Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

İnsanŞünaslıq 
Eykumenin  ocaqlarından  biri  sayılan  Şimali  Amerika  (ABŞ,  Kanada) 
ölkələrində  sənaye  strukturlarının  optimal  inkişafına  uyğunlaşan  şəhər 
aqlomerasiyaların formalaşması və nəticə etibarilə yeni tipli məskunlaşmaya 
şərait  yarandı.  Məskunlaşma  formaları  Avstraliya,  Cənubi  Amerika  və  s. 
regionlarda da inkişaf etməsinə ilkin mühit formalaşdı. 
 
DİNİN İDRAK FƏLSƏFƏSİ: CƏRƏYANLAR
SXOLASTİKASININ ÜMUMİ CƏHƏTLƏRİ 

. Lak 
lağdaş dünyamızı elmi-texniki əsr adlandırırlar. Bu artıq bəşəriy- 
'yətə (insaniyyətə) xas olan bir xüsusiyyət kimi qəbul oluna bi- 
lər. Lakin bununla yanaşı insanın əqidə və inam anlayışlara cəlb edən 
mədəni dəyərlər də mövcuddur. İnsanın mədəni dəyərlərindən biri də 
dini fəlsəfi anlayışlar hesab olunur. İnsanın əmələ gəlməsi və təkamül zir- 
vəsinə çatması ilə yanaşı dinə baxışlar da inkişaf etmişdir. 
Din  - insanın ən qədim təmayüllərindən biridir və tarixən  yer kürəsində 
yaşayan  insanlar  dini  baxışlarından  xali  olmamışdır.  Vaxt  getdikcə,  elmi 
metologiyanın  dəyişməsi  nəticəsində  insanın  maddi  aləmi  (təbiəti)  dərk 
etməsilə  cəmİ
5
ryətin  dinə  münasibət  dəyişilmiş  və  dini  fəlsəfi  nəticələr 
meydana gəlmişdir.45 
Elmi araşdırmaların məntiqi nəticəsində insanların dini və dini biliklərə üz 
tutmasına səbəb olmuşdur. Bu səbəbdən də elm mərkəzlərində mütəfəkkirlər 
din  və  dinşünashğa  dair  geniş  miqyasda  araşdırmalar  aparmış  və  müasir 
dövrdə də aparırlar. 
Yer  kürəsində  yaşayan  insanlar  müxtəlif  dinlərə  sitayiş  etmələri  ilə 
fərqlənirlər. Elmi mənbələrdə dünyəvi din kimi üç əsas din geniş yayılmışdır; 
buddizm, xristianizm və islamizm. 
Etnoqrafik  və  arxeoloji  mənbələrin  təhlilində  buddizm"*^  ən  qədim 
dinlərdən  biri  sayılır.  Bu  dini  təriqətinin  banisi  hind  şahzadəsi  Qauta-  ma 
(b.e.ə.  I  minilliyin  ortalarına  yaxın)  tərəfindən  yaradılmışdır.  Sonrakı 
dövrlərdə buddizm Mərkəzi Asiya, Çin, eləcə də Şərqi və Cənub-Şərqi Asiya 
ölkələrində  geniş  yayılaraq  xalqların  dini  və  əqidə  sivilizasiyasının 
formalaşmasına  təsir  göstərmişdir.  Buddizm  hər  bir  xalqın  inam,  saflıq  və 
mədəni həyat tərzi ilə uzlaşaraq müxtəlif cərəyanların əmələ gəlməsinə səbəb 
olmuşdur. Hər bir dini cərəyanın spesifik, fəlsəfi baxışı ol- 
45.
 
Философский словарь. M., 2002. 
46.
 
Большая энциклопедия пародов. M., 2007. с. 637. 
37 


Ağazeynal A.Qurhanzadə 
maqla  yanaşı,  hər  bir  xalqın  qədim  adət-ənənələrinin  elementlərini  özündə 
birləşdirmək şərti ilə inkişaf mərhələlərini keçirmişlər. Nəticədə müxtəlif dini 
cərəyanların əmələ gəlməsinə səbəb olmuşdur. 
Çin və Yapon xalqları arasında xüsusi buddizmin istiqamətləri (çan, dzen) 
yayılmışdır.  Bu  istiqamət  həmçinin  Avropa  və  Şimali  Amerika  (ABŞ) 
ölkələrində yaşayan intellektual əhali qrupları arasında da müəyyən dərəcədə 
xüsusi çəkiyə malikdir. 
Müasir dövrdə buddizm Asiyanın 18 ölkəsində əsas sitayiş təriqəsi kimi 
fəaliyyət göstərir.47 
 
Dünyəvi din kimi xristianlıq iki min il bundan əvvəl Fələstin, Aralıq 
dənizinin şərq zonalarında yaranmışdır. Sonrakı dövrlərdə dünyanın 
müxtəlif ölkələrinə yayılaraq dünyəvi dinə çevrilmişdir. 
Xristian aləminin dini kitabı Bibliya sayılır. Bibliya - Allahın Kəlamı- 
dır. Bibliya -Müqəddəs yazılar külliyatıdır. Bu yazılar 1500 illik dövr ər- 
zində Müqəddəs Ruhdan almış 40-dan artıq müəllif tərəfindən yazılmış- 
dır.48 
„ , . 

,. „ 
Planetimizdə ya^jayan əhalinin 
Bibliya 2 hissədən: dhdı dtıq və Əhdi Cə- 
diddən ibarətdir. Əhdi Ətiq Miladdan əvvəl
Əhdi Cədid isə Miladın birinci əsri ərzində 
yazılmışdır. Xristian dininin tarixi İsa Məsihin doğulduğu ildən sayılır. 
97-98%-i öz ana dilində Bi- 
bliyanı oxuyur. 
47.
 
Meıih A. История религии. M.,1991. 
48.
 
"İncil" Bibliya Tərcümə İnstitutu. Stokholm, 1993. 
38 


İnsanŞünashq 
Bibliya - dünyanın, insanın yaranması sirlərini və varlığın mənasını açır. 
Əhdi  Cədidin  ilk  dörd  qismi  "indi"  adlanır,  (yunanca  "xoş  xəbər  ,müjdə" 
deməkdir). 
Əhdi-Ətiq əsas etibarıli İbrani qədim Yəhudi dilində, qismən isə ara- mi 
dilində, Əhdi-Cədid isə qədim yunan dilində yazılmışdır. 
Xristian  dini  əsasən  üç  konfessiyaya  (istiqamətə)  ayrılır:  pravoslav, 
katolik  və  protestant.  Bu  üç  istiqamət  bir-birilə  müxtəlif  dini  təriqətinin 
elementləri arasında fərqləri mövcuddur. 
Müasir  dövrdə  yer  kürəsində  yaşayan  insanlar  (2  mlrd,  yaxın)  xristian 
dininə sitayiş  edirlər. Xristian aləmində katolizm daha çox yayılmışdır (1,0 
mlrd, yaxın). Bütün katolik qruplarına Papa Rimi (Vatikan) rəhbərlik edir. 
 
Katolik dininin əsas qrupları 
Latın-katolik 
Yunan-katolik Qədim katolik (Vatikan) 
Katolizm  Yer  kürəsinin  demək  olar  ki,  bütün  ölkələrində  yayılmışdır: 
Avropa  (İspaniya, Portuqaliya,  İtaliya, Fransa, Belçika,  İrlandiya, Avstriya, 
Macarıstan,  Polşa,  Sloveniya,  Xorvatiya,  Çexiya,  Slovakiya,  Litva  və  s.); 
bütün  Latın  Amerika  ölkələri,  Kanada;  Afrika  (Nigeriya,  Qana,  Kamerun, 
Keniya, Uqanda, Zair, Anqola, Tanzaniya və s.); Asiya (Fil- lipin və s.). 
Yer kürəsində yayılma şəraitinə görə ikinci yeri protestantizm (500 mln 
nəfərdən çox) tutur. Bir-birindən fərqli cəhətləri ilə seçilən protestantizm bir 
neçə  denominasiyalara  (cərəyanlara)  ayrılır:  lyuterenizm,  anqlikantizm, 
kalvinizm, baptizm və s. 
Protestantizm təriqətinə Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, 
İsveç,  Norveç,  Danimarka,  İslandiya,  Finlandiya,  Latviya,  Estoniya  və  s. 
ölkələrin xalqları sitayiş edirlər. 
Pravoslavlar xristian dünyası üzrə əhalinin 9%-ni (178 mln.nəfərə yaxın) 
əhatə  edir.Pravoslavlar  əsasən  Rusiya,  Şərqi  və  Cənub-şərqi  Avropa 
(Ukrayna, Belorusiya, Moldova,Rumıniya və s.); azda olsa dünyanın bir çox 
ölkələrində (ərəb ölkələrində. Latın Amerika və s.) yayılmışdır. 
Dünyəvi dinlər arasında "islamizm" dinşünashq elm mərkəzlərində geniş 
şəkildə təhlil edilir və öyrənilir. Müasir dövrdə yer kürəsində 1,5 mlrd, nəfərə 
yaxın insanlar islam qanunlarına sitayiş edirlər. 
39 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə