Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

A nar Həsənli

“Mən  yer  üzündə  hər  xəlifə  (canişin)  yaradacağam”,  -  dedikdə 

(mələklər): “Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və səni 

müqəddəs tutduğumuz halda, Sən orada (Yer üzündə) fəsad törədəcək 

və  qan  tökəcək  bir  kəsmi  yaratmaq  istəyirsən?”-  söylədilər.  (Allah 

onlara:  (“Mən  bildiyim  şeyi  siz  bilmirsiniz!”  [48,  2:30]  buyurdu. 

Allaha iman gətirməyənlərə, Allahı və möminləri aldatmaq istəyənlərə 

Allah  deyir:  “Yer  üzərində  (küfr  və  günah  işlədərək,  möminləri 

aldadaraq) fəsad törətməyin”  [48,2:11 ].

İslama  görə,  Allah  insanları  yer  üzərində  ədalətli  davranmaq, 

mərhəmət  və  şəfqət  hissini  unutmamaq,  birinin  fikrinin,  hüququnun 

məhdudlaşdırmasma  yol  verməmək,  ulu  Tanrı  qarşısında  bərabər 

olduqlarını dərk etmək üçün yaratmışdır.  Məhz buna  görə də islamda 

insan  hüquqlarınm  təbiəti  cəmiyyətdə  insanın  yeri  və  rolu,  insan  və 

dövlət  münasibətlərinin  sivil  qaydada  tənzimlənməsi,  insan 

hüquqlarının  dərəcəsi  və  məqsəd  təyinatı  kimi  problemləri  müasirlik 

baxımından dərindən dərk etmək üçün “İslam ədalət konsepsiyası”nın 

mahiyyətini nəzərdən keçirmək daha məqsədəuyğun olardı.

Ədalət,  hər  şeydən  əvvəl,  ən  mühüm  mənada  əxlaqi  kateqoriya 

olub, həmçinin hüquqi və sosial-siyasi şüur anlayışıdır. Ədalət anlayışı 

cəmiyyətdə ауп-ауп fərdlərin (sosial-qrupların) praktik rolu ilə onların 

ictimai  vəziyyəti  arasında  hüquq  və  təəhhüdləri,  əmək  və 

mükafatlandırma,  cinayət  və  cəza,  insanların  xidmətləri,  bunların 

ictimaiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq nisbətini ifadə 

edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir [6,136].

Təbiidir  ki,  müsəlman  ilahiyyatçıları  əsrlər  boyu  ədalət 

probleminin islami dəyərlər mövqeyindən şərhinə xüsusi əhəmiyyət 

vermiş və bu gün də verməkdədirlər  [44,3-71].  2011-ci ildə İslam 

Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşü bunu bir daha sübut etdi.

Cəmiyyətin mənəvi həyat sahələri (elm, incəsənət, hüquq, əxlaq, 

din,  mədəniyyət və s.) üç mühüm  ünsürdən ibarətdir:  mənəvi həyatı 

tənzimləyən, onun konkret qaydalar çərçivəsində axarını təmin edən 

normalar  və  prinsiplər  sistemi  (hüquqi,  əxlaqi,  dini,  norma  və 

prinsiplər);  bu  norma  və  prinsiplərin  insanlar  tərəfindən  dərk

-

76

-



Müasir şəraitdə Azerbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

edilməsindən  ibarət  olan  şüur  formaları  (hüquqi  şüur,  əxlaqi  şüur, 

dini,  siyasi  və  s.  şüur);  mövcud  normalar  və  prinsiplər  əsasında 

qurulan  münasibətlər  sistemi  (sosial  praktika)  və  s.  Bunlara 

cəmiyyətdəki  əxlaqi,  siyasi,  hüquqi,  dini  və  s.  münasibətlər  aiddir. 

Cəmiyyətin  normal  inkişafı,  onun  səviyyəsi  və  ahəngdarlığı,  sosial 

tarazlığı bu ünsürlərin bir-birinə uyğunluq dərəcəsi ilə ölçülür.

İlkin təbii qanunu adət və ya din olan cəmiyyət sonradan dövlətin 

tərtib etdiyi qanunlarla baş-başa qaldı. Burada ən pis hal isə dövlətin 

qanunlarının cəmiyyətdəki təbii dəyərlərlə uyğun gəlməməsidir.

Lakin  qeyd  etdiyimiz  proses  daimi  xarakter  daşımır.  Tezliklə 

ictimai həyatın pozitiv tərəfləri üzə çıxmağa başlayır.

Müasir  dünyanın  geniş  mənada  daha  bir  qaçılmaz  ideyası 

qloballaşmadır.  Soyuq  müharibənin  başa  çatması  ilə  hərəkətə 

başlayan  qloballaşma  siyasi,  iqtisadi,  mədəni  həyatın  bütün 

sahələrinə  təsir  etmək  gücünə  malik  olur.  İlk  anlarda  biz 

qloballaşmanı yalnız iqtisadi aspektdən dərk edirdiksə, bu gün sosial- 

siyasi və mədəni həyatın bütün sahələrində bu ideyanın təsirlərini hiss 

etməkdəyik. Deməli qloballaşma ideyaları etnik münasibətlərdən də 

yan keçməyə bilməz. Bu baxımdan konfliktli ərazilərdə separatizmin 

hələ  də  davam  etməsi  ziddiyyətli  sual  doğurur.  Əgər  qloballaşma 

daha  çox  müsbət  tendensiyadırsa  o  zaman,  etnik  separatizmin 

davamlılığı baş verməməlidir.

Bəşər  tarixinin,  xüsusilə  inqilablar  tarixinin  dərindən  öyrənilməsi 

açıq-aydın göstərir ki, bütün inqilabi hərəkatların və xalq qiyamlarının ən 

başlıca səbəbi cəmiyyət həyatında tüğyan edən ədalətsizlik, məzlumların 

hüquq və ləyaqətinin tapdalanması, azadlığa və ədalətə nail olmaq kimi 

sosial-siyasi,  hüquqi-əxlaqi  istiqamətli  amillər  olmuşdur.  Lakin 

inqilablar və  xalq  hərəkatları  belə  bir həqiqəti  (istər Qərbdə,  istərsə  də 

Şərqdə) də üzə çıxarmışdır ki, onlar əslində müqəddəs məqsədlərinə nail 

olmamış, bəşər həyatını əzab və iztirablardan qurtara bilməmiş, əksinə, 

demək  olar  ki,  sosial  məyusluq  bütöv  xalqları  yeni-yeni  qanlı 

müharibələrə  sövq  etmişlər.  Məsələ burasındadır ki,  artıq özünün  təbii 

inkişaf yolunu  itirmiş  cəmiyyət  tənəzzül  və  uğursuzluqlarla  müşayiət

-

77

-




Anar Həsənli

olunur və buna görə də, uzun müddət ədalətli sistem və hamını razı salan 

ictimai  quruluş  yarada  bilməz.  Tərəqqipərvər  müsəlman  ilahiyyatçısı 

Seyid  Müctəba  Rııhni  Musəvi  Lari  yazır ki,  cəmiyyətdə  hər bir sosial 

strukturun  əsas  tələbi  ədalətli  qanundur.  Ədalət  qanunu  ictimai  rifaha 

uyğun  olaraq  bütün  siniflərin  və  fərdləriıı  hüquqlarına,  həmçinin 

qanunun  müxtəlif  məcəllələrinin  insanın  davranışında  reallaşmasına 

təminat yaradır [96,184].

Ədalət bir sosial-əxlaqi  dəyər kimi,  dünyanın hər bir guşəsində 

sivilizasiyalı  həyat  qurmaq  üçün  ən  gərəkli  və  qanuni  tələbatdır. 

Müsəlman  ilahiyyatçılarının  fikrincə,  hər şeyə  qadir Allah  dünyanı 

elə  yaradıb  ki,  onun  amallarının  həyata  keçməsi  yalnız  ədalətə 

əsaslanır və heç bir qüvvə də bu  əqidəni  qəti poza bilməz.  Dünyanı 

idarə  edən  tarazlıq,  bu  baxımdan,  şeylərin  təbiətində  əzəldən 

verilmişdir.  Fikir  azadlığı  və  iradə  anadangəlmə  olduğundan  məhz 

onun  vəzifəsi  cəmiyyətdə  ədaləti  bərqərar  etməkdir.  Maraqlıdır  ki, 

islamın  öz  təriqətləri  arasında  sosial  ədalət  prinsipinə  münasibətdə 

fikir ayrılığı  mövcud olmuşdur. Məsələn, hələ Əbu Həmid əl-Qəzali 

özünün  “Batinilərin  təliminin  naqisliyi”  əsərində  şiə  təriqətlərində 

ismailliyin ifrat qollarından biri olan batiniliyin islama, onun ədalətli 

prinsiplərinə zidd  olduğunu, dövlətçilik  üçün təhlükə  təşkil  etdiyini 

xüsusilə  iddia  etmişdir  [75,  6].  Həyatın  müəyyən  anlarında  insan 

təfəkkürü  yönümündə  yanılır,  qanun  və hüquq  normalarım  unudur, 

ədalət  və  xeyirxahlıq  normalarına  riayət  etmir,  insan  özünün 

davranışına,  demək  olar  ki,  kifayət  qədər  nəzarəti  itirir  və 

başqalarının  hüquqlarını  pozmuş  olur.  Buna  görə  də,  bəşəriyyətin 

görkəmli  simaları  həmişə  hesab  etmişlər  ki,  ədalət  insanın  ruhuna 

nüfuz  etməli,  onun  bütün  insani  keyfiyyətləri,  davranış  normaları 

ədalətə  söykənməlidir.  İnsanlar  uğranda  mübarizə  aparılan  ədaləti 

insanların  birgəyaşayışı  naminə  ictimai  həyatın  təşkilinin  əsas 

elementi  kimi  qiymətləndirməyi  bacarmalıdırlar.  Yuxanda  qeyd 

etdiyimiz  S.M.Musəvi  Lari  göstərir  ki,  ədalət  cəmiyyəti  möminlik 

naminə birləşməkdə həyati mühüm addımdır, “ədalətin gözəlliyindən 

nurlanmış cəmiyyət həyatda yaşamaq üçün zəruri olan hər şeyi tapır.

7 8 -

Miiasir şəraitdə Asərhaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

onun bütün problemlərini aradan qaldırır” [96,  184]. O, özünün digər 

monoqrafiyası  olan  “Qərb  sivilizasiyası  müsəlmanın  gözləri  ilə” 

əsərində  islam ın  insan  hüqu q ların ın   m üdafiəsin d ə  və 

gerçəkləşməsində rolunu xüsusi olaraq qeyd edərək göstərir ki, islam 

dəyərləri  şəxsi  və  ictimai  həyatın  hər  bir  hissəsini  məhz  ədalət 

əsasında  tənzimləyir.  [96,  184]  Müsəlman  əxlaqi  hesab  edir  ki, 

dünyanın  qüdrəti  və  hökmranlığı  Allaha  məxsus  olduğundan 

hakimiyyət  sahibi  olanlar  insanlara  münasibətdə  bir  idarə  edən  və 

icraçı  kimi öz hüquqlarından  istifadə edərək  bütün bunların Allahın 

iradəsindən gəldiyini əsasən bilməlidir. Buna görə də, müstəbidlər öz 

həmvətənlərini, qardaşlarını köləyə çevirən istismarçılar, demək olar 

ki,  qanundan  kənarda  qalmış  olurlar.  İslam  hər  bir  insanın 

özünəhörmət  hissinə  rəvac  verir  və  hesab  edir  ki,  insana  müyəssər 

olan  həqiqi  və yeganə bərabərlik Allahın  iradəsinə hamının bərabər 

tabe  olmasıdır,  bu  cür  bərabərlik  hər  kəsə  günəş  altında  öz  yerini 

tapmasına,  hərc-mərcliyə  və  fanatizmə  yol  verilməsinə  təminat 

yaradır. Müsəlmanlar dünya xalqlarına böyük səmimiyyətlə müraciət 

edərək deyirlər:  “Gəlin, ümumi etiqad ətrafında birləşək. Axı, Allah 

birdir”.  Allaha  ibadət  ən  kamil  azadlıqdır,  çünki  onun  qanunları, 

normaları  insanın  əsl  təbiətinin  mahiyyətini  əks  etdirir,  onun 

saflanmasına kömək edir.

Peyğəmbərin Məkkə ətrafında qələbəsindən sonra bir qrup kafir 

ondan öz bütü və nəsli üçün imtiyazlar istədilər. O isə cavabında dedi: 

“Allaha minnətdar olun  ki,  islamın  qüdrətli  təlimi  sayəsində O,  sizi 

nadanlıq  günlərinizdən  qurtardı,  hakimiyyətin  məğrurluğu, 

təkəbbürlüyünü və hərisliyini amansız çılpaqlıqla açdı. Bilin ki, indi 

Allah qiyaməti qarşısında iki qrup durar: “Allahın nəzərində dəyərli 

olan  möminlər  qrupu  və  xəcalətdən  başlan  aşağı  olan  günahkarlar 

qrupu” [96,184].

Müasir  islamşünas  alim  Məhəmməd  Səid  hesab  edir  ki, 

Məhəmməd  peyğəmbərin  hicr  etməsi  də  sosial  ədalət  naminə 

edilmişdir.  Onun  fikrincə,  peyğəmbərin  Məkkədən  Mədinəyə 

hicrətinin  də  sövqedici  motivi  kökündə  yeni  mənəvi  məqsəd

- 7 9 -



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə