Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

A nar HəSrVili

Belorusda flaşmobdan siyasi etirazlar üçün  istifadə olunur. Məsələn, 

Belorusda  etiraz  aksiyaları  qadağa  edildiyindən  proqressiv  gənclər 

müxtəlif siyasi  flaşmoblardan  istifadə  edir —  seçki  komissiyasının 

önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud 

Lukaşenkonun  çıxışının  küçələrdəki  ekranlar  vasitəsi  ilə  yayımı 

zamanı  bir  qrup  gəncin  ekranlara  arxalarını  çevirməsini  misal 

gətirmək olar  [141].

Sosializm  ideologiyasının  və  sosialist  həyat  tərzinin  süqutu 

postsovet  məkanında,  o  cümlədən  Azərbaycanda  mədəni-ideoloji 

boşluq  yaratdı.  Bu  boşluq  xaricdən  daxil  olan  mədəni  və  ideoloji 

cərəyanların  hesabına  dolmağa  başladı.  Ölkənin  müstəqillik 

qazanması  ilə  vətəndaşlara  da  verilən  azadlıqlar  qısa  müddətdə 

liberal  ictimai-siyasi  mühit  əmələ  gətirdi.  Nəticədə,  hərə  öz  maraq 

dairəsinə,  peşə  fəaliyyətinə,  dini  dünyagörüşünə,  xobbisinə,  cinsi 

meyillərinəgörə azad mədəni seçim qarşısında qaldı. Qloballaşma və 

informasiya  texnologiyalarının  inkişafı  üzərində  geniş  yayılan 

kütləvi  mədəniyyət  dalğası  və  ona  qarşı  əks  reaksiyalar  tezliklə 

əsasən  böyük  şəhərlərdə  rəngarəng  ctnomədəni  mühit  yaratdı. 

Yuxanda  sadalanan  submədəniyyətlərin  və  həyat  stillərinin 

əksəriyyəti də məhz bu dövrdə, həmin dalğanın təsiri altında təşəkkül 

tapmışdı.  Məsələn,  müasir  Bakıda  mövcud  olan  uşaq-gənc 

subıııədoniyyətləri  əsasən  yaxın  dövrün  mədəni  törəmələridir.  O 

cümlədən  dini  əlamətlərə  görə  yaranan  submədəniyyətlər  də  sırf 

müasir  dövrdə  meydana  gəlmişdir.  Lakin  indiki  zamanda  mövcud 

olan  bəzi  həyat  stillərini  və  submədəniyyətləri  müəyyən  mənada 

ənənəvi  saym aq  olar.  H əbsxanadakı  subm ədəniyyət,  dil 

mənsubiyyətinə  görə  yaranan  submədəniyyət,  bəzi  sosial-peşə 

submədəniyyətləri  bir  qədər  ənənəvi  xarakter  daşısa  da,  onlar 

tamamilə  yeniləşmişdir  və  müasir  dövrün  mədəni  tələbatlarına 

uyğunlaşmışdır.  Qeyd  edək  ki,  Azərbaycanda  tarixən  olduğu  kimi 

müstəqillik dövründə də 2006-cı  ildə Azərbaycanda olmuş Vatikanın 

Xarici  İşlər  naziri  ölkəmizdə  tolerantlığın  yüksək  səviyyədə 

olduğunu bildirmişdir [40].

-

60

-



Müasir şaraitda Azarbaycanda dini-madam dayarhrin  inkişaf xmusiyyatləri

Ümumiyyətlə,  keçid  dövründə  insanların  sosial-psixoloji 

durumunu öyrənmək üçün aparılan sosioloji müşahidələrin nəticələri 

üç hissədə qruplaşdırılmışdır:

1)  Ancaq özü haqqında fikirləşmək;

2)  Korporativ eqoizmin artması;

3)  Sosial  vəziyyətin  həddindən  artıq  çətinliyi  nəticəsində 

əhalinin bir qisminin aqressi v davranışı.

Məhz bu sosial-psixoloji və Qərb mədəniyyətinin geniş təsiri Bakıda 

həm  brekdansçılann,  həm  də  digər  submədəniyyət  daşıyıcılanmn 

davranışına və həyat stilinə mühüm təsir göstərir. Elə brekdans sözü özü 

də iııgiliscədən dağıdıcı, qırıcı rəqs deməkdir.  İlk vaxtlar diskotekalarda 

meydana  gələn  bu  rəqs  sonralar  onu  ifa  edənlərin  və  pərəstişkarlann 

sayının kəskin artması nəticəsində şəhərimizin küçələrinə də çıxmışdır. 

Hətta  bəzi  televiziyalarda  da  brekdans  müsabiqələri  və  yanşmalan 

kütləvi  yayımlanırdı.  Babda  bu  submədəniyyətin  daşıyıcıları  arasında 

həm  oğlanlar,  həm  də qızlar vardır.  Vaxtının  çoxunu  hip-hop  musiqisi 

dinləməyə və onun sədalan  altında rəqs etməyə sərf edən bu gənclərin 

özlərinəməxsus  aksessuarlan,  geyimləri  və  şüarları  (slenq)  vardır. 

Onlann  həyat  tərzi  idmançıların  həyat  tərzinə  çox  yaxındır.  Belə  ki, 

brekdansçılar  gimnastikanı,  akrobatik  hərəkətləri  mütləq  bacarmalıdır. 

Bu gənclərin geyimi də idman stilində olur.

Amerikada və Avropada  hər bir cərəyanın  tərəfdarları  ауп-ауп 

qruplarda birləşir və fərqli həyat stillərinə mənsubdurlar.  Bakıda isə 

hələ  bu  cərəyanların  tərəfdarları  tam  ayrılmamışlar  və  yalnız  bəzi 

xarici əlamətlərinə və davranışlarına görə fərqlənirlər. Ümumiyyətlə 

isə,  hip  ideologiya  mənəviyyatsızlığa  və  rasionalizmə  qarşı,  pank  - 

ədəb və ləyaqətə qarşı, metallistlər isə doğruluğa və «şirin» dünyaya 

qarşı  qiyam  elan  etmişdir  .  Ona  görə  də  rok-mədəniyyət  nisbətən 

mühafizəkar mühitdə yaxşı qəbul olunmur. Bakıda da onun hələ çox 

geniş  yayıla  bilməməsinin  səbəbi  budur.  Bununla  belə,  bakılı 

rokkerlər müəyyən qədər təşkilatlanmışlar və tədricən özlərini biruzə 

verirlər.  Rok  qruplardan  «Milan»,  «Unformal  Harmony»,  «Fatal 

Nation» vəs. fəaliyyət göstərir, festivallar keçirir.

-61

  -



A nar Həsənli

Respublikamızda  xristianlığın  pravoslav,  Roma-katolik  və 

protestantlıq  qollarına  aid  dini  icmalar  fəaliyyət  göstərirlər.  Adlan 

çəkilən ənənəvi dini  icmalar Azərbaycan ərazisində tarixən fəaliyyət 

göstərmiş,  hətta  bir  çoxları  hələ  Sovetlər  dövründə  dövlət 

qeydiyyatına  alınmışdılar.  Həmin  dövrdə  qeydiyyata  alınmış 

icmaların  20-si  qeyri-ənənəvi  dini  qurumlara  aiddir.  Mərkəzləri 

əsasən  ABŞ-da,  İsveçdə  və  Almaniyada  olan  və  Azərbaycan  üçün 

qeyri-ənənəvi  olan belə  missioner təşkilatları  əsasən rusdilli gənclər 

arasında daha geniş yayılmışdır.  2011-ci  ildə dövlət qeydiyyatından 

keçmiş  dini  icmaların  sayının  571-ə  çatdığı  bildirilir.  Həmin 

icmalardan  551-i  İslam, 20-si  isə qeyri-islam təmayüllüdür.  2011-ci 

ildə  müvafiq  ekspertizaya  1681  adda  dini  ədəbiyyat  təqdim  edilib. 

Onlardan  51  adda  zərərli  kitabın  ölkəyə  idxalının  və  yayılmasının 

qarşısı  alınıb.  Son  8  ildə  Azərbaycanda  117  məscid,  1  kilsə  və  1 

sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı 

təmir  edilib.  Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  7  məscid  və 

ziyarətgahın inşa və ya əsaslı təmir olunub [10].

Yenicə müstəqillik qazanmış bir ölkəyə gələn xristian, hinduizm 

və  radikal  müsəlman  təşkilatları  verilən  azadlıqlardan  sui-istifadə 

etm əyə  başlayaraq,  vətəndaşlarım ızın  dini  m ənsubiyyətini 

dəyişməyə,  casusluğa  sövq  etməyə,  hərbi  sirləri  öyrənmək  kimi 

çirkin  niyyətlərə  əl  atmağa  başladılar.  Missionerlər  əhali  arasında 

pessimist  əhval-ruhiyyə  yaymağa,  onları  taleyin  hökmünə  tabe 

olmağa  sövq  edirdilər.  Belə  missionerlərin  yarıtmaz  dini  təbliğatı 

ölkəmiz  üçün  milli  təhlükə  mənbəyinə  çevrilməsi  narahatlıq 

yaratmaya bilməzdi.  Bu dini  təriqətlər ilk vaxtlar fəaliyyət sferasına 

Azərbaycandakı  azsaylı  rus  dilli  və  digər  kiçik  etnik  xalqlann 

nümayəndələrini cəlb edirdilər. Lakin, ağır Qarabağ müharibəsi, işğal 

olunmuş  ərazilərin  qaçqın  düşmüş  əhalisinin  acınacaqlı  vəziyyəti, 

bəzi  dövlət  strukturlarının  belə  vacib  məsələyə  laqeydcəsinə 

yanaşması,  bu  üzdəniraq  təşkilat  və  missionerlərin  ölkəmizin 

müsəlman əhalisi arasında da öz çirkin əməllərini həyata keçirmələri 

üçün  əlverişli  şərait  yaratmışdı.  Həm  də  nəzərə  almaq  lazımdır ki,

-62

  -


Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

həmin vaxtlar ölkədə bu  dini təriqətlərin  ibadət  və məşğələlər üçün 

istənilən binanı icarəyə götürmək imkanı var idi, vaizlərin  isə bütün 

respublika ərazisində hərəkət etməsinə heç bir məhdudiyyət yox  idi. 

Müharibədən, siyasi qarışıqlıqdan, iqtisadi vəziyyətdən cana doymuş 

insanlar  isə hər şirin  sözə  müsbət reaksiya  verirdilər. Artıq  1990-cı 

illərin  əvvəllərində xarici  dini  missionerlər xüsusən  Bakı  və Gəncə 

şəhərində  gənclərdən  və  ziyalılardan  istifadə  etməklə  insanları 

islamdan  qoparmağa  başlamışdılar.  Bir başqa  qrup  isə  vahid  islam 

fundamentalizminin  yaradılması  istiqamətində  geniş  fəaliyyətə 

başlamışdı. Burada bir məsələni qeyd etmək lazımdır ki, bəzi fikirlərə 

görə  ölkəmizdə  din  sahəsində  canlanma  yaranmasının  islam 

fundamentalizminə  səbəb  olacağı  haqda  deyilənlərin  perspektivi 

yoxdur.  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  Şeyxülislam 

Allahşükür  Paşazadə  bu  məsələyə  münasibət  bildirərkən  demişdir: 

”Son  illərdə  insanların  islam  dininə  müsbət  istiqamətdə 

m ü n a sib ə tin in   dəy işm əsin d ə  təhlükə  yoxdur  və  bunu 

fundamentalizm meyilləri  kimi  qiymətləndirmək  lazım deyil.  Onun 

fikrincə,  namaz  qılan,  oruc  tutan  və  dua  edənlərin  sayının  artması 

fundamentalizm  deyil.  Əgər  fundamentalizm  deyildikdə  islam 

nəzərdə tutulursa, mən buna qarşıyam. İslamla terroru eyniləşdirmək 

olmaz. İslam terror deyil. Terror varsa- bu, islam deyil” [59].

Azərbaycanda  radikal  islam  baxışlarının  və  təşkilatlarının 

yayılması  və  fəaliyyəti  həmişə  istər respublika daxilində,  istərsə də 

onun xaricində böyük maraq doğurmuşdur. Diqqət çəkən məsələ odur 

ki, demək olar ki, bütün belə strukturların  arxasında xarici  qüvvələr 

dayanır.  Bu  sahədə  tədqiqatlar  aparan  Arif  Yunusovun  fikrincə 

Azərbaycanda mövcud olan radikal islam və qeyri-ənənəvi təşkilatlar 

istiqamətlərinə görə şərti olaraq dörd yerə bölünür: “İran”, “Türkiyə”. 

“Rusiya”, və “Ərəb” istiqamətləri [ 126,178-179].

Keçən  əsrin  90-cı  illərində  İranla  bağlı  olan  radikal  islam 

təşkilatlan içərisində “Hizbullah” xüsusi fəallığı ilə seçilirdi.  1993-cü 

ildə  iranlı  missionerlər  Bakıda  gənclər  arasında  təbliğat  apararaq 

onları  öz  tərəflərinə  çəkməyə  və  “Hizbullahın”  yerli  təşkilatını

-

63

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə