Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

A nar Həsənli

diferensasiya,  hakim iyyətə  və  siyasətə  m ünasibətdə  fikir 

ayrılıqlarının,  mövqe  müxtəlifliyinin  fəallaşması  ilə  xarakterizə 

olunan  divergensiya  və  suverenləşmədən  ibarətdir.  Bu  meyillərin 

ideya  əsasını  isə  millətlərin  öz  müqəddəratlarını  təmin  etməsini 

absurd  səviyyəyə  çatdıran  millətçilik  ideyası  təşkil  edir.  Müəllifin 

fikrinə əsasən əgər XX əsr ideologiyaların konflikti əsri idisə, XXI əsr 

sivilizasiyaların və ya dinlərin qarşıdurması əsrinə çevriləcək. Müasir 

dövrdə  bəşəriyyəti  sarsıdacaq  xristian  və  islam  sivilizasiyalarının 

konflikti, “qırmızı təhlükə”nin yerini tədricən “yaşıl təhlükə”nin əvəz 

edəcəyi  barədə elmi  mübahisələr artaraq  Şərq və Qərb qarşıdurması 

səviyyəsinə yüksəldilir.

Avropa  və  islam  dövlətlərinin  qarşılıqlı  münasibətlərinin  tarixi 

ilk  baxışda  daimi  qarşıdurma  tarixi  kimi  görünür.  Belə  ki,  VII-IX 

əsrlərdə ərəb işğalları və XV-XVII əsrlərdə osmanlı işğalları, XI-XII 

əsrlərdə  səlib  yürüşləri  və  XIX-XX  əsrlərdə  müsəlman  ölkələrinin 

müstəmləkə  istilaları  və  orta  əsrlərdə  antik  dövlətlər  üçün  xas 

olmayan dini müharibələrin başlanması buna bariz misaldır.

Müəllifin  fikrincə,  dünya  çox  gəncdir  və  yaradıcı  eneıji  ilə 

zəngindir.  Əvvəlki  əsrlərin  tarixi  təcrübəsindən  bəhrələnən  XXI  əsr 

yeni  sivilizasiyaların  formalaşması  üçün  geniş  imkanlar  yaranacağı 

dövr  olacaq.  Əsrin  əsas  inkişaf  modeli  isə  hakimiyyətin  qollara 

bölünm əsinin  sürətlənm əsi,  regionçuluqla  m üşayiət  olunan 

diferensasiya, hakimiyyətə və siyasətə münasibətdə fikir ayrılıqlarının, 

mövqe müxtəlifliyinin  fəallaşması ilə xarakterizə olunan divergensiya 

və  suverenləşmədən  ibarətdir.  Bu  meyillərin  ideya  əsasını  isə 

millətlərin  öz  müqəddəratlarını  təmin  etməsini  absurd  səviyyəyə 

çatdıran millətçilik ideyası təşkil edir. Müəllifin fikrinə əsasən əgər XX 

əsr ideologiyaların  konflikti  əsri  idisə,  XXI  əsr sivilizasiyaların və ya 

dinlərin  qarşıdurması  əsrinə  çevriləcək.  Müasir  dövrdə  bəşəriyyəti 

sarsıdacaq  xristian  və  islam  sivilizasiyalarının  konflikti,  “qırmızı 

təhlükə”nin yerini tədricən “yaşıl təhlükə”nin əvəz edəcəyi barədə elmi 

mübahisələr artaraq Şərq və Qərb qarşıdurması səviyyəsinə yüksəldilir.

Avropa  və  islam  dövlətlərinin  qarşılıqlı  münasibətlərinin  tarixi

8 4 -

Müasir şaraitda Azarbaycaıula dini-madam dayarlarin  inkişaf xüsıısiyyaltari

ilk  baxışda  daimi  qarşıdurma  tarixi  kimi  görünür.  Belə  ki,  VII-IX 

əsrlərdə ərəb işğalları və XV-XVII əsrlərdə osmanlı işğalları, XI-XII 

əsrlərdə  səlib  yürüşləri  və  XIX-XX  əsrlərdə  müsəlman  ölkələrinin 

müstəmləkə  istilaları  və  orta  əsrlərdə  antik  dövlətlər  üçün  xas 

olmayan dini müharibələrin başlanması buna bariz misaldır.

Qeyd edək ki, antik dövlətlər arasında baş  verən  konfliktlər heç də 

ona  görə  baş  vermirdi  ki,  hansısa  sivilizasiya  Zevs  allahını  Amon 

allahından  uca  tuturdu  və  ya  romalılann  Vaaldan  xoşu  gəlmirdi.  Ona 

görə də Avropa ilə islam dünyası arasında baş verən müharibələri yalnız 

dini, yaxud sivilizasiyaların fərqi amili ilə bağlamaq düzgün olmazdı.

İstər  Avropa  ölkələrində,  istərsə  də  müsəlman  dövlətlərində 

daxili “dini,  yəni  bir sivilizasiya daxilində”  baş  verən  müharibələrə 

çoxlu  misal  göstərmək  olar.  Fransa  ilə  İngiltərə  arasında  yüzillik 

müharibə,  yaxud  Osmanlı  imperiyası  ilə  İran  arasında  iki  yüz  illik 

qarşıdurma,  şiələrlə-sünnilər,  katoliklərlə-protestantlar  arasındakı 

düşmənçilik və s. faktlar yuxarıda deyilənlərə misaldır.

Eyni zamanda qeyd etmək lazımdır ki,  on üç əsr ərzində Avropa 

ilə islam dövlətləri arasında heç də həmişə sivilizasiya fərqlərinə görə 

müharibələr  və  çəkişmələr  olmamışdır.  Avropalılarla  müsəlmanlar 

bir-biri  ilə diplomatik  əlaqələr qurmuş,  hərbi  ittifaqlar yaratmış,  öz 

dindarlarına  qarşı  sazişlər  bağlamış,  geniş  ticarət  əlaqələri 

yaratm ışlar.  S əfəvilər  dövlətinin  diplom atik  fəaliyyətinin 

nümunəsində bunu görmək olar f 102].

Dini  təəssübkeşlik  və  bunun  sayəsində  islam,  xristian  və  yəhudi 

mədəniyyətlərinin  və  fəlsəfəsinin  qarşılıqlı  təsirinin  məhsulu  kimi 

yeddi yüz il mövcud olmuş ərəb-islam sivilizasiyasının hökm sürməsi 

tarixdə unikal hadisədir.  Buna bənzər hadisə XII  əsrdə kral  II  Rocerin 

vaxtında  Siciliyada  da  olmuşdur.  Şərqi  Aralıq  dənizi  hövzəsində  altı 

yüz  il  ərzində səlibçilorin  1204-cü  ildə  Konstantinopolun  işğalınadək 

“sivilizasiyaların  dörd  yol  ağzı”  rolunu  Bizans  oynamışdır.  Məhz 

burada  Rusiyadan, Ərəb ölkələrindən,  Hindistandan, Çindən  və digər 

ölkələrdən gələn ticarət yollan kəsişirdi [791. Həmin ticarət yolları həm 

də  Şərqlə  Qərb  arasında  mədəni  əlaqələrin  genişlənməsində,  hər  iki

-8 5   -



A nar Həsənli

sivilizasiyaların  yaxınlaşmasında  mühüm  rol  oynamışlar.  Avropa  vo 

müsəlman mədəniyyətləri özünəməxsusluqlarını saxlamaq şərtilə bir- 

biri  ilə  qarşılıqlı  təsirdə  formalaşmış,  zənginləşmişlər.  İngilis 

tədqiqatçısı  E.Bredford  yazır:  “XX  əsr sivilizasiyalarını  yalnız  Qərbi 

Avropa sivilizasiyası adlandırmaq Şərqin verdiyi tövhəni təhqir etmək 

deməkdi”  [131].  Onun  meydana  gəlməsində  həm  avropalılar,  həm 

afrikalılar, həm asiyalılar, həm farslar, həm də ərəblər iştirak etmişlər. 

XX əsrin birinci rübündə O,  Şpenqler Qərb və Şərq sivilizasiyalarının 

oxşarlığını qeyd edərək göstərirdi  ki, hər iki mədəniyyətin qovuşması 

vahid dünya mədəniyyətini yaratmışdır [ 125].

Görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlu özünün “Üç 

mədəniyyət”  (1927)  adlı  məqaləsində  “mədəniyyətin”  bütövlükdə 

“həyat  tərzi”  olduğunu  vurğulayaraq  deyirdi  ki,  “bəşəriyyətin  üç 

həyat  tərzi”  yaxud  “üç  mədəniyyəti”  -   Budda,  Brəhmən,  Qərb  və 

yaxud Avropa  və  İslam  mədəniyyətləri  mövcuddur.  Onun  fikrincə, 

hər  bir  mədəniyyət  növü  diqqətlə  araşdırılsa,  aydın  olar  ki,  bu 

mədəniyyətlər təməlçilərin yaşayışından, cinsindən, rəngindən, dil və 

düşüncə  müxtəlifliyindən  asılı  olmayaraq,  çox  ümdə  cəhətlərə, 

müştərək xüsusiyyətlərə malikdir [33,26].

Keçmiş  Sovetlər  məkanında  iki  sivilizasiyanın  -  xristian  və 

müsəlman  sivilizasiyalarının  birgə  yaşayışı,  bir  dövlət  daxilində 

mövcudluğu da tədqiqatçıların diqqətini cəlb edən problemlərdəndir. 

Həmin  illərdə  sivilizasiyalar  arasında  mövcud  olan  konflikt 

elementləri necə təzahür edirdi və ya necə gizlədilirdi? SSRİ tarixinin 

də  “bitkin  sivilizasiya  sisteminin”  formalaşması  ideyası  özünü 

doğrultmadı.  İttifaqa  daxil  m üxtəlif  sivilizasiyalara  mənsub 

respublikaların  iqtisadi,  m ədəni  g ö stəriciləri  onları  eyni 

sivilizasiyaya  aid  etm əyə  imkan  vermirdi.  Sivilizasiyanın 

qarşıdurması  nəzəriyyəsinin  tərəfdarları  öz  mövqelərini  çox  zaman 

bununla  əsaslandırırlar  ki,  guya  “İslamla  demokratiya  bir  araya 

sığmır”.  Halbuki  müsəlman  dini  fikir  müxtəlifliyini  və  müxtəlif 

mövqedən  qiymətləndirməni  təqdir  edir  ki,  bu  da  demokratiyanın 

vacib  şərtlərindəndir.  Doğrudur,  müsəlman  ölkələrində  demokrati­

86

Muusır şəraitdə Azərbaycanda dini-madam dayartarin  inkişaf xüsusiyyətləri

yanın  təşəkkülü  prosesi  ləng  gedir,  lakin  bu  heç  də  islam 

sivilizasiyasının  və  fəlsəfəsinin  təbiətindən  deyil,  vətəndaş 

cəmiyyətinin qurulması  ilə bağlı çətinliklərdən  irəli gəlir.  Bir də ki, 

Qərbi  Avropa  sivilizasiyasının  özündə  demokratiyanın  bərqərar 

olması üçün yüz il lazım gəlmişdir. Son əlli il ərzində müsəlman Şərq 

ölkələrinin mədəni inkişaf prosesinə nəzər salsaq, bu ölkələrdə fəlsəfi 

fikir sahəsində xeyli tərəqqi əldə edildiyini görmək çətin deyildir.

Sivilizasiyalann  münaqişəsi  konsepsiyasının  tərəfdarlarının 

islama  tutduqları  bir  irad  da  budur  ki,  guya  bu  dinə  ekstremizm, 

terrorist  metodlarına  rəvac  vermək  xasdır.  Bu  elə  də  güclü  dəlil 

deyildir, heç olmasa ona görə ki, Qərbi Avropa ekstremist təşkilatları, 

məsələn,  İrlandiya  respublikası  ordusu  terrorizmə  əl  atırlar. 

Müsəlman  ölkələrində  həqiqətən  də  dini-siyasi  terrorizm  problemi 

mövcuddur,  lakin  bunu  əsasən  təməlçi  qruplar  həyata  keçirirlər, 

halbuki  mötədil  islamçılar  islahatçı  baxışlara  üstünlük  verir,  öz 

məqsədlərinə  siyasi  metodlarla çatmağa cəhd göstərir,  ekstremizmə 

və terrorizmə əsas təhlükə mənbəyi kimi yanaşırlar [89].

Hər  halda  təqdirəlayiq  haldır  ki,  İslam  Əməkdaşlıq  Təşkilatı 

özünün  1997-ci ilin dekabrında Tehranda keçirilmiş Zirvə görüşündə 

Təşkilatın  siyasi  bəyannaməsində  terrorizmin  bütün  formalarını 

pisləmək və ona qarşı hər vasitə ilə mübarizə aparmaq haqqında tezis 

daxil edilmişdir [67].

İslamı  fanatizmlə,  başqa  dinlərə  dözməməklə,  dini  ekstremizm, 

terrorizm  və  bu  kimi  neqativ  hallarla  bağlamağa  çalışan 

antiislamşünaslann dediklərinin əksinə olaraq İslam sivilizasiyası, onun 

mənəvi-əxlaqi dəyərləri İslam dininin fəaliyyət göstərdiyi ölkələrdə milli 

həmrəyliyin  qərarlaşması,  dövlətlər  arasında  əmin-amanlıq  şəraitinin 

yaradılması üçün özünəməxsus, əvəzolunmaz rol oynayır.

Ekstremistlərin,  radikal dindarların, terrorçuların  isə,  əslində nə 

dini,  nə  də  milli  mənsubiyyət  hissi  yoxdur.  Ona  görə  də  İslamı 

terrorizmdə  günahlandırmaq  İslam  mənəviyyatına,  İslam  əxlaqına 

böhtan  atmaq,  onu  dünya  ictimaiyyətinin  gözündən  salmağa  cəhd 

etməkdən başqa bir şey deyildir.

-

87

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə