Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

A nar Hasənli

əsas  məqsədlərindən  biri  də  müsəlman  ölkələrində  daxili  və  xarici 

siyasət sahəsində mühüm dəyişikliklərin və transformasiyanın tətbiqi 

üçün səmərəli təklif və tövsiyələr hazırlamaq, yeni islahat modellərini 

təkli f etməkdən ibarət olmuşdur  [10].

Bu  gün  qloballaşmanın  özünə  bir bəşəri  dəyər kimi  yanaşaraq 

onun  imkanlarını  bütün  bəşəriyyətin  xeyrinə  yönəltmək  lazımdır. 

Əgər belə olarsa cəmiyyəti təhlükə altına alan qlobal problemlərdən 

xilas  olaraq  sivilizasiyalararası  dialoq  vasitəsilə  bəşəriyyətin 

tərəqqisinə nail olmaq mümkün olar.



M üasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

2.2.  Azərbaycanda  dini tolerantlıq yeni  müstəvidə

Bu  gün  qloballaşma  və  ictimai  həyatın  beynəlmiləlləşməsi 

mədəniyyətləri  və  dinləri  yaxınlaşdırır.  Ölkələr  arasında  siyasi, 

iqtisadi, sosial və mənəvi həyat sahələrində, informasiya məkanında 

qarşılıqlı  əlaqələrin  genişləndiyi  və  intensivləşdiyi  bir  dövrdə 

xalqların  mədəni-tarixi  təcrübəsi  formalarının  müxtəlifliyinə 

rəğmən,  insanlığın birliyi problemi artıq yalnız nəzəri deyil, həm də 

praktiki həllini tələb edir. Milli, mədəni, tarixi müstəsnalıq ideyasının 

insan  birgəyaşayışı  üçün  təhlükəliliyi  getdikcə daha artıq  dərəcədə 

dərk  edilməyə  başlanmışdır.  İndi  artıq  söhbət  kimisə  yəhudiliyə, 

yaxud  xristianlığa  və  ya  islama  çəkməkdən  getməməlidir,  ümumi 

səylər  mədəniyyətləri  və  dinləri  bir-birinə  yaxınlaşdıran  cəhətləri 

aşkar edib üzə çıxarmağa yönəldilməlidir. Yəqin ki, doğulmaqda olan 

ümumplanetar  sivilizasiyanın  əsas  xüsusiyyəti  əqidə  plüralizmi 

olacaqdır və insanlar aralarında getdikcə daha çox fikir birliyi, əqidə 

yekdilliyi  və  qarşılıqlı  anlaşma  təsisatları  axtarıb  tapmaq  zərurəti 

qarşısında qalacaqlar.

Ümummilli  lider  Heydər  Əliyev  tolerantlığın  cəmiyyətdə 

mühüm  rol  oynadığını  vurğulayaraq  deyirdi:  “Tolerantlıq, 

dözümlülük çox geniş anlayışdır. O həm  insani münasibətlərin, həm 

insan  cəmiyyətində  gedən  proseslərin,  həm  də  dövlətlorarası, 

millətlərarası,  dinlərarası  münasibətlərin  bir  çox  cəhətlərinə  aiddir. 

O,  təkcə  dinlərin  bir-birinə  yaxınlaşması  deyil,  onların  bir  birinin 

adətlərinə, mənəviyyatına dözümlülük,  mədəniyyətlərə dözümlülük 

deməkdir” [24,154].

Heydər  Əliyev  dinin,  xüsusən  də  İslamın  inkişafına  çalışan 

şəxsiyyət idi. Heydər Əliyev deyirdi:  "Dünyada bir çox böyük dinlər 

mövcuddur.  Hər  dinin  özünəməxsus  yeri  var.  Biz  azərbaycanlılar 

İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı 

mənfi  münasibət  göstərməmişik,  düşmənçilik  etməmişik,  ədavət 

aparmamışıq  və  heç  bir  başqa  xalqı  da  öz  dinimizə  itaət  etməyə 

məcbur etməmişik.  Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa

-

97

-




A nar H.xwmli

dinlərlə  yanaşı  və  qarşılıqlı  anlaşma  şəraitində  yaşamaq  İslam 

dəyərlərinin  xüsusiyyətidir.  Bu,  tarix  boyu  Azərbaycanda  da, 

Qafqazda da öz əksini tapmışdır. Azərbaycanda İslam dini ilə yanaşı, 

xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. 

Qafqazda  da  bu  mənzərə  var.  Hesab  edirik  ki,  insanlar  hansı  dinə, 

hansı  mədəniyyətə  mənsubluğundan  asılı  olmayaraq,  bütün  başqa 

mədəniyyətlərə,  dinlərə,  mənəvi  dəyərlərə  də  hörmət  etməli,  o 

dinlərin  bəzən  kiməsə  xoş  gəlməyən  adət-ənənələrinə  dözümlü 

olmalıdırlar" [24,155].

Yaşadığımız  dramatizmlə,  kolliziyalarla,  mürəkkəb  sosial-siyasi 

hadisələrlə  müşayiət  olunan  indiki  dövrdə  qarşımızda  duran  mühüm 

məsələlərdən  biri  cəmiyyətdə,  m üxtəlif  etnik  qruplar,  dini 

konfessiyalar, dövlətlər, millətlər arasında ayrı-seçkiliyin bütün təzahür 

formalarını  aradan  qaldırmaq  problemi  durur.  Başqa  sözlə  insanlar 

arasında  sülh  dəyərlərini  yaymaq,  sülh  mədəniyyətini  təbliğ  etmək 

lazım gəlir.  Lakin dünyanın  müxtəlif yerlərində saysız-hesabsız insan 

qrupları üçün sülh hələ də əlçatmaz məqsəd olaraq qalır.

Tolerantlıq,  dini,  milli-irqi  dözümlülük  milli  mentalitetimizin 

ayrılmaz cəhətlərindəndir. Yüzi İliklər boyunca Azərbaycanda xalqlar 

vahid  və  mehriban  bir  ailə  kimi  yaşamış,  etnik  və  dini  icmalar 

arasında  dözümlülük  əlaqələri  formalaşmış,  milli,  irqi,  dini  ayrı- 

seçkiliyə  yol  verilməmiş,  müxtəlif dinlərə  mənsub  insanlar  sülh  və 

əmin-amanlıq şəraitində dinc-yanaşı fəaliyyət göstərmişlər.

Azərbaycan dünyada ənənəvi dinlər olan islamın, xristianlığın və 

iudaizmin,  məscidin,  kilsənin  və  sinaqoqun  dinc,  yanaşı  fəaliyyət 

göstərdiyi,  tolerantlığın  mövcud  olduğu  nadir  ölkələr  sırasındadır. 

Dini etiqad azadlığının və dini qurumların qanuni  fəaliyyətinin təmin 

edilməsi istiqamətində zəruri şərait yaradılmışdır.

Ölkəmizdəki  dini  dözümlülük,  ümumiyyətlə  tolerantlıq  mühiti 

üm um m illi  liderim iz  Heydər  Ə liyevin  “D övlət  və  D in” 

konsepsiyasına  uyğun  olaraq  inkişaf  etmiş,  dövlət  siyasətinin 

prioritet  istiqamətinə  çevrilmişdir.  Alternativi  olmayan  bu  siyasəti 

uzaqgörənliklə  həyata  keçirən  Azərbaycan  Respublikasının

98

-

Müusir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri



Prezidenti  İlham  Əliyevin  hazırda  ölkəmizdə  tolerantlığın  və  dini 

etiqad azadlığının təminatçısı olduğu xüsusi qeyd edilməlidir.

Bu gün cənab  İlham Əliyevin dini  konfessiyaların rəhbərləri  ilə 

ınütəmadi  görüşlər  keçirməsi,  müxtəlif  dinlərə  məxsus  abidələrin 

təmiri və yenidən qurulmasına dəstək verməsi dini etiqad azadlığının 

təmininə  və  dini  qurumların  fəaliyyətinin  güclənməsinə  geniş 

imkanlar  açır.  Mütərəqqi  addımlardan  biri  də  Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  təşəbbüsü  ilə 

Nazirlər Kabineti 2011-ci  ilin dekabr ayında  Qafqaz Müsəlmanları 

İdarəsinə  iki  milyon  manat  və  18  qeyri-islam  təmayüllü  dini 

icmaların hamısına ümumilikdə 400  min  manat dövlət büdcəsindən 

maliyyə yardımı ayrılması barədə qərar verilməsidir [10].

Dövlət  Statistika  Komitəsindən  əldə  etdiyimiz  məlumata  görə,

2009-cu  il  aprel  ayının  13-dən  22-dək  ölkədə  həyata  keçirilən 

siyahıyaalmanın  nəticələrinə  görə, 

Azərbaycanda  əhalinin  milli 

tərkibi  aşağıdakı  kimidir:  azərbaycanlılar  -  8  milyon  172  min  800 

n əfər-91%,  ləzgilər -180 min 300 nəfər -  2%,  erm ənilər-120 min 

300 nəfər - 1,3% (Dağlıq Qarabağda yaşayanlar), ruslar - 119 min 300 

nəfər -1,3%, talışlar -112 min nəfər -1,3%, avarlar - 49 min 800 nəfər

-  0,6%,  türklər -  38  min  nəfər -  0,4%,  tatarlar  -  25  min  900  nəfər - 

0,3%, tatlar - 25 min 200 nəfər - 0,3%, ukraynalılar - 21  min 500 nəfər

- 0,3%, saxurlar -12 min 300 nəfər - 0,1 %,  gürcülər - 9 min 900 nəfər

- 0,1 %, yəhudilər - 9 min  100 nəfər - 0,1 %, kürdlər - 6 min  100 nəfər -

0,1%,  qrızlar-4m in  400 nəfər - 0,04%,  udinlər - 3 min 800 nəfər- 

0,04%,  xmalıqlılar - 2 min 200 nəfər - 0,02%,  digər millətlət - 9 min 

500  nəfər  -  0,1%. 

[145].  Bütün  bu  xalqların  nümayəndələri

ölkəmizdə  azad,  rahat  və  bərabərhüquqlu  şəkildə  yaşayırlar.  Bu 

barədə Prezident İlham Əliyev bəyan edib ki, heç vaxt heç bir yerdə 

ayrı-seçkiliyə  yol  verilməyəcək,  verilmir  və  bunun  qarantı 

Azərbaycan  Prezidentidir:  “Bunun  qarantı  mənəm  -  Azərbaycan 

Prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da 

bizim  böyük  üstünlüyümüzdür,  böyük  dəyərimizdir.  Biz  bunu 

qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu

90



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə