi. Onun əllərini ovuclarımın içinə aldım. Əlləri soyuq 
cansız və kiçilmiş idi. Onun yaşlı gözlərindən öpdüm və o, fikirli şəkildə mənə baxdı. 
-Nino, - deyə qışqırdım. Nino sənə nə olub? 
O,  əlini ağzına apardı, sanki ağzını bağlamaq istəyirdi. Lakin əlini aşağı salanda, əlinin üstündə diş 
yerləri aşkar görünürdü. 
-Əli xan, mən sənə nifrət edirəm. 
Onun səsində dərin bir dəhşət hiss olunurdu. 
-Nino, sən xəstələnmisən? 
-Yox, mən sənə nifrət edirəm. 
O, alt dodağını dişlərinin arasında sıxdı. Onun gözləri incimiş bir uşağın gözlərinə bənzəyirdi. Nino, 
tikə-tikə olmuş paltarıma, zolağ-zolağ olmuş qanlı çiyinlərimə vahimə ilə baxırdı. 
-Nino, nə olub axı? 
-Mən sənə nifrət edirəm. 
O, divanın küncünə qısıldı, baldırlarını özünə doğru qatlayaraq çənəsini dizlərinə dayadı. Onun göz 
yaşları bir anlığa dayandı. O, qəmli gözlərilə bir yabançıya baxan kimi mənə baxdı. De görüm nə 
etmişəm, Nino? 
O, ahəngsiz, xəyala dalmış tərzdə danışmağa başladı: 
-Sən mənə ürəyini açıb göstərdin, Əli xan. Mən valideynlərimin evində idim. Biz çay içirdik, bir ara 
Hollandiya konsulu bizi Top meydanındakı evinə dəvət etdi. O, Şərqin barbar dini mərasimlərini bizə 
göstərmək istəyirdi. Biz pəncərənin qabağında dayanıb yanımızdan keçən təəssübkeşlərin dalğasını seyr 
etməyə başladıq. Mən şeypur səsini eşitdim və vəhşiləşmiş sifətləri gördüm. Ürəyim bulandı. Konsul 
“işgəncə çılğınlığı” deyib pəncərəni bağladı, çünki bayırdan tər və çirk iyi gəlirdi. Biz birdən-birə vəhşi 
qışqırıqlar eşitdik. Tez eşiyə baxdıq və orada cır-cındır içində olan bir dərvişin özünü atın ayaqları 
altına atdığını gördük. Və sonra... Sonra konsul əlini uzadıb təəccüblə dedi: “Bu, o...?” lakin o, 
cümləsini bitirmədi. Mən onun işarə etdiyi yerə baxdım. İzdihamın içində sinə döyən və  zəncirlə 
kürəklərini zolağ-zolağ edən bir yerlini gördüm. O yerli sən idin, Əli xan! Mən fanatik bir barbarın 
arvadı olduğum üçün utanıb yerə girdim. Mən sənin bütün hərəkətlərini izləyirdim və konsulun 
acıyan baxışlarını hiss edirdim. Ondan sonra oturub çay içdik və yaxud yemək yedik – dəqiq yadımda 
qalmayıb. Mən güc-bəla ilə özümü orada saxladım, çünki bizi ayıran uçurum qəflətən gəlib gözlərimin 
qabağında durdu. Əli xan gənc Hüseyn bizim xoşbəxtliyimizi məhv etdi. Mən səni fanatik barbarların 
arasında görürəm və heç vaxt sənə başqa gözlə baxa bilməyəcəyəm. 
O, susdu və  kədərli tövrdə oturdu. Nino əzab çəkirdi, çünki mən öz vətənimi və dincliyimi 
gözəgörünməzdə tapmaq istəyirdim. 
-İndi nə olacaq, Nino? 
-Bilmirəm. Biz artıq xoşbəxt ola bilməyəcəyik. Mən buradan çıxıb uzaqlara getmək istəyirəm. Elə bir 
yerə getməliyəm ki, Top meydanındakı dəlini bir də görməyim və  təkrarən sənin üzünü görməyim. 
Əli xan, burax məni çıxım gedim. 
-Sən haraya gedəcəksən, Nino? 
-Eh bilmirəm - dedi və onun barmaqları kürəyimdəki yaralara toxundu. 
-Axı sən nə üçün belə elədin? 


-Sənə görə, Nino, amma sən bunu başa düşməzsən. 
-Yox, - deyə həyəcanlı şəkildə Nino cavab verdi –mən buradan o qədər yorulmuşam ki, çıxıb getmək 
istəyirəm. Bu çirkin Asiya mənə əzab verir. 
-Məni sevirsənmi? 
O, tərəddüdlə: “hə” deyə cavab verdi və  əllərini dizlərinin üstünə qoydu. Mən onu qucağıma alıb 
yataq otağına apardım. Onu soyundurub yerinə qoydum, O, dərin bir qorxu içində qarmaqarışıq şeylər 
söyləyirdi. 
-Nino, - dedim, bir-iki həftə döz, ondan sonra Bakıya evimizə gedəcəyik. O, yorğun halda başını 
tərpətdi və gözlərini yumdu. 
Yuxuya dalarkən  əlimi götürüb sinəsinə basdı. Uzun zaman onun yanında oturub ovucumun içiylə 
onun qəlbinin döyüntüsünü dinlədim. Sonra mən də soyunub onun yanına uzandım. Onun bədəni 
isti idi. O, uşaq kimi sol böyrü üstündə, dizlərini büküb, başını yorğanın altına salıb yatmışdı. 
Ertəsi gün Nino səhər erkəndən durdu. Üstümdən hoppanıb, hamamxanaya doğru getdi. Orada suyu 
şıppıldada-şıppıldada yuyunurdu, lakin mənim oraya girməyimə izin vermədi... Oradan çıxandan sonra 
gözlərini mənim baxışlarımdan qaçırdırdı. Onun əlində  məlhəmlə dolu bir qab var idi. O, təqsirini 
başa düşən adam kimi məlhəmi kürəyimdəki yaralara sürtdü. Sonra nəzakətlə dedi: 
-Sən özünü yox, məni döyməli idin, Əli xan. 
-Bacarmazdım, çünki bütün günü özüm-özümü döymüşdüm, artıq gücüm qalmamışdı. 
O, məlhəm qabını kənara qoydu. Xidmətçi çay gətirdi. Nino təlaşla çayını içirdi və pərt halda bağçaya 
baxırdı. Sonra birdən-birə gözlərimin içinə baxıb dedi: 
-Bunun mənası yoxdur, Əli xan. Mən sənə nifrət edirəm və İranda qaldığım müddətdə  də nifrət 
edəcəyəm. Nə edim, mən bunu tərgidə bilmərəm. Biz ayağa durduq. Bağçaya keçib fəvvarənin 
yanında oturduq. Tovuz quşu yellənə-yellənə qabağımızdan keçdi. Sonra atamın kareti gurultu ilə 
həyətə girib, evin kişilərə aid olan tərəfinə yanaşdı. Nino başını yana əydi və ürkəkcəsinə dedi: 
-Mən, nifrət etdiyim bir adamla da nərd oynaya bilərəm. 
Gedib nərdtaxtanı gətirdim və biz pərt və çaşqın halda nərd oynamağa başladıq. Sonra hovuza əyilib, 
hovuzdakı suda əksimizə tamaşa etdik. Nino əlini suya saldı və əksimiz balaca dalğalarda pozulub getdi. 
-Kədərlənmə, Əli xan. Mən sənə nifrət etmirəm. Mən bu yad ölkəyə və onun qəribə adamlarına nifrət 
edirəm. Elə ki, evimizə çatdıq, hər şey sürətlə keçib gedəcək. 
O, sifətini suyun üstünə qoydu və bir müddət belə saxladıqdan sonra başını qaldırdı. Su damlaları 
onun yanağından və çənəsindən süzülürdü. 
-Əli xan, əminəm ki, uşağımız oğlan olacaq, lakin o vaxta hələ yeddi ay qalıb – deyə Nino sözünü 
bitirdi. Onun üzündə qurur ifadəsi var idi. Mən onun üzünü sildim və soyuq yanaqlarını öpdüm. O da 
güldü. 
İndi bizim taleyimiz Azərbaycanın qızmar günəş altında yanan düzənliyindən keçib, neft qüllələrinin 
əhatəsində və düşmənin işğalı altında və işgəncələrə məruz qalan Bakıya tərəf irəliləyən alaylardan asılı 
idi. 
Uzaqlardan yenə müqəddəs şeypur səsi gəlirdi. Mən Ninonun əlini tutub, onu tez evin içinə apardım. 
Sonra qrammofonu gətirib Qunonun “Faust” operasından bir ariya çaldırdım. Bu, ən uca səsli val idi. 
Nino qorxu içində  mənə sarılarkən, mefistofelin qödrətli bas səsi uzaqlardan gələn şeypurun sönük 
səsini və “Şaxsey-Vaxsey” səslərini batırırdı. 
 
 
XXVII 
 
Ənvər paşanın ordusu payızın ilk günlərində Bakıya yürüş edib oranı tutdu. Bu xəbər bazarlara
çayxanalara və nazirliklərə yayıldı. Şəhərdəki son rus müdafiəçiləri ac-yalavac Bakıdan qaçıb dənizi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə