ƏLİxan musayev şƏRİƏt risaləSİ TƏharət və namazin xülasəSİ



Yüklə 0,84 Mb.
səhifə2/7
tarix23.01.2018
ölçüsü0,84 Mb.
#21924
növüXülasə
1   2   3   4   5   6   7

Yerin təmizlənməsi

Əgər namaz qılınan yerdə olan nəcis maye halındadırsa onun təmizlənməsi həmin yerə su tökməklə və ya günəş şüaları altında müəyyən müddət qalmaqla olur.

Əgər nəcis maye halında deyilsə onu həmin yerdən kənar­laşdırıb yerinə su tökməklə təmizləmək lazımdır.

Ənəs ibn Malik rəvayət edir ki, «Bir bədəvi27 gəlib məscidin içini (ora su başına çıxmaqla) batırdı. Səhabələr onu qovub məsciddən çıxarmaq istədikdə Peyğəmbər - səllallahu aleyhi və səlləm – icazə vermədi. Sonra onun batırdığı yerə bir qab su tökməyi əmr etdi və ora su töküldü»28

Günəş şüaları altında müəyyən müddət qalmaqla yerin təmizlənməsinə Əbu Hənifənin, ibn Teymiyyənin, ibn Üseyminin və bir çox islam alimlərinin rəyini əsas gətirmək olar.29

Libasın təmizlənməsi
Libasın üzərinə murdar şey düşərsə onu təmizlənənə qədər su ilə yumaq lazımdır. Uca Allah buyurur:


«Libasını təmizlə»30

Əsma bint Əbu Bəkr rəvayət edir ki, bir qadın gəlib Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedi: «Ey Allahın elçisi! Bizdən birinin libasına heyz31 qanı bulaşarsa o nə etsin? Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: Sizdən birinin libasına heyz qanı bulaşarsa onu su ilə sürtüb yusun…»32

Qeyd etmək lazımdır ki, südəmər (yalnız südlə qidalanan) oğlan uşağının sidiyi düşən paltarın üzərinə su çiləməklə kifayətlənmək olar.

Ummu Qeys bint Mihsan əl-Əsədiyyə (r.a) rəvayət edir ki, o, südəmər oğlunu gətirib Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dizinin üstünə qoydu və uşaq onun paltarına sidik ifraz edib onu batırdı. Peyğəmbər - səllallahu aleyhi və səlləm - paltarının üzərinə yalnız su səpdi və onu yumadı»33

Qeyd etmək lazımdır ki, murdar şeyə bulaşmış ayaqqabını torpağa sürtməklə də (tam təmizlənənə qədər) təmizləmək olar.

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən biriniz məscidə gəldiyi zaman ayaqqabısının altına baxsın, əgər o nəcasətə bulaşmışsa onu yerə (torpağa) sürtsün (təmizləsin)…»34



Subaşına çıxmağın ədəbləri
1. Subaşına çıxan şəxs elə yer seçməlidir ki, insanlar onun nə özünü görə bilsinlər, nə orqanizmdən qazburaxma zamanı ehtimal olunan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyini duya bilsinlər;

əl-Muğirə ibn Şöbə rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - ilə səfərdə idim. O subaşına çıxmaq üçün (gözdən itənədək) məndən uzaqlaşdı….»35


2. Ayaqyoluna daxil olduqda aşağıdakı duanı oxuyub daxil olmaq müstəhəbdır (bəyənilir);

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - ayaq­yoluna daxil olduqda: «Allahummə inni əuzu bikə minə-l-xubsi və-l-xəbais!» (Allahım, şeytanlardan36 və onların şərindən37 sənə pənah aparıram!) – duasını oxuyardı.»38


3. Ayaqyolundakı adam heç nə danışmamalı, salam verib-almamalı, zərurət olmadan çağırana cavab verməməlidir;

Abdullah ibn Ömər rəvayət edir ki; «Peyğəmbər - səllallahu aleyhi və səlləm - subaşına çıxmışdı, bir kişi gəlib ona salam verdi və o, bu salama cavab vermədi.»39


4. Subaşına çıxan şəxs qibləyə təzim etmək, onun ehtiramını gözləmək naminə üzünü və ya arxasını qibləyə çevirməməlidir;

Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Ayaqyolunda üzünüzü və ya arxanızı qibləyə yönəltməyin, yalnız şərqə və ya qərbə tərəf yönəlin!40»41

Əbu Əyyub (r.a) rəvayət edir ki: «Biz Şama gəldikdə, orada təha­rətxanaların42 üzü qibləyə bina edildiyini gördük və Allahdan bağışlan­mamızı diləyərək bacardığımız qədər o təharətxanalar­dan uzaqlaşdıq»43
5. Subaşına çıxan şəxs bədəninə nəcis və sidik dəymə­sindən özünü gözləməlidir;

Abdullah ibn Abbas (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - iki qəbrin yanında dayanıb dedi: «Bu qəbirdəkilər günah etdiklərinə görə əzab çəkirlər: onlardan biri sidik ifraz etdikdə ondan (üzərinə sıçramasından) özünü qorumazdı...»44


6. Subaşına çıxan şəxs insanların gedib-gəlmək üçün istifadə etdikləri yollardan və istirahət etmək üçün nəzərdə tutulan yerlərdən kənara çəkilməlidir;

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «İki lənət olunandan çəkinin! Səhabələr: Ey Allahın elçisi! İki lənət olunanlar kimlərdir? – deyə soruş­duqda o dedi: Bu, insanların gedib-gəlmək üçün istifadə etdikləri yollara və dincəlmək üçün kölgələndikləri yerlərə subaşına çıxan şəxsdir.»45


7. Subaşına çıxan şəxs axmayan durğun sulara, özünün çimdiyi suyun içinə nəcis və ya sidik salmamalıdır;

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Heç biriniz axmayan durğun suya sidik ifraz etməsin və (sidik ifraz etmişsə) onunla yuyunmasın!»46


8. Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Subaşına çıxan şəxs yalnız iki şərtlə bunu edə bilər;

a) Sidiyin paltarına və ya bədəninə sıçramayacağına əmin olduqda;

b) Başqalarının onun ayıb yerlərini görməyəcəyinə əmin olduqda.

Huzeyfə (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - divarın arxasında ayaq üstə subaşına çıxdığını rəvayət etmişdir.47


9. Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə48 təmizlənməlidir;

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - ayaqyoluna getdikdə mən və mənim kimi bir uşaq onun üçün su49 və daş aparardıq. O isə su ilə təmizlə­nərdi»50


10. Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;

Əbu Qətadə əl-Haris ibn Rabi əl-Ənsari (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: Sizdən biriniz sidik ifraz etdikdə sağ əli ilə cinsiyyət üzvündən tutmasın, yuyunduqda51 da sağ əli ilə yuyunmasın…»52


11. Ayaqyolundan çıxdıqda aşağıdakı duanı oxumaq müstəhəbdır (bəyənilir);

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - ayaqyolundan çıxarkən «Ğufranəkə» deyərdi.»53

Duanın tərcüməsi: Allahım, Səndən bağışlanma diləyirəm!
12. Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müstəhəbdır (bəyənilir).

Bir çox islam alimləri Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - rəvayət olunan hədisləri araşdırıb müqayisə etdikdən sonra bu qənaətə gəlmişlər.54


Dəstəmaz
Dəstəmaz kəlməsi iki cür izah olunur:

Lüğəti mənası təmizlik deməkdir. Dində isə (istilahi mənada) dörd əzanı xüsusi formada təmizləməklə Allaha ibadət etməyə deyilir.55

Uca Allah buyurur:

«Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (dirsəkləriniz qə daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız qa daxil olmaqla) yuyun…»56

Nüeym əl-Muğmir Əbu Hüreyrədən (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Qiyamət günü ümmə­timin dəstəmaz suyu dəydiyi üzləri, əlləri və ayaqları nur saçacaq.»57

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, sevimli Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - : «Möminin bər-bəzəyi dəstəmaz suyunun dəydiyi əzalarındadır» – dediyini eşitdim.58

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Sizdən birinizin dəstəmazı pozulduqda dəstəmaz almayınca Allah onun (dəstə­mazsız qıldığı) namazını qəbul etməz»59
Dəstəmazın şərtləri
Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm etməlidir:

1. Müsəlman olmaq;

Uca Allah buyurur:




«Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman…»60
2. Həddi-büluğa çatmaq (bəzi alimlərin rəyinə görə);

3. Ruhi xəstə olmamaq;

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs…»61


4. Təmiz su tapmaq;

Əbu Hureyrə (r.a) rəvayət edir ki, bir kişi gəlib Peyğəm­bərdən - səllallahu aleyhi və səlləm - soruşdu: «Ey Allahın elçisi! Biz dənizə çıxdığımız zaman özümüzlə az miqdarda su götürürük. Onunla dəstəmaz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə dəniz suyu ilə dəstəmaz ala bilərikmi? Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: Dənizin suyu təmizdir və içərisində ölmüş su heyvanları da halaldır.»62


5. Niyyət etmək;

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Əməllər niyyətlərə görədir…»63


6. Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq və əzalarda quru yer saxlamamaq;

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - bir nəfərin dəstəmaz alıb dabanlarını tam yumadığını görüb dedi: «Qayıt dəstəmazını tamamla64»65


7. Bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);

Əli ibn Əbu Talib (r.a) deyir ki, məndən çoxlu məzi ifraz olu­nurdu. Peyğəmbərin - səllallahu aleyhi və səlləm - kürəkəni olduğum üçün bunun hökmünü ondan soruşmağa utanırdım. Ona görə də əl-Miqdad ibnu-l-Əsvədi (r.a) bu məsələnin hökmünü öyrənmək üçün onun yanına göndərdim. Rəsulullah - səllallahu aleyhi və səlləm -: «Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın» – deyə cavab verdi.66


8. Sidik və ya nəcisdən azad olmaq.

Aişə (r.a) rəvayət edir ki, «Mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm -: "Yemək gətirildiyi zaman, həmçinin öndən və arxadan çıxanı67 dəf edərək (zorla sax­layaraq) namaz qılınmamalıdır" – dediyini eşitdim»68


Dəstəmazın vacibləri
Dəstəmaz aldıqda yerinə yetirilməsi vacib olan altı əməl var ki, bunlar da aşağıdakılardır:

1. Bir dəfə üzü (ağız və burun daxil olmaqla)69 yumaq;

2. Bir dəfə əlləri dirsəklərə qədər (dirsəklər qə daxil olmaqla) yumaq;

3. Bir dəfə başı (qulaqlar da daxil olmaqla)70 məsh etmək;

4. Bir dəfə ayaqları topuqlara qədər (topuqlar qa daxil olmaqla) yumaq;

5. Bu hərəkətləri ayədə qeyd olunduğu kimi ardıcıl (tərtiblə) etmək;

* Cabir ibn Abdullahın (r.a) rəvayət etdiyi hədisdə Peyğəm­bər - səllallahu aleyhi və səlləm - «…Həqiqətən Səfa və Mərva71 Allahın əlamətlərindəndir72, mən də Allahın başladı­ğından başlayıram deyib Səfa dağına qalxdı…»73

Bir çox islam alimləri bu hədisin ümumi ləfzindən nəticə çıxarmışlar ki, dəstəmazda Allahın buyurduğu tərtiblə olma­lıdır.74

* Peyğəmbərin - səllallahu aleyhi və səlləm - necə dəstəmaz aldığını nəql edən səhabələrin hamısı onun ayədə xatırlanan ardıcıllıqla dəstəmaz aldığnı rəvayət etmişlər.75


6. Bu əzaları yuyarkən böyük fasilə verməmək.

Ömər ibnu-l-Xəttab (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - bir nəfərin dəstəmaz alıb dabanlarını tam yumadığını görüb dedi: «Qayıt dəstəmazını tamamla»76

Başqa rəvayətdə: «Peyğəmbər - səllallahu aleyhi və səlləm – ona, qayıdıb yenidən dəstəmaz almağı əmr etdi»77

Dəstəmaz əsnasında (normal hava şəraitində) verilən fasilə istənilən əzanın qurumasına səbəb olarsa yenidən dəstəmaz alınmalıdır. Peyğəmbər - səllallahu aleyhi və səlləm - də bu səbəbdən ona yenidən dəstəmaz almağı əmr etdi.


Dəstəmazın bəyənilən əməlləri (sünnələri)
1. Dəstəmaza başladıqda «bismilləh» demək78;

Əbu Hureyrə (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm – rəva­yət etmişdir: «Dəstəmazsız namaz qılmayın, "bismilləh" demədən dəstəmaz almayın!»79


2. Misvakla dişləri təmizləmək;

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Ümmətimə əziyyət olmasaydı, hər namaz üçün dişlə­rini misvakla təmizləməyi onlara əmr edərdim»80


3. Dəstəmaza başladıqda əlləri yumaq;

Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəm­bərin - səllallahu aleyhi və səlləm - dəstəmazı kimi dəstəmaz aldı: qabdan su töküb üç dəfə əllərini yudu…81



4. Barmaqların arasını yumaq;

Sələmə ibn Qeys əl-Əşgəi (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Dəstəmaz aldıqda əl və ayaq barmaqlarının arasını yu!»82


5. Sıx saqqalın dibinə su çatdırmaq (seyrək saqqalın dibinə suçatdırmaq isə vacibdir);

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dəstəmaz alarkən su götürüb onu saqqalının dibinə çatdırdı və dedi: «Rəbbim mənə belə əmr etdi»83


6. Əzaları iki və ya üç dəfə yumaq;

Amr ibn Əbu-l-Həsən Abdullah ibn Zeyddən (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dəstəmazı haqqında soruşdu. O, bir qab su istədi və Peyğəm­bərin - səllallahu aleyhi və səlləm - dəstəmazı kimi dəstəmaz aldı: qabdan su töküb üç dəfə əllərini yudu. Sonra sağ əli ilə qabdan su götürərək üç dəfə ağzını yaxaladı və burnunu (burnuna su alıb çıxarmaqla) təmizlədi. Sonra üç dəfə üzünü, iki dəfə də qollarını dirsəklərə qədər yudu, sonra əllərini suya saldı və yaş əllərini başının önündən arxasına doğru və əksinə çəkməklə bir dəfə məsh etdi və daha sonra ayaqlarını yudu.84


7. Əzaları sağ tərəfdən başlayaraq yumaq;

Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm geyindikdə, daran­dıqda, yuyunduqda və hər bir işində sağdan başlamağı xoşlayardı»85


8. Dəstəmazdan sonra aşağıdakı duanı oxumaq;

Ömər ibnu-l-Xəttab (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - rəvayət etmişdir: «Sizdən biriniz dəstəmaz aldıqdan sonra bu dua­nı oxuyarsa: "Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə muhammədən abduhu va rasuluhu"- onun üçün Cənnətin səkkiz qapısı açılar və o istədiyi qapıdan daxil olar.»86

Duanın tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir».
9. Suyu israf etməmək.

Əlinin (r.a) nəvəsi Məhəmməd rəvayət edir ki, o, atası Hüseyn (r.a) və bir dəstə camaat Cabir ibn Abdullahdan (r.a) qüsl haqqında soruşdular. O dedi: «Bir saa87 kifayət edər». Bir kişi: «Mənə kifayət etmir» – dedikdə, Cabir ona: «Səndən çox saçı olan və səndən də xeyirlisinə (yəni Peyğəmbərə - səllallahu aleyhi və səlləm -) kifayət edərdi» – deyib sonra bizə imamlıq edib namazı qıldırdı.88


Dəstəmazı batil edən amillər
1. Ön və arxa ifrazat çıxışlrından xaric olan sidik, nəcis, məzi, yel, istihazə halında gələn qan və s.

Uca Allah buyurur:



«…ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdi­yiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin…»89

Əli ibn Əbu Talib (r.a) deyir ki, məndən çoxlu məzi ifraz olu­nurdu. Peyğəmbərin - səllallahu aleyhi və səlləm - kürəkəni olduğum üçün bunun hökmünü ondan soruşmağa utanırdım. Ona görə də əl-Miqdad ibnu-l-Əsvədi (r.a) bu məsələnin hökmünü öyrənmək üçün onun yanına göndərdim. Rəsulullah - səllallahu aleyhi və səlləm -: «Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın» – deyə cavab verdi.90

Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (r.a) rəvayət edir ki, namaz qılarkən nəfsinə şübhə91 düşən bir kişi barəsində Peyğəmbərə - səllallahu aleyhi və səlləm - şikayət edildikdə o dedi: «Səs eşitməyincə və ya iy hiss etməyincə namazı tərk etməsin»92

Qeyd: Arxadan çıxan səssiz və iysiz hava da dəstəmazı batil edən amildir.

Aişə (r.a) rəvayət edir ki, Ummu Həbibə93 (r.a) yeddi il istihazə94 oldu və bu haqda Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - soruşdu. O: «Bu bir tərdir» – deyib yuyunmağı ona əmr etdi. Ummu Həbibə də hər namaz üçün yuyunardı.95

Qeyd etmək lazımdır ki, istihazə olan qadına hər namaz üçün qüsl etmək vacib deyil. Bir dəfə (heyzdən təmizləndikdən sonra) qüsl edib sonra isə yalnız dəstə­maz almaq kifayətdir.
2. Dərin yuxuya getmək və ya huşu itirmək;

Safvan ibn Assal (r.a) rəvayəi edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - bizə, səfərə çıxdığımız zaman üç gün üç gecə ərzində (yüngül və yaxud ağır) subaşına çıxdıqdan və yuxudan oyandıqdan sonra xuffu96 ayağımızdan çıxarmamağa97bizə rüxsət verər, yalnız cənabət halında98 onları çıxarmağı bizə əmr edərdi.99



3. Dəvə əti yemək;100

Cabir ibn Səmura (r.a) rəvayət edir ki, bir kişi gəlib Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - soruşdu: «…Dəvə əti yedikdən sonra dəstəmaz alımmı? O dedi: Bəli, dəvə əti yedikdən sonra dəstəmaz al!…»101

Cabir ibn Səmura (r.a) rəvayət edir ki, biz dəvə əti yedikdən sonra dəstəmaz alardıq, qoyun əti yedikdən sonra isə dəstəmaz almazdıq.»102
4. Övrət yerinə bilavasitə toxunmaq. (Bəzi alimlərin rəyinə görə).

Busra bint Safvan (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Cinsiyyət orqanına bilavasitə toxunan dəstə­maz alsın!»103

Talq ibn Ali (r.a) Peyğəmbərdən - səllallahu aleyhi və səlləm – namaz­da cinsiyyət orqanına toxunan dəstəmaz almalıdırmı? Deyə soruşdu. O dedi: «Xeyr, o səndən olan bir ət parçasıdır»104
Bu iki hədisi cəm edib aşağıdakı nəticəni çıxartmaq olar:

«Şəhvətlə və ya şəhvətsiz cinsiyyət orqanına toxunan şəxsin dəstəmaz alması müstəhəbdir. Şəhvətlə cinsiyyət orqanına toxunan şəxsin dəstəmaz almasının vacib olması rəyi də çox güclü rəydir, lakin mən bunu qətiyyətlə dəstəkləmirəm. Ehtiyat üçün isə dəstəmaz alsın.105»

İbn Teymiyyədən soruşdular: «Cinsiyyət orqanına əlinin iç hissəsi və barmaqları ilə toxunan şəxsin dəstəmazı pozu­lurmu?» O dedi: «Onu qəsd etməyibsə dəstəmazı pozulmur.»106
Dəstəmazı batil etməyən amillər 107
1. Ön və arxa ifrazat çıxışlarından başqa bədənin istənilən yerindən çıxan qan və s;

2. Qadına şəhvətlə və ya şəhvətsiz bilavasitə toxunmaq;

3. Odda bişmiş yeməkdən yemək;

4. Dəstəmazın pozulmasına şəkk etmək;

5. Qəh-qəhə ilə gülmək;

6. Meyitə toxunmaq;

7. Qusmaq;

8. Mürgüləmək;

9. Murdar şeyə toxunmaq; (murdar şeyə toxunduqda onu su ilə təmizləmək kifayətdir)
Dəstəmaz almağın qaydası
Dəstəmaz alan şəxs ürəyində dəstəmaz üçün niyyət edib dəstəmaz almaq istədiyini fikrindən keçirməli, bunu dillə deməməlidir. Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - nə dəstəmaz alandan, nə namaz qılandan, nə də hər hansı başqa bir ibadətdən qabaq niyyət edərkən niyyətini dillə deməmişdir (həcc və ümrə ziyarəti müstəsnadır). Allahın adını çəkib, yəni (bismilləh) deyib əlləri üç dəfə yumaq. Sonra üç dəfə ağzını yaxalamaqla burnuna su çəkib qaytarmaq və üzünü üç dəfə bir qulağından o birinədək eninə və başının tüklü yerindən başlamış çənənin (və ya saqqalın) aşağısı­na­­dək uzununa yumaq.108 Sonra hər iki qolunu üç dəfə barmaqların ucundan dirsəklərə qədər (dirsəklər də daxil olmaqla) sağ qoldan başlamaq şərtilə yumaq.109 Sonra yaş əllərlə başa məsh etmək. Yəni əlləri isladıb başın qabaq hissəsindən (alının sonundan) arxa­sınadək (boyunadək) çəkmək, sonra başladığı yerə qaytarmaq. Sonra şəhadət bar­maqlarını qulaqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qulaqlara məsh etmək. Sonra ayaqları üç dəfə barmaqların ucundan topuqlara qədər (topuqlar da daxil olmaqla), əvvəl sağ, sonra sol ayağı yumaq.110 Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt nahiyəsinə suyun çatmasına diqqət yetirilməlidir. Dəstəmaz alıb qurtardıqdan sonra aşağıdakı duanı oxumaq.

"Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu"

Duanın tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir».
Qüsl
«Qüsl»- niyyət etməklə əzaların tam yuyulması deməkdir.111

Qüslü vacib edən hallar
1. Cinsi əlaqədən sonra (əlaqədə olanların hər hansı birindən, yaxud hər ikisindən sperma xaric olmamışsa belə), şəhvət hissi keçirmək nəticəsində yuxulu və ya ayıq olarkən sperma xaric olmuşsa. Uca Allah buyurur:


«Əgər cənabətli halda olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin).»112

Peyğəmbərin - səllallahu aleyhi və səlləm - zövcəsi Ummu Sələmə (r.a) rəvayət edir ki, Əbu Təlhənin(r.a) zövcəsi Ummu Suleym (r.a) Peyğəmbərin - səllallahu aleyhi və səlləm - yanına gəlib dedi: «Ey Allahın elçisi! Həqiqətən, Allah haqqı soruşana utanmağı əmr etmir. Məgər qadın pollyusiya113 halında qüsl etməlidir?» Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Bəli, əgər məninin114 əsər-əlamətini (paltarında və ya bədə­nində) görübsə qüsl etməlidir»115


2. Heyz (aybaşı) və nifasdan (doğuş qanından) təmizlən­dikdən sonra;

Aişə (r.a) rəvayət edir ki, Əbu Hübeyşin qızı Fatimə (r.a): «Mən davamlı istihazə116 oluram. Buna görə namazımı tərk edimmi?» – deyə Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - soruşdu. O dedi: «Xeyr, o bir tərdir heyz deyil, lakin adətin üzrə heyz olduğun günlər namazları tərk et, sonra isə qüsl edib namazını qıl»117

Səhabələrin və islam alimlərinin rəyinə görə nifasla heyzin hökmü eynidir.118

Qeyd etmək lazımdır ki, qadın heyz və ya nifas müddətdə buraxdığı namazların qəzasını qılmamalı, orucların isə əksinə qəzasını tutmalıdır.

Muazə bint Abdullah (r.a) rəvayət edir ki, mən Aişədən (r.a): «Nə üçün heyzli qadın orucun qəzasını tutur, namazın qəzasını isə qılmır?» – deyə soruşdum. O məndən: «Sən Hərurisən119?» – deyə soruş­duqda, mən: «Xeyr, Həruri deyiləm, lakin öyrənmək üçün soruşuram» – cavabını verdim. Aişə dedi: «Biz heyzli olarkən oruc və namazı tərk edir, sonra isə yalnız orucun qəzasını tutmağa əmr olunardıq»120

3. Cümə gününün qüslü;121

Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Cümə namazına gələn qüsl etməlidir"»122

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Cümə gününün qüslü hər bir həddi buluğa çatana vacibdir"»123
4. Ölüm: Vəfat etmiş müsəlmanın meyiti qüsl olunmalıdır (şəhidlər müstəsnadır);

Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, «Bir kişi Ərafada124 mindiyi heyvanın üzərindən yerə düşdü və boynu sındı. (Vəfat etdikdən sonra) Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Onu sidr qatılmış su ilə yuyub iki sarğı (kəfən) ilə sarıyın. Onu ətirləməyin və başını da örtməyin həqiqətən, o, Qiyamət günü təlbiyə125 edərək həşr ediləcək126127

Cabir (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Onları (Uhud döyüşündə şəhid olanları) qanlı-qanlı (qüsl etmədən) dəfn edin!.."»128
5. İslam dininə daxil olmaq.

Qeys ibn Asim (r.a) rəvayət edir ki, İslam dinini qəbul etmək istədikdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - ona qüsl etməyi əmr etdi.129



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə