Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

InsanŞünaslıq 
Qədim  kelt  xalqlarının  əsas  məskunlaşma  arealları  Mərkəzi  və  Şərqi 
Avropa  hesab  edilirdi.  B.e.ə.  800-500  illərdə  kelt  xalqlarını  Qalştattski 
(Avstriyanın  Qalştatt  məbədinin  adı  ilə  adlanır)  adlandırılmasına  aid  yazılı 
mənbələr mövcuddur. 
Mənbələrə  əsasən  b.e.ə.  I  minilliyin  ikinci  yarısında  keltlər  çox  güclü 
xalqlardan sayılırdı. Lakin keltlər vahid dövlət yarada bilməmişlər. 
Arxeoloji  və  tarixi  mənbələrdə  (b.e.ə.  300  il)  kelt  xalqlarını  laten 
(İveçrənin  la  Tenn  şəhərinin  şərəfmə)  adlandırılması  və  bu  dövrdə  müasir 
Fransa,  İsveçrə,  Belçika,  Britaniya  adaları,  İspaniya,  Şimali  İtaliya 
ərazilərində geniş yayılması faktları müəyyənləşdirilmişdir. 
Kelt xalqları dilində müasir şəhər adları yaranmışdır: Lion, Leyden, Milan 
və  s.  Kelt  sözünün  mənasını  yunancı  "keltoi",  romahlar  isə  qalli  (Galli), 
Britaniya  adalarında "britt",  İspaniyada isə keltləri "keltiberam" kimi  qəbul 
etmişlər. 
57 


Ağazeynal A.Qıırbanzadə 
DORDUNCU BOLMƏ 
İNSAN MƏSKUNLAŞMASI: KONSEPSİYASI, 
QLOBAL NƏTİCƏLƏRİ 
 
DEMOQRAFİK İNKİŞAF KONSEPSİYASI 
D
 
ünyanın bir sıra elmi-tədqiqat mərkəzlərində insan məskunlaş- 
ması problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirilir. Prob- 
lemin əsas ideyası: demoqrafik inkişaf, insan miqrasiyası, irq və s. tutur. 
Yer kürəsində insan artımı bəşəriyyətin tarixində həmişə dinamik ol- 
muşdur. Belə ki, ilk dəfə insan artımı 1500 ilə (yeni eranın başlanmasın- 
dan 1500-cü ilədək), ikinci dəfə 300 ilə (1500-1800-ci illər), üçüncü dəfə 
120 ilə (1800-1900-ci illər), dördüncü dəfə 50 ilə (1920-1970-ci illər) baş 
verməsi müəyyən edilmişdir. 
Ümumiyyətlə, tari- 
xən əhalinin artım tem- 
pi problemsiz baş ver- 
məmişdir. Demoqrafik 
sivilizasiya uzun müd- 
dətli təkamül inkişaf 
dövrünü və nisbətən 
qısa müddət keyfiyyət 
dəyişikliyini özündə 
əks etdirir. Məhz bu 
dövr demoqrafik revol- 
yusiya adlanır. 
Demoqrafik inkişaf 
bir başa olaraq əhali- 
nin təkrar istehsalın- 
dan asılıdır. Bu inkişaf 
 
prosesinə dair bir çox modellər və nəzəriyyələr hazırlanmışdır. Bu modeldən 
biri də brutto əmsalı, netto əmsalı və eləcə də orta ömür müddətidir. Brutto 
əmsalı dedikdə bir qadının doğa biləcəyi dövrdə (təqribən 
63.B(sedeııne <ı deMOzp(i(])uw. Jl.,1998. c.I73
 ----- = 
58
 


İnsanŞünaslıq 
15-50  yaşda)  doğduğu  qızların  sayı  nəzərdə  tutulur.  Bu  əmsal  doğumun 
intensivliyini xarakterizə edir. 
Aydındır  ki,  bütün  uşaqlar  böyüyüb  əhalinin  təkrar  istehsalında  iştirak 
etmirlər. Ona görə də bu uşaqların - qızların sayından anaların orta yaşına ( 
40)  qədər  çata  bilməyənlər  çıxılır.  Buna  əhalinin  təkrar  istehsalının 
netto-əmsah deyilir. Bu əmsal göstərir ki, doğulan qızların orta hesabla neçəsi 
öz analarının həmin müvafiq yaşma qədər yaşaya bilirlər. 
. Demoqrafik keçidin başlanğıc fazalarında bu netto-əmsah müvəqqəti də 
olsa artmışdır. Belə ki, XIX əsrin ikinci yarısında Qərbi Avropa ölkələrində bu 
amil 1,5 %, XX əsrin ikinci yarısında isə 30 % olmuşdur. 
1980-1990-cı illərdə əhalinin təkrar istehsalı əmsalı 15% azalmışdır. Bu 
azalma Çində, Şərqi və Cənubi-Şərqi Asiyada daha çox nəzərə çarpır. Şimali 
Amerikada,  Qərbi  Avropada  əhalinin  təkrar  istehsalında  daralma  meyli 
güclənir (təkrar istehsalın brutto əmsalı 2%-dən azdır). 
Hər haldı əhalinin artım sürətinin və təkrar istehsal əmsalının azalmasına 
baxmayaraq  insanların  sayı  hər  il  təqribən  86  mln  nəfər  artır.  Bu  artım  ilk 
növbədə inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur (70- 80%). 
Elmi  mənbələrdə  demoqrafik  inkişafına  dair  bir  sıra  tipoloji  cəhətlər 
mövcuddur. Lakin bunlardan daha geniş mənada aşağıdakı tipoloji strukturlar 
araşdırılır. 
 
64. Э.A.Араб оглы. Демографические и экологические прогнозы. М., 1978. 
-
 
 ---------------   --------------  ---  59  .........................  ' 



Ağazeynal A.Qurbanzadə 
Planetimizdə  həyat  səviyyəsinə  uyğun  demoqrafik  inkişaf  nəzəriyyələr 
yaradılmışdır.  Bu  nəzəriyyələrdən  ən  başlıcası  demoqrafik  tsikillər 
nəzəriyyəsidir. Bu nəzəriyyə çox vaxt demoqrafik dəyişmələr kimi də qəbul 
edilir. 
Demoqrafik tsikillər nəzəriyyəsi bioloq R.Pirlanın konsepsiyasına istinad 
edilərək  yaradılmışdır.  Konsepsiyaya  görə  hər  bir  bioloji  populya-  siya  ilk 
başlanğıcında inkişafı zəif gedir, sonra onun sayı, müəyyən səviyyəyə qədər 
sürətlə çoxalır və axırda isə tədricən inkişafı azalır. 
Demoqrafik  tsikillər  nəzəriyyəsinə  uyğun  olaraq  dörd  inkişaf  mərhələsi 
mövcuddur: 
*
 
Eyni  səviyyəli  mərhələ.  Bu  mərhələdə  doğum  və  ölüm  səviyyəsi 
yüksəkdir. Əhali artımı azlıq təşkil edir və dəyişilmir. 
*
 
İnkişafın  ilkin  səviyyəsində  yüksək  doğumu  saxlamaqla  ölümün  aşağı 
düşməsi  mərhələsində  əhalinin  sayı  artır.  Bununla  yanaşı  təbii  artım  aşağı 
düşməyə başlayır. 
*
 
Doğumla ölüm arasında tarazlıq bərabərliyi nəticəsində əhalinin artımı 
demək olar ki, dəyişilmir. 
Müasir  dövrdə  baş  verən  qloballaşma  şəraitində  demoqrafik  inkişaf 
prosesinə  təsir  göstərir.  Bu  səbəbdən  də  etnoqrafik  inkişafın  kəmiyyət- 
keyfiyyət dəyişiklikləri son dövrlərdə aktual problemə çevrilmişdir. Öz təbiəti 
etibarı ilə sosial hadisə sayılan demoqrafik proseslər sosial institutlarla idarə 
olunur. 
Elmi  araşdırmalarda  "demoqrafik  partlayış"  nəzəriyyəsi  geniş  məna 
daşıyır.  Yer  kürəsində  əhali  artımı  ilə  əlaqədar  olaraq  "demoqrafik 
partlayış" bir neçə mərhələləri əhatə edir. 
XVIII  əsrin  ikinci  yarısından  sonra  yer  kürəsində  əhali  sürətlə  artmağa 
başlamışdır. Bu dövrdə Avropa ölkələrində baş verən sənaye revolyu- siyası 
sosial-  iqtisadi  inkişafa  güclü  təkan  verdi.  Bu  səbəbdən  də  həmin  ölkələrdə 
doğum  səviyyəsi  sabit  qalmışdır.  Nəticədə  isə  ölüm  səviyyəsinin  aşağı 
düşməsinə səbəb olmuşdur. 
İkinci  "demoqrafik  partlayış"  XX  əsrə  aid  edilir.  XX  əsrdə  baş  verən 
sosail, iqtisadi, siyasi və radikal dəyişikliklərlə əlaqədar olaraq yer kürəsində 
əhalinin  sayı  4  dəfə;ÜDM-nun  həcmi  18,8  dəfə,  dünya  iqtisadiyyatında 
məşğul olanların sayı 3,8; əmək məhsuldarlığının səviyyəsi 5,0 dəfə artmışdır. 
65.
 
"Mupoddiı JKonoMUKa u MC’.vcdyıiapodiibie omııoıııeıııifi". 2001. M>9. c. 90-10.1. 
■  60
 ...........................................................  ■
 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə