Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

Anar Həsənli

ölkədə  zəif  hiss  ediləcək  dərəcədə  olsa  da,  liberallaşmaya  şərait 

yaratmışdır.  İranın  sabiq  xarici  işlər  naziri  Kamal  Xərrazi  də  öz 

növbəsində  bildirmişdir  ki,  Avropa  Şurası  ölkələrinin  xarici  işlər 

nazirləri  ilə  İran-Avropa  münasibətləri  üzrə  danışıqlar  aparmağa 

hazırdır.  Bunun  ardınca  Almaniyanın  iqtisadiyyat  naziri  açıqca 

bildirmişdir  ki,  İranla  Almaniya  firmalarının  ticarət  etməsinin 

əleyhinə  olan  Amerika  siyasətini  qəbul  etmək  olmaz.  Məsələn, 

“Şpiqel”  jurnalı  xəbər  verir  ki,  İranın  neft  sənayesində  alman 

bankının  sərmayə  qoyması  üstündə  amerika-alman  konfliktində 

Almaniya  hökuməti  öz  ölkəsini  müdafiə  etmişdir.  Avropa  Şurası 

dəfələrlə  xəbərdarlıq  etmişdir  ki,  əgər ABŞ  İranla  ticarətə  görə  hər 

hansı Avropa bankına sanksiya tətbiq edərsə, Avropa Şurası ölkələri 

cavab tədbirləri görəcəklər.

Əlbəttə, bu cür siyasi yaxınlaşma, qarşılıqlı anlaşma Şərqlə Qərb 

sivilizasiyalarının münasibətlərində də yeni mərhələ aça bilər.

İranla  m ünasibətlərin  yaxşılaşdırılm asında  öz  mötədil 

mövqeyini  ABŞ-ın  sabiq  dövlət  katibi  Madlen  Qibrayt  da 

bildirmişdir.  O  demişdir:  “Amerika  İranla  qarşılıqlı  etimad  qurmaq 

üçün yeni yollar axtarmağa hazırdır. Görünür ki, onillik etimadsızlığı 

bir  gecədə  aradan  qaldırmaq  mümkün  deyildir.  Aramızda  uçurum 

dərindir.  Lakin  körpü  salmaq  imkanını  sınaqdan  çıxarmaq  vaxtı 

gəlmişdir” [10].

Hazırkı  dövrdə  hadisələrin  gedişi  bu  siyasi  xəttin  tamamilə 

dəyişilməsinə gətirib çıxardı. Artıq həm Avropa Birliyi, həm də ABŞ 

İran  İslam Respublikası  ilə bağlı  siyasətində dəyişikliklər edərək bu 

ölkəyə  qarşı  həm  iqtisadi,  həm də  siyasi  sanksiyaları  nəzərdə  tutan 

qətnamələr qəbul etdilər. Bu proses isə İran və Qərb arasında dialoqa 

ciddi  zərbə  vuraraq  siyasi  və  hərbi  qarşıdurma  səviyyəsinə  gəlib 

çatmışdır.  Fikrimizcə,  bu  hadisəni  Qərb  və  İslam  sivilizasiyası 

arasında baş verən qarşıdurma kimi qəbul etmək düzgün deyildir.

Ümumiyyətlə,  islam  sivilizasiyası  mövzusu  həmişə  diskussiya 

xarakteri daşımışdır. İran İslam İnqilabından sonra islam dininə, onun 

mədəniyyətinə  maraq  daha  da  artmışdır.  Bu  gün  də  islam  barədə

-

92

-



Vıiiasır şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

deyilən sözlər həm də dünya hadisələrinə münasibət deməkdir. Ona 

görə də, islam sivilizasiyası müəyyən siyasi mövzuya çevrilmiş olur.

İkinci  bir məsələ:  islam  bilikləri,  mədəniyyəti,  sivilizasiyası  və 

tarixi  şərqşünaslar  tərəfindən  yazılmış,  bir  çox  müsəlmanlar  isə 

onların  metodologiyasını  təqlid  etmişlər.  Bu  mənada  doktor  Rza 

Ərdəkani  göstərir  ki,  islam  fikri  tarixi  yenidən  yazılmağa  ehtiyac 

duyur.  İslam  erası  başladığı  vaxtdan  islam  dünyasının  müxtəlif 

guşələrində yaşayan müsəlmanlar elmi biliklərə yiyələnməyə səy gös­

tərmiş,  incəsənət və filologiya, astronomiya və riyaziyyat sahəsində 

görkəmli  alimlər yetişdirmişlər.  İslam  alimləri  Çində,  Hindistanda, 

Qədim  Yunanıstanda  əldə  edilmiş  bilikləri  öyrənərək  bütün 

bəşəriyyətin  biliklərini  inkişaf etdirərək bəşər  sivilizasiyasını  xeyli 

irəli aparmışlar.

Bəzi  şərqşünaslar belə bir səhv mövqedədirlər ki,  müsəlmanlar 

elmləri  toxunulmamış  şəkildə  saxlamış,  sonra  isə  bunları  öz 

sahiblərinə  -  Avropa  xalqlarına  qaytarm ışlar.  M üsəlm an 

mütəfəkkirləri  nəinki  əxz  etdikləri  bilikləri  inkişaf etdirmiş,  əksinə 

yunan  fəlsəfəsinə  çoxlu  yeniliklər  gətirmiş,  onu  yeni  əsaslarla 

zənginləşdirərək,  Avropa  intibahının  fəlsəfi-intellektual  əsaslarını 

hazırlamışlar. Söhbət heç də xalis islam elmi biliklərindən (ilahiyyat, 

Qurana təfsirlər, hədislər,  müsəlman hüququ və s.) getmir, çünki  bu 

islam  mədəniyyətinə  heç  kəs  şübhə  etmir.  Lakin  həmin  elmlərin 

meydana  gəlməsi  islam  dünyasında  dərin  təfəkkürdən,  tədqiqatın 

dəqiqliyindən  və  elmin  fəallığından  xəbər  verir.  Bunu  dünya 

intellektualları danılmaz həqiqət kimi dəyərləndirirlər.

Hətta  islam  fəlsəfəsini  qədim  yunan  fəlsəfəsinin  əksi  hesab 

edənlər  də,  islam  fikrinin  nailiyyətlərini  inkar  etmir,  onun  bir  sıra 

görkəmli nümayəndələrini yüksək qiymətləndirirlər.

Əlbəttə, islam fikrini yalnız sufilik və dini mistizm çərçivəsində 

məhdudlaşdırmaq  düzgün  olmazdı.  İslam  fəlsəfəsinə  və  elminə 

Fərabi,  İbn  Sina,  Sührəvərdi,  Mirdaməd,  Molla  Sədra,  Razi,  Əbu 

Reyhan Biruni, İbn Hişam kimi mütəfəkkirlər layiqli tövhə vermişlər. 

Bunları yunan filosoflarının təqlidçisi kimi vermək düzgün olmazdı.

-

93

-




A nar Həsənli

Maraqlı  faktdır ki, vaxtilə “Şərq inkişafdan dayanmışdır” deyən 

alman  filosofu  Hegel  Berlin  Universitetində  əl-Qəzalinin  fəlsəfəsi 

üzrə mühazirələr oxumuşdur.

Lakin  bugünkü  reallıq  belədir  ki,  islam  dini  və  mədəniyyəti 

haqqında  deyilən  hər  şey  ya  onun  möhkəmlənməsinə,  ya  da 

zəifləməsinə  xidmət  edir.  Bir  zamanlar  (1957-ci  ildə)  “Eyzenxayer 

doktrinası”  məqsədlərindən  birinin  Məkkəni  və  Yerusəlimi  sovet 

təhlükəsindən  qonımaq  kimi  elan  edilməsi  haradasa  müsəlman 

Şərqində  rəqabətlə  qarşılanmışdı,  halbuki  Yerusəlim  əslində  məhz 

Herdil tərəfindən işğal edilmişdi.

Hər  halda  Avropa  və  islam  sivilizasiyalarının  qarşılıqlı 

münasibətlərinə nikbin baxmaq üçün əsas vardır.  Dünyada baş verən 

sosial-siyasi  inteqrasiya  hadisələri  böyük  ipək yoluna olan marağı da 

artınr.  Belə  ki,  həmin  ölkələrdə  sənayenin  sürətlə  inkişafı  və  kənd 

təsərrüfatının  təmərküzləşməsi  baş  verir,  dünya  standartları 

səviyyəsində  təhsil  almış  intellektual  insanlar  formalaşır.  Lakin 

müsəlman şərqi özünün unikal  mədəni  ənənəsini qorumağa çalışır və 

bu  gün  onların  ABŞ-da  müxtəlif  etnik  qruplarla  yanaşı  yaşaması 

göstərir  ki,  demokratik  cəmiyyətdə  etnoslar  mədəni-dini  unifikasiya 

prosesinə məruz qalmır, özlərinin mədəni-sivilizasiya xüsusiyyətlərini 

saxlayırlar.

Zaman  göstərir  ki,  öz  mənəvi  hökmranlığını  məcburən  qəbul 

etdirmək,  başqa  “sivilizasiya”nı  dağıtmaq  bəşəriyyət  üçün  yalnız 

gözlənilməz  fəlakətlər yarada bilər.  Ona görə də dünyanın vicdanla 

düşünən  intellektualları  haqlı  olaraq  gələcəyin  xoşbəxtliyini 

sivilizasiyaların dialoqunda görürlər.

Dinlərarası dialoqun konseptual əsaslarının işlənib hazırlanması 

mürəkkəb  və  uzun  prosesdir.  O  dünyanın  tez  dəyişən  sosial-siyasi 

mənzərəsi və yeni sivilizasiya çağırışları ilə bir qədər mürəkkəbləşir. 

Bu  şəraitdə  müxtəlif  dinlər  arasında  dini  azadlığı  qəbul  etmə  və 

əməkdaşlığın  zəngin  ənənələrinə  malik  olan  regionların  təcrübəsi 

böyük əhəmiyyət kəsb edir. Bu regionlardan biri, əsrlər boyu siviliza­

siyalar,  mədəniyyətlər və dinlərin qovuşuğunda olan Azərbaycandır

-

94

-



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

və  bu  yer  dialoqun  əsaslarının  nəzəri  və  praktiki  tətbiqi  üçün 

istiqamətləndirici  olacaqdır.  Planetin  mədəni  müxtəlifliyinin 

saxlanması  və  dünya  sivilizasiyasının  gələcəyi  bu  dialoqun  çox 

zaman uğurla həyata keçirilməsindən asılıdır.

Sülh  mədəniyyəti  və  dinlərarası  dialoq  güclə  qəbul  etdirilə 

bilməz.  Bu,  müəyyən  bir  xalqın  nümayəndələrinin  inandırması  və 

təsiri  əsasında  inkişaf edən  bir  prosesdir.  Bu  proses  hər  ölkədə  və 

regionda,  onun tarixindən,  mədəniyyətindən  və  ənənələrindən  asılı 

olaraq özünəməxsus şəkildə inkişaf edir.

Bu  gün  ölkəmizdə  1997-ci  ildə  müxtəlif  qeyri-hökumət 

təşkilatlarını,  dini  konfessiyaların  nümayəndələrini  birləşdirən 

Azərbaycan Sülh və İnkişaf Alyansı tolerant və yeganə sülh təşkilatı 

olaraq  qeyd  olunan  istiqam ətdə  uğurlu  fəaliyyət  həyata 

keçirməkdədir.  Bunlardan  Rus Provaslav kilsəsinin Bakı-Xəzəryani 

Yeparxiyası  Povaslav  dini  icması, Avropa Yəhudilərinin  Bakı  Dini 

icması, Bakı dağ Yəhudilərinin dini icması, Gürcü Yəhudilərinin dini 

icması,  Roma  Katolik  Dini  İcması  və  digər  dini  konfessiyaların 

adlarını çəkmək olar.

Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında dinlər mühüm 

rol  oynayırlar.  Ənənəvi  dinlər  milli  şüurlarda  mükəmməlliyi, 

sabitliyi,  konservativliyi  qoruyub  saxlayır.  Əsasən  bu  dinlər 

cəmiyyətdə ədalət prinsipini təbliğ edir, böyük kütlələri birləşdirir və 

formalaşdırır.  Ona  görə  də  qlobal  hakimiyyət  tərəfdarları  müxtəlif 

yollarla bu dinlərin zəifləməsinə çalışır.

Müasir  dövrdə  hər  bir  milli  mədəniyyət  digər  xalqların, 

mədəniyyətlərin  yaratdığı  əsas  dəyərləri  özündə  əks  etdirir.  Milli 

mədəniyyətin  müxtəlifliyi  bəşər  mədəniyyətinin  zənginliyini 

göstərir.  Milli  mədəniyyətlərin  qarşılıqlı  təsiri  və  inkişafı  prosesi 

təkcə  mənəvi  sərvətlərin  mübadiləsi  ilə  məhdudlaşmır,  həm  də  bu 

prosesə qiymət verən vahid metodoloji meyarları da formalaşdırır.

2012-ci  ildə  müsəlman  dövlətlərinin  birliyi  olan  İslam 

Əməkdaşlıq  Təşkilatına  üzv  dövlətlərin  növbəti  Ш  Forumu  -  Bakı 

Forumu bir sıra məqsədlərin həllini qarşıya qoymuşdu.  Bu forumun

-

95

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə