Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Ağazeynal A.Qurbanzadə 
*
 
Sonrakı  mərhələdə nitqin  anlaşılması ilə bağlı olan sahələrin  -  görmə, 
eşitmə və lamisə proseslərini tənzim edən mərkəzlərin inkişafı ilə xarakterizə 
olunur; 
*
 
İnsan  beyninin  formalaşmasının  sonuncu  mərhələsi  isə  alın  payının 
inkişafı ilə bağlıdır. Alın payı müasir insanın 30-33 faizini təşkil edir. 
Problemin belə qoyuluşu çox mühüm elmi- metodoloji əhəmiyyətə malik 
olan  bir  məsələni  aydınlaşdırmaq  imkanı  verir.  Təbiətdə  təşəkkül  tapan 
insanlar  o  yerə  çatmışlar  ki,  onlarda  bir  -birinə  bir  şey  söyləmək  tələbatı 
meydana gəlmişdir. Tələbat özünə orqan yaratmışdır. Beynin daha da inkişaf 
etməsi  ilə  yanaşı  onun  ən  yaxın  alətləri-  hiss  orqanları  daha  da  inkişaf 
etmişdir. 
(P) 
"MƏKAN- İNSAN" EVOLYUSIYA ÇƏRÇİVƏSİ: 
FUNKSİONAL STRUKTURU VƏ FORMALAŞMA 
XÜSUSİYYƏTLƏRİ 
M
 
əkan - "təbiət- insan- cəmiyyət" sisteminin formalaşmasını və si- 
vil şəraitini reallığa çevirən zəruri mühitin dialektik fəlsəfi çər- 
çivəsidir. İnsan cəmiyyətinin əmələ gəlməsi erasından başlayaraq mə- 
kanla qarşılıqlı əlaqədə olmuş və canlı üzvü materiyanın ən yüksək təka- 
mülü sayılan insanın yaşaması və formalaşmasını təmin etmişdir. Mənti- 
qi olaraq insan- planetin və təbii resurs 
komplekslərinin sahibinə çevrilərək cəmiyyə- 
tin "maddi - mənəvi sivilizasiya" modelinin 
fəlsəfəsini yaratmışdır. 
İnsanın hökmranlıq etdiyi Yer kürəsi təx- 
minən 4,5 mlrd ildir ki, saniyədə 30 km sü- 
rətlə Günəş ətrafında hərəkət edərək, daimi 
olaraq Günəş Yer kürəsini enerji ilə təmin 
edir və bu enerji planetar olaraq insan həyat 
tərzinin tsikillik sistemini formalaşdırır. 
"Məkan-insan" modeli dedikdə nə nəzərdə tutulur? Bu terminin ənə- 
nəvi olmasına baxmayaraq, o, əslində qlobal insan münasibətləri haq- 
qındakı bütün müzakirələri əhatə edir. Məntiqi olaraq məkanı sivilizasi- 
yanın piramidası kimi təsəvvür etsək, insan öz növbəsində həmin pirami- 
danın bir hissəsidir. "Məkan-insan" modeli xarakterik məna cəhətdən 
müxtəlifdir. Məkanın coğrafi mənası dar çərçivədə "məsafə" anlayışını 
özündə hifz edir. Lakin geniş mənada "məkan - insan" anlayışı qlobal 
Fəlsəfi təlimlər müxtəlif olsa 
da məkan mühitinin maddəyə 
çevrilmə münasihətində hir 
sistemdə, təmasları var. Səhə- 
hiyyət və funksional əlaqə qa- 
mınlarma görə, onların hər hiri 
hər hansı digər hadisələrlə 
zəncirvari bağlılıq mövcuddur. 
32 


İnsanŞiinaslıq 
məzmuna  malikdir.  Bu  mənada  insanın  bütün  fəaliyyəti  məkanla  bağlıdır, 
deməli insan məkan fəlsəfəsinin tərkibidir. 
 
İnsanın varlığı məkan və zaman arasında yaranan boşluqdadır. Bu boşluq 
bəşəriyyətin  fəlsəfi  "xəritəsini"  yaratmaq  üçün  düşüncə  obrazlar  və  insanın 
yarada  biləcəyi  praktiki  konfiqurasiya  yolu  arasındadır.  İnsanın  məkan 
obrazları sosial-iqtisadi və siyasi əsaslıdır. Belə koqnitiv (şüu- ri) təsəvvürlər 
praktiki cəhətdən əhəmiyyətlidir, çünki onlar sosial-iqtisadi və siyasi əlaqələri 
və  onun  necə  icra  olunması  barədə  xüsusi  anlayışları  əhatə  edir.  Müəyyən 
məkan obrazı seçimi dominantlıq və avtoritar- hq formalarına legitimlik verir. 
Bu legitimlik dünya siyasətinin idarə edilməsinin əsas hissəsi kimi öz məkanı 
(ərazisi) daxilində dövlət- millət ideyasını əhatə edir. Siyasi məkanın bizim 
dövlət  adlandırdığımız  eksklüziv  mövcudluqlardan  ibarət  olduğundan, 
cəmiyyətin  inkişaf  sivilizasiyası  müxtəlif  suveren  ərazilər  baxımından 
nisbətlərin modelləri yaranmışdır. 
Bir sıra tədqiqatçılar insanın ətraf mühitə elmi baxışında yanaşmaların 
müxtəlifliyi  nəzəri  cəlb  edir.  Elmi  mənbələrdə  "fenomenal  ətraf  mühit" 
termini altında ətraf mühitə insan reaksiyasının konsepsiyası əsaslandırılır. 
Ümumiyyətlə  insan  bir  fərd  kimi  xarici  ətraf  mühitin  dəyişilən  şəraitə 
qarşı ekoloji plastiklik göstərmək xüsusiyyətinə malikdir.^ Yer kürəsin 
37.
 
Kirk IV. Problems in Geography. "Geography"48. 1997. 
(x) - Ayrıca bir fərdin uyğunlaşma xüsusiyyəti ekoloji plastiklik adlanır. 
33 


Ağazeynal A.Qıırbanzada 
də sürətlə yayılan və inkişaf edən insan qruplarında dinamik tarazlıq 
mövcuddur. Həmin tarazlığın əsas xüsusiyyətini isə qida məhsullarına, 
su resurslarına, xammal tələbatın sürətlə artması, enerji itkisi, ətraf mü- 
hitin komponentlərindən daha səmərəli istifadə edilməsi təşkil edir. Bu 
tip tarazlıq qloballaşma əsrində yaşayan insan qrupları üçün əsas göstə- 
rici sayılır. Bu səbəbdəndir ki, yer kürəsinin təxminən 7% quru sahəsin- 
də planet əhalisinin 70 %-i cəmləşmişdir. Hündürlük qurşaqlarında yer- 
ləşən insan qrupları arasında da fərqlər mövcuddur. Belə ki, dünya əha- 
lisinin 80 %-i düzənlik və dağətəyi zonalarda məskunlaşmışdır.^^ Okean 
və yüksək dağlıq sahələrinin enerji kütləsinin kəsişdiyi (düzən və dağətə- 
yi) ərazilər öz "məhsufdarlığı ilə seçilir. 
Bəşəriyyətin inkişaf aspekti coğrafi təbii resurslarının istifadəsi, mə- 
nimsənilməsi, eykumen proseslərinin mütəşəkiliyi ilə vəhdət təşkil etmə- 
sinin məntiqi nəticəsidir. 
Bizim eranın başlanğıcında insanların məskunlaşması mərhələsi coğra- 
fi məkan daxilində müxtəlif xarakterə malik olmuşdur.^^ Bu dövrlərdə in- 
sanın həyat tərzini, məskunlaşmanı sürətləndirən təbii komplekslərin 
strukturunda dəyişikliklər (əvvəlki dövrlərdə olmayan çöl, tayqa, tundra 
və s.) əmələ gəlmişdir.^*^ Nəticə etibarı ilə insan mühitinin uyğunlaşması- 
na səbəb olan coğrafi zonalar formalaşmışdır."^' Coğrafi zonalar arasın- 
da baş verən insan miqrasiyasının əsas meyarı ilk növbədə həmin areal- 
ların qida məhsulları ilə müxtəlif dərəcədə təmin olunması səbəb olmuş- 
dur. Qida məhsullarının çatışmaması (quraqh dövr müddətinin çox olma- 
sı, heyvanların qırılması və s.) səbəbindən zonalar arası insan miqrasiya- 
sının arealları genişlənmişdir. Odun kəşf edilməsi isə qədim insanların 
coğrafi məkanla təmasda olmasına geniş imkanlar yaratmışdır. 
Bəşəriyyətin tarixi sivilizasiyasının ilkin 
  _____   _________  
mərhələlərinin tərkibinə daxil olan eykumen 
sistemi haqqında elm mərkəzlərində geniş 
miqyasda tədqiqat obyektinə çevrilmişdir. 
Mübahisə  doğuran  problemlərdən  biri  də  ilk  insanın  məskunlaşmasının 
arealının təyin olunmasıdır. Antropoloqlar belə bir nəticəyə gəlmişlər ki, ilkin 
insanın  məskunlaşması  müəyyən  geniş  areallarda  formalaşmış  və  sonrakı 
dövrlərdən bu areallar genişlənərək planetar xarakter da- 
38.
 
"Denwgraphical Yearhook ". 2000. p. 18 
39.
 
Т.И.Алексеева. 1'еографическая среда и биология человека. М., 1977. с.53. 
40.
 
К. К.Марков. Палеогеография. М., 1951. с. 265. 
41 .К.К.Марков.Новешиий геологический период-аитроген. "Природа". 1953.J\İ23. с.49. 
■ - 
■ 
34
 
"Eykumen" yunanca -insanın 
məskunlaşması deməkdir. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə