Elm dunyasi 7 mehi++2++++ Layout 1



Yüklə 23,26 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix08.11.2018
ölçüsü23,26 Mb.
#79426
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

58
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
5. Kristallik bərk cisimlər üçün giqant foto‐
termo‐deformasiya effektinə malik materiallar sinfi
aşkar edilmiş, kiçik amplitudlu işiq impulsları ilə
idarə olunan və işiq enerjisini nanometrdən bir
neçə mikron məsafələrə qədər mexaniki xətti
hərəkətə çevirən aktyuator işlənmişdir.
6. Fermi səviyyəsi yaxınlığında topoloji dolu
hallara malik geniş məlum olan nümunə kimi
götürülmüş bismut halkogenid yarım 
keçirici 
lə 

rində, qeyri‐maqnit defekt və aşqarlar səpil mə ‐
sindən topoloji qorunmuş hallar üçün xarakterik
olan helikoidal spin teksturasına malik yüksəkdə
duran dolmamış elektron hallarının mövcudluğu
göstərilmişdir. 
Müəlliflik şəhadətnaməsi və patentlərinin sayı:
4 müəlliflik şəhadətnaməsi və 2 Yaponiya patenti
Kadr hazırlığı:
elmlər doktorlarının sayı: 1; 
fəlsəfə doktorlarının sayı: 
Təltif və mükafatları:
AMEA‐nın Rəyasət Heyətinin Fəxri Fərmanı
İşlədiyi illər
Təşkilatın adı
Vəzifəsi
1975–1994
AMEA-nın Fizika İnstitutu
Laborant, kiçik elmi işçi, böyük
elmi işçi, aparıcı elmi işçi
1994–1998
Naqaoka Texnoloji Univer-
siteti, Yaponiya
Professor
1998–2005
Osaka Prefektura Univer-
siteti, Yaponiya
Professor
2005–2010
AMEA-nın Fizika İnstitutu
Laboratoriya rəhbəri
2010–2013
AMEA-nın Fizika İnstitutu
Direktor müavini
2013 – indiyədək
AMEA-nın Fizika İnstitutu
Direktor
Əmək fəaliyyəti haqqında qısa məlumat:
Nəcəfov İsmət Məhəmməd oğlu 
21 yanvar 1933‐cü ildə anadan olub.
Azərbaycan Dövlət Universitetini (indiki
BDU) bitirib. 
Fizika‐riyaziyyat elmləri doktoru, profes 

sordur.
Elmi əsərlərinin sayı 171, xaricdə çap olunan
əsərlərinin sayı 70‐dir.
30 iyun 2014‐cü ildə “fizika” ixtisası üzrə
AMEA‐nın müxbir üzvü seçilib.
Əsas elmi əsərlərinin siyahısı: 
1. О поляризационныхэффектах при тор‐
мозном излучении фотона электроном./ Вест‐
ник Московского Университета. 1958. №3.
с.139.
2. Образование е+е‐ пары фотоном,поляри‐
зованным по кругу.// ЖЭТФ 1959.т. 36. с.337.
3. Рассеяние g‐кванта в поле ядра с обра‐
зованием е+е‐ пары и нескольких фотонов
(поляризованных).// Ядерная физика. 1970.
т.12. с.557.
4. Многофотонное поляризованное тор‐
мозное излучение. //Ядерная физика. 1970.
т.11. с.136.


59
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
5. Процесс двухфотонного тормозного из‐
лучения электрона в поле ядер конечных раз‐
меров.//Известие АНСССР. 1974. т.38. с.2194.
6. Спиновые корреляции электрона и g‐
кванта в процессе тормозного излучения в
кристаллах. //Известие АНСССР. 1977. №10.
т.41. с.2104.
7. Исследование электромагнитного ливня
поляризованных частиц в кристаллах.//Изве‐
стие АНСССР. сер.физич. 1990. №9. т.54.
с.1853.
8. К теории генерации поляризованного
мионно‐фотонного ливня в кристаллах при
различных начальныхусловиях.//Известие
РАН,сер.физ. 2007. т.71. №9. С.1345.
9. Исследование влияния распределения
зарядов ядра и атомных электронов на про‐
цесс поляризованного тормозного излучения
электрона в кристаллах.// Известие РАН.
сер.физич. 2009.т.73.№9.с.1369.
10. Поляризованные неупругие процессы
в кристаллах с учетом нового реального рас‐
пределения зарядов ядра и атомных электро‐
нов//Известие РАН. сер.физич. 2011. т.75.
№7.с.1984.
11. M.Nəcəfov “Müasir klassik elek 
tro 
di 

namika”. Dövlət universitetlərinin bakalavr və
magistrləri üçün.
Əsas nəticələri:
1956‐cı ildə zəif qarşılıqlı təsirlərdə fəza
cütlüyünün pozulması kəşf  edildi (Li Janq,W u).
Bu böyük kəşfdən nəticə kimi çıxır ki, nüvələrin
b±‐parçalanmasında yaranan elektronların spini
hərəkət istiqamətində yönəlməlidir (uzununa
polyarizasiya). Belə elektronların polya riza siya ‐
sını müəyyən etmək üçün ən asan üsul onların
nüvə sahəsində yaratdığı tormozlanma şua 

lanmasının polyarizasiyasını ölçməkdən ibarətdir.
Bununla əlaqədar MDU‐nun Nəzəri fizika
kafedrasının aspirantı İ.M.Nəcəfov yönəlmiş
spinə malik elektron və g‐kvantın nüvə sahə ‐
sində yaratdığı tormozlanma şüalanması və
elektron‐pozitron cütünün fotodoğulması pro ‐
seslərini tam nəzəri tədqiq etdi və ilk dəfə olaraq
zərrəciklərin spin hallarını nəzərə almaqla çox
fundamental nəticələrə nail oldu. Bu proseslərdə
tormozlanma fotonunun, elektronun və po zit ‐
ronun polya 
rizasiya dərəcəsi üçün mühüm
düsturlar alındı və onların elektron sürət lən ‐
diriciləri tətbiqi müəyyən edildi. Nəcəfovun aldığı
nəticələr ilk pioner işi idi və o bunu 1958‐ci ildə
Leninqradda “Nüvə spektroskopiyası və atom
nüvəsinin quruluşu” (N.Sp.atom N.Q.) – 8‐ci
Beynəlxalq konfransda məruzə etdi. Nəcəfovun
aldığı nəticələr ən məşhur nəzərriyyəçi fizik
Daysonun və digər alimlərin Mak Voy, Banarye,
Fronstal, Überal və s. işlərində bu və ya digər
xüsusi halda təkrar və təsdiq edilmişdir. İ.M.Nə ‐
cəfov sonra nüvəyə nöqtəvi qüvvə mərkəzi kimi
yox, mürəkkəb quruluşa malik sistem kimi
baxaraq onun həm elastik form‐faktorlarını ( F
1,2
(q2)), həm də qeyri‐elastik struktur funksi yalarını
(W1,2 (q2, pq)) nəzərə almaqla məsələni
genişləndirmiş və tamamlamışdır. İ.M.Nəcəfov
çoxfotonlu (2‐qat, 3‐qat, 4‐qat) tormozlanma
şualanması və nüvə sahəsində g‐kvantın е+е‐
cütü və bir neçə fotonu yaratması proseslərini
nəzəri araşdırmış və konkret nəticələrlə yanaşı
(spin effektləri), bu proseslərdə ümumi qa 

nunauyğunluq tapmışdır. İ.M.Nəcəfov ilk dəfə
kristal mühitdə yüksək enerjili zərrəciklərin
polyarizasiyasını nəzərə alaraq kristalda tor 

mozlanma şualanması və е+е‐ cütünün foto ‐
doğulması proseslərinin tam nəzəriyyəsini
ver mişdir. Onun kristal mühitdə tormozlanma
fotonu, elektron və pozitronun polyarizasiyası
üçün verdiyi düsturlar dünyanın 14 ölkəsində
sürətləndiricilər üçün işçi düsturları olmuşdur
(bax: SLAC‐156 colabration Stenford Univer 

siteti). İ.M.Nəcəfov ilk dəfə kristal mühitdə
yaranan elektromaqnit leysanının kaskad
nəzəriyyəsini vermiş və leysan zərrəciklərinin
polyarizasiyasını nəzərə almaq üsulunu təklif
etmişdir. Onun 50‐dən artıq məqaləsi dünyanın
ən böyük elmi mərkəzi ABŞ Stenford Uni 

versitetinin və SLAC Beynəlxalq mərkəzinin elmi
fonduna daxil edilmişdir. İ.M.Nəcəfov 40‐dan
artıq Bey nəlxalq konfransda çıxış etmişdir və bu
konfrans lardan  birisini  –  “Nüvə spek tros kopiyası
və atom nüvə sinin quruluşu” – 38‐ci Beynəlxalq
kon fransın 1988‐ci ildə Bakıda keçirilməsinin təş ‐
kilatçısı ol muş və konfransa həmsədrlik etmişdir.


Yüklə 23,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə