ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   51   52   53   54   55   56   57   58   59

-Niyə, Əli xan? 
-Nino, xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, bu çölü və bu dənizi 
sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını və dar yollardakı məscidləri sevirəm. Mən Şərqdən 
uzaqlaşanda sudan çıxmış balıq kimi oluram. 
Nino bir anlığa gözlərini yumdu. 
-Çox təəssüf edirəm dedi. Səsi o qədər qəmli, o qədər kimsəsiz bir insanın tonuna bürünmüşdü ki, 
qəlbimi paraladı. 
Oturub Ninonun əlini ovuclarımın içinə aldım. 
-Nino, biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi, mən də Parisdə pərişan olacağam. 
Mən özümü orada yad bir qasırğaya, burulğana təslim olmuş kimi hiss edəcəyəm. Şəmirandakı 
hərəmxananı yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəcəyəm. Gəl 
elə burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə 
gedə bilmərəm. Çünki orada nə  məscid var, nə köhnə qala divarları və  nə  də Seyid Mustafa. Mən 
zaman-zaman Asiyanın ruhu ilə qidalanmalıyam ki,bizim ölkəmizə gələn bütün əcnəbilərə dözə bilim. 
Sən mənə məhərrəmlikdə nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm. Nə olursa-olsun 
mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm. 
Mən bunları dedikcə Nino susurdu. Sözümü qurtaran kimi o, mənə tərəf əyildi və əlləri ilə saçlarımı 
sığalladı: 
-Öz Ninonu bağışla, Əli xan. Mən çox böyük axmaqlıq etmişəm. Bilmirəm nəyə görə fikirləşdim ki, 
sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, bir daha Paris barədə söhbət etməyək. 
Sən Asiyalı şəhərini mühafizə et, mən də avropalı evimi. 
O, məni mehribanlıqla öpdü. 
-Nino, mənim kimi adama arvad olmaq çox çətindir? 
-Yox, Əli xan, heç də çətin deyil. 
O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom həqiqətən çox mehriban qadındı. 
Mən bilirdim ki, onun həyatının  ən gözəl xülyasını yoxa çıxarmışam. “Nino” dedim, – körpəmiz 
doğulduğu zaman səninlə birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik. Axı biz hələ toy 
səyahətinə çıxmamışıq. O səyahətdə sənin haradan xoşun gəlsə, bütün yayı orada qalarıq. Ondan sonra 
da hər il Avropaya gedərik. Amma evimin vətənimdə olmasını istəyirəm, çünki mən çölümüzün, 
şəhərimizin və günəşimizin övladıyam. 
-Bəli, dedi Nino. – Özü də  sən çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin qarnımda 
daşıdığım balam nə çölün, nə  də qumun övladı olmalıdır. Bu uşaq sadəcə,  Əli ilə Ninonun övladı 
olacaq. Razısan? 
-Bəli, razıyam – dedim. Bununla mən, bir avropalının atası olmağa razılıq verirəm...  
 
 
XXIX 
 
Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə qadınlarımızın yanına avropalı 
həkimlər çağırmazdıq. 
Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan danışırdı: Ananın doğum sancıları 
çox qorxunc bir hal aldığı zaman biz ona firuzə və almas tozu verirdik. Lakin bu tozların ona köməyi 
olmadı. Nəhayət sən dünyaya gəldiyin zaman mömin və cəsur olasan deyə, biz sənin göbək bağını evin 
gündoğanına baxan divarından qılıncla Quranın arasından asdıq. Sonra sən onu illərlə bir talisman 
kimi boynunda gəzdirdin və  xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına çatdığın zaman 
boynundakı göbək bağını çıxardıb atdın və o gündən etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi 
səndən uzaqlaşdırmaq üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu rəngləyib otağına 


buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra dağlardan bir müdrik adam gəldi və özü ilə 
bir inək gətirdi. Biz inəyi kəsdik və müdrik adam onun qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni 
götürüb inəyin qarnına saldı. Üç saatdan sonra səni oradan çıxardanda, bədənin qıpqırmızı idi. O 
gündən etibarən sən bir daha xəstələnmədin. 
Evin içindən boğuq və sürəkli nalə  səsləri gəlirdi. Mən yerimdə  hərəkətsiz oturmuşdum və bütün 
vücudum o səsə tabe olmuşdu. Nalə səsləri bir daha təkrar oldu, lakin bu dəfə daha uzun və acı bir 
səslə. Atam sakittərzdə dedi: 
-Bax indi o sənə  lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə  lənətlər yağdırır. Qədim 
zamanlarda qadın doğuşdan sonra bir qoç qurban edərdi. Doğan zaman yağdırdığı lənətlərin təsirini 
evdən çıxarmaq üçün, qoçun qanını əri ilə uşağının yatağına çiləyərdi. 
-Bu sancı nə qədər sürə bilər, ata? 
Beş, altı, bəlkə də on saat. 
Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat edən anamı yadına saldı. Atam 
birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz damın ortasında sərilmiş qırmızı namaz xalçalarına tərəf 
getdik. Xalçaların baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə baxırdı. Başmaqlarımızı çıxardıb, xalçanın 
üstündə oturduq. Sağ əlimizi sol əlimizin üstünə qoyduq. Atam dedi: 
-Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, həkimlərin gücündən daha 
üstündür. 
Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-rəhmanirəhim (Mərhəmətli və 
Rəhimli Allahın adı ilə).  
Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz üstə çöküb səcdə edərək alnımı 
yerə vurdum: 
-Əlhəmdülillahi rəbilaləmin  ərrəhmani-rəhim maliki yaumiddin (Dünyanın, Qiyamətin Rəbbi,  ən 
mərhəmətli, ən rəhimli Allaha həmd olsun). 
Xalçanın üstündə namaza davam edirdim və  əllərim üzümü qapamışdı. Ninonun qışqırığı get-gedə 
artırdı, lakin artıq onun təsirindən uzaq idim. Dodaqlarım namaz surələrini mexaniki bir şəkildə təkrar 
edirdi: 
-İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən mərhəmət diləyirik...) 
Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən atamın pıçıltısını eşidirdim: 
İhdinasiratal müstəqim, siratal lazinə anamta və  əleyhim (Bizi düz yolla, sənin mərhəmət 
göstərdiklərinin yolu ilə apar). 
Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum. 
Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı: 
Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla aparmadıqların...) 
Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz surələrini dönə-dönə təkrar etdik. 
Nəhayət namazı bitirib xalçanın üzərində bardaş qurub oturduq. Rəbbin otuz üç adını pıçıldaya-
pıçıldaya təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı qaldırıb, kiminsə gülər üzünü 
gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa qalxdım. Atamın mənə yönələn baxışlarını hiss 
edib, yavaş-yavaş pilləkənlərlə aşağı düşdüm. 
Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş tərəfinə keçdim. Ninonun 
gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, gülümsəyirdi. Nino sadə Azərbaycan dilində dedi: 
-Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki! 
Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu. Kimsə arxa tərəfimdən dedi ki
Əli xan onun yuxuya dalmasına icazə verməyin, mən onun qurumuş dodaqlarını sığalladım. Nino 
taqətdən düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir qadın çarpayıya yaxınlaşdı. O, mənə bir 
qundaq uzatdı. Onu alıb baxdığım zaman kiçicik barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir 
canlı “oyuncaq” gördüm. “Oyuncaq” ağzını açıb ağlayırdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə