Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

44

Sair xərclər  



493,6 

2910,3 


4048,8 

4994,7 


5338,6 

5978,2 


Büdcə  xərclərinin  içərisində  istehsalın  inkişafına  büdcə  xərclərinin  rolunu 

qeyd  etmək  lazımdır.  Bu  xərclər  bilavasitə  dövlətin  müəyyən  etdiyi  investisiya 

strategiyasının  əsasında  planlaşdırılır.  Dövlətin  investisiya  strategiyasının 

məqsədləri aşağıdakılardır: 

-  infilyasiyanın  qarşısının  alınması,  müəssisələrin  və  əhalinin  investisiya 

stimullaşdırılması; 

-  büdcə  kəsirinin  azaldılması,  onun  daxili  mənbələr  hesabına  örtülməsi, 

daxili maliyyə vəsaitlərinə əsaslanıb istehsala investisiya qoyulması; 

- investorların və səhmdarların hüquq və maraqlarının qorunması; 

- işləyən müəssisələrdə büdcə maliyyələşdirilməsinin məqsədli proqramlarla 

həyata keçirilməsi. 

Büdcə  xərclərində  sosial  sahələrdə  xərclərin  əhəmiyyətini  xüsusilə  qeyd 

etmək lazımdır.  

Bütövlükdə    Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  sosial  yönümlü 

büdcədir.  Belə  ki,  2014-cü  ildə  ümumi  xərclərin  40,7  faizi  sosial  xərclər, 

yənitəhsil,  səhiyyə,  sosial  müdafiə,  sosial  təminat,  mədəniyyət,  incəsənət,  mənzil-

komunal  və  s  xərclərdir.  Bundan  əlavə  icra  hakimiyüəti  orqanlarının  saxlanılması 

xərcləri  və  müdafiə  xərclərinin  tərkibində  də  sosial  xərclər  mövcuddur.  Sosial 

xərclərin  üstünlüyü  –  ilk  növbədə,  onun  iqtisadi  inkişafının  sürətləndirilməsinə 

bilavasitə  təsirindədir.  İctimai  əmək  bölgüsü  prosesinin  gücləndiyi  bir  şəraitdə 

maddi  istehsal  sahələrinin  sosial  infrastruktursuz  fəaliyyəti  mümkün  olmazdı. 

Sosial  infrastruktur əhalinin şəxsi tələbatını ödəməklə  yanaşı,  iş qüvvəsinin təkrar 

istehsalı və istehsalın intensivləşdirilməsinin mühüm amilidir.  

Büdcə  xərcləri  iqtisadiyyatın  bütün  sahələrinə  təsir  edir.  Bu  təsir  –  dövlət 

xərclərini  təmin  edən  maliyyə  mənbələri  ilə  bağlıdır.  Dövlət  xərclərinin  istehsala 

göstərdiyi təsir, əsasən investisiya həcmi, istehsal məsrəfləri, məşğulluq həcmi və s 

təsirinin məcmusundan ibarətdir.  



 

45

Pensiya  və  müavinətlərə  ayrılan  vəsaitlər  2014-cü  ildə  büdcə  xərclərinin 



14,9  faizi  təşkil  edir  və  onun  mütləq  məbləği  2005-ci  illə  müqayəsədə  2,3  dəfə 

çoxdur.  

Dövlət  büdcəsi  xərclərində  ən  əhəmiyyətli  maddələrdən  biri  iqtisadiyyatın 

ayrılyan vəsaitidir.  

İqtisadiyyata  ayrılan  xərclərdə  ən  böyük  pay  –  əsaslı  vəsait  qoyuluşu  kimi 

ayrılır. 2014-cü ildə bu məqsəd üçün 2660,0 mln.manat ayrılmışdır ki, bu da büdcə 

xərclərinin  31,8  faizi,  iqtisadiyyata  xərclərin  36,7  faizi  təşkil  edir.  Onu  da  qeyd 

etmək lazımdır ki, son 10 ildə (2005-2014) iqtisadiyyata əsaslı vəsait qoyuluşunun 

mütləq  məbləği  əvvəlki  illər  ərzində  qoyulan  vəsaitlərdən  1,6  dəfə  çoxdur. 

İqtisadiyyatın  inkişafına  yönəldilən  vəsaitlərdən  əhəmiyyətinə  görə  ikinci  yeri 

nəqliyyat və rabitə vəsaitləri tutur. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa 

ayrılan vəsaitlərin payı 2005-ci illə müqayisədə 2014-cü ildə onun mütləq məbləği 

həmin ildəkindən 1,9 dəfə artıqdır.  

Büdcənin  sosial  yönümlü  tərtib  edilməsi  əhalinin  sosial  müdafiəsi 

baxımından  nə  qədər  cəlbedici  görünsə  də,  bu  siyasət  ölkə  iqtisadiyyatının 

uzunmüddətli  inkişafına  zəmanət  verməyə  də  bilər.  Belə  ki,  sosialyönümlü 

xərclərin əsas  hissəsini əhaliyə bu  və  ya digər  şəkildə  verilən  vəsaitlər təşkil edir. 

Ölkə  vətəndaşları  da  çox  vaxt  bu  vəsaitləri  zəruri  tələbatları  üçün  istifadə  edirlər. 

Deməli,  sosialyönümlü  xərclər  üçün  ayrılmış  vəsaitlər  istehsala  deyil,  birbaşa 

istehlaka yönəldilir. 

Büdcə  investisiya  yönümlü  xərclərin  xüsusi  çəkisinin  böyük  olmasının  bir 

sıra müsbət məqamları vardır: 

-  ölkə  iqtisadiyyatının  uzunmüddətli  və  davamlı  inkişafına  əlverişlə  zəmin 

formalaşdırır; 

- yeni istehsal sahələrinin yaradılması və yeni iş yerlərinin açılmasına şərait 

yaradır.; 

- gələcəkdə büdcə gəlirlərinin artırılmasına imkan verir və s. 

Bu  baxımdan  son  illər  büdcəyə  investisiya  yönümlü  xərclərin  xüsusi 

çəkisinin artırılmasını ən mühüm naliyyətlərdən biri hesab etmək lazımdır.  



 

46

Büdcə  xərclərinin  idarə  edilməsi  dövlət  gəlirlərinin  idarə  edilməsi  ilə  sıx 



bağlıdır.  Belə  ki,  büdcə  xərclərinin  həcmi  büdcə  gəlirlərinin  dairəsi  ilə 

məhdudlaşdırılır.  Lakin  digər  tərəfdən  büdcə  xərclərinin  azaldılması  da  sonrakı 

illərdə  öz  mənfi  təsirini  göstərir.  Ona  görə  də  büdcə  xərclərinin  elə  həcmini  və 

təyinatını müəyyən etmək lazımdır ki, minimum zərclərlə sosial iqtisadi vəzifələrin 

həllini təmin etmiş olsun.  

Dövlət  xərclərinin  idarə  edilməsi  büdcə  kəsirinin  və  dövlət  borcunun  idarə 

edilməsi  ilə  sıx  bağlıdır.  Müasir  dövrdə  demək  olar  ki,  büdcə  kəsiri  olmayan, 

yaxud dövlətçilik tarixində bu hadisə ilə üzləşməyən dövlət yoxdur.  

Dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  iqtisadiyyatın  böhranlı  şəraitində 

iqtisadi  siyasətin  qarşısında  duran  əsas  vəzifələrdən  biri  olan  –  tarazlı  büdcənin 

yaradılmasına  həmişə  nail  olmaq  mümkün  olmur.  Xüsusilə  də  keçid  iqtisadiyyatı 

şəraitində  büdcə  kəsiri  qaçılmazdır.  Başqa  sözlə  obyektiv  zərurətdir.  Maliyyə 

ilində  dövlət  büdcəsinin  xərclərinin  onun  gəlirlərindən  artıq  olan  hissəsi  büdcə 

kəsiri hesab edilir.  

İqtisadiyyatın  böhranlı  vəziyyəti  işgüzar  fəallığın,  investisiya  tələbinin 

yüksəldilməsi  ilə  aradan  qaldıra  bilər.  Bu  da  öz  növbəsində  dövlət  xərclərinin 

artırılması və gəlirlərinin azaldılmasını tələb edir. Dövlət xərclərinin artırılması və 

gəlirlərinin 

azaldılması 

tənəzzül 

şəraitində 

olan 


iqtisadi 

fəaliyyətin 

stimullaşdırılması  məqsədinin  reallaşmasına  xidmət  edir.  Vaxtilə  C.M.Keyns 

göstərirdi 

ki, 

iqtisadiyyatın 



tsliklik 

enmə 


dövründə 

işgüzar 


fəallığın 

canlandırılmasında  büdcə  kəsiri  şəraitində  maliyyələşmə  həlledici  və  önəmli  rola 

malikdir.  Göründüyü  kimi  belə  stimullaşdırıcı  iqtisadi  siyasət  büdcə  kəsirinin 

yaratması zərurəti ortaya çıxarır.  

 

 

 



 

 

 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə