ƏLİxan musayev şƏRİƏt risaləSİ TƏharət və namazin xülasəSİ


Hansı hallarda qüsl etmək bəyənilir?



Yüklə 0,84 Mb.
səhifə3/7
tarix23.01.2018
ölçüsü0,84 Mb.
#21924
növüXülasə
1   2   3   4   5   6   7
Hansı hallarda qüsl etmək bəyənilir?


1. Meyit yumuş adamın qüsl etməsi ;

Əbu Hüreyrə (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - rəvayət edir ki; «Meyiti yuyan qüsl etsin, onu daşıyan isə dəstəmaz alsın!»130

"Şübhə yoxdur ki, hədis səhihdir, lakin buradakı əmr bu əməlin müstəhəb olmasına dəlalət edir. Çünki, səhabələrdən varid olmuşdur ki, meyiti yuduqdan sonra onlardan bəziləri qüsl etmiş, digərləri isə etməmişdir."131

[Bu əmr vacib olsa idi Peyğəmbər - səllallahu aleyhi və səlləm - qüsl etməyən səhabələrə öz etirazını bildirərdi.]
2. Həcc və ümrə ziyarəti məqsədilə Məkkə şəhərinə daxil olmazdan əvvəl ihram libası geymək üçün qüsl edilməsi;

ibn Ömər (r.a) hər dəfə Məkkəyə gəldikdə səhərə qədər zi-Tuva adlı yerdə gecələyər, sonra qüsl edib Məkkəyə daxil olardı. O, rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - də belə edərdi.132


3. Yenidən cinsi əlaqəyə girmək üçün qüsl etmək;

Əbu Rafi (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - belə etdiyini

rəvayət etmişdir.133
4. İstihazə134 olan qadınınhər bir namazı qılması üçün qüsl etməsi;

Aişə (r.a) rəvayət edir ki, Ummu Həbibə135 (r.a) yeddi il istihazə oldu və bu haqda Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - soruşdu. O: «Bu bir tərdir» – deyib qüsl etməyi ona əmr etdi. Ummu Həbibə də hər namaz üçün qüsl edərdi.136

"Burada qüsl etmək üçün qeyd olunan əmr mütləqdir və təkrar etməyə dəlalət etmir. Ola bilsin ki, o, bunun vacib olmasını başa düşmüş və hər namaz üçün qüsl etmişdir. Şafii demişdir: «Peyğəm­bər - səllallahu aleyhi və səlləm - ona qüsl edib namaz qılmağı əmr etmişdir. O isə əlavə olaraq hər namaz üçün qüsl etmişdir».

əl-Leys ibn Səd, Muslimin rəvayətində belə demişdir: «Peyğəm­bə­rin - səllallahu aleyhi və səlləm - ona (Ummu Həbibəyə (r.a) hər na­maz üçün qüsl etməyi əmr etdiyini ibn Şihab qeyd etməmişdir. Bu, yalnız onun (Ummu Həbibənin (r.a) ictihadı nəticəsində) etdiyi hərəkətdir.» İcmanın da rəyi belədir ki, istihazə halında olan qadına hər namaz üçün qüsl etmək vacib deyildir."137


Qüslün rüknləri
Qüslün iki rüknü (əsası, tərkib hissəsi) var ki, onların hər ikisini yerinə yetirərək edilən qüsl düzgün sayıliır. Onlar aşağıdakılardır:
1. Niyyət etmək;

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Əməllər niyyətlərə görədir…»138


2. Bədənin hər yerinə (su dəyməmiş cüzi bir hissə saxlamamaq şərtilə) su çatdırmaq.

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə su töküb, sol əli ilə övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri139 ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Axırda isə ayaqlarını yudu.»140


Qüsl etməyın qaydası
Allah dərgahında qəbul olunan etdiyi qüsl iki növdür:

1. Vacib qüsl. Yəni, niyyət edib bədənin hər yerinə su çatdır­maq­la onu tərtibsiz (ardıcıllıq olmadan) yumaq. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.
2. Kamil qüsl. Yəni, niyyət etdikdən sonra [bismilləh] deyib əlləri yumaq. Sonra cinsiyyət üzvünü yumaq. Sonra dəstəmaz almaq.141 Sonra üç dəfə başa su töküb əl ilə onu saçların dibinə çatdırmaq. Sonra bədənin qalan yerini üç dəfə142 yumaq. Sonra isə ayaqları yumaq (Yəni, Peyğəmbərin - səllallahu aleyhi və səlləm – etdiyi kimi qüsl etmək).

Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri143 ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu.»144

Bədən üzvlərindən biri tənziflə sarınmış və ya gips qoyulmuş müsəlman dəstamaz almaq və qüsl etmək istədikdə sağlam üzvləri yumalı, sarınmış xəstə üzvün üstünə isə məsh çəkməlidir. Əgər məsh etmək yaraya ziyan edərsə bu vaxt təyəmmüm etmək lazımdırdir.
Qüsldən sonra dəstəmaz almaq:

Qüsldən sonra dəstəmaz alıb almamaq ondan əvvəlki niyyətlə bağlıdır. Qüsldən əvvəl olan niyyət isə dörd qismə bölünür.



1. Qüsl və dəstəmazı niyyət edib qüsl etmək dəstəmazı da əvəz edir.
2. Yalnız qüslü niyyət edib qüsl etmək də dəstəmazı əvəz edir.

Hər iki rəy aşğıdakı ayə və hədislə əsasnadırılıb:145

Uca Allah buyurur:


«Əgər cinsi əlaqədə olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin).»146

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Əməllər niyyətlərə görədir…»147


3. Dəstəmazsız qəbul olmayan ibadəti (namaz və s.) niyyət edib qüsl etmək də dəstəmazı əvəz edir.
4. Dəstəmazsız yerinə yetirilməsi caiz olan ibadəti (Quran oxumaq, məsciddə etikaf148 etmək və s.) niyyət edib qüsl etmək isə dəstəmazı əvəz etmir.149


Təyəmmüm
Lüğəti mənada qəsd etmək (yönəlmək), dində isə (istilahi mənada) təmiz torpağa qəsd edib onunla üz və əlləri məsh etmək deməkdir.150

Uca Allah buyurur:




«Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldi­yiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün151

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə