Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   25   26   27   28   29   30   31   32   33

A nar H əsənli

Heydər Əliyev  öz  fəaliyyəti  ilə  bizə məhz bu  həqiqəti  çatdırmışdır. 

Ona görə də Azərbaycanın yeni  nəsildən  olan  siyasətçilərinin  tarixi 

legitimliyinin dərəcəsi bu nəslin rasional siyasi xəttinə varisliyi, onun 

mədəniyyət səviyyəsinə, təfəkkür tərzinə uyğunluğu ilə ölçüləcəkdir.

Q loballaşm a  və  qərbləşm ə  kontekstində  Azərbaycanın 

modernləşməsi  necə  olmalıdır?  Qərbləşməni  rədd  edərək  və  milli 

«Mən»i qoruyub saxlayaraq modernləşə bilərikmi? Cavab həm sadə, 

həm  də  mürəkkəbdir.  Bu  tarixi  yolu  bütün  Cənub-Şərqi  Asiyanın 

əslində  bütün  ölkələri  keçmişdir.  Yaponiya  intellektuallarının 

modernləşmə  konsepsiyası  «Qərb  texnologiyaları,  yapon  ruhu» 

aforizmi idi.

Azərbaycanda  1993-cü  ildən  başlayan modernləşmə ideologiyası 

çoxcəhətliliyi  sayəsində  səmərəli  olmuşdur.  O,  inkişafının  ilk 

səviyyəsində  ideologiyaya  az  bənzəyirdi,  daha  çox  qloballaşma 

şəraitində  ölkənin  strateji  inkişaf  konsepsiyası  funksiyasını  yerinə 

yetirirdi [134].

Modernləşmə  ideologiyasının  1996-cı  ildə formalaşan  ikinci və 

əsas  səviyyəsi  ölkə  əhalisinin  ən  fəal  hissəsini  özünə  cəlb  etdi.  Bu 

səviyyədə  yeni  m ühafizəkarlıq,  liberalizm ,  sosializm   və 

vətənpərvərlik  prinsipləri  vəhdət  halında  birləşdi.  Digər  ölkələrlə 

müqayisədə  dünya  kontekstində  onlara  çatmaq  və  regional 

kontekstdə  isə  qabaqlayıcı  inkişaf  ideyası  modernləşmənin  milli 

ideologiyasının əsası oldu. Bu ikili məqsəd ölkəmizdə son iki yüz ildə 

tətbiq  edilmiş  «müstəmləkə  şüuru»  komplekslərinin  aradan 

qaldırılmasına kömək göstərir.

Milli  ideologiyanın  inkişafının  üçüncü  səviyyəsi  cəmiyyətdə 

antimodemizm  ovqatını  «söndürə»,  ənənəçilik  təzahürlərinin 

qalıqlarını  neytrallaşdıra  bilən  kənar amortizator rolu  oynamalı  idi. 

Beləliklə,  milli  ideologiya  əhalinin  obyektiv  olaraq  ölkənin 

modernləşmə yolu ilə irəliləməsinə müqavimət göstərən təbəqələrinə 

yönəlmişdi.  Bu  zaman  başlıca  vəzifə  Azərbaycanda  sosial  və 

texnoloji  dəyişiklikləri  həyata  keçirmək,  habelə  milli  mədəniyyətin 

özünəməxsusluğunun  qorunub  saxlanmasına  təminat  vermək,

-  

124


  —

Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

etibarlı sosial müdafiəni və əlbəttə, şəxsiyyət azadlığını təmin etmək, 

beləliklə də, iqtisadi səmərəliliyi sosial ədalət ilə birləşdirmək idi.

Qloballaşmanın  həyatın  bütün  sahələrinə  nüluz  etdiyi  hazırkı 

şəraitdə  Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinin  təmin 

edilməsi dövlətin fəaliyyətində prioritet məsələlərdəndir. Nəzərə almaq 

lazımdır  ki,  milli  təhlükəsizlik  tarixi  ənənələrin  və  ictimai-həyatın 

normalarının, mənəvi-etik, o cümlədən dini irsin qorunmasını da ehtiva 

edir.  Məlumdur  ki,  Azərbaycan  Respublikası  həmişə  müxtəlif 

millətlərin  və  dinlərin  sülh  şəraitində  birgə  yaşayışına  nümunə 

olmuşdur.  Azərbaycan  dövləti  cəmiyyətin  maraqlarından  irəli  gəiən 

rasional milli siyasət kursunu, dini tolerantlıq mühitinin qorunması və 

inkişafını,  bütün  vətəndaşların  qanun  qarşısında  bərabərliyi  və 

qanunun  aliliyini,  demokratik  hüquq  və  azadlıqların,  həmçinin 

insanların  bu  hüquq  və  azadlıqlardan  sərbəst  istifadə  imkanlarının 

təmin  edilməsini  mövcud  ola  biləcək  müvafiq  riskin  real  təhdidə 

çevrilməsinin  qarşısının  alınması  və  neytrallaşdırılmasınm  mühüm 

şərtləri qismində nəzərdən keçirir [134].

Avropa  və  bütövlükdə  Qərb  istiqaməti  ilə  yanaşı,  Azərbaycan 

İslam dünyasının bir hissəsi olmaqla, İslam Konfransı Təşkilatı ilə sıx 

əməkdaşlıq  edir.  2007-ci  ilin  birinci  yarısında  İslam  Əməkdaşlıq 

Təşkilatının  sədri  vəzifəsini  yerinə  yetirərək, Azərbaycan  təşkilatın 

siyasi  rolunun  artırılması,  beynəlxalq  problemlərin  həllində  onun 

təsiri  və iştirakının gücləndirilməsi, beynəlxalq  ictimaiyyətdə və  ilk 

növbədə  Avropada  islamın,  onun  mədəniyyət,  dəyərlər  və 

fəlsəfəsinin düzgün  dərk edilməsi  ilə bağlı  fəal  səylər göstərmişdir. 

Mədəniyyətlər və dinlərarası  dialoqun  təşviqi,  müxtəlif millətlər və 

dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafı, etnik 

və  dini  dözümsüzlük  əleyhinə  səmərəli  tədbirlərin  görülməsi  üçün 

geniş tərkibli bir sıra beynəlxalq təşəbbüslər həyata keçirilmişdir

Müasir Azərbaycan dövlətinin milli təhlükəsizlik siyasətinin yerinə 

yetirəcəyi  təxirəsalınmaz  vəzifələrindən  biri  bir  tərəfdən,  cəmiyyətdə 

razılıq  və  dinlərarası  sülh,  digər  tərəfdən  dövlətin  stabil  fəaliyyət 

göstərməsinin qarantı olan dini təhlükəsizliyin təmin edilməsidir.

-  

125


-


A n a r H əsənli

Hazırkı  mərhələdə  ölkədə  bərqərar  edilmiş  dini-mədəni 

tolerantlıq  mühitinin  qorunması  və  inkişafı  dövlət  qarşısında duran 

əsas  vəzifələrdən  biri  hesab  olunur.  Azərbaycan  dövlətində  həyata 

keçirilən milli siyasət kursu Azərbaycan  Respublikasının bütün ölkə 

vətəndaşlarının  ümumi  və  bölünməz  vətəni  olması  kimi  əsas 

prinsiplərindən birinə əsaslanır.

Azərbaycanda siyasi islam mövzusunda az-çox dərəcədə diqqəti 

cəlb  edən  tədqiqat  işləri  arzu  ediləcək  qədər  deyildir.  Bu  boşluğu 

doldurmaq məqsədilə Azərbaycan Araşdırmaları Vəqfı 2004-cü ildə 

“Azərbaycanda  siyasi  islam:  sosioloji  sorğu  vasitəsilə  problemi 

öyrənmə  cəhdi”  mövzusunda  sosioloji  tədqiqat  həyata  keçirmişdir. 

Sorğuda respublikanın beş bölgəsində - Şimal, Cənub, Mərkəzi Aran, 

Qərb və Bakı  ətrafı  kəndlərdə yaşayan  vətəndaşlar arasında təsadüfi 

seçmə  yolu  ilə  600  nəfərin  “siyasi  islam”  mövzusunda  fikirləri 

öyrənilmişdir.  Bunların  arasında  siyasi  islamla  birbaşa əlaqəsi  olan 

50 nəfər mütəxəssisin  iştirak etdiyi  8  fokus qrup da vardır.  Bu fokus 

qruplara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 5 işçisi, 5 siyasi 

partiya  lideri,  5  nəfər  qeyri-siyasi  dini  təşkilatların  rəhbərləri  və 

fəalları, 5 nəfər gənclər təşkilatlarının üzvləri, 5 nəfər QHT və media 

rəhbərləri,  5  nəfər müstəqil  ekspert,  10 nəfər tələbə və  10 nəfər işsiz 

daxildir.  Sorğuda  iştirak  edənlərin  70,2%  kişi,  29,8%  qadınlardır. 

Respondentlərin  97,6%  müxtəlif  sahələrdə  işləyənlər,  2,6%  isə 

işsizlər  təşkil  etmişdir.  Rəyi  soruşulanların  58,3%  18-35  yaşında, 

20,3% 35-45 yaşında, 21,4% 45 və daha çox yaşında olan vətəndaşlar 

olmuşdur.  Sorğunun  nəticələrinə  görə  Azərbaycan  cəmiyyətinin 

mütləq  əksəriyyəti  (89,9  faizi)  orta  məktəblərdə  dinin  əsaslarının 

öyrədilməsinə  və  70,7  faizi  isə  vətəndaşlar  üçün  Quran  kurslarının 

açılmasına müsbət yanaşır.

Başqa  dinlərin  Azərbaycanda  təbliğinin  güclənməsinə  necə 

baxırsınız? sualına rəyi soruşulanların 75,4 faizi mənfi cavab vermişdir. 

Buradan belə  bir nəticəyə gəlmək olar ki, Azərbaycanda ictimai rəyin 

İslama  daha  çox  yönəlməsini  stimullaşdıran  şərtlərdən  biri  də  fərqli 

dini inancların ölkədə yayılmasının güclənməsi hesab edilə bilər [16].

-  

126


-

Miiasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf x ü s u s iy id ə n

Beləliklə, vətəndaş cəmiyyəti və demokratiya heç də cəmiyyətin 

statistik  halı  olmayıb,  onun  müntəzəm  inkişafı,  sosial  qruplanr.  . ə 

partiyaların,  mənafelərin,  dəyərlərin  yaranması  ilə  yadda  qaiır. 

Zənnimizcə,  bu  dəyərlər  sistemində  dini-mədəni  prinsiplər 

cəmiyyətin  inkişafında  daha  sabit  və  əhəmiyyətli  prinsiplərdir 

Azərbaycan  dövlətinin  əsası  ulu  öndər  Heydər  Əliyev  tərəfindən 

qoyulan  milli  dövlətçilik  siyasəti  də  dünya  sivilizasiyaları  arasında 

dialoq körpüsü yaratmağa çalışır.

-  


127

-



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə