Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə61/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   57   58   59   60   61   62   63   64   ...   121

123 
 
olardı”  (7,  29).  M.Şahtaxtlının  1901-ci  ildə  qələmə  aldığı  “Türkiyəni  necə  xilas  etməli?”  adlı 
nisbətən  iri  həcmli  əsərində  də  Türkiyənin  timsalında  milli  həyatın  qaçılmaz  surətdə  yenidən 
qurulmalı,  zamanın  gedişatına  və  tələblərinə  uyğunlaşdırılmalı,  xalqın  düşüncə  və  tərbiyəsinin  də 
buna  müvafiq  aparılmalı  olduğundan  söhbət  açılır.  Müəllif  milli  özünüdərki  xilas  yolunun  zəmini 
hesab edir.  Lakin  bu vacib  elementi Avropa dəyərləri ilə zənginləşdirməyi  qaçılmaz zərurət  sayır. 
Qeyd edir ki, “milli istiqlaliyyətin yükü bizim dövrdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin 
köməyi olmadan daşımaq mümkün deyil” (7, 43). Görkəmli ziyalı belə bir sualın cavabını da verir: 
Türkiyə vətənpərvər və savadlı idarə üsulu ilə avropalaşa bilərmi? Suala “Bəli, özü də asanlıqla” -  
cavabını verir və həm də çıxış yolunun detallarını aydın şəkildə şərh edir. Bunun üçün despotizmin, 
köhnə  idarə  üsulunun,  ruhanilər  hakimiyyətinin  ləğv  edilməli,  vətənpərvər,  milli  qürura,  zəkaya, 
qeyrətə sahib maarifpərvər qüvvələrin hakimiyyət başına gəlməli olduğunu söyləyir. Bildirir ki, türk 
xalqı  “milli  ləyaqət  və vətənpərvərlik  duyğusu  altında” dünyada heç bir xalqa tabe olmur. Sadəcə 
olaraq bu hissi istiqamətləndirəcək, cəmləyəcək, ona rəhbərlik edəcək şəxsiyyətlərə ehtiyac vardır. 
Təəssüf ki, osmanlı imperiyasının indiki hakimiyyəti “vəzifə və vətənpərvərliyin” nə olduğunu başa 
düşmək üçün nə “kifayət qədər şüura, nə də hiss etmək üçün kifayət qədər əxlaqa” malik deyil (7, 
56). M.Şahtaxtlı milli özünüdərk və vətənpərvərliklə bağlı qənaətlərini “Şərqi-rus” qəzetində də ardıcıl 
surətdə  davam  etdirmişdir.  Qəzetin  13  iyun  1904-cü  il  tarixli  sayında  naşir  təkidlə  bildirirdi  ki,  biz 
tərəqqiyə  yalnız  o  zaman  nail  ola  bilərik  ki,  fərd  (cəmiyyət  üzvü)  yalnız  öz  xoşbəxtliyi  barədə  yox, 
ümumiyyətlə,  millətin  xoşbəxtliyi  barədə  düşünsün.  Başqa  sözlə,  millətin  xoşbəxtliyində  öz 
xoşbəxtliyini  görmüş  olsun.  Avropa  millətləri  məhz  belə  bir  düşüncə  sisteminə  söykənir  (7,  112). 
Maraqlıdır ki, M.Şahtaxtlının tərbiyədəki “azərbaycançılıq” ideyası “türkçülük” ideyası ilə uzlaşır. O, 
Azərbaycan  türklərini  –  azərbaycanlıları  sırf  milli  hissdə  tərbiyə  etməyin  zərurətindən  danışdığı  kimi 
ümumtürk qövmlərinin öz milli varlığını dərk etməsindən də söhbət açır, hətta ortaq türk dili yaratmaq 
ideyasını ortalığa atır. “Hər gün bir az” silsilə məqalələrində bu məsələyə xüsusi olaraq toxunur (“Şərqi-
rus”,  1904,  29  avqust).  Türk  mənşəli  xalqlardan  ötrü  ümumi  bir  anlaşma  dili  kimi  oğuz  türkcəsini 
işlətməyi təklif edir və yazır: “Bu türkcəni bir az intizamla işlətsək, az vaxtda gözəl ümumi bir dil olur 
ki, rusca, ingiliscə, ərəbcə kimi insanların (yəni türk dillilərin – T.V.) fikir alveri üçün mükəmməl bir 
alət olur” (7, 198). 
N.Vəzirov  “Yeni  irşad”  qəzetindəki  (1911,  18  sentyabr)  mütəfərriqəsində  vətənə,  millətə 
dönük, öz ana dilinə xor baxan, azərbaycanlı qızları bəyənməyib kənar millətlərin qızları ilə evlənən 
ziyalıları  kəskin  şəkildə  tənqid edir, bununla xalqa ögeyləşdiklərini, onun milli  hissdə tərbiyəsinə 
zərər  vurduqlarını  söyləyirdi.  “Quzğunlar”  felyetonunda  isə  vətəni,  milləti  öz  şəxsi  mənfəətinə 
qurban verənləri “quzğun” adlandırır, təəssüf hissi ilə söyləyirdi: “Yazıq vətənim!... Quzğunlar leş 
didəndə din-iman yaddan çıxır, vətəni para-para etməkdə heç kəsdən qorxmurlar, çünki burada “əl 
əli yuyar, hər ikisi də üzü” məsələsi var...Yazıq vətənim!” (9, 282). Nəcəf bəy bu cür əməllərin gənc 
nəslin də vətənpərvərlik ruhunda tərbiyəsinə mənfi təsir etdiyini nəzərə çatdırırdı. 
Maarifpərvərlərimiz içərisində xalqın vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirən 
qələm  sahiblərimizdən  biri  də  N.Nərimanov  idi.  O,  bu  mühüm  problemə  fərqli  istiqamətlərdən 
yanaşırdı.  Məsələn,  “Həftə  fəryadı”  (“Həyat”,  1906,  23  iyun)  məqaləsində  vətənpərvərlik, 
millətpərvərlik  məsələsində  siyasi  riyakarlığın,  mərkəzi  hökumət  dairələrinin  məkrli  oyunlarının 
mahiyyətini  açıb  xalqa  göstərir,  imperiya  siyasətçilərinin  bu  pərdə  altında  öz  siyasi  məqsədlərini 
həyata  keçirmək  istədiyini  kütləyə  başa  salırdı  (192,  294-295).  Həmin  silsilədən  olan  bir  başqa 
məqaləsində (“Həyat”, 1906, 14 iyul) vətən övladının hürriyyəti, azadlığı, azad yaşayışı məsələsinə 
toxunurdu. Bu “mühüm nöqtəni” millətin tərəqqi və tərbiyəsinin “əsas rüknü” adlandırırdı (6, 309). 
“İrşad”  qəzetində  (1906,  28  iyul)  “Nər”  imzası  ilə  çap  edilmiş  “Cümə  söhbəti”  silsilə 
məqalələrindən birində N.Nərimanov hükumətin ictimai-siyasi həyatda olduğu kimi tədris-təlim 
prosesində də ana dilimizə ögey münasibət bəslədiyinə, camaatın isə bu vacib məsələyə laqeyd 
yanaşdığına  kəskin  reaksiya  verir.  Xalqı  bu  ümummilli  işə  fəal  şəkildə  müdaxiləyə  çağırır. 
Bunu  milli  tərbiyənin  ümdə  komponenti  kimi  dəyərləndirir.  Geniş  oxucu  auditoriyasına 
müraciətlə  deyir:  “Dürüst  diqqət  ediniz:  bir  millət  ki,  başına  dəydiyi  toppuzu  anlamaya,  bir 
millət ki, öz əli ilə özünə quyu qaza, bir millət ki, yaxşı ilə yamana fərq qoymaya, bir millət ki, 
aşkar  bəlanı”  özündən  rəf  etməyə  qadir  olmaya...  bir  millət  ki,  bir-birindən  təfriqə  düşüb  bir-


124 
 
birinin əqlindən, ruhundan, dərdindən xəbər tutmadı... Bu millət barəsində nə demək olar? Hərgah 
millətin hümməti, həmiyyəti, ittifaqı olsaydı, yəqin ki, onu “cilə” qoymazdılar, yəqin ki, onun lisan 
müəllimləri  “ah,  ana  dilində  nə  mənfəət”  sözlərini  fikirlərindən  keçirtsələr  isə  də,  açıq  deyə 
bilməzdilər.  Kara  nə  söyləyirsən,  söylə!  Kora  nə  göstərirsən,  göstər!  Lalın  barəsində  nə  yazırsan, 
yaz! Kimdir cavab verən? (192, 358). Göründüyü kimi, görkəmli ziyalı xalqı “karlığın”, “korluğun” 
daşını  atıb  öz  milli  varlığını  dərk  etməyə,  milli  dəyərlərini  qorumağa,  onu  yaşatmaq  üçün 
mübarizəyə  çağırır.  Göstərir  ki,  bir  millət  ki,  həyatına  dair  məsələlər  həll  olunan  vaxt  “yatar,  lal 
olar”, o millətin “diriliyi” şübhəlidir. Millətin yolgöstərənləri isə əgər həqiqəti millətə başa salmaz, 
ondan gizlədərlərsə, millətə aşkar xəyanət etmiş olarlar (6, 371). 
İstedadlı yazıçı “Nadir şah” (1898) pyesində də vətənpərvərlik ideyasını, ölkə başçısının özünün 
vətənpərvər olub xalqı da bu istiqamətə yönəltmək keyfiyyətini vacib bir şərt kimi irəli sürür. 
ƏDƏBİYYAT 
1.
 
Axundov M.F. Əsərləri. 3 cilddə. II c., Bakı, Elm, 1988, 388 s. 
2.
 
 Axundov M.F. Əsərləri. 3 cilddə. III c., Bakı, Elm, 1988, 388 s. 
3.
 
“Əkinçi”  qəzeti  (1875-1877).  Tam  mətni  (Ərəb  əlifbasından  kirill  əlifbasına  çevirən  və  nəşrə 
hazırlayan: Həsənzadə T.). Təkrarnəşr – Bakı, Azərnəşr, 1979, 464 s. 
4.
 
Makarenko A.S. Seçilmiş pedaqoji əsərləri. 2 cilddə. I c., Bakı: Maarif, 1983, 384 s. 
5.
 
Mehraliyeva  Z.  C.Məmmədquluzadənin  əxlaq  tərbiyəsi  haqqında  fikirləri  //  Azərbaycan 
məktəbi, 1980, №7, s.34-38 
6.
 
Nərimanov N. Seçilmiş əsərləri. Bakı, Elm, 1973, 451 s. 
7.
 
Şahtaxtlı M. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2006, 432 s. 
8.
 
Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, Azərnəşr, 1953, 314 s. 
9.
 
Vəzirov N. Seçilmiş əsərləri. Bakı, Maarif, 2002, 292 s. 
ABSTRACT 
T.Vahabova 
The democratically-minded intellectuals II half of the XIX century of national self-
awareness and patriotic education                                                                                    
The article presents the idea of democratically-minded intellectuals in Azerbaijan in the II half of 
the  XIX  century  on  the  national  self-knowledge.  Also,  the  object  is  transformed  into  threads  of  their 
assumptions about patriotic education. II half of the XIX century is characterized as a period of national 
revival  in  the  literature  of  Azerbaijan  people.  During  this  period,  opened  a  new  type  of  school,  was 
organized  by  the  National  Printing  House,  National  Theatre.  Is  a  series  of  innovations  in  the  social 
cultural  and  educational  objectivity.  It  is  obvious  that  they  have  created  in  the  style  of  national  self-
awareness  and  the  patriotic  education  of  the  people.  The  intelligentsia  of  Azerbaijan  done  prosperous 
business, put forward an interesting theoretical propositions in this direction. These issues are set out in 
the form of a scientific article. At the same time it should focus its further development. 
РЕЗЮМЕ 
                                                                                                                                                   Т.Вахабова 
Демократически мыслящая интеллигенция II половины  XIX века о национальном 
самопознании и патриотическом  воспитании 
В  статье  излагаются  мысли  демократически  мыслящей  интеллигенции  в  Азербайджане  во  II 
половину  XIX  века  о  национальном  самопознании.  Также  превращается  в  объект  темы  их 
предположения  о  патриотическом  воспитании.  II  половина  XIX  века  характеризуется  как  период 
национального  возрождения  в  литературе  Азербайджанского  народа.  В  этом  периоде  открывались 
школы нового типа, была организована национальная типография, национальный театр. Происходя 
ряд  новшеств  в  общественно  культурной  и  педагогической  объективности.  Очевидно,  что  они 
создавали  стиль  в  деле  национального  самопознания  и  патриотического  воспитания  народа.  
Интеллигенция Азербайджана проделали благополучные дела, выдвигали интересные теоретические 
положения в этом направлении. Эти вопросы на научной форме излагаются в статье. Одновременно 
стоит в центре внимания дальнейшее ее развитие.  
      НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли гярары 
иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Pedaqogika  üzrə  fəlsəfə  doktoru, 
professor E.Maqsudov 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə