Əlyazma hüququnda Məlikrzayev A.Ə. Biznes-reinjinirinqin inkişaf istiqamətləri


Sxem 3.5. Sahibkarlığın institusional struktur sxemi



Yüklə 2,73 Mb.
səhifə10/12
tarix01.04.2018
ölçüsü2,73 Mb.
#35688
1   ...   4   5   6   7   8   9   10   11   12

Sxem 3.5. Sahibkarlığın institusional struktur sxemi.

Bu strukturun əsası intertəşkilati qarşılıqlı təsir, yəni bilavasitə istehsaldan, reklamdan, marketinqdən, satışdan, göndərmələrdən, avadanlığın quraşdırılmasından kreativ elmi tədqiqatlara qədər qarşılıqlı təsir sayılır. Bu cür institusional strukturun yaradılması işçilərin yeni sosial interheyət yönümlü qarşılıqlı təsirini tələb edir. Təşkilin yeni tipi həm istehsal sistemlərinin, həm də sahibkarlıq strukturlarının institutsional inkişafının müxtəlif formalarına əsaslanır.

Yeni təşkilati qarşılıqlı təsirin layihələndirilməsi və qurulması müxtəlif subyektlərin əlaqələndirilməsini, sonrakı inkişaf mexanizmlərinin və meyllərinin uzlaşdırılmasını tələb edir. Təkamül nəticəsində tədricən sabit və ya müvəqqəti tipə malik təşkilati quruluşa doğru yerdəyişmə baş verir ki, bunun da nəticəsində islahatı aparılan təsərrüfat subyekti gəlirin maksimumlaşdırılması və müvafiq qrupların maraqlarının tarazlığı təmin edilir.

Münasibətlər bazar transaksiyaları əsasında, kontrakt əsasında, eləcə də xeyli hissəsi institusional strukturla müəyyən edilən təşkilatların “aralıq formaları” əsasında qurula bilər. Bu cür yeni təşkilati strukturlar özündə elə bir mürəkkəb sistemi birləşdirir ki, onun da mərkəzi ünsürü mikro və makro qarşılıqlı təsirləri, intertəşkilati tipə malik qarşılıqlı təsiri həyata keçirən firma sayılır.

“Aralıq formaların” qurulması və ya “metastruktur” sosiotexniki izomorfizm prinsipləri əsasında baş verir. Bu onu göstərir ki, intertəşkilati qarşılıqlı təsir əsasında qurulan xarici sistem kiçik daxili sistem sayılan müəssisədə olduğu kimi həmin başlıca komponentlərə əsaslanır. Lakin elementlərin və alt sistemlərin fəaliyyətində səmərəliliyin, mənfəət mərkəzlərinin, birgə fəaliyyət məsuliyyəti və rolunun digər bölüşdrülməsi müşahidə olunur.

İnstitusional strukturlar həm də çoxcəhətliliyi, mürəkkəbliliyi, intensivliyi, subyektlərarası qarşılıqlı təsirlərin müxtəlif stereo tipləri ilə fərqlənir. Xarici sistemlərdə iştirakçı qruplar arasında çoxcəhətli münasibətlər, məsələn rəqabət, kooperativ, preferensial, iyerarxiq, transaksion və s. münasibətlər formalaşır. Mürəkkəb xarici sistemlər üçün iformasion və müxtəlif intensivliyə malik prosesləri əlaqələndirən münasibətlər birinci dərəcəli əhəmiyyət kəsb edir. İştirakçıların müxtəlif qrupları üçün intertəşkilati strukturlar və onların qarşılıqlı təsiri qeyri-bərabər rol oynaya bilər. Məsələn, françayzinq sistemində xüsusi rolu texnoloji, informasiya və maliyyə axınları oynayır. Tabeçilik və qarşılıqlı tabeçilik münasibətlərinə baxmayaraq françayzinq strukturları üçün texnologiyanın ötürülməsi zamanı böyük əhəmiyyətə malik olan təkcə bazar transaksiyaları deyil, həm də kontraktların və rəqabət münasibətlərinin təşkili sayılır. Əksinə, kiçik biznesi iri xarici sistemə daxil edən zaman məcmu bazar transaksiyalarının səviyyəsinə əhəmiyyətli təsiri satışın stimullaşdırılması, reklam şirkəti vasitəçilik fəaliyyəti, kontraktların təşkili, idarə olunmayan informasiya axınları ilə bağlı xərclər göstərir.

İqtisadiyyatın innovasiya aktivliyinin yüksəldilməsi eyli dərəcədə aşağıdak meyllərin istifadəsi ilə bağlıdır: innovasiya sferasında öz-özünün təşkili strukturlarının qurulması və onların institutlar sisteminə inkorporasiya olunmasının gücləndirilməsi. Bu meyllərin uyğunluğuna nümunəvi misal kimi ABŞ-da mövcud olan innovasiya prosesinin institusional strukturlarını göstərə bilərik. Həm iri sənaye şirkətləri çərçivəsində, həm də elmi-texniki və innovasiya layihələri çərçivəsində innovasiya prosesinin ənənəvi təşkilati modelləri “inkubator bölmələrin” qapalı elmi texniki mühitində reallaşdırılır ki, bu da sonradan kiçik antrepener qruplarla kommersiyalaşma mərhələsinə qədər çatdırılır.

Xarici qarşılıqlı təsir əsasında təşkilati inkişaf mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş strukturların snergizm prinsipləri ilə sıx bağlıdır. Təşkilati reinjinirinq prosesi yeni texnologiyaların, məhsul və strukturların işlənib hazırlanması, mənimsənilməsi və tətbiqi mərkəzləri üzrə istiqamətlənməklə yenidən mövcud olmuş əmək bölgüsü şəraitində olduğu kimi inkişaf edir. “Sərt” təşkilati metastrukturlar vahid texnoloji zəncirlə bağlı müəssisələri birləşdirirlər. Bu hald areinjinirinq prosesi son dərəcə çətinləşir, yeniləşmə imitasiyaya yönəldilir və şaquli tipli strukturlar yayılır. Bu xeyli dərəcədə qaz, neft, kömür, metallurgiya kimi kapital tutumlu sahələrə aiddir.

Biznesin bir növünə aid edilən və dar ixtisaslaşmaya istiqamətlənmiş strategiyalar böyük rol oynayırlar. Bir sahədə təmərküzləşmə bütün daxili təşkilati resursların istifadə zəruriyyətilə bağlıdır. Monobiznes öz sahəsində liderliyi təmin edə bilər. Lakin texnoloji yeniliklərin meydana çıxması alıcıların tələbatında dəyişiliklərin baş verməsi və rəqiblərin aktiv fəaliyyəti halında gücün bir istiqamətdə cəmlənməsi mənfəətin kəskin surətdə aşağı düşməsinə və müəssisənin mövqeyinin əhəmiyyətli dərəcədə itirilməsinə gətirib çıxara bilər. Bu profildən olan müəssisələrin çoxu 2 tipdə şaquli inteqrasiya tətbiq edirlər:

1. “Geriyə” inteqrasiya;2. “irəliyə” ineqrasiya. “Geriyə” inteqrasiya malgöndərən firmanı ələ keçirmək hesabına və ya onun üzərində nəzarəti artırmaq yolu ilə müəssisənin böyüməsinə istiqamətlənir. “İrəliyə” inteqrasiya isə bir-başa şaquli inteqrasiya adlanır və bölgü və sartış sistemləri, eləcə də vasitəçi biznes üzərində nəzarəti gücləndirmək hesabına müəssisənin böyüməsini ifadə edir.

2. Azərbaycan iqtisadiyyatında bir sıra səbəblər üzərindən holdinq, konsern və konqlomeratlar kimi şaquli tipli strukturlar nisbətən yaxşı inkişaf etmişdir. Konqlomerat qapalı kapital bazarını və ənənəvi kapitalların istehsal sistemlərinin məcmusunu təmsil etməklə demək olar ki, tamamilə rəqib qüvvələrin təsirindən müdafiə olunur. Bundan əlavə konqlomerat demək olar ki, radikal yeniləşmə və təşkilati dəyişikliklər imkanını saxlamır.

Şaquli surətdə inteqrasiya olunmuş strukturların üstünlük təşkil etməsi iqtisadiyyatda müərkkəb innovasiya proseslərinin və texnoloji məhsulların tətbiqi üçün xeyli maneələr yaradır. Birliyin monqlomerat xarakteri sənaye şirkətləri və sahələrinin rəqabət qabiliyyətini zəiflədir.

Üfüqi inteqrasiya sahəvi istehsal bilikləri bazasında üfüqi firmalar arası kooperasiya prinsiplərinə uyğun olaraq meydana çıxa bilər(Məsələn, kimya sənayesi və cihazqayırmada olduğu kimi). Üfüqi inteqrasiya həmçinin mürəkkəb istehsal innovasiya tsiklinə malik eyni tipli müəssisələrdə, məsələn, aviasiya sənayesi və raketqayırma müəssisələrində yayılmışdır. Bu cür istehsallarda mürəkkəb yüksək texnoloji məmulatların yüksək keyfiyyətli parametrləri və dünya bazarlarında rəqib mövqeləri vacibdir.

Əgər şaquli inteqrasiyanın aparıcı əsası güclərin, kapitalların təmərküzləşməsi və idarəetmənin mərkəzləşməsi hesab edildiyi halda üfüqi inteqrasiya kooperasiya prinsipi əsasında həyata keçirilir, yəni burada əsas rol müvəqqəti biliklərə, qeyri-mərkəzləşmiş idarəetmə strukturlarına və razılaşma əsasında qarşılıqlı münasibətlərə, müvəqqəti təsərrüfat ixtisaslarına və s. aiddir.

1) Dünyanın bir çox ölkələrində sahibkarlığın dəstəklənməsi məqsədilə səmərəli təşkilati-idarəetmə mexanizmləri tətbiq edilir. Bunlar son vaxtlar geniş yayılmış yeni forması kimi biznes-inkubatorlar çıxış edir. Biznes-inkubatorlar sahibkarlıq subyektlərinin inteqrasiyasını həyata keçirən, onların səmərəli fəaliyyətini təmin etmək məqsədilə çeşidli xidmətlər göstərən təşkilati modeldir. Beynəlxalq təcrübə göstərir ki, biznes inkubatorların tətbiqi kiçik müəssisələrin inkişafını 7-22 dəfə sürətləndirərək, biznesdəki uğursuzluqları 10-15% azaldır. Sahibkarlığın bu infrastrukturu əhalinin məşğulluq və həyat səviyyəsinin, regionların iqtisadi aktivliliyinin yüksəldilməsi, kiçik müəssisələrin sayının, onların rəqabət qabiliyyətinin artırılması, bütövlükdə sahibkarlığın innovasiya yönümünün təmin edilməsi, müəssisələr arasında kooperasiya əlaqələrinin yaranması və möhkəmlənməsi kimi mühüm məsələlərin həllinə xidmət edir.

2) Azərbaycanda yerli xammaldan istifadə edərək, yeni texnologiyaların tətbiqi nəticəsində özəl sektorda dünya standartlarına uyğun məhsulların istehsalı iqtisadiyyatımızın inkişafının hazırkı mərhələsində qarşıda duran mühüm məsələlərdəndir. Azərbaycanda innovasiya sahibarlığının mövcud vəziyyəti cəmiyyətimizin intellektual potensialına uyğun deyil və iqtisadiyyatımızın texnoloji yeniləşməsi tələblərinə cavab vermir. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 753 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı(2002-2005-ci illər)” sahibkarların innovasiya fəaliyyətlərinin aktivləşdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməsini nəzərdə tutur. Proqram innovasiya fəaliyyətinin kiçik və orta sahibkarlığın(KOS) inkişafının öncül istiqamətinə çevrilməsi məqsədilə müvafiq infrastrukturun yaradılması, maliyyə və təşkilati vasitələrin hərəkətə gətirilməsini mühüm bir vəzifə kimi qarşıya qoymuşdur. Azərbaycanda innovasiya sahibkarlığı sisteminin formalaşmasının, innovasiya yönümlü təşəbbüslərin aktivləşdirilməsinin və bu sahədə səmərəli dövlət köməyi mexanizminin formalaşması zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” 10 sentyabr 2002-ci il tarixli Fərmanında da texnoloji biznes inkibatorun yaradılması vəzifəsi qarşıya qoyulmuşdur.

Texnoloji biznes inkubator sahibkarlıq fəaliyyətinə başlayanlara və elmi-texniki sahədə fəaliyyət göstərən iş adamlarına innovasiya fəaliyyətlərinin həyata keçirilməsi və eyni texnologiya əsasında istehsalın təşkili üzrə xüsusi müqavilə əsasında və güzəştli şərtlərlə çeşidli xidmər göstərir. Texnoloji biznes inkubatorda fəaliyyət göstərəcək müəssisələr əsasən iqtisadiyyatın öncül sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri ola bilərlər. Texnoloji biznes-inkubatorun seçilmiş müəssisələrlə münasibətləri xüsusi müqavilə əsasında tənzimlənir.

BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən Lyihə çərçivəsində Bakı şəhərində yaradılmış Sərgi Satış Mərkəzi kiçik və orta sahibkarlığın infrastruktur təminatı sisteminin tərkib hissəsi olaraq bu subyektlərin məhsullarının satış həcminin artırılmasında, yeni satış bazarlarının tapılmasında mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərində texnoloji biznes-inkubator mərkəzinin və müvafiq kommunikasiya və infrastrukturaya malik olan sənaye şəhərciyinin yaradılması ilə əlaqədar işlər davam etdirilir.

Ayrı-ayrı rayonlarda sahibkarların biznes mərkəzlərinin yaradılması, sahibkarlar üçün təhsil, məsləhət və informasiya xidmətlərinin təşkili sahəsində də mühüm tədbirlər həyata keçirilməsinə təkan verəcəkdir.

Hesab edirik ki, texnoloji biznes-inkubatorun sənaye şəhərciyinin əraizisində yaradılması mümkün variantlardan daha məqsədəuyğundur. Bu yanaşma biznes inkubatorda bazar iqtisadiyyatı şəraitində müstəqil fəaliyyətə hazırlanmış kiçik və orta müəssisələrin sənaye şəhərciyində öz fəaliyyətinin davamı mümkünlüyünü nəzərə alır. Belə yerləşmə bu infrastruktur obyektlərinin bir-birini tamamlamasına şərait yaradır.

Fikrimizcə, ölkənin regionlarında dövlət tərəfindən maliyyə dəstəyi göstərilən elmi-tədqiqat mərkəzləri yaradılmalı və həmin ərazilərdəki mövcud müəssisələrin sağlamlaşdırılması istiqamətində işlənib hazırlanmış təkliflər aidiyyəti olan icra hakimiyyəti orqanlarına çatdırılmalıdır.

3.3. İnnovasiya reinjinirinqi strategiyalarının formalaşması
İnnovasiya siyasəti dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsi olmaqla hakimiyyət orqanlarının elm, texnika və emi-texniki naliyyətlərin həyata keçirilməsi sahəsində apardığı fəaliyyətin məqsədini, istiqamət və formalarını müəyyən edir. Bu siyasətin əsasını elmi-texniki inkişafın konseptual hüquqi əsasları təşkil edir. Fikrimizcə, həmin əsasların işlənib hazırlanması zamanı əsaslandırılmış müddəalar elmin aparıcı sahələrinin inkişaf istiqamətlərini və texnoloji proseslərin yeniləşdirilməsi tədbirlərini əhatə etməlidir. Bu zaman elmi-texniki inkişafın stimullaşdırılması sisteminin təkmilləşdirilməsi, elmi-texniki inkişafın idarə olunması metodlarının təkmilləşdirilməsi, elmin və texnikanın prioritet inkişaf istiqamətlərinin seçilməsi, lisenziya-potent hüququ, eləcə də intellektual mülkiyyət hüquqlarının qorunması, elmi infrastrukturun yeniləşdirilməsi, elmi kadrların mövcud tələblər səviyyəsində hazırlanması və s. kimi tədbirlər diqqət mərkəzində saxlanılmalıdır. Məhz buna uyğun olaraq dövlətin innovasiya siyasətinin əsas məqsədləri iqtisadi ədəbiyyatda aşağıdakı kimi ifadə olunur(89, s. 38-42):innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilati şəraitin yaradılması; innovasiya fəaliyyətinin stimullaşdırılmasına, habelə innovasiya sferasında bazar münasibətlərinin və sahibkarlığın inkişafına yardım göstərmək;innovasiya fəaliyyətinə dövlət yardımının genişləndirilməsi, innovasiya fəaliyyətinin inkişafına yönəldilmiş dövlət resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi;beynəlxalq bazarda vətən innovasiya məhsullarının müdafiəsi və ölkənin ixrac potensialının inkişafı üzrə tədbirlərin həyata keçirilməsi.

Müəssisənin fəaliyyətinin innovasiya aspekti onunla fərqlənir ki, o, müəssisənin strategiyasının bütün qalan ünsürlərini(sahibkarlıq, istehsal, elmi-texniki marketinq, sosial iqtisadi) özündə birləşdirir. Çünki, strategiyanın yuxarıda qeyd etdiyimiz ünsürləri yeni əmtəələrin, xidmətlərin, yeni təsərrüfatçılıq forma və metoldarının meydana çıxmasına, bəyənilməsinə və tirajının müəyyən edilməsinə əsaslanır. Bu nöqteyi nəzərdən innovasiya fəaliyyəti təkcə salamat qalma və tərəqqi şərti kimi deyil həm də müəssisənin fəaliyyətinin digər ünsürlərinin reallaşması üçün dayaq rolunu oynayır. İnnovasiyanın strateji tərəfi həm də onda ifadə olunur ki, o, həm də müəssisəyə bazar şəraitinə daha sürətlə uyğunlaşmağa, öz imkanlarının yeni sahələrə və yeni bazarlara irəlilədilməsi imkanlarını artırmağa imkan verir. Bu, hər şeydən əvvəl uzunmüddətli dövrdə rentabelliyin və maliyyə dayanıqlığının yüksəldilməsində meydana çıxır.

Müəssisənin səmərəli innovasiya startegiyasının seçilməsi prosesi müxtəlif tipli yeniliklərdə özünü göstərən innovasiya fəaliyyətinin vütün formalarının qiymətləndirilməsini nəzərdə tutur. Başlıcası ondan ibarətdir ki, innovasiya prosesi təsərrüfat fəaliyyətinin bütün tərəflərini əhatə edir və istənilən funksional və ya istehsal alt sisteminin tərkib hissəsi olmalıdır(4, s.190). Məsələn, müəssisənin əsas fəaliyyət məqsədləri sırasına aşağıdakılar daxildir:

1. təyin edilmiş vaxtda müəyyən növ və həcmdə yüksək keyfiyyətli məhsulların buraxılması;

2. elmi-texniki potensialdan istifadənin səmərəliliyinin yüksəldilməsi;

3. yeni bazarların mənimsənilməsi və artıq əldə edilmiş bazarlarda mövqelərin möhkəmləndirilməsi;

4. istehsalın ekoloji təhlükəsizliyinin təmin edilməsi və təsərrüfat fəaliyyətinin cəmiyyət üçün mənfi nəticələrinin aradan qaldırılması;

5. rentabelliyin və maliyyə sabitliyinin təmin edilməsi;

Bütün bunlar innovasiya və investisiya strategiyalarının işlənib hazırlanması zamanı nəzərə alınmalıdır.

Yuxarıda qeyd edilən məqsədlərdən Birincisi məhsulların özünün və onların istehsalı texnologiyasının təkmilləşdirilməsini, yeni məlumat və proseslərin mənimsənilməsini nəzərdə tutur. Bu, ən azı əsas faəliyyətin maliyyə nəticələrinin aşağı düşməməsinə vəonun biznesi üçün xarici mühitin dəyişməsi halında müəssisənin bazar möqelərini qoruyub saxlamağa imkan verir. İkinci məqsədə nail olunması funksional və istehsal strukturlarının təkmilləşdirilməsi, resurslardan(kadr, informasiya, maliyyə, maddi) istifadənin səmərəliliyinin yüksəldilməsi istehsal-texniki və mühəndis bazasının səmərəli əsaslandırılması yolu ilə ilə istehsal, xidmət və idarəetmə proseslərinin səmərələşdirilməsi zəruriyyəti ilə bağlıdır. Yeni bazarların mənimsənilməsi zamanı uğurun qazanılması həm də dünya bazarlarında rəqabət qabiliyyətliliyin perspektivlərini təmin edən müvafiq elmi-texniki ehtiyatın mövcudluğunu nəzərdə tutur. Ekoloji xarakterli problemlərə gəldikdə isə onların həllini əsasən tullantısız texnologiyaların işlənib hazırlanması və tətbiqində, həm istehlakçı, həm də istehsalçı üçün ekoloji cəhətdən təhlükəsiz məhsulların buraxılmasında və s. axtarmaq lazımdır.

Müəssisənin əsas fəaliyyətinin göstərdiyimiz aspektləri bu və ya digər dərəcədə innovasiya prosesi çərçivəsində yerləşir. Bu, onların innovasiya prosesi çərçivəsində yerləşir. Bu, onların innovasiya strategiyasının işlənib hazırlanmasına yönəldilmiş innovasiya injinirinqi və menecmentin reinjinirinqi obyektlər kimi nəzərdən keçirilməsinin məqsədəuyğunluğunu şərtləndirir.

Son illər təşkilatın fəaliyyətində və davranışında xeyli dəyişikliklər baş vermişdir. Təşkilat partnyorların, rəqiblərin, alıcıların və s. maraqli təsir qüvvələrinin əksər bazarlarının əlaqələr mərkəzinə çevrilməkdədir. Məhz bu, təşkilati məcbur edir ki, müxtəlif cinsli fəaliyyət növlərinin əlaqələndirilməsi və müxtəlif əmtəə bazarlarında rəqib mövqelərin möhkəmləndirilməsi ilə məşğul olsunlar. Təşkilat qarşısında duran vəzifələr ondan innovasiya reinjinirinqi tədbirlərinin aparılmasını tələb edir. Təşkilatın fəaliyyətinin strateji planlaşdırılması və idarə edilməsi innovasiya reinjinirinqinin əsas istiqaməti sayılır. İri çox profilli diversifikasiya olunmuş şirkətlər üçün strategiyanın işlənib hazırlanması aşağıdakı təşkilati səviyyələrdə baş verir:

1. İri çox profilli şirkətlər və onun bütün fəaliyyət sferaları üçün korporativ strategiya;

2. Çoxsahəli şirkətlər üçün və ya hər bir fəaliyyət üçün işgüzar strategiya;

3. Hər bir funksional istiqamət və müəyyən fəaliyyət sferası üçün funksional strategiya;

4. Əməliyyat strategiyası. Bu strategiya əsas struktur vahidləri üçün dar strategiya sayılır və funksional istiqamətlərin daxilində işlənib hazırlanır.

İqtisadi inkişafın xarakterinin dəyişməsi reinjinirinq metodlarına əsaslanan yeni idarəetmə parodiqmasının yaradılmasını tələb etdi. Açıq sistem kimi nəzərdən keçirilən təşkilat maraqlı qrupların:investorların, sifarişçilərin, təhcizatçıların, dövlət orqanlarının, müştərilərin, rəqiblərin və başqalarının tələbatının daha tam ödənilməsi prinsipləri ilə idarə olunmalıdır. İnnovasiya reinjinirinqinin aparılması zamanı müştərilərin tələbatının ödənilməsi strategiyasının hər bir növü aktiv ünsürlərin təkmilləşməsinə yönəldilir və köhnə ünsürlərin aradan çıxarılmasını nəzərdə tutur. İnnovasiya reinjinirinqi strategiyasının xarakteristikası aşağıdakı cədvəldə verilmişdir(Cədvəl 3.5).
Cədvəl 3.5. İnnovasiya reinjinirinqinin strategiyaları


Elmi-texniki inkişaf strategiyası

Aktiv ünsürlərin əvəz olunması siyasəti

Köhnə ünsürlərə rəğmən siyasət

Tələbatın qabaqlanması strategiyası



İstehsala buraxmaq və təcrübi işləmədən az sonra istehlak müəssisəsinə məhsul göndərməyə başlamaq

Yeni ünsürün istehsalına qoyuluşla eyni vaxtda istehsalın və təhcizatın dayadırılması

Məhsulun və tələbatın likvivalentliyi strategiyası



Yeni elementlərin layihələr portfelinə malik olmaq:iki idarəetmə mərhələsində tələbatın dəyişməsini qabaqlamaqla istehsala buraxmaq (tələbat proqnozu üzrə)

Tələbin dəyişməsi haqqında zəif siqnal proqnozunun təsdiq edilməsi əsasında istehsalın dayandırılması;tələbin zəifləməsinə qədər istehsalın təzələnməsinə hazırlığın dəstəklənməsi

Tələbatın və imkanın ekvivalentliyi strategiyası



Perspektiv ünsürlərin fasiləsiz olaraq təcrübəvi işlənməsini aparmaq;bri idarəetmə mərhələsini qabaqlamaqla istehsalın qurulmasına yüksək hazırlığı dəstəkləmək

Tələbin zəifləməsi zamanı istehsalın dayandırılması


“çatma” strategiyası



Eyni ilə:tələbin zəifləməsinə görə istehsala buraxmaq

Yeni ünsürlə optimal nisbətlərdə istehsalın və təchizatın imkan daxilində davam etdirilməsi

Reinjinirinq konsepsiyasına əsasən təşkilatın ətraf mühitin dəyişməsinə vaxtında reaksiya göstərməsi mütləqdir. Bu müəssisənin gələcəyini dəqiq görməsini və reinjinirinq menecerinin bütün mərhələlərdə qrupun işində bilavasitə iştirakını nəzərdə tutur. Bu cür yanaşmada müştərilərin tələbatının ödənilməsi və rəqiblərin fəaliyyətinin nəzərə alınması strategiyası sərt şəkildə daxili dəyişikliklər strategiyasına uyğunlaşdırılır.


Məsələn, ETTKİ-nin geniş spektrinə əsaslanan bazarda gələcəkdə hakim mövqe tutmağa qabil yeni texnologiyaların işlənib hazırlanması “geniş öyrənilmə” adını daşıyır. Yeniliyin radikallığı və onun prinsipial yeniliyi istehsalçıya innovasiya inhisarını və mütləq lider mövqeyini təmin edir. Əgər innovasiyaçı ETTKİ-ni və texnologiyanı dar tələbat spektrində işləyib hazırlayarsa, onda bu cür strategiya “dar öyrənilmə” adını daşıyır. Yenilyin kifayət qədər radikallığı və yeniliyi hesabına istehsalçı bazarın seqmentlərindən birində liderliyi təmin edə bilər.

İstehsalçıda yeni texnologiya olmadıqda o məcbur olur ki, imitasiya texnologiyasını tətbiq etsin və yaxud lider texnologiyanın və bu texnologiya üzrə buraxılan məhsulların uyğunlaşması ilə məşğul olsun. Menecer özünün innovasiya fəaliyyətində liderin arxasınca getmə və ya “çatma” strategiyasını tətbiq edir. İnnovasiya reinjinirinqinin ən yaxşı strategiyası kimi texnoloji sıçrayış strategiyasını, yeni texnoloji prinsipin mümkün istifadə nəticəsini hesab etmək olar. Bu strategiya yenilikçiyə yeniliklərin çox yüksək yenilik və radikallıq dərəcəsi ilə izah edilən uzunmüddətli rəqabət üstünlüklərini təmin edir.

Nəzərdən keçirdiyimiz strategiyalar bazarın vəziyyəti, rəqabətin intensivliyi, bazarın artım templəri və s. ilə sıx əlaqədə reallaşdırılır.

Müəssisənin innovasiya inkişafının strategiyaları 3.6. saylı cədvəldə verilmişdir.


Cədvəl 3.6
İnnovasiya inkişaf strategiyası


Strategiyalar

Yeniliyin radikallığı

İnnovasiya inkişafı məsələlərinin xarakteri

İdarəetmə məsələsinin xarakteri

məhsullar sistemi

texnoloji sistem

1.Gələcəkdə hakim mövqe tutmağa qabil olan bütün yeni texnologiyaların hazırlanması(bazarın “geniş öyrənilməsi”)

Prinsipial



ETTKİ məhsulların geniş spektrində və müxtəlif mərhələlərdə(ideyadan təcrübəli partiyalara qədər)

ETTKİ texnologiyanın geniş spketrində(ideyadan təcrübəli texnologiyaya qədər)

Layihələrin idarə edilməsi;müxtəlif bazarlar üçün perspektiv texnologiyaların seçilməsi

2.Bazarın seqmentlərindən birində liderlik etməyə qabil texnologiyanın işlənib hazırlanması(bazarın”dar öyrənilməsi”)

Yüksək


ETTKİ tələbatın dar spektrində

ETTKİ texnologiyanın dar spektrində

Seqmentin axtarışı;layihənin idarə edilməsi

3.Texnoloji inkişafın magistral yolunu göstərən liderin izlənməsi

Yüksək


Liderin texnologiyası üzrə buraxılan məhsulun başqa bazara uyğunlaşması(seqmentin əvəz olunması)

Liderin texnologiyasının təşkilatın şəraitinə uyğunlaşması və texnologiyanın təkmilləşdirilməsi

Liderin seçilməsi;lider layihələrin uyğunlaşmasının idarə edilməsi

4. Uzunmüddətli rəqabət üstünlüklərini təmin edən texnoloji sıçrayış

Çox yüksək

Axtarış ETİ-nin geniş spektri:yeni tələbatlar-yeni texnoloji prinsiplər

Axtarış ETİ-nin geniş spektri:yeni texniki prinsiplər-yeni texnologiyalar

Axtarış ETİ proqramının idarə edilməsi

5. Uğurlu və ya uğursuz hallarında strategiyanın növbələnməsi:”geniş öyrənmə” strategiyasından “dar öyrənmə strategiyasına keçilməsi”



Uğur-qərarların müəyyən seqmentə uyğunlaşması;Uğursuzluq-layihəçilərin qüvvələrinin müəyyən seqmentdə təmərküzləşməsi

Uğur-qərarın müəyyən məhsula uyğunlaşması: qüvvələrin uğursuzzluq-qüvvələrin müəyyən məhsulun hazırlanmasında təmərküzləşdirilməsi

Marketinq tədqiqatları riskin qiymətləndirilməsi

Texnoloji reinjinirinq tədbirlərinin innovasiyanın inkişafına yönəldilməsi istehsal sistemlərinin alternativ əsasda təzələnməsi variantının seçilməsini tələb edir. Bununla əlaqədar olaraq daxili və xarici mühitin müxtəlif start şəraitində istehsalın yeniləşməsi tipinin xüsusiyyətlərinin qiymətləndirilməsi zəruri sayılır. Daxili mühitin səciyyəvi start şəraiti texnologiyanın, istehsal aparatının köhnəlməsi, stabil texnologiyaların qeyri-mütərəqqiliyi, dəyişikliklərin nəticələrinin qabaqcadan bilinməsi, inqilabi dəyişikliklərin nəticələrinin gözlənilməzliyi, müəssisədə kifayət qədər resursların və köklü yeniliklər imkanının olmaması və s. ilə ifadə olunur. Xarici mühit tərəfindən zəruri dəyişikliklərin siqnalı kimi rəqabətin kəskinləşməsi maraqlı qrupların tələbatının ödənilməməsi, bazarda mövqeyi itirməklə tələbin konyukturanın və bazar mühiti vəziyyətinin səhv proqnozları çıxış edir.

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə güclü əks siqnallar kimi texnoloji mühitin inqiabi dəyişiklikləri, institusional-qanunvericilik sferasında dəyişikliklər, investisiya mühitinin qəfil dəyişməsi və s. çıxış edə bilər. Müəssisənin start şəraitinin və imkanlarının nisbi qiymətləndirilməsi əsasında təzələnmə əmsalı seçilir. Bu zaman istehsal sisteminin inkişaf fazasını, müəssisənin xərc, risk və ehtimal olunan gəlir səciyyələrinə reaksiyasının xüsusiyyətlərini nəzərə almaq lazımdır. Məsələn, müəssisənin fəaliyyətin “artım” stili və onun dəyişmələrə istehsal reaksiyası köklü, inqilabi yeniliklərə uyğun gəlmir, onlar üçün zəif əks siqnallar üzrə idarəetmənin olmaması səciyyəvidir. Novatar müəssisələr xarici mühitin inqilabi dəyişmələrinə, rəqabət mübarizəsinin kəskinləşməsinə, buraxılan məhsul üzrə tələbin yavaşımasına, zəif əks siqnalların qəbuluna daimi hazırlığına görə seçilir. Belə müəssisələr istehsal sistemlərinin fasiləsiz yeniləşmə tipinə əsasən injinirinqin qoruyucu tədbirlər rejimində inkişaf edir.

Yenilikçi müəssisələrin reinjinirinqinin məqsədi liderin strategiyasının qorunması və istehsal, təşkilati və bazar imkanlarının genişləndirilməsi sayılır.

Orta inkişaf səviyyəsi sadə olmayan start şəraitinə malik müəssisənin böyük hissəsi üçün reinjinirinq müəssisəsinin aparılması mürəkkəbliyi nisbətən qısa vaxt kəsiyində köklü yenidənqurmanın qeyri-mümkünlüyündən ibarətdir. “Orta” müəssisə bazarda öz mövqelərinin möhkəmləndirilməsi və genişləndirilməsi və mənfəətliliyinin artırılması üzrə kifayət qədər şanslara malik deyildir, belə ki, o, istehsalın modernizasiyası məsələlərinə üstünlük verirlər. Müəssisənin bütöv davranış məntiqi ilə baza və stabil texnologiyanın təkmilləşdirilməsi üzrə tədbirlərdən kapital veriminin sürətləndirilməsinə cəht diqtə olunur.

İstehsal sistemlərinin modernləşdirilməsi mövcud texnologiyaya əsaslanan səmərəli məhsul çeşidinin axtarışı ilə tamamlana bilər. Bir qayda olaraq, prinsipcə yeni məlumatların, əmtəə və xidmətlərin buraxılışı və istehsal aparatının köklü növbələşməsi ilə birləşdirilir. Odur ki, modernləşdirməyə və texniki cəhətdən yenidən silahlandırmaya əsaslanan təzələnmə tipi yüksək rəqabət üstünlüklərinin yaradılmasına yönəldilmiş, imitasiya yeniliyinə hesablanmışdır.



İstehsalın yeniləşməsi növlərinin xarakteristikası 3.7 saylı cədvəldə verilmişdir.

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə