Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

A nar Həsənli

mənbələrə  görə,  vəhhabilərin  bədənlərinə  vurulan  xüsusi  nişanlar  da 

mövcuddur (Vəhhab gözü, Şeyx möhürü, Sunna əli, Vəhhab istəyi və s.).

Şimali  Qafqazdan  gələn  çeçen  qaçqınlarının  gəlişi  ilə  əlaqədar 

Bakıda  vəhhabiliyin yayılmasının  ikinci  dalğası  başlandı.  Şəhərdə bu 

təlimi  qəbul  edənlərin  sayı  xeyli  artdı.  İlk  öncə  rusdilli  gənclərdən 

ibarət  olan  vəhhabi  qrupları  bakılı  gənclərin  hesabına  sürətlə 

genişləndi. Artıq bir məscidin azlıq təşkil etdiyini görən vəhhabi icması 

ikinci, möhtəşəm «Əbu Bəkr» məscidini tikdirdi.  Bundan sonra məhz 

bu məscid Azərbaycan vəhhabilərinin mərkəzinə çevrildi.

Vəhhabilər əsasən dörd istiqamətdə çalışan qruplara bölünmüşlər: 

Birinci  qrup,  vəhhabi  ədəbiyyatını  yayır,  ikinci  qrup  vəhhabi 

ideologiyasını  regionlara  yayır,  üçüncü  qrup  din  xadimləri  və 

məmurlar arasında iş apanr, dördüncü qrup isə əsasən gənclər arasında 

öz özəklərini yaradırlar.

Son dövrlərdə vəhhabilik Babda xeyli populyarlaşmışdır və gənclər 

arasında  yayılmaqdadır.  Onlar  zahiri  əlamətlərinə  görə  uzaqdan 

seçilirlər.  Uzun saqqal saxlayır və qısa şalvar geyirlər. Vəhhabi qadınlar 

isə yalnız üzləri açıq qalmaq şərti ilə başdan-ayağa örtülürlər.

Azərbaycanda  vəhhabilər  və  onların  təlimi  haqqında  çox 

ziddiyyətli  məlumatlar  və  rəylər  yayılmışdır.  Əsas  etibarı  ilə 

vəhhabilərin  öz  sıralarını  yalnız  ərəb  ölkələrinin  xüsusən  Səudiyyə 

Ərəbistanın)  səxavətli  maliyyə  dəstəyi  sayəsində  dolduran 

ultraradikal islamçı, habelə fundamentalist və terrorizm köməkçiləri 

olması kimi baxışlar geniş yayılmışdır.

Vəhhabiliyin  əsas  sosial  bazası  az  savadlı  və  nisbətən  radikal 

mövqeli,  mövhumatçı  və  fanatik  gənclərdir  [11].  Vəhhabilərin 

baxışlarında  diqqəti  çəkən  məsələ  onların  küfrü,  “dinsizliyi” 

mütləqləşdirmələridir.  Vəhhabilər,  yəhudilər  və  xristianlarla  yanaşı 

tək tannlıqdan azca kənara çıxan müsəlmanları da buraya aid edirlər. 

Belə  müsəlmanların  əmlakı  öz  toxunulmazlığını  itirir,  bu  cür 

müsəlman özü öldürülə, əmlakı isə müsadirə edilə, mənimsənilə bilər. 

Sovetlər Birliyi dağıldıqdan sonra vəhhabilik keçmiş müsəlman sovet 

respublikalarında yayılmağa başladı.

-  

108


  -

Müasir şəraitdə Azərbaycanda dini-madam dayarlarin  inkişaf xüsusiyyətləri

Azərbaycan  müstəqillik  qazandıqdan  sonra  ölkəmizdə 

xristianlığa aid “Həyatverici lütv”, “Həyat sözü” kilsəsi, “7-ci günün 

Adventistləri”,  “Əllincilər”  təriqəti,  “Yehovanın  şahidləri”  birliyi, 

“Gidion qardaşlığı”, “İxtus” kilsəsi kimi beynəlmiləl baptist təriqətçi 

təşkilatlar fəaliyyət göstərməyə başladılar. Adları çəkilən qurumların 

missionerləri  “İncilləşdirmə-2000”  proqramını  həyata  keçirməyə 

çalışırdılar.  Bu  proqram  2000-ci  ilədək  hər  beşinci  azərbaycanlı 

ailəsində Bibliyanı yaymaq və respublika vətəndaşlarının beşdə birini 

xristian  təşkilatlarına  fəal  üzvlüyə  qəbul  etmək  planlarını  nəzərdə 

tuturdu.  Bu xristian təriqətçiləri gənclərə yönəlik çıxışlarında onları 

xristianları  müsəlman  həmvətənlərindən  üstün  tutmağa,  xristian 

olmayanlarla  hər  cür  əlaqəni  kəsməyə,  vətənin  taleyinə  laqeyd 

olmağa,  sərhəd  rayonlarında milli  azlıqların  hisslərini qızışdırmağa 

çağırırdılar [52].

Bu  təriqətlər  arasında  dünya  miqyasında  ən  geniş  yayılanı 

“Həyatverici  lütf’ təriqətidir.  Mərkəzi  Baltimorda yerləşən bu təriqət 

1999-cu ildə Azərbaycana 12 nəfərlik nümayəndə heyəti göndərmiş və 

qeydiyyatdan  keçmişdir.  Maraqlı  cəhət  odur  ki,  bu  nümayəndə 

heyətinə  daxil  olan  12  keşişdən  2-si  azərbaycanlı  idi.  Azərbaycan 

dilində  “Müjdə”,  rus  dilində  “Blaqodat”  adlı  qəzetləri  olan 

“Həyatverici  lütv”  təriqəti  öz  fəaliyyətini  əsasən  Bakı,  Gəncə, 

Mingəçevir,  Quba,  İsmayıllı,  İmişli  və  Sabirabad  da  qaçqın 

düşərgələrində  qurmuşdu.  “Həyatverici  lütf’  dini  icması  21  aprel 

1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıbdır. “Lakin 2001 -ci 

ildə  Azərbaycan  Respublikası  Dini  Qurumlarla  İş  üzrə  Dövlət 

Komitəsi  yaradıldıqdan  sonra  bu  dini  icma  Dövlət  Komitəsində 

qeydiyyatdan keçməyib. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” 

Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə 

uyğun  olaraq,  əvvəllər  qeydiyyatdan  keçmiş  dini  icmalar  1  yanvar

2010-cu  il  tarixinədək  sənədlərini  Dini  Qurumlarla  İş  üzrə  Dövlət 

Komitəsinə  təqdim  etməli  idilər.  Ancaq  həmin  müddət  bitənədək 

“Həyatverici  lütf’  dini  icması  yenidən  qeydiyyatdan  keçmək  üçün 

müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib  [52].

-  

109


-


A n a r H əsənli

Fəaliyyətinin  miqyasına  görə  xristian  təriqətləri  arasında  ikinci 

yerdə  mərkəzi  İsveçin  Uppsala  şəhərində  yerləşən  ' ‘Həyat  sözü” 

təriqəti  durur.  Dini  təşkilat  kimi  deyil,  humanitar  firma  kimi 

qeydiyyatdan keçən bu təşkilat əslində dini fəaliyyətlə məşğul olurdu. 

Bakı  şəhəri  Səbail  rayon  məhkəməsi  tərəfindən  “Həyat  sözü” 

təriqətinin  qeydiyyatı  ləğv  edilsə  də,  hələ  də,  təriqətin  yerli 

azərbaycanlılardan  ibarət  olan  üzvləri  Bakı,  Sumqayıt  və  Lənkəran 

şəhərlərində  təriqətçi  icmanın  yerli  şöbələrini  yaratmağa  səy 

göstərirlər [11].

Respublikamızda  fəaliyyət göstərən  xristian  təriqətlərindən  biri 

də “Yeni həyat yayıcıları” kimi təmtəraqlı adı olan təriqətdir. Onların 

əsas  məqsədi  kütləvi  xaç  suyuna  çəkilmə  mərasimləri  vasitəsilə 

ölkənin  müsəlman  əhalisini  xristianlaşdırmaqdır.  Təriqət  əsasən 

Bakı, Şamaxı, Yevlax şəhərlərində fəaliyyət göstərir.

Digər  bir  təriqət  mərkəzi  ABŞ-m  Bruklen  şəhərində  yerləşən 

“Yehovanm şahidləri” beynəlxalq təşkilatdır. Bu təriqət “Oyanın” və 

“Gözətçi  qülləsi”  adlı  jurnallar  nəşr  etdirir.  Məqsədləri  bu  nəşrlər 

vasitəsilə  müsəlman  gənclərin  psixologiyasına  təsir  göstərməklə 

onlan xristian dininə cəlb etməkdir.

Ölkəmizdə  fəaliyyət  göstərən  təriqətlərdən  biri  “Gideon 

qardaşlığı”  təriqətidir.  Təriqətin  əsas  fəaliyyət  istiqaməti  hərbdə 

qulluq  edənlərin  xristianlaşdırılmasından  ibarətdir.  Əsas  məqsədi 

əhalinin  yerli  nümayəndələrini  xristianlığa  cəlb  etməkdir.  “Gideon 

qardaşlığı”  təriqətini  təbliğ  edən  “Yeni  apostol  kilsəsi”  adlı 

beynəlxalq missioner təşkilatı  1998-ci i İdən Azərbaycanda fəaliyyətə 

başlamışdır.  Yerli  müsəlman  əhalini  xristian  dininə  cəlb  etməyi 

qarşısına məqsəd qoyan missioner təşkilatlardan biri də “Ümid səsi” 

təriqətidir.  Bu beynəlxalq missioner təriqətçi təşkilatın əsas məqsədi 

müsəlmanlar arasında xristian  təbliğatı  aparmağı  bacaran missioner 

kadrların  hazırlanmasıdır.  Başqa  bir  təriqət  öz  təriqətçi  missioner 

fəaliyyətini  əsasən  maliyyə  təşkilat  baxımından  müdafiə  etməklə 

məşğul  olan  beynəlxalq  xristian  təşkilatının  bir  qolu  olan  “World 

Vision” təriqətidir.  Bu təşkilat Azərbaycanda humanitar təşkilat kimi

-

 

110



-

Müasir şaraitda Azarbaycanda dini-madəni dayarhrin  inkişaf xüswsiyyətlari

qeydiyyatdan  keçmiş  və  deklarasiya  bəyanatına  görə  qaçqınlara 

humanitar yardım göstərməklə məşğuldur. Təşkilat ABŞ-da yaşayan 

azərbaycanlıların, xüsusilə də, İran mənşəli insanların xristian dininə 

cəlb  edilməsi  istiqamətində  fəal  iş  aparır.  Məhz  bu  təşkilatın 

xidmətidir  ki,  Texas  ştatında  yaşayan  5000  nəfər  azərbaycanlıdan 

200-ü  xristianlığı  qəbul  etmişdir.  Qeyd etmək  lazımdır ki,  yuxarıda 

qeyd  etdiyimiz  qeyri-ənənəvi  dini  təriqətlərin  əksəriyyətinin 

fəaliyyətinə Qərb ölkələrində qadağa qoyulmuşdur.

Dünyanın  onlarla ölkəsində qadağan olunmuş qeyri-ənənəvi  dini 

cərəyanlardan  biri  olan  saentologiyanın  tərəfdarları  Azərbaycanda da 

peyda olmuşlar. Doğrudur, Bakı sacntoloqlan özlərini hələ kilsə icması 

saymırlar  və  sadəcə  maraqlılar  qrupu  olduqlarını  bildirirlər.  Dini 

Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsindən  saentoloqlardan  kilsə  kimi 

qeydiyyat üçün müraciət daxil olmadığını və bu cərəyanın Azərbaycan 

üçün  yenilik  olduğundan  hələ  ki,  heç  bir  problem  doğurmadığını 

bildirirlər.  Hazırda  dünyada  154-dən  çox  ölkədə  3200-dən  çox 

saentologiya  kilsəsi,  missiyaları,  qrupları  və  sosial  hərəkatı  fəaliyyət 

göstərir.  Bu  nəzəriyyənin  yaradıcısı  amerikalı,  130-dan  çox  fantastik 

əsərlərin müəllifi Lafayet Ronal Habbarddır. Saentologiya tərəfdarları 

1954-cü  ildə  dini  icma  -   kilsə  yaradıblar.  Bu  kilsənin  tərəfdarlan 

Tannni  sonsuzluq kimi qəbul edir.  Onlann  fikrincə,  insan əbədidir və 

tarix  boyunca  forma  dəyişdirərək  mövcud  olur.  MDB  məkanında 

saentologiya  hərəkatı  ilk  dəfə  1984-cü  ildə  yaranıb.  Sovet  rejiminin 

qadağasına  baxmayaraq,  əvvəlcə  indiki  Sankt-Peterburqda,  sonra  isə 

Moskva şəhərində bu hərəkatın ardıcılları təşkilatlanmağa başlayıblar. 

1990-cı ilin əvvəllərində bu qruplar birləşərək, Rusiyada saentologiya 

kilsəsi  təsis  ediblər.  Bu  kilsə  bütün  MDB  məkanında  rus  dilində 

saentologiya ədəbiyyatı yaymaqla məşğuldur.

Dünyada  saentologiyanın  8  milyon  tərəfdarı  vardır.  Bir  çox 

ölkələrdə  saentologiyaya  qarşı  radikal  addımlar  atılır,  kilsələri 

bağlanır. Belə addımlardan biri 2007-ci il dekabrın 7-də Almaniyada 

atılıb.  Bu  ölkənin  hakimiyyət  orqanları  saentologiya  kilsəsini 

qanundan kənar elan ediblər.

-

111


-


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə