Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə65/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   61   62   63   64   65   66   67   68   ...   121

131 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
KİFAYƏT ƏHMƏDOVA 
Naxçıvan Müəllimlər İnstitutu 
Kifayet_ ehmedova @ mail.ru 
UOT:37 
GƏNC AİLƏLƏRDƏ PSİXOLOJİ MÜHİTİN FORMALAŞMASINA  
TƏSİR EDƏN AMİLLƏR 
 
Açar sözlər: ailə, psixoloji, uşaq, tərbiyə, ana, ünsiyyət, valideyn 
Key wordsfamily, psychological, a child, nurture, a mother, communication, a parent 
Ключевые  слова:  семья,  психологический,  ребёнок,  воспитание,  мать,  общение, 
родитель 
 
Məqalədə  gənc  ailələrdə  psixoloji  mühitin  formalaşmasına  təsir  edən  amillərdən  bəhs 
olunmuşdur.  Qeyd  edilir  ki,  ilk  uşağın  dünyaya  gəlməsilə  ailə  mühitində  əsaslı  dəyişikliklər  baş 
verir. Bu dəyişiklik sosial, iqtisadi və s. sferanı əhatə etməklə yanaşı, həm də psixoloji dəyişikliyə 
səbəb  olur.  İlk  psixoloji  dəyişiklik  analıq  hissinin  yaranması  ilə  başlayır.  Bir  sıra  alimlər  analıq 
hissinin yaranmasının daha əvvəldən başladığını və instinktiv xarakter daşıdığını bildirirlər.  
Gənc  ailələrlə  söhbət,  eləcə  də  müşahidələrə  əsasən  bu  nəticəyə  gəlinir  ki,  müasir  dövrün 
ailə ilə bağlı yaratdığı özünəməxsus problemlər vardır.  
Sonda  belə  ümumiləşdirmələr  aparılır  ki,  gənc  ailələrdə  ailədaxili  münasibətlər, 
kommunikativ  ünsiyyət  tam  mənası  ilə  formalaşmamış  olur.  Deməli,  gənc  ailələrin  daha  normal 
funksiya göstərməsi üçün həm onların özləri, həm də valideynləri ciddi səy göstərməlidirlər.  
İlk  uşağın  dünyaya  gəlməsilə  ailə  mühitində  əsaslı  dəyişikliklər  baş  verir.  Bu  dəyişiklik 
sosial,  iqtisadi  və  s.  sferanı  əhatə  etməklə  yanaşı,  həm  də  psixoloji  dəyişikliyə  səbəb  olur.  İlk 
psixoloji  dəyişiklik  analıq  hissinin  yaranması  ilə  başlayır.  Bir  sıra  alimlər  analıq  hissinin 
yaranmasının daha əvvəldən başladığını və instinktiv xarakter daşıdığını bildirirlər. “İlk analıq hissi 
qızlarda erkən yaşlardan, hələ gəlinciklərlə oynadığı vaxtdan başayır ” (124, s.334) . Hesab edirik 
ki, çox görkəmli alimlərin irəli sürdüyü bu fikirlərlə tam mənası ilə, bütövlükdə razılaşmamaq olar. 
Çünki körpə qız uşağının gəlinciklə oynaması ilə analıq hissini eyniləşdirmək mümkün deyil. Körpə 
qız gəlinciklə oynayarkən anasını təqlid edirsə, özünün ana olması tamamilə başqa bir hissdir.  
 
Təbiətin qadınlara bəxş etdiyi ana olmaq imkanı eyni zamanda onlara uşağını  
öyrətmək  və  tərbiyə  etmək  vəzifəsini  də  verib.  Bu  vəzifəni  başqa  adamların  yerinə  yetirməsi 
mümkün  deyil.  Yəni  ana  və  uşaq  arasındakı  münasibəti  başqa  adamla  yaratmaq  mümkün  deyil. 
Ananın  uşağa  öyrətdiyi  ilk  şey  ünsiyyətdir.  Məhz  ünsiyyət  prosesində  uşaq  tədricən  özünü  və 
ətrafdakıları dərk edir və beləliklə, onun fərdiyyəti yaranır.  
 
Gənc anaların uşaqla, onun psixi inkişafı və tərbiyəsi ilə bağlı buraxdıqları başlıca iki səhv 
olur.  Birinci  səhv  şərti  olaraq  “intellektual”  adlandırdığımız  analarla  bağlıdır.  Onlar  sərt  qrafik 
əsasında  uşaqla  ünsiyyətdə  və  münasibətdə  olur.  Yəni,  dəqiq  qrafik  əsasında,  müəyyən  saatlarda 
uşağı yedizdirir. Əgər uşaq ağlasa belə, qrafikini pozmur, hətta uşağı qucağına götürmür.  
 
Belə uşaqlar böyüdükdən, hətta özləri valideyn olduqdan sonra emosiyasız, laqeyd olurlar. Hətta 
öz uşaqlarına qarşı da belə olurlar. Öz uşaqlıqlarından nümunə çəkirlər. “Bizə qarşı da belə olublar. Nə 
olub ki, hər şey normaldır” . “Bu gün teatra getməliyik. Uşağa heç nə olmaz. Biz də onun yaşında tək 
qalırdıq” və s.  
 
İkinci səhv uşaqlıqda özləri kifayət qədər diqqət və qayğı görməyən, ailənin tək uşağı olan 
analarla bağlıdır. Belə analar üçün övladları həyatda hər şeydir. Onlar uşaqlarını bir dəqiqə olsun 
belə  gözdən qoymurlar.  Uşağın  hər bir hissi  onun üçün qorxu hissi  yaradır. “Oy, sən nə edirsən? 


132 
 
Tez ol darağı yerinə qoy, gözünə batar. Fincana toxunma, çay tökülüb səni yandırar. Sən istəyirsən 
xəstələnəsən, anan da ölsün” və s. 
 
Göstərdiyimiz  həm  birinci,  həm  də  ikinci  səhv  uşağın  inkişafına  son  dərəcə  neqativ  təsir 
göstərir.  Uşağın  uşaqlığını  əlindən  almaq  olmaz.  Ona  görə  də  hədsiz  qəyyumluq  etmək  psixoloji 
baxımdan düzgün deyil.  
 
Gənc  ailələrlə  söhbət,  eləcə  də  müşahidələrimizə  əsasən  söyləyə  bilərik  ki,  müasir  dövrün 
ailə ilə bağlı yaratdığı özünəməxsus problemlər vardır.  
 
 Uşağın dünyaya gəlməsi ilə ailədə digər bir əsaslı dəyişiklik də baş verir. Ər-arvad rollarına 
ata, ana rolları da əlavə olunur. Bu vəziyyət bütün müsbət cəhətləri ilə yanaşı, müəyyən diskomforta 
da səbəb olur. Özünü koqnitiv, şəxsi və sosial sferada da göstərir. Bu hal gənc ailələrdə, həm də ilk 
uşağın doğulmasıyla özünü daha kəskin formada göstərir. Bu deyilənlər əlbəttə, bütün ailələrə aid 
ola bilməz. 
 
Gənc ailələrdə qarşılıqlı münasibətlərdə özünü göstərən aspektlərdən biri də ər-arvad arasındakı 
anlaşılmazlıqlar,  ziddiyyətlərlə  bağlıdır.  Bunu  psixoloji  ədəbiyyatda  “ailə  həyəcanı”  da  adlandırırlar. 
Ailə həyəcanı ər və ya arvadın hər ikisi və ya onlardan biri ilə də bağlı ola bilər. Narahatlığın səbəbi 
şübhə,  tərəddüd,  evə  gec  gəlmə  və  s.  ola  bilər.  Bu  kimi  hisslər  adətən  ailədaxili  münasibətlərə  təsir 
göstərir. 
 
Digər  bir  səbəb  isə  tərəflərdən  birinin  özünü  köməksiz  hiss  etməsi,  hadisələrin  məcrasını 
dəyişdirə bilməməsi ola bilər. Onlar adətən öz hisslərini belə biruzə verirlər: “Hiss edirəm ki, nə etsəm, 
necə  etsəm  də  sonda  bəyənilməyəcək”  ,  “Özümü  ailədə  tənha  hiss  edirəm”  ,  “Nəyisə  yaxşı  etmək 
istəyirəm, məlum olur ki, pis alınıb” və s.  
 
Vaxtının  çoxunu  ailənin  qayğısını  çəkməyə  həsr  edən,  lakin  qiymətləndirilməyən  qadın 
adətən hər şeydən küsmüş kimi görünür: “Hərdən mənə elə gəlir ki, bu evdə mənim varlığım və ya 
yoxluğum heç kimi maraqlandırmır” . Belə köməksiz vəziyyətin bir sıra səbəbləri olur: 
1.
 
Ər və ya arvad daim psixoloji təzyiq altında olur. Buna nümunə kimi daim sərxoşluq edən, 
arvadını fiziki və psixoloji cəhətdən gərgin vəziyyətdə saxlayan kişilərin ailəsini göstərmək olar.
 
 
2.
 
Ailə üzvləri ilə uyğunlaşa bilməmək. Məsələn, gəlinin qaynanadan xoşu gəlmir, 
lakin  bunu  gizlətmək  məcburiyyətindədir.  Çünki  hesab  edir  ki,  bunu  açıq  bildirmək  ailədə 
vəziyyətin daha da gərginləşməsinə səbəb olar.  
3.
 
Şəxsiyyətdaxili  konfliktin  yaranması.  Bu,  daha  çox  ailədə  qadının  üzərinə  bir  neçə  bir-
birilə  ziddiyyət  təşkil  edən  vəzifənin  qoyulması  zamanı  baş  verir.  Nəticədə  şəxsiyyətlərarası 
konflikt  yaranır.  Məsələn,  qadın  ərini  qınayır  ki,  ailənin  heç  bir  işində  ona  kömək  etmir.  Eyni 
zamanda onun etdiyi heç bir işi bəyənmir, tənqid edir.  
 
Müşahidələr göstərir ki, ailə üzvləri qarşılarına hansısa məqsədi qoyub, ona çatmaq üçün cidd-
cəhd göstərdikdə və istənilən nəticə alınmadıqda onlar frustrasiya, psixi gərginlik yaşayırlar. Psixoloji 
ədəbiyyatda bu vəziyyət “Tantal kompleksi” adlandırılır. Tantal Qədim Yunan mifoloji qəhrəmanıdır. 
O, allahlar tərəfindən cəzalandırılır. O, suyun ortasındadır. Hər dəfə əyilib su içmək istədikdə su  yox 
olur.  
 
Deyilənlərə sübut kimi aşağıdakı nümunəni veririk. Akif, 30 yaşı var. Beş ildir ailə qurub. 
Dörd yaşında Telman adlı oğlu var. Arvadının 26 yaşı var. Ali təhsillidir. Ailə qurandan 1 ay sonra 
arvadı  bildirir  ki,  ərini  sevmir.  İnstitutda  oxuyanda  istədiyi  oğlan  olub.  Amma  oğlan  başqası  ilə 
evlənib.  Elə  bu  səbəbdən  də  istəmədiyi  oğlana  ərə  gedib.  Ailədə  ərin  vəziyyəti  “Tantal 
kompleksi”nə uyğundur. Akif deyir ki, arvadından bir neçə dəfə ayrılmaq istəyib. Hər dəfə arvadı 
bildirib  ki,  onu  sevməyə  başlayıb  və  doğrudan  da  bir  müddət  mehribançılıq  olub.  Akif  də  hesab 
edib ki, hər şey yoluna qoyulur. Yenidən tədricən yenə münasibətlər korlanıb. Belə vəziyyət Akifi 
özündən  çıxarır.  Ümid  və  ümidsizlik  daxili  konflikt  yaradır.  Fikrən  gedən  belə  daxili  mübarizə 
tədricən  Akifin  xarakterini  dəyişdirir.  Artıq  psixi  gərginlik  onun  münasibətlər  sisteminə  də  təsir 
edir. Oğlunun anasız qalmaması üçün bütün əzablara dözür. Bəzən də əsəbləri tab gətirmir.  
 
Təbii ki, istənilən gənc ailədə problemlər olur. Lakin onların xarakteri fərqli ola bilər. Ailə 
həyatının ilk beş ili istənilən halda adaptasiya dövrüdür. Çünki gənc ailədə ər və arvad hər biri fərqli 
ailələrdə, fərqli mühitdə böyüyüb, tərbiyə alıb. Bir çox hallarda belə fərqli tərbiyə ziddiyyətə səbəb 
olur.  Müəyyən  vaxtdan  sonra  tərəflər  bir-birlərinin  xarakterini  öyrənir  və  ona  uyğunlaşır. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə