Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

Anar Hasımli

konsepsiyası  durur,  xeyirxah  əməl  və Allah  naminə atılan bu addım 

Allahın adil kəlamını qoruyub saxlamaq və onun insanlara çatacağına 

inamla yaşamaq niyyəti  idi.  Peyğəmbərin hicr etməklə Allaha pənah 

aparm ası  və  bu  niyyətlə  insanları  cahillikdən  kam illiyə 

yüksəltməsinə  onların  ləyaqətini  özlərinə  qaytararaq  qəlblərində 

yanan  iman  və  inam  şamının  sönməməsi  üçün  zəmin  yaratmışdır 

[123,196].

“Qurani-Kərim”də  vurğulanır ki,  yaşadığımız  fani dünyada heç 

kos  başqalarının  günahı  üçün  cavabdeh  deyildir  [48,  53:38,  39:7]. 

Ona görə də, islama etiqad və itaət şəxsi xarakter daşıyır, daxili şəriət 

ailə-nikah  məsələlərindən tutmuş cinayət və cəza,  müharibə və sülh 

məsələlərinə  qədər  problemləri  tənzimləyir.  Lakin  bunu  xüsusilə 

qeyd etmək  lazımdır ki, şəriətin mühüm prinsipinə görə müsəlmanın 

qurtuluşu  onun  hansı  dövlətdə  yaşamasından  asılı  olmayıb,  onun 

şəriət  qanunlarına  necə  əməl  etməsi  ilə  müəyyənləşdirilir. 

Cəmiyyətdə  hüquqları  ilə  borclarını,  haqları  ilə  vəzifələrini  bir- 

birindən  ayıra  bilən,  öz  varlığını  ali  mənəvi  dəyərlər  əsasında 

tənzimləyən  insanı  əsl  müsəlman  hesab  etmək  olar.  Müsəlman 

ilahiyyatçıları  öz tədqiqatlarında  islamda  insan azadlığını  aşağıdakı 

şəkildə təsnif edirlər:

-  Allahın  bəxş  etdiyi  şəxsi  azadlıq.  Fərdin  bu  azadlığı  ikili 

xarakter daşıyır və qrupun (kollektivin) azadlığı ilə məhdudlaşır.

-  Davranış  azadlığı.  Əgər  mülkiyyət  qanunu  əməllərin 

nəticəsində  əldə  olunubsa onu  şəxsi  mülkiyyət  kimi  qanuniləşdirir. 

Ona  qəsd  etməyi  qadağan  edir  və  əgər  mülkiyyətçinin  əməlləri 

cəmiyyətə  təhlükə  təşkil  etmirsə  ondan  sərbəst  istifadə  etməyə 

təminat  verir.  Şəriət  həddi-buluğa  çatmayanlar,  ağıldankəm  və 

sərsəm  adamlar  üzərində  nəzarəti  müəyyən  edir,  onların  təsərrüfatı 

müstəqil  idarə  etmək  imkanım  məhdudlaşdırır.  “Qurani-Kəriın”in 

“ən-Nisa”  (Qadınlar)  surəsinin  5-ci  və  6-cı  ayələrində  deyilir: 

“Allahın  sizə  dolanmaq  üçün  bəxş  etdiyi  malları  ...  səfehlərə 

(ağılsızların  əlinə)  verməyin.  Onları  həmin  mallardan  yedirdib, 

geyindirin  və  özlərinə  xoş  sözlər  deyin!”,  “yetimləri  nikah  yaşma

-80

 

-



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını hiss etsəniz mallarını 

özlərinə  qaytarın.  Böyüyəcəklər  deyə,  o  malları  israf edib  tələm- 

tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə 

qəbul  olunmuş  qayda  üzrə  yesin.  Yetimlərin  mallarını  özlərinə 

qaytardığımız zaman şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət 

edər” !  [48,4:5,4:6].

İslam təliminə görə, fikir, düşüncə azadlığı təxmini, yaxud xəyali 

xarakter  daşıyan  deyil,  mötəbər,  insanlara  fayda  gətirəcək  faktlara 

söykənməlidir.  Ən-Nəhl  (“Bal  arısı”)  surəsində  deyilir:  Ya 

Məhəmməd!  İnsanların  hikmətlə  (Quranla,  tutarlı  dəlillərlə),  gözəl 

öyüd-nəsihətlə (moizə) Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən 

gözəl  surətdə  (şirin dillə,  mehribanlıqla,  əqli  səviyyələrinə müvafiq 

şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru 

yolda olanları da daha yaxşı tanıyır”  [48,16:125].

“Dində  yoxdur”  kimi  ali  prinsipə  əsaslanan  insan  tam  azad 

etiqada öz dinini müdafiə etmək hüququna malikdir, dini ayinləri icra 

etmək,  başqalarını  da  onun  kimi  əməl  etməyə  dəvət  etmək  hüququ 

vardır.  Qurani-Kərimin  “Yunus”  surəsində  deyilir:  “Əgər  Rəbbin 

istəsəydi, Yer üzündə olanların hamısı inam gətirərdi.  İnsanları  iman 

gətirməyə  sənmi  məcbur  edəcəksən?  (Bu  sənin  işin  deyildir.  Sənin 

vəzifən ancaq İslamı təbliğ etməkdir)” [48,  10:99]. Yaxud “əl-Kəhf’ 

(Mağara) surəsində: “Haqq Rəbbinizdədir, kim istəyir inansın, kim də 

istəyir,  inanmasın” (kafir olsun)  [48,  18:29], kimi  fikirlər azadlığın 

geniş diapazonuna dəlalət edir.

İslam  dini  şəxsiyyətin  siyasi  hüquqlara  malik  olmasına  da 

mühüm yer ayırır.  Siyasi hüquqlar ümumiyyətlə cəmiyyət üzvlərinə, 

həmçinin  müsəlmanların  himayəçiliyini  qəbul  edənlərə  (başqa 

dindən  olanlara)  şamil  olunur.  Hər  bir müsəlmanın  İslam  aləmində 

cəmiyyəti  idarə  etmək  hüququ  vardır.  İlahiyyatçı-hüquqşünaslar 

hesab  edirlər  ki,  əgər  hüquq  obyekti  ədalət  məhkəməsini  həyata 

keçirən  ədalətdirsə,  hüquq  subyekti  insanın  hüquqları  və 

təəhhüdləridir.  Lakin  İslam  hüquq  konsepsiyası  təkcə  fərdin 

hüququnu  deyil,  həmçinin  “Ümmanın”,  yəni  həm  dindarların

-

81

-




Anar Həsənli

cəmiyyətinin hüququnu da nəzərdə tutur. Bunu “Ali-İmran” surəsinin 

110-cu  ayəsi  sübut  edir.  Ey  müsəlmanlar!  Siz  insanlar  üçün  zahirə 

çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, 

pis  əməlləri  qadağan  edir və Allaha  inanırsınız.  Əgər kitab  əhli  də 

(sizin) kimi  iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların 

da  içərisində  bəzi  iman  gətirənlər  vardır,  lakin  çox  hissəsi  haqq 

yoldan çıxanlardır [48,18:29]. Müsəlman hüququ hesab edir ki, islam 

dini dindarlara onların irqindən, sinfindən, yaxud dərisinin rəngindən 

asılı  olmayaraq yüksək hörmət aşılamağa çalışır, bu şərtlə ki, fərdlər 

islam qardaşlığına, birliyinə məxsus olsun.

Milli  birlik ideyasının tarixi  dinamikasının tədqiqi sübut edir ki, 

1839-cu  ildə  Osmanlı  imperiyasında  islahatlar  həyata  keçiriləndən 

sonra tədricən  milli  mənsubiyyətçilik prinsipi dini  mənsubiyyətçilik 

ənənəsini  sıxışdırıb  çıxarmağa  başlayır.  Bundan  əvvəl  isə,  məlum 

olduğu  kimi,  hər  hansı  bir  müsəlman  başqa  bir  islam  dövlətinə 

gedəndə heç bir məcburiyyət olmadan oranın təbəəsi ola bilərdi.

Lakin  islam  dünyasında gedən müasir sivilizasiya dəyişiklikləri 

müsəlmanların  insan  hüquqları  məsələlərinə  münasibətinə  yeni 

korrcktivlər gəlirmişdir. İslam dini ümumi insan hüquqları prinsipləri 

ilə  yanaşı,  şəxsiyyətin  insan  hüquqları  sahəsindəki  müasir 

meyillərinə müəyyən dərəcədə geniş yer verməyə başlamışdır.

Dünyada  baş  verən  prosesləri  diqqətlə  izləyən  sağlam  zəka 

sahibləri bəşəriyyətin tarixi təcrübəsini, müharibələrin ardıcıllığı tarixi 

kimi  deyil,  sülhün  və  əməkdaşlığın  bərqərar  olması  yolunda  atılan 

addımların tarixi kimi öyrənilməsini daha məqsədəuyğun sayırlar.

Tarixi  proses  boyu  mövcud  olan  sivilizasiyaların  yanaşı 

yaşaması, dini-konfcnsiyaların qonşusu, insanları həyat normalarının 

və dünya duyumlarının birgə formalaşdığı prosesdir.

XX əsrin ikinci yarısından başlayaraq “Roma klubu”nda birləşən 

alimlərin  bəşəriyyəti  böyük  sürətlə  öz  inkarına,  məhvinə  doğru 

getməsi  haqqında  mülahizələri  bəşəriyyətin  qlobal  probleminə 

diqqəti  artırdı.  Bu  prosesi  sürətləndirən  meyillər  içərisində 

sivilizasiyaların qarşıdurması və toqquşması xüsusi qeyd olunurdu.

-

82

-



Miiasir şarailda Azarbaycanda dini-madam dayarlahn inkişaf xüsusiyyatlari

İfrat  fərdiyyətçilik,  həyata  praqmatist  baxışın,  tarixə  nihilist 

m ünasibətin,  kapitalın  və  hakim iyyətin  həddindən  artıq 

konsentrasiyasının,  insanın  özünün  özünə  yadlaşmasının,  işsizlik, 

yoxsulluq və s. proseslərin sürəti şəraitində bəşəriyyətin gələcəyini nə 

gözlədiyini  proqnozlaşdırmağa çalışan  müxtəlif xarakterli  yazıların 

sayı gündən-günə artmaqdadır.

1989-cu  ildə  “Neşnl  interes” jurnalında  Frensis  Fukuyamanın 

“Tarixin sonudurmu?” adlı  maraqlı  məqaləsi dərc olundu.  Sonradan 

eyni adlı monoqrafiyaya çevrilən bu tədqiqatda müəllif kommunizm 

sisteminin süqutu  ilə tarixin özünün  xoşbəxt sonluğuna çaldığını  və 

bəşəriyyətin  gələcək  inkişafının  liberal-demokratik  əsasda  inkişaf 

edəcəyini iddia edirdi [119].

F.Fukuyamanın  fikrincə,  dünya  qocalıb,  yeni  sivilizasiyaların 

formalaşması  imkanı  tükənib.  Dünya  birliyinin  yeganə  xilası  isə 

ümumbəşəri  sivilizasiyanın  quruculuğuna  doğru  irəliləməkdədir. 

Vacib  şərtlərdən  biri  isə  Şərq  xalqları,  millətləri,  dövlətləri  ilə 

inteqrasiyasıdır.  ABŞ-ı  bu  proseslərdə  baş  intcqrator  hesab  edən 

müəllif XXI  əsrdə  formalaşacaq  düşüncə  tərzinə  məhz  bu  dövlətin 

maraqlan baxımından yaxşılaşacağını göstərir.

İnteqrator dövlət -  yeni birgə qaydalan yaradır, iqtisadi, siyasi, mənəvi 

dəyərləri formalaşdınnağa çalışır, müəyyən bir dövlətin maraqlarını təmin 

edən qloballaşma siyasətini həyata keçirməyə cəhd edir.

Digər proqnoz amerikan alimi S.Xantinqtonun “Sivilizasiyaların 

toqquşması  və  yeni  dünya  nizamının  yenidən  qurulması”  əsərində 

verilir.  Müəllifin  fikrincə,  keçmiş  sosializm  və  kapitalizm  arasında 

olan  antoqonizm  sivilizasiyaların  toqquşması,  ilk  növbədə  qərb, 

islam  və  pravoslav  sivilizasiyaları  arasındakı  ziddiyyətlərlə  əvəz 

olunacaq [121].

Müəllifin  fikrincə,  dünya  çox  gəncdir  və  yaradıcı  enerji  ilə 

zəngindir.  Əvvəlki  əsrlərin tarixi  təcrübəsindən bəhrələnən XXI  əsr 

yeni  sivilizasiyaların  formalaşması  üçün  geniş  imkanlar yaranacağı 

dövr  olacaq.  Əsrin  əsas  inkişaf  modeli  isə  hakimiyyətin  qollara 

bölünməsinin  sürətlənm əsi,  regionçuluqla  müşayiət  olunan

-  

83

  -




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə