Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

A n a r H əsənli

tikilən  bina  evləri;  3)  Həyət  evləri.  Həyət  evləri  də  müxtəlif tiplərə 

ayrılır:  a) villalar və kotteclər, b) adi evlər və c) gccəqondular.  Müasir 

evlər  əsasən  əhəngdaşı,  kərpic  və  betondan  tikilir.  Evlərin  hamam, 

tualet  və  mətbəxinin  olması  əsas  şərtdir.  Evlərin  quruluşu,  dizaynı 

əsasən  Qərb  ölkələrindən  götürülsə  də  bir  çox  milli  elementlər 

saxlanmaqdadır.  Ayrıca  qonaq  otağının  mütləq  olması,  yataq 

otaqlarının  ayn  və  nisbətən  qapalı  saxlanması  belə  elementlərdəndir. 

Müasir evlər daha çox hündür,  işıqlı olur, hər bir rahatlıq təmin edilir. 

Şəhərlilər  evlərini  təmir  etdirərkən  dəbə  uyğun,  lakin  zövqlərinə 

müvafiq rənglərə, dizayna üstünlük verirlər. Evlərin giriş qapısı mütləq 

dəmirdən  olmalı,  həyət  evlərində  və  aşağı  mərtəbələrdə  isə  dəmir 

şəbəkəli  pəncərələr  qoyulmalıdır.  Sovet  binalarında  darısqallıq 

olduğundan  birinci  mərtəbədə  yaşayan  bir  çox  sakinlər  həyətlərdən 

əlavə  tikililər  tikmiş,  binanın  ümumi  görünüşünü  pozmuşlar. 

Balkonların  örtülməsi  və otaqların  balkonlarla  birləşdirilməsi  az qala 

hər  bir  mənzildə  mövcuddur.  Müasir  şəhər  evlərinin  dizaynında 

rahatlıq, gözoxşayan bəzəklər və əşyaların yerləşdirilməsi mühüm yer 

tutur. Evlərin tavanı əsasən asma tavan və alçipandan, döşəməsi parket 

və laminat parketdən hazırlanır.  Divarlar zövqə uyğun rənglənir, ya da 

divar kağızları vurulur. Otaqların qapıları bir qayda olaraq уапуа qədər 

şüşəli  olur.  İmkandan  asılı  olaraq  qapılar  taxtadan  (şam,  palıd,  qoz, 

şabalıd  və  s.)  və  süni  materiallardan  hazırlanır.  Pəncərələr  çox  vaxt 

alüminium  və  plastik  materialdan  qoyulur.  Belə  pəncərələr  Bakı 

mühitində evi yağış və küləkdən daha etibarlı qoruyur.

Beləliklə,  qloballaşma  şəraitində  Azərbaycanda  həyat  tərzi  dini- 

mədəni  və habelə qərb dəyərlərinin təsiri  nəticəsində daim yaşadığımız 

mühitin tələbləri  səviyyəsində dəyişikliklərə uğrayır.  Bunun nəticəsində 

isə insanlarımızın özü də müasirləşərək yeni həyat tərzinə uyğunlaşırlar.

48

-



Muasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

1.3.  Müasir Azərbaycanın inkişafında dini-mədəni 

dəyərlərin transformasiyası

Müasir  dövrün  özünəməxsusluğu  cəmiyyətin  iqtisadi  və  siyasi 

həyatı  ilə  yanaşı,  artıq  qeyd  edildiyi  kimi,  əhalinin  həyat  tərzi  və 

etnomədəni  oriyentasiyasına,  o  cümlədən  etnososial  proseslərin 

inkişafına  da  mühüm  təsir  göstərmişdir.  İqtisadi  və  siyasi  sistemin 

dəyişdiyi,  yeni  ideologiyaların  və  dünyagörüşünün  təşəkkül  tapdığı, 

qloballaşmanın  və  ona  qarşı  mübarizənin  genişləndiyi  bir  şəraitdə 

insanların  şüur  və  düşüncə  tərzində,  hadisələri  və  prosesləri 

dəyərləndirmə  meyarında,  mədəniyyətə  və  ümumiyyətlə  həyata 

baxışında  yeni  meyillərin  formalaşdığı  müşahidə  olunur.  Müasir 

sivilizasiyanın  yarandığı  məkan  olan  şəhərlərdə  bu  proses,  daha 

mürəkkəb və nəzəraçarpan şəkildə gedir.  Şəhərlər yeni mədəniyyətin 

yaradıcısı  və  ixracatçısı  funksiyasını  yerinə  yetirir.  Qloballaşmanın 

milli məkanlara təsiri prosesində dövlətin daxili siyasi  inkişafı böyük 

əhəmiyyət  kəsb  edir.  İnteqrasiya  proseslərinin  təsiri  yeni  qavrayış, 

təfəkkür tərzi formalaşdırır, sonra isə yeni dövrün bu komponentlərinə 

həyat verir.  Davranışın yeni  stereotipləri  və formaları meydana gəlir. 

Demokratik  dövlət  kimi  Azərbaycan  hüquqi  və  demokratik  əsaslan 

möhkəmləndirmək istiqamətində irəliləyir [ 139].

Sürətlə inkişaf edən və qloballaşan cəmiyyətdə vaxtaşırı iqtisadi, 

sosial  və  mədəni  tələbatlar  da  dəyişir.  Nəticədə  zövqlər,  maraqlar, 

stillər  müxtəlifləşir,  fərdiləşmə  və  sosial  identifıkasiya  güclənir. 

Kütləvi mədəniyyət heç də hamını qane etmir və tələbatları ödəmir. 

Ona  görə  də  cəmiyyətdə  yeni  həyat  stilləri  meydana  çıxır.  Əsas 

mədəniyyətdən fərqlənən submədəniyyətlər yaranır.

Ə vvəllərdə  göstərildiyi  kim i,  həyat  stili  həyat  tərzi 

problcmatikası  çərçivəsində  öyrənilən  kateqoriyalardan  biridir.  Bu 

kateqoriya  həyat  stili,  həyat  tərzi,  sosial  rollar  və  statuslar  kimi 

komponentləri  özündə  birləşdirir.  Həyat  stili  sosial-psixoloji 

kateqoriya, insanların davranışının müəyyən tiplərinin təzahürü kimi 

anlaşılır.  Həyat  stili  eyni  zamanda  submədəniyyətlər  üçün  də

-

49



-


Anar Həsənli

müəyyən  baza  rolu  oynayır.  Fərqli  həyat  stilləri  əsasında  bəzi 

submədəniyyətləri müəyyənləşdirmək mümkündür.

«Submədəniyyət» (subculture) anlayışı elmi ədəbiyyata XX əsrin 

30-cu  illərində gəlmişdir və 60-70-ci  illərdə gənclərin davranışlarının 

tədqiqi  ilə  əlaqədar  geniş  şəkildə  işlənməyə  başlamışdır.  İlk  vaxtlar 

Qərbdə meydana gələn bu anlayış sonralar rus elminə keçmişdir və 80- 

ci illərdən başlayaraq SSRİ məkanında (sonralar Rusiya) mövcud olan 

submədəniyyətlərin tədqiqində geniş istifadə olunmuşdur. Azərbaycan 

elmində  submədəniyyətlər  problemi  hələlik  işlənməmişdir  və  yalnız 

bəzi epizodik təsəvvürlər mövcuddur.

«Submədəniyyət»  anlayışının  müxtəlif  elmi  təsəvvürləri  və 

izahları  vardır.  Məsələn,  sosioloq  E.M .Babosov  onu  belə 

qiymətləndirir: «Submədəniyyət -  şəxsiyyətin daxil olduğu və özünü 

sərbəst hiss etdiyi,  şəxsiyyətdə «mən» anlayışının «biz» anlayışı ilə 

qarışdığı və özünəməxsus baxışlar və davranış qaydaları ilə fərqlənən 

qrupa  xas  dəyərlər  sistem idir».  Şepanskayanın  fikrincə, 

submədəniyyət  müəyyən  zamanda  özünü  təqlidin  kommunikativ 

sistemidir.  O,  həmin  tərifi  model  və  ya  konkret  materiallarla  asan 

doldurula bilən matrisa şəklində açır [94,127].

Rus  tədqiqatçısı  Şatorost  submədəniyyət  anlayışını  belə 

dəyərləndirir.  «Submədəniyyət  hər  şeydən  əvvəl  əsas  cəmiyyətdən 

fərqlənən  qrupun norma və dəyərlər sistemidir. O, yaş, etnik törəmə, 

din,  sosial  qrup  və  ya  yaşayış  yeri  kimi  faktorların  təsiri  altında 

formalaşır  [94,129].  Submədəniyyət dəyərləri  əksəriyyətin  qəbul 

etdiyi milli mədəniyyəti inkar etmir. İ.M.Morozov isə öz məqaləsində 

submədəniyyət anlayışı  altında  fəaliyyət sahəsini  müəyyənləşdirən, 

öz  atributlarını,  davranış  stilini,  habelə  xüsusi  dil  və  həyat  tərzini 

yaradan, bu və ya digər mədəni ənənələr çərçivəsində yaranan ictimai 

maraqlara əsaslanan qrupun cəmini təsvir edir  [94,128-131].

Göründüyü kimi, tədqiqatçıların fikirləri  xeyli dərəcədə üst-üstə 

düşür  və  hamı  submədəniyyətlərin  ayrıca  qrup  tərəfindən 

yaradıldığını  qəbul  edir.  Lakin  submədəniyyətləri  yaradan  amillərə 

gəldikdə  isə  fikirlər  müxtəlifləşir.  Din,  dil,  məkan,  yaş,  həyat tərzi,

-

50

-



Muasır şəraitdə Azərbaycamla dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

sosial  mühit  kimi  amillər  submədəniyyəti  formalaşdıran  faktorlar 

kimi nəzərdən keçirilir.

Müasir  dövrdə  submədəniyyət  anlayışı  həm  də  «yeraltı 

mədəniyyət»  (subterranean  culture)  və  «zirzəmi  mədəniyyəti» 

(underground culture) anlayışlarını da özündə ehtiva edir. Avropa və 

Qərb  elmi  ədəbiyyatında  çox  işlənən  bu  terminlər  hələlik  bizdə  az 

işlədilir. Bununla belə adı çəkilən mədəniyyətlər artıq mövcuddur və 

cəmiyyətimizin reallıqlarına çevrilmişdir.

Yuxanda  göstərilən  elmi  fikirlərə  və  şəxsi  müşahidələrə 

əsaslanaraq  belə  bir  fikrə  gəlmək  mümkündür  ki,  mövcud  hakim 

mədəniyyətin  əksinə  olaraq  submədəniyyət  özlüyündə  hakim 

dəyərlər  sisteminə  reaksiya  olaraq  cəmiyyətdə  tabe  sosial-struktur 

mövqedə  duran  sosial  qrup  tərəfindən  yaradılmışdır.  Belə  ki, 

submədəniyyət  qrup  şəklində  normalar,  davranış  stereotipləri, 

mənalar, dəyərlər, ifadə vasitələri və həyat tərzini əks etdirir.

Kulturoloq A. V.Kravçenkonun fikrincə, submədəniyyət millətin 

ümumi  mədəniyyətinin  bir  hissəsi  olsa  da,  müəyyən  aspektlərdə 

ümumiyə  qarşı  durur,  lakin  ümumi  cəhətlərinə  görə  dominant 

mədəniyyətin  əsas  cəhətləri  ilə  razılaşaraq,  milli  mədəniyyətin 

davamçısı kimi çıxış edir.  Submədəniyyət dominant mədəniyyətdən 

dili,  həyata baxışları,  davranış  xüsusiyyətləri,  saç  forması,  geyimi, 

adətləri  ilə  fərqlənir.  Bu  fərqlər  kəskin  olsa  da,  submədəniyyət 

dominant  mədəniyyətə  qarşı  tam  çıxış  etmir.  Submədəniyyət 

dominant  mədəniyyətin  bir  sıra  dəyərlərini  qəbul  edir  və  ona 

özünəməxsus xüsusiyyətlər əlavə edir [94,162].

Tədqiqatçı  alim  A.M.Abramovun  fikrincə  isə,  submədəniyyətlərin 

nümayəndələri eyni məkan və zaman çərçivəsinə mütləq daxil deyillər, 

onlar nisbətən müstəqil mövcud olurlar. Yəni submədəniyyətlər zamana 

və  məkana  görə  fərqli  mövqelərdə  olsalar  da,  mahiyyətcə  oxşar  ola 

bilərlər [72,336-350].

Müxtəlif  həyat  stilləriniıı  və  submədəniyyətlərin  yaranması 

sosial mühitdən və müxtəlif mədəni təsirlərdən asılıdır.  İnformasiya 

texnologiyalarının  inkişafı  və qloballaşmanın mədəni təzahürləri bu




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə