Elmi redaktor: Sakit Hüseynov



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix20.09.2017
ölçüsü1 Mb.
#1072
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

A n a r Həsənli

Göründüyü kimi, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar 

arasında zəngin  əməkdaşlıq ənənələri olan Azərbaycan bu  formatda 

tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Təsadüfi deyil  ki, bütün  bu  tədbirlər,  humanitar sahədə aparılan 

islahatlar  Azərbaycanın  adı  ilə  bağlıdır.  Bütün  dövrlərdə 

Azərbaycanda  müxtəlif  mədəniyyətlərə  mənsub  olan  xalqlar 

respublikada  hökm  sürən  ictimai-siyasi  quruluşdan  asılı  olmayaraq 

bir  ailə  kimi  yaşamışlar.  Ümumiyyətlə,  heç  bir  vaxt  Azərbaycanda 

milli, yaxud dini zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç 

vaxt ayn-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan 

bu ənənələrə sadiqdir.

-

72

-



Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin  inkişaf xüsusiyyətləri

II FƏSİL

MÜASİR DÖVRDƏ AZƏRBAYCANIN DİNİ-MƏDƏNİ 

DƏYƏRLƏRİNİN İNKİŞAF PROBLEMLƏRİ

2.1. Siviiizasiyalararası dialoqun təşəkkülü 

dini-fəlsəfi aspektdə

Bəşəriyyətin inkişaf tarixi əslində dini-mədəni  kluarlarda gedən 

dialoq  mübarizəsi  fəlsəfəsinin  tarixidir.  Narahat  dünyamızda 

özünüdərk  və  özünütəsdiq  anından  başlayaraq  varlığını 

məhdudlaşdıran sosial və siyasi, maddi və mənəvi maneələri, sədləri 

dəf  etməyə  çalışan  insan  hüdud  və  ədalət  axtarışında  olmuş, 

mükəmməl  cəmiyyət arzusu  ilə  yaşamışdır.  İstər  Şərqdə,  istərsə  də 

Qərbdə  əsrlər  boyu  mütəfəkkirlər,  ilahiyyatçılar  belə  cəmiyyətin 

konturlarını  cilalamış,  insan  hüdudlarının  tam  gerçəkləşəcəyi  bu 

cəmiyyətin  reallaşmasının  insanın  mənəvi  keyfiyyətindən  asılı 

olması fikrini vurğulamışlar [32].

Dinlərarası dialoqun mahiyyət və xarakterinin transformasiyasının 

əsas səbəblərindən biri beynəlxalq qaydanın, həmçinin bütövlükdə dini 

bəşər  irsi  ilə  bağlı  olan  yeni  mədəni,  etnik  və  tarixi  reallıqların 

dəyişilməsi  olmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  dinlərarası  mürəkkəb 

və  bir  mənalı  olmayan  dialoq  sakitləşdirici,  ümidverici  və  lazım 

gəldikdə bir çox xalqlar üçün təsəlli ola bilər.

Mövcud  qlobal  təhdidlərin  dəyişkənliyi  nöqteyi-nəzərindən 

dialoq  daha  çox  əhəmiyyət  kəsb  edir.  Bu  gün  müxtəlif dinlərin  və 

etiqadların bir çox  tərəfdarları  bunu başa düşürlər.  Onlar dinlərarası 

prinsipial  və  əsas  ziddiyyətləri  bu  dialoqun  çərçivəsi  xaricində 

qoyaraq,  öz  əsərlərində  və  təlimlərində  yeni  siviiizasiyalararası 

«körpülərin» qurulmasının açarını axtarıb tapırlar.

Dini  mətnlərin  ardıcıl  öyrənilməsi  göstərir  ki,  demək  olar  ki, 

bütün dinlərdə dialoqun aparılmasına imkan verən müddəalar vardır. 

Bu mənada İslam dini də istisna deyil.  Qurani-Kərimin səhifələrində

-

73

-




A nar Həsənli

tərbiyəyə,  digər dini  baxışlara və dünya görünüşünün tərəfdarı  olan 

şəxslərə qarşı dözümlülüyə xüsusi yer ayrılır. Fərqli düşünməyə qarşı 

dözümlülüyə  çağırış  Quranda  müxtəlif formalarda  ifadə  edilir.  Bir 

ayədə  qeyd  olunur ki,  din  könüllü  xarakter daşıyır  və məcburiyyəti 

qəbul etmir: «Dində məcburiyyət (zorakılıq) yoxdur»; «Və de: «Haqq 

rəbbinizdəndir.  Kim  istəyir  inansın,  kim  də  istəyir  inanmasın  (kafir 

olsuıı)». Buradan aydın olur ki, hər bir kəs dinə münasibətini müstəqil 

müəyyənləşdirir,  dinə  təkbaşına  və  ya  başqaları  ilə  birlikdə  etiqad 

etmək, dinə münasibətdə əqidəsini ifadə etmək və yaymaq hüququna 

malikdir  [48, 2:23].

Bu baxımdan dözümlülük və sülh bəşəriyyətin ehtiyac duyduğu 

ən  qiymətli  məfhumlardan  biridir.  Sülh,  sülhməramlı  fəaliyyət  və 

preventiv  diplomatiyadan  tutmuş  insan  hüquqları  və  inkişafın 

genişləndirilməsinə qədər dünyanın  hər yerində gördüyümüz bütün 

işləri,  tolerantlığı,  digər  hüquqlarla  yanaşı  vicdan  azadlığını, 

bərabərliyi birləşdirən birməfhumdur.

Ölkəmizdə  dini  fəaliyyət  sahəsində  dövlət  siyasətinin  həyata 

keçirilməsinin, dini  qurumlarla bağlı qanunvericiliyin müddəalarına 

riayət  olunmasının,  müvafiq  dövlət  orqanlarının  dini  qurumlarla 

bağlı  fəaliyyətinin  əlaqələndirilməsinin  təmin  edilməsi  məqsədi  ilə 

yaradılmış  Dini  Qurumlarla  İş üzrə  Dövlət  Komitəsi  (DQİDK)  dini 

etiqad  azadlığının  həyata  keçirilməsi  üçün  münasib  şəraitin 

yaradılması,  habelə  bununla  bağlı  qanunvericilik  aktlarına  riayət 

olunmasına  nəzarətin  təmin  edilməsi  sahəsində  fəaliyyəti  də  bu 

sahədə müxtəlif məsələlərin həllində yardımçı olur.

BMT  Baş  Assambleyasının  65-ci  sessiyasında  qəbul  olunmuş 

qətnaməyə əsasən  hər il  fevral ayının  birinci  həftəsinin bütün dinlər, 

etiqadlar  və  konfessiyalar  arasında  “ Ümumdünya  Harmonik 

Münasibətlər Həftəsi” kimi qeyd olunmasının qərara alınması dinlər 

arası  körpünün  formalaşdırılması  baxımından  önəm  daşıyır. 

Ölkəmizin  həmmüəllif  qismində  qoşulduğu  həmin  sənəddə  bütün 

dövlətlər hər il  bu həftə ərzində dinlər və etiqadlar arasında qarşılıqlı 

hörməti,  etimadı,  sülh,  humanizm  və  xeyirxahlıq  ideyalarını  təşviq

-74

  -


Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri

etməyə və dəstəkləməyə çağırılır ki,  bu da beynəlxalq aləmdə qeyd 

olunan istiqamətdə fəaliyyətin güclənməsinə dəstək verir.

2001-ci  ilin  yanvarın  25-dən  ən  nüfuzlu  regional  beynəlxalq 

təşkilatlardan  olan  və  əsas  məqsədini  insan  hüquqlarının  müdafiəsi 

təşkil edən Avropa Şurasının bərabər hüquqlu üzvü olan Azərbaycan 

Respublikası  həmin ilin dekabrın 25-də «İnsan  hüquqlarının və əsas 

azadlıqların  müdafiəsi  haqqında»  Konvensiyaya  qoşulmuş,  milli 

qanunvericiliyin  bu  Konvensiyanın  tələblərinə  və  Avropa  standart­

larına uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüşdür.

Dini etiqad azadlığının da əsas insan hüquq və azadlıqlarının tərkib 

hissəsinə  daxil  olduğunu,  həmçinin  dövlətdaxili  qanunvericilikdə  və 

Azərbaycan  Respublikasının  qoşulduğu  beynəlxalq  müqavilələrdə 

təsbit  olunduğunu  nəzərə  alaraq  ölkəmizdə  vicdan  və  dini  etiqad 

azadlığının təmin edilməsinə xüsusi diqqət yetirilir.

İslamda insan hüquqları probleminə həsr olunmuş tədqiqatlarda 

müsəlman  ilahiyyatçıları  özlərinin  demokratik  təsəvvürlərini  və 

mövqelərini məhz bu baxımdan əsaslandırmağa çalışırlar. Bu mənada 

ulu öndər Heydər Əliyev də İslam dinini Azərbaycan xalqının milli- 

mənəvi  sərvəti  hesab  edərək  onun  insanları  paklığa,  saflığa 

çağırdığını dönə-dönə vurğulamışdır.

Belə  ki,  islamın  beynəlxalq  münasibətlərə  təsirini  tədqiq  edən 

tanınmış teoloq Məhəmməd Sadiq Əlifi özünün “İslam və beynəlxalq 

münasibətlər”  əsərində  yazır:  “İnsan  şəxsiyyəti  yalnız  azadlıq  üçün 

şərait  olan  yerdə,  yəni  azad  yaşayış  yerinin,  azad  gediş-gəlişin, 

etiqadın,  fikir  azadlığının  mövcudluğu,  nöqteyi-nəzərin  azad  ifadə 

olunduğu,  azad  dövlətin  mümkünlüyü  şəraitində  inkişaf  edir  və 

formalaşır. Buna görə də islam və köləlik ziddiyyət təşkil etdiyindən bir 

araya sığmazlar” [104, 63]. O, fikrinin davamı olaraq daha sonra qeyd 

edir  ki,  islam  insana  hörmət,  onun  birinci  dərəcəli  rolu  və 

təhlükəsizliyini təmin etmək mövqelərindən çıxış edərək insanın sosial 

və beynəlxalq statusunu müəyyənləşdirir. Öz mülahizələrində Qurani- 

Kərimin  “Əl-Bəqərə”  surəsinə  əsaslanan  ilahiyyatçı-alim  ayələrdəki 

dərin  məntiqə  söykənir:  (Ya  Məhəmməd!)  Sənin  Rəbbin  mələklərə  -

-

75

-




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə