Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə282/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   278   279   280   281   282   283   284   285   ...   298

etmişdir:  İS09000/87.  İS09000  standartları  hazırlanarkən  ABŞ  Müdafiə 

Nazirliyinin  hərbi  məhsul  təchizatlarının  onların  keyfiyyət  təminatı 

sistemlərinə qoyduğu tələblər əsas götürülmüşdür. Ekoloji təhlükəsizliyin 

tələblərinə və resusrslardan davamlı istifadəyə riayət edilməməsi məhsulun, 

xidmətlərin,  bütövlükdə  müəssisənin  rəqabətə  davamlılığına  mənfi  təsir 

göstərir, onun xarici bazara da çıxmasına mane olur. Müəssisələrin davamlı 

inkişafı və rəqabətə davamlılığının yüksəldilməsi ekoloji, texniki, iqtisadi 

və  sosial  məsələlərin kompleks  həllini tələb edir. Bu  yanaşma ətraf təbii 

mühitə  zərərli  təsirlərin  nəticələri  ilə  mübarizə  taktikasından  ziyanın 

minimuma  endirilməsi,  təkrar  istifadə,  tullantılardan  ekoloji  təklükəsiz 

metodlar vasitəsilə istifadə taktikasına yönəlmişdir. Effektiv ekoloji siyasət 

ətraf mühitin idarə olunmasına, müəssisələrdə idarəetmənin  və məhsulun 

keyfiyyətinə  olan  tələblərin  əsas  tərkib  hissəsi  sayılır.  Ətraf  mühitin 

idarəetmə  sistemi  (ƏMİS)  sahəsindəki  ISO  14000  beynəlxalq  standart 

seriyasının hazırlanması  və həyata  keçirilməsi  hazırda ətraf təbii  mühitin 

mühafizəsində çox əhəmiyyətli beynəlxalq təşəbbüs kimi qiymətləndirilir. 

ISO  14000  standartları  Beynəlxalq  Standart  Təşkilatının  (İSO-BCT) 



Texniki  Komitəsi  tərəfindən  hazırlanır.  Hazırda  İSO/TS207  sisteminin 

hazırlanmasında dünyanın 66 ölkəsinin ekoloji ekspertləri iştirak edir. ISO 

14000 seriyasının ilk standartlan rəsmi şəkildə 1996-cı ildə qəbul edilmişdir 

(cədvəl 11.12) 

Cədvəl 11.12 

İSO 9000 standartlar sisteminin təsnifatı 

Standartlar 

Xarakterik xüsusiyyətləri 

İSO 9001:2000  Keyfiyyət menecmenti sistemi. Tələblər 

İSO 9000- 1:1994 Keyfiyyətin idarə olunmasının ümumi əsasları-I hissə 

İSO 9000- 2:1993 Keyfiyyətin idarə olunmasının ümumi əsasları-II 

hissə:ISO 9001, İSO 9002, İSO 9003-ün tətbiq 

olunması haqqındakı ümumi müddəalar 

İSO 9000- 3:1991 

Keyfiyyətin idarə olunmasının ümumi əsasları-III 

hissə: Proqram təminatının hazırlanması və xidməti 

haqqında ümumi müddəalar 

İSO 9000- 4:1993 Keyfiyyətin idarə olunmasının ümumi əsasları-IV 

hissə 


İSO 9004- 1:1994 Keyfiyyətin idarə olunmasının ümumi əsasları və 

keyfiyyət sistemlərinin elementləri-I hissə. Ümumi 

müddəalar 

İSO 9004- 

Keyfiyyətin idarə olunmasının ümumi əsasları və 

621 



2:1999 

keyfiyyət sistemlərinin elementləri-II hissə. 

Xidmətlər üzrə əsas müddəalar 

ISO 9004- 3:1993 

Keyfiyyətin idarə olunmasının ümumi əsasları və 

keyfi}q/ət sistemlərinin elementləri-III hissə. Emal 

materialları üzrə əsas müddəalar 

ISO 9004- :1993 

Keyfiyyətin idarə olunmasının ümumi əsasları və 

keyfiyyət sistemlərinin elementləri-IV hissə. 

Keyfiyyətin yaxşılaşdırılması üzrə əsas müddəalar 

İSO 


19011:2002 

Keyfiyyətin idarə olunmasının auditi üzrə əsas 

müddəalar. 

İSO 10011- 

2:1991 

Sistemin keyfiyyətinə naəzarət üzrə əsas 



müddəalar-II hissə. Auditor ekspertlər üçün sistemin 

keyfiyyətinin yoxlanılmasmdakı kvalifıkasiya 

tələbləri 

İSO 10011- 

3:1991 

Sistemin keyfiyyətinə naəzarət üzrə əsas 



müddəalar-III hissə. Yoxlama proqramlan üzrə əsas 

müddəalar 

ISO 10012- 

1:1992 


Olçü cihazlarının keyfiyyətinə təminat verən 

tələblər-I hissə 

İS010013:1994  Keyfiyyət üzrə rəhbərliyin əsas müddəaları 

Bu  standartlann  hazırlanmasında  BS7750  Britaniya  standartlan  və 

məhsulun keyfiyyətinə nəzarət üzrə beynəlxalq ISO 9000 standartlan əsas 

götürülmüşdür.  ISO  14000  standartlarının  son  məqsədi  müəssisənin 

iqtisadi  və  sosial  tələblərini  ödəməklə  yanaşı,  ətraf  təbii  mühitin 

mühafizəsinə  və  onun  çirklənməsinin  qarşısının  alınmasına  yardım 

etməkdən ibarətdir. Bu standart digər standartlardan fərqli olaraq kəmiyyət 

parametrlərinin  gözlənilməsinə  (tullantıların  həcmi,  zərərli  maddələrin 

konsentrasiyası və s.) və texnoloji tələblərə (hər hansı bir texnoloji prosesin 

istoifadə  olunması)  qarşı  yönəlmişdir.  ISO  14000  seriyası  standartlarının 

əsas  predmeti  Ətraf  Mühiti  İdarəetmə  Sistemidir  (ƏMİS).  Həmin 

standartlara  görə,  müəssisələrdə  xüsusi  idarəetmə  prosedurları  (təşkilat 

strukturu  və  məsuliyyət-cavabdehlik  sistemi;  idarəetmə  prosedurları; 

sənədləşmə sistemi) tətbiq olunmalı, müəyyən sənədlər tərtib edilməli və 

bu sahə üzrə cavabdeh şəxs təyin olunmalıdır. Bu standartla üz əsas aspekti 

idarə edir: 

Seriyanın  əsas  sənədi  olan  ISO  14001  müəssisənin  ekoloji 

siyasətində  milli  standartlara  əməl  edəcəyini  qeyd  etməsi  halı  istisna 

olmaqla, ətraf təbii mühitə təsirinə qarşı heç bir tələb irəli sürmür. Bu ondan 

irəli gəlir ki, ISO 14000 beynəlxalq standart olaraq milli normativlərin təsir 

sferasına  müdaxilə  etməməlidir.  ISO  14000  standartlan  könüllülük 

prinsipinə əsaslanır. Onlar qüvvədə olan qanun və normativlərin tələblərini 

əvəz etməyib, sadəcə müəssisənin ətraf təbii 

622 



mühitə  necə  təsir  etməsi,  ekologiya  sahəsindəki  qanun  və  normativ 

sənədlərin  tələblərinin  yerinə  yetirilməsi  məsələlərini müəyyən edir.  ISO 

14000  standartlar  sistemi  ətraf  təbii  mühitə  arzuolunmaz  təsirlərin 

azalmasını 3 səviyyədə təmin edir: 

 



müəssisə səviyyəsində- müəssisələrin ekoloji “davranışlan” 

vasitəsilə; 

 

milli səviyyədə-milli normativ bazalara və dövlətin ekoloji 



siyasətinin tərkib hissələrim edilən uyğun əlavələr vasitəsilə; 

 



beynəlxalq səviyyədə - beynəlxalq ticarətin şərtlərinin 

təkmilləşdirilməsi vasitəsilə. 



Cədvəl 11.13-da ISO 14000 standartlar sistemi verilmişdir: 

Cədvəl 11.13 

ISO 14000 standartlar sistemi 

işarəsi 

Adı 

ISO 14001:1996 

Ətraf Mühitin İdarəetmə Sistemləri-spesifikasiya və 

əsasnaməyə dair tələblər 

ISO 14004:1996 

Ətraf Mühitin İdarəetmə Sistemləri-Ekoloji yardımın 

prinsipləri, sistemləri və metodlarının ümumi 

tövsiyələri 

ISO 14010:1996 

Ekoloji audit üzrə əsas tövsiyələr -Ümumi prinsiplər 

ISO 14011:1996 

Ekoloji audit üzrə əsas tövsiyələr-Audit prosedurları- 

Ətraf Mühitin İdarəetmə Sistemlərinin Auditi 

ISO 14012:1996 

Ekoloji audit üzrə əsas tövsiyələr-Ekoloji audit üzrə 

kvalifıkasiya meyarları (ixtisas tələbləri) 

ISO 14015:2001 

Ətraf Mühitin İdarəetmə -Sənaye obyektlərinin və 

təşkilatlann ekoloji qiymətləndirilməsi 

ISO 14020:2000 

Ekoloji markalama, yarlıq və deklarasiyalar- Ümumi 

prinsiplər 

ISO 14021:1999 

Ekoloji markalama, yarlıq və deklarasiyalar-II hissə: 

ekoloji markalama (nişanlama)-özünü 

deklarasiyaetmə əsaslı ekoloji tələblər 

ISO 14024:1999 

Ekoloji markalama, yarlıq və deklarasiyalar-I hissə: 

ekoloji markalama -Prinsiplər və qaydalar 

İSO/TR 


14025:2000 

Ekoloji markalama, yarlıq və deklarasiyalar-III hissə: 

ekoloji deklarasiyalar 

ISO 14031:1999 

Ətraf Mühitin İdarəetmə -Ekoloji göstəricilərin 

qiymətləndirilməsi-Əsäs tövsiyələr 

İSO/TR 

Ətraf Mühitin İdarəetmə -Ekoloji göstəricilərin 



623 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə