Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

Ağazeynal A.Qurbanzach 
Müasir  Türkiyə  Respublikası  (əhalisi  75  mln.nəfər)  qədim  türklərin 
torpaqlarıdır.  1281-ci  ildə  Səlcuk  dövlətinin  əsasında  Osmanlı  Sultanlığı 
yaranmış  və  sonrakı  dövrlərdə  inkişaf  edərək  Avroasiyanm  ən  böyük 
ölkələrindən birinə çevrilmişdir. Qeyd etmək məqsədəuyğundur ki, türklər heç 
vaxt müstəmləkə (əsarətdə) olmamışdır. 
Azərbaycanlılar  turk  dilinin  oğuz  qrupuna  aid  edilir.  Azərbaycan  et- 
noqenezi  qədim Manna,  Qafqaz Albaniyası,  Midiya, Atropaten (b.e.ə.  I-  10 
dövrlərdə)  dövlətlərini  yaratmışlar:  alban,  qarqar,  uti,  kaspi  və  s.  etniklər 
Qafqaz dil qrupuna, mannalılar, midiyalılar isə İran dil qrupuna aid edilir. 
Yer kürəsində məskunlaşan azərbaycanlılar 

 
Materiklər
 
Cəmi, mln. nəfər
 
O cümlədən, ölkələr
 
1
 
Asiya
 
43,3
 
İran-30;Azərbaycan-8; Türkiyə-2,5; Pakistan-0,7
 
2
 
Avropa
 
3,5
 
Rusiya -2; Ukrayna- 0,5; Almaniya - 0,3
 
3
 
Amerika
 
1,3
 
ABŞ-1; Kanada - 0,2
 
4
 
Afrika
 
1,1
 
Misir- 0,9; Əlcəzair- 0,3
 
5
 
Avstraliya
 
0,8
 
Avstraliya -0,8
 
 
Dünya üzrə
 
50,0
 
 
Mənbə: "İrs " dərgisi, 2003-cü il 
Türk  dil  qrupuna  aid  edilən  türkmənlər  əsasən  Orta  Asiyada 
məskunlaşmışlar. Türkmən dilinin formalaşmasında türk və İran dilli xalqların 
təsiri böyük olmuşdur; dahi, massaqeti, eftaliti, alanı, oğuz, oğuz-səlcuk və s. 
X  əsrdən  başlayaraq  Orta  Asiya  coğrafi  məkanında  yarım  köçəri  dövlət 
formasında oğuzların birləşməsi nəticəsində türkmən xalqların əsası qoyulmuş 
və sonrakı  dövrlərin sosial-iqtisadi və siyasi  qruplarının inkişafı nəticəsində 
vahid Türkmənistan dövləti və xalqı formalaşmışdır. 
Antropoloji  araşdırmalara  əsasən  türkmənlər  cənubi  avropoid  irqinin 
ayrıca  yarımtipinə  aid  edilir.  Türkmənlərin  məşğuliyyəti  tarixən  köçəri 
heyvandarlıq və əkinçilik olmuşdur. Dünyada məşhur olan türkmən xalçaları, 
türkmən  at  cinsləri  və  s.  minillərdir  ki,  türkmənlərin  maddi-mədə-  niyyəti 
sayılır. 
Özbəklər  -  türk  xalq  qrupuna  aiddir.  Özbək  dili  Qarahanid  dövləti 
(942-1210  illər)  dövründə  formalaşmağa  başlamış  və  "özbək"  ifadəsi  isə 
Özbək xanlığı (XV əsr) zamanı yaranmasına aid mənbələr mövcuddur. Orta 
əsrlər epoxası zamanı Orta Asiya coğrafi məkanında bir neçə xan 
52 


İnsanŞürtaslıq 
lıqlar (Buxara, Kokand, Xivə) yaranmışdır. 
Uyğurlar  -  türkdilli  xalq  olub,  Şərqi  Türküstan  arealında  (Çin 
Respublikasının  şimal-  qərb  rayonu)  məskunlaşmışlar.  Uyğurlar  85  mln 
nəfərə  yaxındır.  İslam  dininə  sitayiş  edirlər  (samizim,  buddizm  təriqəti  də 
mövcuddur). Müasir uyğur dili türk dilli xalqların cənub-şərq (özbək dilinə) 
qrupuna  aid  edilir.  Antropoloji  cəhətdən  cənubi  avropoid  yarımir-  qinin 
monqoloidə yaxındır. 
Uyğur xalqları VIII-IX əsrlərdə müasir Monqolustanın ərazisində Uyğur 
kaqant  dövləti  tərkibində  formalaşmış,  yalmz  XVIII  əsrdən  Çin  dövlətinin 
tərkibinə daxil edilmişdir. 
Qədim  dövrlərdən  başlanan  Böyük  İrək  yolu  uyğurlarının  da  inkişaf 
sivlizasiyasmda  mühüm  rol  oynamışdır.  İpək  uyğur  xalçaları  qiymətli  bir 
məhsul kimi İpək yolu ilə dünya ölkələrinə ixrac olunmuşdur. 
*  Slavyan  xalqları.  Avropanın  ən  böyük  xalq  qruplarından  biri  də 
slavyanlardır. Slavyanlar hindavropa ailəsinə məxsusdur. Slavyanlar etnik və 
dil qrupuna görə əsasən üç yerə ayrılır: cənubi slavyanlar (bolqarlar, serblər, 
xarvatlar, slovenlər, makedonlar, çernoqorlar, bosniyahlar);  şərqi slavyanlar 
(ruslar,  ukraynlar  və  beloruslar)  və  qərbi  slavyanlar  (polyaklar,  çexlər, 
slovaklar, lujiçanlar). 
Slavyanlar yer kürəsində təxminən 300 mln nəfərdən çoxdur, o cümlədən 
bolqar- 8,5 mln, serblər - 9 mln, xarvat- 5,7 mln, sloven - 2,3 mln, makedon - 
2mln, çernoqoriyah- 1 mln, bosniyah- 2 mln nəfərdir. 
Rus xalqları 146 mln (bunun 120 mln RF), ukraynlar - 46 mln, belo- rus - 
10,5 mln, polyak- 44,5 mln, çex - 11 mln, slovak- 6 mln, lujiçanlar isə 60 min 
nəfərə yaxındır. 
Slavyanlar  Avropanın  müxtəlif  ölkələrində  (Macarıstan,  Baltikyanı 
ölkələr, İtaliya və s.), Amerika, Avstraliya materiklərində də məskunlaşmışlar. 
Slavyanlar xristian (bosniyahlar islam dinin qəbul etmişlər) dininə qulluq 
edirlər.  Bolqar  ,  serb,  makedon,  çernoqoriya  və  ruslar  xristian  dininin 
pravoslav  təriqətinə;  xorvat,  sloven,  polyak,  çex,  slovak,  lujiçan-  katolik 
təriqətinə; ukraynlar, beloruslar arasında pravoslav, katolik və həmçinin uniat 
təriqətlərinə aiddirlər. 
Coğrafi məkan çərçivəsində slavyanlar Mərkəzi və Şərqi Avropa (El- ba 
və  Oder  çayları  hövzəsi  sərhəddində),  şimal  sərhədləri  Baltik  dənizi,  şərq 
sərhəddi Volqa çayı və cənubu isə Adriatik dənizi sahilləri hesab edilir. 
Slavyan xalqlarının mənşəyi haqqında mübahisəli problemər möv 
 ------  ------------  
53
 ............................................................................................................................   .......................- ......................................  ' ' ' 


Ağa zeynal A.Qarhanzadə 
cuddur.  Tədqiqatların  çoxu  slavyanların  yaranma  coğrafi  məkanını  Vis-  la 
çayı  hövzəsinin  arealimı  qəbul  edirlər."Slavyan"  etnomu  vizant  müəllifləri 
tərəfindən  VI  əsrdən  başlayaraq  ifadə  olunmuşdur  ("skla-  vin").  Slavyan 
dialektikasında  slavyanın  adı  "slovo"  sözündən  götürülməsinə  aid  bir  çox 
mənbələr mövcuddur. 
Etnoqrafik  mənbələrə  görə  slavyanlar  b.e.ə.  III-II  minilliyi  dövrlərdə 
Avropanın  Şimali  Qara  dənizi  sahilləri,  Karpatya  areallarında 
məskunlaşmışlar.  Qerman  tayfalarının  (II  əsrdə)  təsiri  nəticəsində  slavyan 
ərazisi iki yerə ayrılmışdır; qərbi və şərqi slavyan. V əsrdən başlayaraq cənubi 
slavyan  xalqları  formalaşmağa  başlamışdır  (Balkan  və  Qara  dənizinin 
şimal-qərb sahilləri). 
VII-VIII  əsrlərdə  ilk  dəfə  olaraq  slavyan  tayfaları  birləşərək  dövlətlər 
yaratmışlar. 
 
IX-X  əsrlərdə  isə  slavyanlar  Avropada  geniş  ərazilərdə  Böyük  Morav 
İttifaqını  (buraya  çex  ərazilərin  də  daxildir),  Kiyev-Rus  dövləti,  Xorvat 
knyazhğı, Dukla çernoqoriya dövləti formalaşmışdır. Bu dövrlərdə slavyanlar 
arasında  xristianlıq  geniş  yayılmağa  başlanmışdır.  IX  əsrin  axırı  X  əsrin 
əvvələrində polyaklar dövlət yaratmağa cəhd etməyə başlamışlar. 
Slavyan xalqlarının formalaşmasında türk -german qruplarının təsir dairəsi 
böyük olmuşdur. XIV əsrin 2-ci yarısında türklərin təsiri nəticəsində bolqar, 
serb,  makedoniya  və  s.  slavyan  xalqlarının  mədəni-irsinin  formalaşmasına 
əhəmiyyətli  dərəcədə  rol  oynamışdır.  Türklər  həmçinin  cənubislavyan 
etnoslarının təkamülündə müstəsna təsiri nəzəri cəlb edir. 
55.
 
Этнические территории и этничеекие границы. М.,1951. 
56.
 
Даль В.Н. Тальковый словарь .живого ве.чикорусского языка. М., Т.1. 1981. 
57.
 
Си.моиия Н.А. Некоторые проблемы трансформациониого периода.Уфа, 2002. с. 
120-121. 
54 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə