Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə69/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   65   66   67   68   69   70   71   72   ...   121

139 
 
ailədən nə gözləyir. İkinci halda, yəni psixoloji funksiyalar dedikdə isə ailə üzvlərinin onları necə 
başa  düşməsi  nəzərdə  tutulur.  Daha  doğrusu,  burada  söhbət  ondan  gedir  ki,  insanlar  nə  üçün  ailə 
qururlar,  onların  ailədən  gözləmələri  nədir,  onların  qarşılıqlı  münasibətləri  hansı  fərdi-psixoloji 
tələbatların  ödənilməsinə  yönəlmişdir.  Hər  iki  qrupdan  olan  funksiyaları  ayrı-ayrılıqda  təhlil 
etməzdən  əvvəl  iki  mühüm  məqama  diqqət  yetirək.  Əvvəla,  ailə  funksiyaları  şəxsiyyətlərarası 
münasibətlər  vasitəsi  ilə  həyata  keçirildiyindən  bəzi  tədqiqatçılar  onları  funksiya  kimi  deyil, 
müxtəlif növlü ailə münasibətləri kimi nəzərdən keçirirlər. 
İkincisi  isə  müxtəlif  müəlliflər  tərəfindən  ailənin  çox  vaxt  biri  digərindən  fərqli  təsnifat 
sxemləri  irəli  sürülür  ki,  bu  da  həmin  funksiyalarla  bağlı  ümumiləşdirmə  aparmağı  xeyli 
çətinləşdirir.  
Lakin  bütün  hallarda,  heç  şübhəsiz  ki,  ailənin  funksiyalarının  başa  düşülməsi  onun 
vəzifələrinin dərk edilməsində və ailə ittifaqında tərəflərin nə qədər müvəffəqiyyətli həyata nail ola 
biləcəklərinin  qiymətləndirilməsində  çox  mühümdür.  Bu  həmçinin  də  həmin  funksiyalar  təhrif 
olunduqda  və  ya  ödənilmədikdə  bizi  ailə  konfliktlərinin  səbəblərinin  başa  düşülməsinə  gətirib 
çıxarır.  Həm  də  ailənin  gender  aspektində  təzahür  edən  mühüm  fərqli  məqamları  da  ailə 
funksiyalarında daha çox özünü büruzə verir. Başqa bir mühüm cəhət isə ondan ibarətdir ki, ailədə 
meydana  gələn  bir  çox  konfliktlər  də  məhz  ailə  funksiyalarından  qaynaqlanır,  yəni  ailə   
funksiyalarının  düzgün  yerinə  yetirilməməsi  ailə  üzvlərinin  müəyyən  tələbatlarının  lazımi 
səviyyədə  ödənilməməsinə  və  bu  isə,  fikir  ayrılıqlarına,  konfliktlərə  gətirib  çıxarır. 
Respublikamızda müasir ailələrdə müşahidə olunan meyllər də ailə funksiyalarının başa düşülməsi 
və onun həyata keçirilməsində əks olunur. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  respublikamızda  ailə  münasibətlərinin  görkəmli  tədqiqatçıları 
Ə.Əlizadə və A.A.Abbasov ailədə ərlə arvad arasındakı konfliktlərin səbəb və motivlərini araşdırarkən 
məhz ailə funksiyalarının yerinə yetirilməsi məsələsinə diqqət yetirmişlər və bunu əsas götürərək ailə 
konfliktlərinin  motivlərini  müəyyən  etmişlər  (1,  s.  144).  Yəni  ailədaxili  münasibətlərin  ailənin 
funksional strukturu baxımdan təhlili mühüm əhəmiyyət kəsb edir. 
Ailənin sosial  funksiyaları,  yuxarıda qeyd etdiyimiz kimi cəmiyyətin ailədən gözləntiləri ilə 
bağlıdır və buna görə də həmin funksiyalar qrupuna ailənin reproduktiv və tərbiyə funksiyalarını aid 
edirlər.  Cəmiyyətin  bioloji  cəhətdən  kəsilməzliyinin  mühafizə  edilməsini  təmin  edən  bir  funksiya 
olmaqla,  o,  cəmiyyətdə  hər  bir  üzvün  öz  əvəzinə  malik  olmasını  təmin  edir.  Əsasən  uşaqların 
dünyaya  gəlməsini  özündə  ehtiva  edən  bu  funksiya,  əlavə  olaraq  böyüklərin  üzərinə  uşaqların 
düzgün  və  sağlam  böyüməsi  ilə  bağlı  nikah  və  ailənin  strukturunu  tənzimləyən  qaydalara  riayət 
olunması  vəzifəsini  qoyur.  Bu,  həm  uşaqların,  həm  də  cəmiyyətin  inkişafı  üçün  zəruridir.  Bu 
mənada valideynlərin həyat planları ( neçə uşaq istəmələri, ailə şəraiti, iş və s.) diqqəti cəlb edir.  
Son illərdə  dünyanın  hər  yerində  olduğu  kimi, ölkəmizdə  də  azuşaqlı ailələrin  sayı  artır. 
Azərbaycan  ailəsində  uşağın  önəmli  yer  tutduğunu  nəzərə  alsaq,  bunun  etnik  xüsusiyyətlərə, 
normalara  uyğun  gəlmədiyi  aydın  olur.  Bu  diqqətdən  kənarda  qala  bilməz.  Çünki  Azərbaycan 
ailəsində  uşaqlar  ailənin  effektiv  mərkəzidir.  Prof.  Ə.Əlizadənin  tədqiqatlarında  bu  məsələ 
prioritet istiqamətlərdəndir. O, qeyd edir ki, Azərbaycan ailəsi uşağa bağlıdır. Uşaq hər bir ata -
ana  qəlbinin  kövrək  hisslərini  ifadə  edir.  Təkuşaqlı  ailələrdə  isə  uşağın  ünsiyyət  tələbatı  az 
təmin  olunur,  çox  vaxt  təmin  olunmur.  Belə  ki,  ailədə  bacı  və  qardaşın  olmaması  uşaq  üçün 
psixoloji  amilə  çevrilir.  Heç  şübhəsiz  ki,  burada  başqa  məqamlar  da  vardır.  Yuxarıda  qeyd 
etdiyimiz kimi, ailədə qardaş və bacıların olması onların gələcəkdə hiperfunksionallığı üçün də 
mühümdür.  
Əgər ailənin reproduktiv funksiyası cəmiyyətin bioloji kəsilməzliyini təmin edirsə, onun tərbiyə 
funksiyası  mədəni  kəsilməzliyini  mühafizə  edir,  qoruyur.  Bu  funksiya,  mədəniyyətin  bir  nəsildən 
digərinə  keçirilməsində  əsas  rol  oynamaqla,  müvafiq  cəmiyyətin  üzvü  olan  uşaqların  rəftar  və 
davranışını təmin edir. Daha   uşaqların ilkin sosiallaşma prosesini həyata keçirən bu funksiya xüsusi 
əhəmiyyət kəsb edir. Belə ki, ailədə uşaqların dünyagörüşü ilə bağlı yönümlərin əsaslarına alışmasında, 
əxlaq normalarını dərk etməsi və mənimsəməsində, ilk davranış nümunələri və vərdişləri qazanmasında 
bu  funksiyanın  yerinə  yetirilməsinin  oynadığı  rolu  heç  nə  ilə  əvəz  etmək  mümkün  deyil.  Bəzi 
tədqiqatçılar  (V.N.Drujinin)  hesab  edirlər  ki,  yalnız  uşaqların  sosiallaşması  ailənin  spesifik 
funksiyasıdır, başqa funksiyalar isə zaman-zaman dəyişir. 
Ailənin  sosial  funksiyaları  ilə  bağlı  tədqiqatçılar  arasında  fikir  ayrılığı  olmasa  da,  psixoloji 
funksiyaların  müəyyən  edilməsi  ilə  əlaqədar  rəylərdə  xeyli  müxtəliflik  vardır.  Bununla  əlaqədar 
olaraq rus psixoloqu R.R.Kalinina haqlı olaraq qeyd edir ki, psixoloji funksiyaları təsvir edərkən hər 


140 
 
kəs özü bildiyi kimi çıxış edir. Hətta, çox vaxt psixoloji funksiyaları spesifik funksiyalar sinfi kimi 
ayırmırlar. Azərbaycan psixologiyasında da ailənin funksiyaları sosial və psixoloji funksiyalar kimi 
nəzərdən keçirilmir və onlar sadəcə ailənin funksiyaları kimi araşdırılır. 
Əlbəttə,  bu  o  qədər  də  önəmli  məsələ  deyil,  çünki  ailənin  bütün  funksiyaları  biri  digəri  ilə 
qarşılıqlı  əlaqədədir  və  onlar  birlikdə  ailənin  bir  sistem  kimi  fəaliyyət  göstərməsi  üçün  mühüm 
əhəmiyyətə malikdir. Lakin ailəyə psixoloji yardım göstərmək məqsədi ilə hansısa yol və vasitələrdən 
istifadə  etməyin  mümkünlüyünü  dəqiqləşdirərkən  qeyd  olunan  funksiyaların  ayrılması  mühüm 
əhəmiyyət  kəsb  edir.  Məhz  bu  cəhəti  nəzərə  alaraq  biz  də  bir  qrup  funksiyaları  ailənin  psixoloji 
funksiyaları adı altında ayrıca nəzərdən keçirməyi məqsədəuyğun hesab edirik. 
Cəmiyyətin ailədən sosial gözləntiləri ilə bağlı olan sosial funksiyalardan fərqli olaraq, ailənin 
psixoloji funksiyaları daha çox insanlar nə üçün ailə qururlar, onların qarşılıqlı münasibətləri hansı 
fərdi  psixoloji  tələbatlarının  ödənilməsinə  yönəldilmişdir  və  s.  kimi  suallarla  şərtlənmiş  olur.  Bir 
çox  hallarda  bu  sualların  cavabları  ilə  bağlı  ailə  quran  tərəflərdə  mövcud  gözləntilər  üst-üstə 
düşmədiyindən  ailədə  psixoloji  uyuşmazlıq  yaranır  ki,  bu  da  ailədaxili  münasibətlərdə  gərginliyə 
səbəb olmaqla çox vaxt nikahın pozulmasına gətirib çıxarır. 
Ailənin  psixoloji  funksiyalarını  nəzərdən  keçirərkən  biz  R.R.Kalininanın  mövqeyindən 
çıxış  edirik.  O,  ailənin  funksiyaları  ilə  bağlı  müxtəlif  yanaşmaları  təhlil  edərək  belə  qənaətə 
gəlir  ki,  bütün  bu  funksiyalar  aşağıdakı  funksiyalarda  birləşdirilə  bilər:  kooperasiya,  intimlik, 
rekreasiya,  özünüaktullaşdırma  funksiyaları.  Kooperasiya  funksiyasını  adətən,  ailə  üzvlərinin 
əməkdaşlığı və biri digərinə qarşılıqlı köməyi kimi nəzərdən keçirirlər. Yəni ailənin həyatında 
hər  bir  üzvünün  rast  gəldiyi  problemlərin  həll  edilməsində,  gördüyü  işlərdə  biri  digəri  ilə 
əməkdaşlıq  etməsi  və  qarşılıqlı  kömək  göstərməsini  təmin  edən  bu  funksiya  ailənin  həyatında 
çox mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, bu funksiyanın həyata keçirilməsi üçün ailə 
üzvlərinin  biri  digərinin  problemləri,  gör–düyü  işlər  haqqında  xəbərdar  olmasını  eləcə  də  biri 
digərinə iqtisadi cəhətdən yardım göstərməsini tələb edir. 
Psixoloji  funksiyalar  sinfinə  aid  edilən  intimlik  funksiyası  isə  ailə  üzvlərinin  qarşılıqlı 
sevgiyə,  emosional  yaxınlığa  və  bağlılığa,  qarşılıqlı  anlaşmaya  tələbatlarının  ödənilməsi  vasitəsi 
olmaqla,  ailədə  psixoloji  iqlimin  yaradılmasında  önəmli  rola  malikdir.  Heç  şübhəsiz  ki,  insan  iş 
yerində,  başqa  insanlarla  münasibətdə  ola  bilər  ki,  xoşagəlməyən  insanlarla  ünsiyyətdə  narahatlıq 
hiss etsin, gərginlik yaşasın. Ailədə isə o, sevimli, psixoloji cəhətdən ona yaxın olan, ona məhrəm 
olan,  onu  nəzakətlə  dinləyən  insanlarla  ünsiyyətdə  olur.  Bu  isə  onun  başqaları  üçün  əhəmiyyətli, 
lazımlı  olmaq  hissinə  tələbatını  ödəməklə,  onda  özünəinamı  artırır,  yaşamaq  ruhunu  yüksəldir  və 
onu aktiv həyata sövq edir. 
Rekreasiya və ya bərpaedici funksiya da ailənin psixoloji funksiyaları qrupuna aiddir. Bu bir 
növ  ailənin  kənardan  gələn  gərginlikləri  mümkün  qədər  azaltmaqla,  mümkün  qədər  biri  digərinə 
mənəvi  və  psixoloji  dəstək  verməklə  bağlı  funksiyasıdır.  Daha  doğrusu,  ana-ata  və  uşaqların 
ünsiyyəti üçün mənəvi-psixoloji şəraitin  yaradılması, asudə vaxtın səmərəli təşkili və s. məsələlər 
məhz ailənin bərpaedici funksiyasına daxildir. İlk baxışda elə görünür ki, bu funksiya kooperasiya 
funksiyasına  yaxındır.  Əslində  isə  kooperasiya  funksiyasında  ailə  üzvlərinin  biri  digərinə  köməyi 
işgüzar  xarakter  daşıyır.  Bərpaedici  funksiyada  isə  bu  kömək  psixoloji,  psixoterapevtik  xarakterə 
malikdir.  Bu  funksiya  vasitəsi  ilə  ailənin  əsas  tələbatlarından  biri  psixoloji  təhlükəsizliyə, 
müdafiəyə  olan  tələbatı  ödənilir.  Həqiqətən  də  ailə  insan  üçün  sağlamlaşdırıcı  psixoterapevtik 
mühitdir.  Bu  mühitdə  ailədaxili  ünsiyyət  böyük  önəm  kəsb  edir.  İnsan  həyatının  mühüm  hissəsi 
ailədə-həyat  yoldaşı,  uşaqlar  və  qohumlarla  ünsiyyətdə  keçir.  Bu  ünsiyyətin  düzgün  qurulması 
ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir.  
Ailənin hər bir üzvü öz şəxsi potensialını təzahür və inkişaf etdirməsi imkanına malik ol–malı–dır. 
Ailənin hər bir üzvünə belə bir imkanın verilməsi ailənin özünüaktuallaşdırma funksiyası vasitəsi ilə təmin 
olunur.  Yəni  insan  ailədə  bir  şəxsiyyət  kimi  inkişaf  edir  və  formalaşır.  Bəzi  tədqiqatçılar 
(O.M.Zdravomıslova)  özünüaktuallaşdırma  tələbatını  ali  psixi  tələbat  kimi  dəyərləndirirlər. 
O.M.Zdravomıslovanın  fikrincə,  bu  ali  psixi  tələbat  yalnız  ərlə-arvadın  eqaliator  (bərabərhüquqlu) 
ittifaqında ödənilə bilər. 
Göründüyü kimi qeyd olunan funksiyalar bütövlükdə ailənin, eləcə də onun hər bir üzvünün 
mühüm  tələbatlarının  ödənilməsinə  istiqamətlənmişdir.  Əlbəttə,  həmin  tələbatlar  ayrı-ayrılıqda 
ailədən kənarda da ödənilə bilər. Lakin bu təlabatlar kompleks şəkildə və sistematik olaraq yalnız 
ailədaxilində  ödənilməklə,  ailənin  hər  bir  üzvünün  həyatdan  məmnunluq,  həyatsevərlik  hissinin 
yüksəlməsinə səbəb ola bilər. Digər sosial qarşılıqlı münasibətlərdən fərqli olaraq, ailə daha dərin 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə