Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə71/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   67   68   69   70   71   72   73   74   ...   121

143 
 
Бу  ойунларда  идманчыларымызын  ялдя  етдийи  наилиййятляр  ися  тарихимизин  сящифяляриня  гызыл 
щярфлярля йазылмышдыр. 
ХХВЫЫ-йай  олимпийа  ойунларынын  бокс  йарышларында  Азярбайжан  Республикасыны    тямсил 
едян беш идманчыдан   икиси олимпийа халлары газанмышлар. Руслан Хаиров (67 кг) В йер, Вцгар 
Ялякбяров (75 кг) ЫЫЫ йер тутмушдур. 
 Вцгар Ялякбяровун   qазандыьы бцрцнж медал Азярбайжан тарихиндя бокс цзря юлкямизя 
эятирилян илк олимпийа медалы иди. 
ЫЫЫ-Олимпийа ойунлары 21-24 сентйабр  1904-жц ил (АБШ-Сент-Lуис). 7 чяки дяряжясиндя: ян 
йцнэцлвари,  йцнэцлвари,  йарымйцнэцлвари,  йцнэцл,  йарыморта,  орта  вя  аьыр  чякидя  49  боксчу 
йарышлара гошулмушлар. Бу идманчыларын щамысы АБШ-нын нцмайяндяляри иди. Тяшкилаты сябябляря 
эюря başqa ölkələrin idmançıları Sent-Luisə gələ bilməmişdirlər və olimpiya bayrağı altında faktiki 
olaraq ABŞ-ın boksçuları mükafatları öz aralarında bölüşdürmüşlər. 
IV    Olimpiaya  oyunları  24-27  oktyabr  1908-ci  il  (Böyük-Britaniya),  boks    yarışları  5  çəki 
dərəcəsində:  yüngülvari,  yarımyüngül,  yüngül,  orta  və  ağır  çəkidə  keçirilmişdir.  Cəmi  42  boksçu 
mükafat uğrunda mübarizə aparmışlar. 
Böyük Britaniya -39 nəfər. Danimarka -1 nəfər, Fransa-1nəfər,Avstralya -1 nəfər. 
Bütün  mükafatları  Böyük  Britaniyanın  boksçuları  qazanmışlar.  Yalnız  orta  çəkidərəcəsində 
avstraliyalı Reçinald Beyker gümüş medal qazanmışdır. 
  1912-ci ildə də Stokholm Olimpiya Oyunlarına boks daxil edilmişdir. 
  1916-cı ildə Olimpiya oyunları I dünya müharibəsinə görə keçirilməmişdir. 
VII Olimpiya Oyunları, 21-24 avqust 1920-ci il (Belçika-Antverpen). 
1920-ci  ildən  başlayaraq  Olimpiya  boksu  daimi  status  alır.  Bu  olimpiya  oyunlarında  11 
ölkənin  114  bksçusu  8  çəki  dərəcəsində  yarışmışlar.  Qeyri  rəsmi    komanda  hesabında    Böyük 
Britaniyanın boksçuları I ,ABŞ II, Kanada III olmuşdur. 
VIII Olimpiya Oyunları 15-20 avqust 1924-cü il (Fransa-Paris). 
Paris olimpiadasına 26 ölkədən 241 bokçu toplaşmışdır.Ölkələrin sayı bu dəfə daha çox idi. 
VIII- olimpiya oyunlarından başlayaraq hər çəki dərəcəsində yalnız bir nəfər boksçu çıxarıla bilərdi. 
I yer: ABŞ 6 medal, II yer: Böyük Britaniya 4 medal, III-yer: Argentina 4 medal. 
IX Olimpiya Oyunları. 7-11 avqust 1928-ci il (Niderland-Amsterdam). 
Amsterdamda  24  ölkədən  148  boksçu  var  idi.  Yarışlar  olimpiya  sistemi  ilə  keçirilmişdi. 
Döyüşdə məğlub olan boksçular yarışlardan çıxarılırdı. Müstəsna hal olaraq yarımfinal görüşlərində 
məğlub olmuş boksçular III yer uğrunda mübarizə aparmaq üçün növbəti döyüşə buraxılırdılar. 
Bu yarışlarda bütün 8 çəki dərəcəsinin hüdüdları dəqiqləşdirildi və olimpiya turnirləri üçün 3 
raund (hər raund 3 dəqiqədən) döyüş formulası müəyyən edildi. 
Qeyri rəsmi komanda hesabında İtalya -25 xalla I yer 4 medal (3-0-1), Argentina -24 xalla II 
yer 4 medal (2-2-0) və ABŞ-14 xalla III yer 3 medal (0-1-2) tutmuşdur. 
 X- Olimpiya oyunları 9-13 avqust 1932-ci il (ABŞ- Los Anceles). 
 Olimpiya  Boks  turnirində  18  ölkənin  boksçusu  mükafatlar  uğrunda  yarışlara  qoşulmuşlar, 
nəticədə ABŞ idmançıları 29 xal- 5 medal (2-0-3) I yer. Argentina 19 xal -3 medal (2-1-0) II yer və 
Cənubi Afrika İttifaqı idmançıları 18 xal- 3 medal (2-0-1) III yer qazanmışlar. 
XI Olimpiya oyunları 11-15 avqust 1936-cı il (Almaniya- Berlin). 
XI Olimpiya oyunlarında 30 ölkədən 183 boksçu iştirak edirdi. 
Berlin Olimpiyadasında ilk dəfə olaraq Val Barker Kuboku təsis edilir.Bu kubokun sahibi ən 
yüngülvari çəkidə III- yer tutmuş, ən texnikalı boksçu amerikalı L.Lauri olmuşdur. 
Bu  boks  turnirində  Almaniya  5  medal  (2-2-1)  28  xalla  I  yer.  Argentina  4  medal  (1-1-2)  23 
xalla III yer, Fransa 2 medal (2-0-0) 17 xalla III yer. 
İkinci Dünya müharibəsi ilə əlaqədar Olimpiya oyunlarında 12 illik fasilə yaranmışdır. 
XIV Olimpiya Oyunları 7-13 avqust 1948-ci il (Böyük Britaniya-London). 
London  ikinci  dəfə  Olimpiya  Oyunlarının  mərkəzi  olmuşdur,  36  ölkənin  206  boksçusu 
yarışlara qoşulmuşdur. 
Qeyri  rəsmi  komanda  hesabında  Cənubi  Afrika  İttifaqının  boksçuları  hamıdan  çox  xal 
qazanmışlar. Onlar 2 qızıl, 1 gümüş və 1 brunc medal əldə edərək I yer tutmuşlar. II yerə İtalyanlar-


144 
 
5 medal (1-2-2) və Argentinalılar 3 medalla (2-0-1) III yerə çıxmışlar. 
XV Olimpiya Oyunları 28 iyul-2 avqust 1952-ci il (Fillandiya -Helsinski). 
1952-ci  ildə  Sovet  boksçuları  ilk  dəfə  Olimpiya  rinqinə  çıxmışlar.  Bu  olimpiya  oyunlarında 
boksçular 10 çəki dərəcəsində yarışmışlar. 
Proqrama yeni çəki dərəcələri I yarımorta və I orta çəki əlavə olunmuşdur. 
XV  Olimpiya  Oyunlarında  III-IV  yerlər  üçün  keçirilən  əlavə  döyüş  ləğv  edilir.Yarımfinal 
görüşlərində uduzan hər iki boksçu III yerlə təltif olunur. 
Orta çəki dərəcəsində  Maçar boksçu Yasio Parr  II dəfə Olimpiya çempionu adını qazandı. 
ABŞ- 35 xalla I yer (5-0-0) 5 medal 
SSRİ- 24 xalla II yer (0-2-4) 6 medal 
 
Finlandiya -21 xalla III yer (1-0-4) 5 medal 
XVI Olimpiya Oyunları 23 noyabr-1 dekabr 1956-cı il (Avstriya-Melburn). 
Olimpiya  oyunlarının  təşkili  ilk  dəfə  olaraq  Avstriya  qitəsinə  Melburn  şəhərinə  həvalə 
edilmişdir. Boks yarışlarında 27 ölkənin 161 idmançısı iştirak edirdi. Boks üzrə ilk Sovet Olimpiya 
çempionu Vladimir Satronov oldu. 
Yarışların  yekun  nəticələrinə  görə  SSRİ  komandası-  33  xal,  6  medal  (3-1-2)  I  yer,  Böyük 
Britaniya-26 xal 5 medal (2-1-2) II yer, Ruminiya -20,5 xal 4 medal (1-2-1) III yer tutmmuşlar. 
 XVII Olimpiya Oyunları 25 avqust -5 sentyabr 1960-cı il (İtalya-Roma). 
42  ölkənin  282  boksçusu  Olimpiya  medalları  uğrunda  mebarizə  aparmışlar.  Yarışların  son 
günü  isə  yarışlarda  fəxri  kursunun  ən  yüksək  pilləsinə  cəmi  10  idmançı    qalxmışdır.  Qeyri  rəsmi 
komanda  hesabında  rinq  sahibləri,  İtalya  komandası  39,5  xal  və  7  medalla  (1-3-3)  I  yer,  Polşa 
boksçuları 32,5 xal, 7 medalla (1-3-3) II yer və ABŞ boksçuları 24,5 xall 4 medalla (3-0-1) III yer 
tutmuşlar. 
XVIII Olimpiya Oyunları 10-24 oktyabr 1964-cü il (Yaponya-Tokio). 
Bu olimpiadada 269 boksçu 42 ölkəni təmsil etmişdir.Sovet boksçuları üçün Tokio Olimpiyadası 
daha uğurlu olmuşdur. SSRİ komandası  I  yer 48  xal 9  medal  (3-4-2) , Polşa  komandası-36,5 xall,  7 
medal (3-1-3) II yer və İtalyanlar- 24,5 xal , 5 medal (2-0-3) II yer tutmuşdur. 
XIX Olimpiya Oyunları. 13-26 oktyabr 1968-ci il  (Meksika-Mexiko). 
1968-ci  ildə  ilk  dəfə  olaraq  Olimpiya  oyunları  Latın  Amerikasında  kemirilmişdir.  
Olimpiadanın  boks  turnirində  43  ölkədən  305  idmançı  iştirak  etmişdir.  Boks  yarışlarının 
proqramına  yeni  bir  çəki  dərəcəsi  –  I  ən  yüngülvari  çəki  əlavə  olunmuşdur.  Keçən  olimpiya 
oyunlarında olduğu kimi yenə də Sovetboksçular qeyri-rəsmi komanda hesabında I oldular 34,5 xal 
6 medal (3-2-1) II  yeri ABŞ-ın komandası 34 xal 7 medal (2-1-4) və  III yeri Polşa idmançıları 24 
xal 5 medal (1-2-2) tutmuşdur.  
XX  Olimpiya  Oyunları  9  avqust-27  avqust  1972-ci  il  (Almaniya  Federativ  Respublikası-
Münhen). 
12  illik  fasilədən  sonra  yenidən  Olimpiya  Oyunları  Avropa  qitəsində  keçirilmişdir.Olimpiya 
mükafatları uğrunda 51 ölkənin 356 boksçusu yarışlara qoşulmuşdur. 
Kuba  rinq  ustalarının  Olimpiya  turnirindəki  iştirakı  böyük  sensasiyaya  səbəb  olmuşdur.  Üç 
idmançı Olimpiya çempionu adını qazanmış ağır çəkili Tiafilio Stivenson isə qızıl medalla yanaşı 
Olimpiadanın ən yaxşı boksçusu kimi “ Val Barkerin kuboku” ilə təltif edilmişdir. 
Kuba yığma komandası 29.5 xal 5 medal (3-1-1) qazanaraq I yerə Macarıstan boksçuları 20.5 
xal 4 medalla (1-2-1) II yerə Polşa isə 19 xal 4 medalla (1-1-2) III yerə çıxmışlar. 
XXI  Olimpiya  Oyunları  18-31  iyul  1976-cı  il  (Kanada-Monreal)  Monrealın  “Moris  Rişar” 
idman sarayında 57 ölkənin 348 boksçusu üçün start verildi.  
ABŞ  idmançıları  Olimpiya  rinqində  daha  uğurlu  çıxış  edərək  beş  qızıl,  bir  gümüş  və  bir 
bürünc medal qazanmağa nail olmuşlar. Qeyri-rəsmi komanda hesabında  43 xalla  amerikalılar  I,  
yarım xal geri qalmış  kuba boksçuları II, Polşa komandası isə 21 xal toplayaraq III olmuşlar. 
XXII Olimpiya Oyunları 18 iyul-2 avqust 1980-ci il (SSRİ-Moskva). 
Moskva    Olimpiya    oyunlarında  51  ölkə  273  boksçu  təmsil  olunmuşdur.  Siyasi  motivlərlə 
əlaqədar olaraq ABŞ və bir neçə başqa ölkələr bu olimpiadada iştirak etməmişdir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə