Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

36

 



 

2.2.  Dövlət büdcəsinin xərclərinin proqnozlaşdırılmasının təhlili 

 

2014-cü il və sondakı 3 il üçün dövlət büdcəsi xərclərinin layihəsinin tərtibinə 

dünyada  hələ  də  səngiməyən  maliyyə-iqtisadi  böhranın  ehtimal  olunan  təsirləri, 

ölkənin  əsas  makroiqtisadi  proqnoz  göstəriciləri  və  gözlənilən  büdcə  gəlirləri 

nəzərə alınmaqla ehtiyatla yanaşılmışdır.  

2014-cü  il  üçün  dövlət  büdcəsi  xərclərinin  strukturuna  uyğun  olaraq  cari, 

əsaslı  və  dövlət  borcuna  xidmətlə  bağlı  xərclərin  optimal  hədlərinə  nail  olmaq 

qarşıda duran vəzifələrə aid edilmişdir.  

Sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının  və  yaşayış səviyyəsinin, 

qaçqın  və  məcburi  köçkünlərin  sosial-məişət  şəraitinin  yaxşılaşdırılması,  2013-cü 

ildə əməkhaqları, pensiyalar və digər sosial ödənişlər üzrə tətbiq edilmiş artımların 

maliyyə  təminatı  üçün  tələb  olunan  məbləğdə  büdcə  vəsaiti  ayırması  prioritet 

vəzifələrindəndir.  

İqtisadi 

və 

sosial 


islahatlara 

dəstək 


olmaq, 

dövlətin 

müdafiə 

qabiliyyətinigücləndirmək,  iqtisadi,  ərzaq,  ekoloji  təhlükəsizliyi  təmin  etmək, 

investisiya  və  sosial  proqramların,  xarici  borc  və  öhdəliklərin  yerinə  yetirilməsi, 

qeyri-neft sektorunun inkişafı, bu sektorda yeni istehsal və xidmət müəssisələrinin 

yaradılması, 

sənayeləşmənin 

sürətləndirilməsi 

və 


sənaye 

istehsalının 

genişləndirilməsi,  ölkənin  enerji  potensialının  gücləndirilməsi  və  bərpa  olunan 

enerji  növlərinin  yaradılması,  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  və  bu  sahəyə 

birbaşa 

subsidiyaların 

verilməsi, 

regionların 

sosial-iqtisadi 

inkişafının 

stimullaşdırılması,  içməli  su  və  qaz  təchizatının  yaxşılaşdırılması,  kanalizasiya  və 

meliorasiya  sistemlərinin  yeniləşdirilməsi  və  müasir  tələblər  səviyyəsində 

qurulması,  kənd  yollarının  tikintisi  və  bərpası  üçün  vəsait  ayrılması  təmin 

ediləcəkdir.  

İnformasiya-kommunikasiya    texnologiyalarının  tətbiqi,  elektron  hökumətin 

genişləndirilməsi,  həyata  keçirilən  beynəlxalq  ictimai,  siyasi,  iqtisadi,  mədəni, 




 

37

idman  və  digər  tədbirlərdə  ölkənin  iştirakının  maliyyə  təminatı  büdcə  layihəsində 



əksini tapmışdır. 

2014-cü  ildə  dünya  bazarlarında  rəqabətə  davamlı,  ölkənin  daxili  tələbatında 

əhəmiyyət  kəsb  edən  məhsulların  istehsalının  genişləndirilməsinə,  iqtisadiyyata 

cəlb  olunacaq  sərmayənin  strukturunda  daxili  resursların  payının  artırılmasına, 

dövlət  sifarişli  layihələrin  maliyyələşdirilməsinə  üstünlük  verilməsi  prioritet 

vəzifələr sırasındadır.  

Dövlət  əsaslı  vəsait  qoyuluşu  xərclərinin  strukturunu  təkmilləşdirmək,  həmin 

vəsaitdən  daha  da  səmərəli  istifadəyə  nəzarəti  gücləndirmək,  dövlət  zəmanəti  ilə 

iqtisadiyyata  cəlb  olunan  investisiya  xərcləri  üçün  nəzərdə  tutulmuş  vəsaitin 

istiqamətlər  (sahələr)  üzrə bölgüsünün prioritetliliyi, dövlət  investisiya  xərcləri  ilə 

müvafiq  inkişaf  proqramları  arasında  sistemliliyi  təmin  etmək,  investisiya 

xərclərinin  ilk  növbədə  2014-cü  ildə  başa  çatdırılması  nəzərdə  tutulan  layihələrə 

yönəltmək mühüm vəzifələrdəndir.  

2014-cü  ildə  dövlət  büdcəsi  xərclərinin  strukturunun,tərtibi  və  icrası 

prosesinin  təkmilləşdirilməsi,  şəffaflılığın,  səmərəliliyinin  və  ünvanlılığının  təmin 

edilməsi,  ortamüddətli  dövrdə  (2014-2017-ci  illər)  xərclərin  ortamüddətli  və 

uzunmüddətli  dövrləri  əhatə  edən  proqramlar  və  so  nəticəyə  söykənən  prinsiplər 

əsasında proqnozlaşdırılması daha da genişlənəcəkdir. 

Büdcə  xərclərinin  daha  çox  ölkənin  iqtisadi  inkişafına  təsir  edən  amilə 

çevrilməsi,  maliyyə  təminatı  dövlət  və  icmal  büdcələrin  vəsaiti  hesabına  həyata 

keçirilən  sosial  və  investisiya  layihələrinin,  iri  maliyyə  tutumlu  alışların  və 

xidmətlərin  iqtisadi-maliyyə  əsaslandırılmasının  optimallaşdırılması  və  bu 

istiqamətdə  şəffaflığın  daha  da  artırılması  üçün  qabaqlayıcı  tədbirlərin  görülməsi 

daha da sürətləndiriləcəkdir.  

Dövlət  büdcəsindən  maliyyələşən  və  maliyyə  yardımı  alan  təşkilatlar 

tərəfindən  təqdim  edilmiş  xərclər  üzrə  büdcə  sifarişlərinin  79,3  faizi  həcmində 

vəsait 2014-cü il dövlət büdcəsinin xərclərində nəzərə alınmışdır ki, bu da 2013-cü 

illə müqayisədə 3,1 faiz –bənd çoxdur.  




 

38

2014-cü il dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi səviyyəsində nəzərdə 



tutulur ki, bu 2012-ci ilin faktiki icrasına nisbətən 2,0 faiz-bənd çoxdur.  

Kəsirin  maliyyələşmə  mənbələri  və  Azərbaycan  Respublikası  Dövlət  Neft  

Fondundan ayrılan 9337,0 mln.manat transfert nəzərə alınmaqla, 2014-cü il dövlət 

büdcəsinin  xərcləri  20063,0  mln.manat  proqnozlaşdırılır  ki,  bu  da  2012-ci  ilin 

faktiki icra göstəricilərinə nisbətən 2646,5 mln.manat və ya 15,2 faiz, 2013-cü illə 

müqayisədə isə 213,0 mln.manat və yaxud 1,1 faiz çoxdur.  

N.vbəti  ildə  də  dövlət  xərcləri  üzrə  struktur  islahatlarının  davam  etdirilməsi, 

ölkənin  müdafiə  qüdrətinin  daha  da  yaxşılaşdırılması,  2013-cü  ildə  dövlət 

büdcəsindən  maliyyələşən  və  maliyyə  yardımı  alan  təşkilatlarda  çalışan  işçilərin 

əməkhaqlarının və ölkə üzrə bir srıa sosial ödənişlərin artırılması, yeni təşkilatların 

fəaliyyətə 

başlması 

(Azərbaycan 

Respublikası 

Rabitə 

və 


İnformasiya 

Texnologiyaları  Nazirliyinin  tabeliyində  İnformasiya  Texnologiyalarının  İnkişafı 

Fondu,  Azərbaycan  Polad  İstehsalat  Kompleksi,  Azərbaycan  Respublikasının 

Prezidenti  yanında  Gənclər  Fondu,  Xüsusi  İqtisadi  zonaların  texnoparkları), 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Vətəndaşlara  Xidmət  və  Sosial 

İnnovasiyalar  üzrə  Dövlət  Agentliyinin  «ASAN  xidmət»  mərkəzinin  fəaliyyətinin 

genişləndirilməsi, 

bəzi 


təşkilatlarda 

ştat 


sayının 

artması 


(Azərbaycan 

Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 

Azərbaycan  Respublikasının  Dini  qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin, 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-

Memarlıq  Qoruğu  İdarəsi,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 

Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və s.) və 

yenidən komplektləşdirilməsi, yeni dövlət proqramlarının  təsdiq  və  fondların təsis 

edilməsi,  əvvəlcədən  dövlət  büdcəsində  nəzərdə  tutulması  mümkün  olmayan 

tədbirlərin  maliyyələşdirilməsi,  dövlət  müəssisələrinin  zərərərinin  ödənilməsi  və 

maliyyə  sağlamlaşdırılması,  dövlət  borclarına  xidmətlə  bağlı  xərclər,  ərzaq, 

dərman,  cari  təmir,  dəftərxana  və  təsərrüfat  malları  və  digər  xərclər  normalarının 

orta  respublika  göstəricilərinə  uyğunlaşdırılması,  «Avtomobil  Yolları»  Məqsədli 

Büdcə  Fondunun  xərclərinin  artırılmaı  və  digər  zəruri  məsələlərin  həlli  üçün 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə