Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Ağazeynal A.Qıırhanzadə 
İslamizm  -  VII  əsrdə  Həzrət  Mühəmməd  (s)  Peyğəmbər  tərəfindən 
əsa- 
sı qoyulmuşdur. Məkkə - islam sivilizasiyasının mərkəzidir. 
İslamizm - yer kürəsinin demək olar ki, bütün materiklərində yayıl- 
mışdır. Ərəb ölkələrindən başqa Afrikanın qara irqinə aid xalqlar (Sene- 
qal, Mali, Qvineya, Niger, Çad, Sudan, Somali və s.); Asiya (İran, Tür- 
kiyə, Pakistan, Əfqanıstan, İndoneziya, Banqladeş, Hindistan, Qafqaz, 
Rusiya və. s); Avropada (Albaniya, Bosniya və Herseqovina, Bolqarıs- 
tan və s.); Şimali Amerika (ABŞ, Kanada) ölkələrində islam dininə sita- 
yiş edən xalqlar mövcuddur. Ümumiyyətlə, islamizm Asiya materikində 
daha geniş yayılmışdır (60%-ə yaxın). 
İslam fəlsəfəsi və islam dünyası bəşəriyyə- 
tin sivilizasiyasında təkamül yaratmışdır. Bu 
təkamüldə insan idrakı və dünyəvi elmi fəl- 
'Qurani-Kərim" qədim ərəh 
dilində yazdım^ islam dünya- 
sının müqəddəs abidəsidir. 
səfi  baxışlar  gerçək  islam  təlimində  cəmləşmişdir,  insaniyyətin  fərdi  və 
ictimai  həyatının  bütün  sahələrini  təmin  edən  islam  təlimləri  qlobal  bir 
hadisəyə çevrilmişdir. 
İslam  əqidəsinin  istiqamətlərini  açıqlamaq  üçün  öncə  təbiət  və  insana 
yönələn islam maarifi və dünya görüşünün sxolastikasının ümumi cəhətlərini 
göstərmək mümkündür. 
 
İslam idrak fəlsəfəsinə görə islam və dini həqiqətlər üç vasitə ilə dərk 
edilir: 
*
 
Emprik idrak (hiss üzvləri). Bunun əsasını görmək və eşitmək təşkil 
edir; 
*
 
Rasional idrak (əql və şüur).Bu vasitə ilə insan məhdud bir çərçivədə 
xüsusi qanunauyğunluqlar əsasında qəti və yəqin olaraq həqiqəti kəşf 
40 


İnsanŞiinaslıq 
etməyə qadirdir; 
* Vəhy - insanların qeyb aləmilə əlaqəyə girməsidir. 
Heç  bir  səmavi  kitab  Qurani-  Kərim  qədər  dəlillərə  əsaslanan  idrak  və 
bilikləri,  təfəkkür  və  düşüncəni  qiymətləndirməmişdir.  Qurani-Kərim  bu 
məsələlər  haqda  müxtəlif  ayələrdə  bəhs  etmişdir.  Bu  ayələrdə  insan  öz 
əqidəsində elm və yəqinlik məsələlərinə nail olmasına dair şərhlər verir. 
Qurani-Kərim  bir  çox  hallarda  əqlin  mühakiməsini  rəhbər  tutaraq 
insanları yaradılmış aləmin dərk edilməsinə çağırır. Digər bir tərəfdən elm ilə 
vəhy  arasında  ziddiyyətlərin  olmaması  haqqında  da  geniş  məlumatlar 
müqəddəs kitabda geniş şərhlər verilir. 
İnsan  idrak  vasitələri  ilə  hər  hansı  bir  gerçəkliyi  həqiqət  olaraq  kəşf 
edərsə, onda o, həmişəlik olaraq haqq və sabit olacaqdır. 
Qurani-Kərim  ayələrində  varlığa  fəlsəfi  yanaşmalar  haqqında  geniş 
məntiqi nəticələr mövcuddur. Kainatın mövcud quruluşu əbədi quruluş deyil. 
Yalnız  Allaha  məlum  olan  müəyyən  bir  müddətdən  sonra  kainatın  mövcud 
quruluşu dəyişiləcəkdir. 
Müqəddəs  kitabda  göstərilir  ki,  varlıq  aləmi  səbəb  və  nəticə  qanununa 
əsaslanır. Biz onlardan birini burada qeyd edirik: "Biz göyləri, yeri və onların 
arasında olanları ancaq haqq olaraq yaratdıq" (Əhqaf -3). 
İslam  nöqteyi-nəzərdən  insan  cism  və  ruhdan  təşəkkül  tapmış  bir 
mövcuddur. İnsan öz əqli ilə bu və ya başqa hadisəyə şüurlu olaraq qərar verir. 
Mənəvi  kamilliyə  sahib  olmaqdan  başqa  heç  bir  insanın  başqası  üzərində 
məziyyət  və  üstünlüyü  yoxdur.  Buna  görə  də  irqi  coğrafi  və  bu  kimi 
xüsusiyyətlər  islam  nöqteyi  -  nəzərindən  üstünlük  və  iftixar  əlaməti  hesab 
edilə  bilməz.  Buna  görə  də  əql  nöqteyi-nəzərindən  bəşəriyyətin  ictimai 
həyatında  insanın  təbiətlə  qaynayıb-qarışmış  və  daima  sabit  olan  bir  sıra 
prinsiplər mövcuddur. Bu əxlaqi prinsiplərlə yanaşı bir sıra adət-ənənələr də 
vardır ki, zaman və məkanın şəraitindən asılı olaraq təsirlərə məruz qalıb bu 
və ya başqa səbəbdən dəyişir. 
İslamda  iqtisadi,  siyasi  və  s.  məsələlər  müqabilində  fərdin  azadlığı 
onun-mənəvi yüksəlişi və cəmiyyətin ümumi mənafeyinə zərər yetirməməsilə 
şərtlənir.  Əslində  islamda  olan  öhdəliklər  insanı  müvəzzəf  edib,  onun  fitri 
kəramətini qorumaq və ümumi mənafeyi təmin etmək məqsədini daşıyır. 
41 


İnsanŞünaslıq 
 


İnmnŞünaslıq 
ÜÇÜNCÜ BÖLMƏ 
İNSANIN ETNİK TƏSNİFATI VƏ MƏSKUNLAŞMA 
AREALOGİYASI 
 
ETNIK 
BİRLİKLƏR:
 
PLANETAR
 
XARAKTERİ
 

 
TƏSNİFATI 
P
 
lanetar coğrafi məkanın 149 mln. kv km ümumi quru sahəsinin 
insanın məskunlaşması üçün potensial şərait aşağıdakı kimidir: 
* İnsanın məskunlaşmasını təmin edən yüksək potensial ərazilər. Bu 
tip ərazilər yer kürəsində 64,6 mln. kv.km sahəni əhatə edir və bunun 
55%-i mülayim qurşağın potensial əraziləri hesab edilir. 
* Bu tip ərazilərinin mənimsənilməsində mühəndis-meliorativ tədbir- 
lər və o cümlədən insanların ətraf mühitə uyğunlaşması prosesi tələb 
olunmur. 
* Ərazilərin mənimsənilməsi üçün müəyyən dərəcədə mühəndis-me- 
liorativ tədbirləri həyata keçirməklə insanarm məskunlaşması, adaptasi- 
yası üçün potensial şərait mövcuddur. Yer kürəsinin 37,5 mln. kv. km 
sahəsini təşkil edən bu tip ərazilərdə potensial məskunlaşma sistemləri 
formalaşmışdır. 
* İnsanın fizioloji mühitinə təsir edən və həyat şəraitinin çətinlikləri ilə 
üzləşdirən ərazi tipləri (40,8 mln. kv kv). Ümumiyyətlə, belə ərazilərə 
polyar və subpolyar təbii zonalar, insanın məskunlaşmasına mənfi təsir 
göstərən massivlər daxil edilir. 
BMT-nin FAO təşkilatının məlumatına görə insanlar planetimizin 
11%-i (1,5 mlrd, ha) əkin və plantasiyalanndan istifadə etmək qabiliyyə- 
tindədir. 
Müasir dövrdə yer kürəsində 6,4 mlrd, nəfər (2005-ci il) əhali yaşayır. 
Eykumenin sahəsi isə 136 ml. km^ (bütün quru sahəsinin 149 mln. km^- 
i daxilində və ya 91,3yo) təşkil edir. Yer planetinin 13 mln km^-i insanın 
BMT-nin tarkihində 1945-ciildə təsis edilmiş FAO-nun mənzil^abı Roma şəhərindədir. 
Əsas məqsədi: insanların qidalanmasına nəzarət etmək, həyat səviyyəsini nizam- 
landırmaqdan ibarətdir. 
— 
45
 
 ....— ■ 





Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə