Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

İnsanŞiinaslıq 
29 
 


Ağazeynal A.Qurbanzadə 
ölkələrin sırasına daxil edilir.29 
Azərbaycanda  Azıx,  Tağlar  (Qarabağ),  Zar  (Kəlbəcər  rayonu),  Qazma 
(Naxçıvan) və s. ərazilərində aparılan arxeoloji tədqiqatlarda qədim Daş dövrü 
insanların  təşəkkülü  və  inkişafı,  ibtidai  insanın  yaranması,  ilkin  əmək 
alətlərinin formalaşması və s. haqqında məlumatlar əldə olunmuşdur.^® 
Tədqiqatlar  nəticəsində  Azərbaycanda  dünyada  hələlik  məlum  olan  ən 
qədim insan mədəniyyəti izlərindən biri olan Quruçay arxeoloji mədəniyyəti 
adlanır.Bu mədəniyyətin 1,5 milyon ildən artıq yaşı var. Quruçay mədəniyyəti 
insanları  əvvəl  Quruçay  hövzəsində  açıq  düşərgədə  yaşamış,  sonralar  iqlim 
şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx Q mağarasına köçmüşlər.^* 
Azıx mağarasında aparılmış arxeoloji tədqiqatlar göstərmişdir ki, qədim 
insanlar buraya 1-1,2 milyon il əvvəl köçmüşlər. Erkən Daş dövrün də insanlar 
süni yolla od əldə etmişlər. Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq 
qalığının  700  min  ilə  yaxın  yaşı  var.^^  Azıx  mağarasında  tapılmış  ibtidai 
insanın  çənə  sümüyünün  təhlili  göstərir  ki,  bu  insan  tipi  pitekantropdan 
sonrakı və neondertaldan əvvəlki dövrə aiddir. Tapıldığı yerin adı ilə bu dövr 
adamı azixantrop (yəni "Azıx adamı") adlandırılmışdır. 
Bu  tapıntı  hələlik  Qafqaz  və  eləcə  də  yaxın  və  orta  şərq  ölkələrində 
tapılmış ən qədim insan tipi nümunəsidir. Azixantrop təxminən 400 min ilə 
əvvəl  yaşamışdır.  Müəyyən  olunmuşdur  ki,  azixantroplarm  fiziki  quruluşu 
özünəməxsus olmuşdur. Onların ocaqdan istifadə və yaşayış binasının tikintisi 
bəşər tarixinin ən qədim nailiyyəti sırasına daxildir. 
Orta  paleolit  dövründə  insanlar  Azərbaycan  ərazisində  daha  geniş 
yayılmış, Kiçik Qafqazın cənub yamacında, Qarabağdan tutmuş Cey- rançölə 
qədər  məskən  salmışdılar.  İnsanların  zehni  inkişafı  ilə  əlaqədar  olaraq  bu 
dövrdə dini görüşlərdə və ətraf aləmə münasibətdə dəyişikliklər baş vermişdir 
(məsələn, ilk bəsit dəfn mərasimi). Paleolitin son mər- 
29.
 
Azsrhaycan tarixi.
 / 
cild. Bala, 2005. səh.21. 
30.
 
M.M.Hüseynov. Azərbaycan arxeologiyası. Daş dövrü. Bakı, 1976. 
x) -Azıx Dağlıq Qarabağda, Füzuli şəhəri yaxınlığında Quruçay dərəsinin kənarında yerləşir. 
Mağara 1960-cı ildə prof.M.M.Hüseynov tərəfindən qeydə alınmışdır. 
31.
 
M.M.Hüseynov. Uzaq Daş dövrü. Bakı, 1973. 
32.
 
M.M.Hüseynov. Göstərilən əsəri, Bakı, 1973. 
33.
 
Q.S.İsmayılov. Quruçay və Köndələn çayları vadisində qədim mədəniyyət izləri. Bakı, 1981. 
"
 
30
 — 


İnsanŞünashq 
insanın əmab gəlməsi həijəriy- 
yət sivilizasiyasının yeni mər- 
hələsidir. 
həbsinin maddi qaiıqiarına Tağiar, Damadı, qismən Zar mağarası dü- 
şərgəsində və Yataq yeri adii açıq paieoiit düşərgəsində təsadüf oiun- 
muşdur. Üst paieoiit dövründə Azərbaycan ərazisində müasir insan tipi- 
nin formaiaşması başa çatmış və ibtidai icma quruiuşunun iikin piiiəsi 
yaranmışdır. 
İnsan - primatiar dəstəsinə daxiidir və bütün xüsusiyyətiərinə görə 
primatiar dəstəsinin digər aiiəiərindən fərqiənir. Müasir eimdə bu ba- 
xımdan üç cəhətə xüsusi diqqət yetiriiir: 
*
 
Dik (ayaq üstə) yerimə; 
*
 
Əiiərin inkişafı; 
*
 
Beynin inkişafı (nisbətən çox inkişaf et- 
miş böyük beyin) 
Dik yerimə və əllərin inkişafı nəticəsində görmə, lamisə və s. sahəsin- 
də keyfiyyət dəyişiklikləri baş verir; beynin hərəki mərkəzləri inkişaf 
edir. İnsanın böyük yarımkürələri qabığının mühüm hissəsini əllərin, xü- 
susilə onun insanda bütün digər barmaqlara qarşı qoyulan baş barmaq- 
ların fəaliyyəti ilə bağlı hüceyrələr, eləcə də nitq üzvləri əzələlərinin- do- 
daqların və dilin funksiyaları ilə bağlı hüceyrələr təşkil edir. Beynin inki- 
şafı zəminində isə insanın psixi həyatı yeni keyfiyyətlər kəsb edir. 
Arxeoloji mənbələrə görə insanın təkamül prosesi təxminən bir mil- 
yon ilə qədər dövrü əhatə edir. 
İnsanın təkamül"' mürəkkəb biosfer prose- 
sidir.35 Bu məqsədlə insan beyninin təkamülü 
prosesinin xarakterizə edilməsi maraq doğu- 
rur. Hominidlər dəstəsində təkamül prosesində beynin kütləsi tədricən 
artır.36 
Avstrolopitekin  beynini  əsas  götürsək  (kişinin  beyni  600  sm3,  qadının 
beyni  isə  -  500  sm3-dir),  pitekantropda  müvafiq  surətdə  -  56%  və  67%, 
neondertal adamda 164% və 168% artmışdır. Müasir kişilərin beyni 1581,1 
sm3 qadınların beyni isə 1476,6 sm3-dir. 
Ən  yeni  elmi  təsəvvürlərə  görə,  müasir  insanın  beyninin  arxitektoni- 
kasımn formalaşması əmək və nitq prosesi ilə bağlıdır: 
*
 
Beynin həcmi birinci növbədə, iki sahədə - əllərin hərəkəti ilə bağlı olan 
aşağı gicgah sahəsində və nitqin hərəkəti sahəsində intensiv surətdə artmağa 
başlamışdır; 
34.
 
Azərbaycan tarixi. / cild. Bakı, 2005. səh.24-25. 
35.
 
Человек u биосфере. M.,2006. c.442. 
36.
 
Успехи современной биологии. 2003. Ле 4. с.341-378. 
■= 31 '—^ ...... —■ 
 ------  
"Proses" latın sözü olub, hər 
hansı bir hadisənin başlanması, 
gedişi və inkişaf mərhələlərini 
əks etdirir. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə