ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   51   52   53   54   55   56   57   58   59

aşmış, İran və Türküstana getmişdilər. Şəhərin qədim qalasının üzərində ağ hilallı qırmızı Türk bayrağı 
müzəffəranə dalğalanırdı. Arslan Ağa türklərin Bakıya girməsinə dair əfsanəvi şəkildə Tehran 
qəzetlərində yazılar çap etdirmişdi. Əmim  Əsəd-əs-Səltənə isə türklərə nifrət etdiyi üçün və eyni 
zamanda bununla ingilislərin qılığına girmək istədiyi üçün Tehran qəzetlərində çıxan yazıları qadağan 
etdi. Atam baş nazirin yanına getdi və baş nazir bir az tərəddüddən sonra Bakı ilə İran arasındakı gəmi 
rabitəsinin yenidən bərpa edilməsinə icazə verdi. Biz Ənzəliyə getdik və orada “Nəsrəddin” gəmisi ilə, 
azad edilmiş vətənləri olan Bakıya qayıtmaq istəyən yüzlərlə qaçqınları gəmiyə mindirib şəhərimizə 
yola düşdük. 
Bakı limanı başlarına hündür xəz papaq qoymuş əsgərlərlə dolu idi. İlyas bəy qılıncını sıyırıb gəmini 
salamladı və bir türk mayoru da xəfif İstanbul türkcəsini mümkün qədər bizim Türk ləhcəsinə 
uyğunlaşdırıb təntənəli bir nitq söylədi. Biz evimizə gəldiyimiz zaman onu təmamən dağılmış və qarət 
edilmiş halda gördük. Nino günlərlə, həftələrlə səhərdən axşama qədər evdar qadın rolunu ifa edirdi. 
O, dülgərlərlə mübahisə edir, günlərlə mebel dükanlarını gəzir və  dərin düşüncələr içində qaşlarını 
çataraq otaqlarımızın uzunluğunun və eninin ölçülərini çıxardırdı. Nino memarlarla gizli danışıqlar 
apardıqdan sonra, günlərin bir günü evdə  fəhlələrin səs küyünü, boya, taxta və suvaq iyi hiss etdim. 
Bütün bu gündəlik səs-küylü qarmaqarışıqlığın mərkəzində Nino dururdu. O, özünü bu işləri 
təmamən bilən bir adam kimi aparırdı. Çünki mebel, onların qoyuluşu və divar kağızlarının seçilməsi 
işində ona sərbəstlik vermişdim. 
Axşamlar isə  çəkinə-çəkinə, lakin eyni zamanda sevinc hissi ilə gün ərzində görülən işlərdən mənə 
məlumat verirdi: 
-Əli xan, mənə acığın tutmasın. Mən divan yerinə  əsl çarpayı sifariş vermişəm. Divar kağızları açıq 
rəngli olacaq, döşəməyə  də xalçalar salınacaq. Uşaq otağına isə ağ boya vurulacaqdır. Hər şey İran 
hərəmxanasından təmamən fərqli olacaqdır. 
Nino qollarını boynuma doladı və üzünü yanağıma sürtdü, çünki o vicdan əzabı çəkirdi. Sonra başını 
yana çevirdi, nazik dilini ağzından çıxardıb dodaqlarının üzərində gəzdirdi və dilini burnunun ucuna 
dəydirməyə çalışdı. Nino imtahan zamanı, həkimə müayinəyə gedəndə, yaxud dəfn mərasimində 
iştirak edəndə həmişə belə edərdi. Mən on məhərrəm gecəsini yadıma saldım və xalçaları ayaq altına 
salmaq, eləcə  də avropasayağı masa arxasında oturmaq mənə ağır gəlsə  də, Ninoya bu işlərdə tam 
sərbəstlik verdim. Mənim öhdəmdə isə damdan başqa bir şey qalmırdı. Çünki Nino damı yenidən 
qurmağı planlaşdırırmamışdı. 
Əhəng tozu və  fəhlələrin səs-küyü evi doldurmuşdu. Mən isə atamla evin damında oturub, başımı 
yana çevirərək günahkar adam kimi dilimi Nino kimi çıxardıb dodaqlarımın üzərində gəzdirdim.  
Atam çox nəzakətlə: 
-Eh, dünyanın işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç də asan olmadığı halda Nino 
özünü İranda yaxşı apardı. İndi növbə sənindir, Əli xan. Sənə dediyim sözləri yadından çıxarma: Artıq 
Bakı avropalaşıb. Özü də həmişəlik! 
Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir. 
-Bəs sən nə edəcəksən, ata? 
-Mən də İrana aidəm və  sənin uşağının doğumunu görən kimi İrana gedəcəyəm. Mən Şəmirandakı 
evimizdə yaşayıb, orada ağ divar kağızlarının və divan yerinə çarpayıların gəlişini gözləyəcəyəm. 
-Mənim isə burada qalmağım məsləhətdir, Ata. 
Atam “Bəli” deyərək ciddi bir şəkildə başını tərpətdi. 
-Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Lakin mənyeni bayrağımızı sevmədim. 
Şəhərin səs-küyü və şəhərdəki Allahsızlıq havası da xoşuma gəlmədi. 
O sakitcə başını aşağı saldı və bu anda qardaşı Əsəd-əs-Səltənəyə bənzədi. 
-Mən artıq yaşlıyam, Əli xan. Bütün bu yeniliklərə, dözümüm yoxdur. Sən isə  gəncsən və  cəsursan, 
sənin burada qalmağın lazımdır. Azərbaycan ölkəsinin sənə ehtiyacı var. 


 
* * * 
Alaqaranlıqda şəhərimizin küçələrində gəzişirdim. Sərt baxışlı türk patrulları tinlərdə keşik çəkirdilər. 
Mən türk zabitləri ilə söhbət etdim. Onlar mənə İstanbulun məscidlərindən, Tatlı-Sudakı yay 
gecələrindən söhbət etdilər. Köhnə qubernator binasının üzərində yeni Azərbaycan dövlətinin bayrağı 
dalğalanırdı. Parlament də  məktəb binasında yerləşirdi. Köhnə  şəhər elə bir yeni bir həyata qədəm 
qoymuşdu. Vəkil Fətəli xan baş nazir təyin olunmuşdu. O, qanunlar çıxardır, göstərişlər və  əmrlər 
verirdi. Şəhərdən rusları təmizləmək istəyən Şəmsi  Əsədullayevin oğlu Mirzə  Əsədulla xarici işlər 
naziri təyin olunmuşdu. O, kənar ölkələrlə müqavilələr bağlayırdı. İndiyə  qədər adət etmədiyim 
dövlət müstəqilliyi hissi məni də bürümüşdü. Mən yeni dövlət gerbini, yeni uniformaları və yeni 
qanunları sevməyə başladım. Həyatımda ilk dəfə idi ki, mən özümü öz vətənimin sahibi hiss edirdim. 
Ruslar utancaq halda yanımdan keçir keçmiş müəllimlərim də məni hörmətlə salamlayırdılar. 
Şəhər klubunda milli musiqi çalınır və xalq mahnıları oxunurdu. Yeni klub qaydalarına görə, kluba 
gələn hər kəs papağını çıxartmadan orada otura bilərdi. İlyas bəylə  mən cəbhədən qayıdan və ya 
cəbhəyə getməkdə olan türk zabitlərini təbrik edirdik. Türk zabitləri bizə Bağdad mühasirəsindən və 
Sina çölündəki hərbi yürüşlərdən söhbət edirdilər. Onlar Liviya çöllərinə, Qalisiyanın palçıqlı yollarına 
və Ermənistan dağlarının qarlı təpələrinə  bələd idilər. Müsəlmanlığın qadağan etdiyi qanuna məhəl 
qoymadan türk zabitləri şampan şərabı içir, Ənvər paşadan və damarlarında türk qanı axan bütün 
insanları bir bayraq altında birləşdirəcək Turan imperatorluğundan danışırdılar. Mən onların 
söhbətlərinə böyük heyrət və  həvəslə qulaq asırdım, çünki bütün bu valehedici mənzərə gözəl və 
unudulmaz bir yuxu qədər cazibədar idi. Böyük rəsmi keçid günü hərbi orkestrlər musiqi sədaları 
altında şəhərin küçələrindən keçirdilər. Sinəsi orden və medallarla dolu olan Ənvər Paşa at belində 
oturub hərbi hissənin əsgərləri qarşısında çıxış edib yeni bayrağımızı salamladı. Qürur və razılıq hissi 
bizi bürümüşdü. Biz sünnilərlə şiələr arasındakı bütün fərqləri unudub Ənvər Paşanın zərif  əllərini 
öpməyə  və Osmanlı xəlifəsi yolunda ölməyə hazır idik. Yalnız Seyid Mustafa qarışıqlıqdan uzaq bir 
küncə  çəkilmişdi. Onun simasında qəzəb və nifrət hissləri oxunurdu. O, Ənvər Paşanın sinəsini 
bəzəyən ulduzlar və ayparalar arasında xaçlı bolqar medalını da görmüşdü. Yabançı bir dinin 
simvolunu bir müsəlmanın sinəsində görmək Seyid Mustafanı çox qəzəbləndirmişdi. 
Hərbi keçiddən sonra İlyas bəy, Seyid Mustafa və mən bulvarda oturmuşduq. Ağaclardan payız xəzəli 
tökülürdü. Dostlarım yeni dövlətin əsas qanunları haqqında mübahisə edirdilər. Gəncə yaxınlığındakı 
hərbi döyüşlərdən, gənc türk zabitləri ilə etdiyi danışıqlardan və özünün müharibə  təcrübələrindən 
İlyas bəy belə  qərara gəlmişdi ki, vətənimizi rusların yeni işğalından qorumaq üçün ölkəmizdə  təcili 
olaraq avropasayağı islahatlar keçirilməlidir. 
İlyas bəy dedi: 
-Mən deyirəm ki, ölkədə qalalar tiksək, yollar salsaq və reformalar aparsaq da, yenə müsəlman olaraq 
qala bilərik. 
Seyid qaşqabağını tökdü, onun gözlərindən yorğunluq tökülürdü. 
O, soyuqqanlıqla dedi: 
-Bir addım da irəli get, İlyas bəy. De ki, adam şərab içsə də, donuz əti yesə də, yenə yaxşı müsəlman 
olaraq qala bilər. Çünki avropalılar çoxdan kəşf ediblər ki, şərab insanın sağlamlığı üçün xeyirlidir, 
donuz  əti də qidalıdır. Əlbəttə, insan bütün bu saydıqlarını edib yenə  də bir müsəlman olaraq qala 
bilir, amma cənnətin qapısında duran baş məlaikə buna inanmaq istəməyəcək. 
İlyas bəy güldü: 
-Təlim ilə donuz əti yemək arasında böyük fərq var, elə deyilmi?– dedi. 
-Lakin donuz əti yeməklə  şərab içmək arasında fərq yoxdur. Türk zabitləri açıq-aydın şərab içirlər
onların uniformalarında da xaçlı nişanlar var. 
Dostlarımın mübahisəsini dinləyirdim. Birdən Seyid deyə müraciətlə soruşdum. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə