Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   ...   17   18   19   20   21   22   23   24   25

 

66

və xərclərə prioritetik prinsip əsasında baxılsın. Bu prinsip hər il dövlət büdcəsinə 



dəyişikliklər  edilməsi  barədə  Azərbaycan  Prezidentinin  xüsusi  fərmanları  vasitəsi 

ilə nizamlanır və təmin edilir.  

Büdcənin  xərc  maddələrinin  tərkibinə  nəzər  saldıqda  məlum  olur  ki, 

bunlardan  bir  neçəsi  saxlanıla  bilər  və  və  bir  neçəsi  də  ləğv  edilə  bilər.  Bu 

nəticələrə həcmi dövlət borcları üçün faizlərlə müəyyən edilən və faiz stavkalarının 

faiz strukturu ilə müəyyənləşdirilən faiz ödənişlərinə aid etmək olar. Bütün bunlar 

hökumətə  maliyyə  əməliyyatlarına  manevr  etməyə  imkan  vermir.  Rusiya 

Federasiyasında 1993-cü illərin əvvəllərində dövlət borclarının kəskin artımı büdcə 

xərcləri  üzrə  əsas  maddələrdən  birinə  çevrilmişdir  və  dövlət  büdcəsinin  ümumi 

xərclərinin 25 faizə qədərini təşkil edirdi. 

Hazırda  dövlət  borclarının  ödənilməsi  məqsəlidə  dövlət  büdcə  xərcləri  üzrə 

dövlət siyasətinin təkmilləşdirilməsi üzərində iş aparılır. Borcların qaytarılması və 

eləcə  də  faiz  əlavələrinin  ödənişi  üzrə  büdcə  xərclərinin  artırılması  xüsusi  təsirə 

malikdir.  Faiz  ödənişlərinin  proqnozlaşdırılmasının  səviyyəsi  və  keyfiyyətinə 

operativ  informasiya  xüsusi təsir  göstərir. Operativ  informasiya dövlət borclarının 

məbləği,  daxili  və  xarici  kreditorların  mütləq  obyektləri,  bu  borcların  ödənilmə 

tarixləri, hər bir borcun faiz stavkaları (%-lə) və inflyasiya səviyyəsi daxildir.  

İnfilyasiya  mürəkkəb  sosial-iqtisadi  hadisədir  və  bazar  münasibətlərinin 

bütün  subyektləri  üzrə  böyük  çətinliklər  doğurur.  Bütün  subyektlər  üçün  onun 

təsiri  qaçılmazdır.  Qiymətlərin  qalxması  nəticəsində  meydana  gələn  infilyasiya 

makroiqtisadi  siyastəin  alətlərindən  biridir  və  dövlət  tərəfindən  bacarıqla  istifadə 

və idarə edilməlidir. Əgər zəifləyən dövlətin iqtisadiyyatda sabitliyi saxlamaq üçün 

əldə etmiş olduğu nailiyyət kimi qəbul edilərsə, giperinfilyasiya iqtisadi inkişafınÖ 

eləcə  də  qiymətin  inkişaf  sürətinin  proqnozlaşdırılması  və  planlaşdırılmasında 

ciddi çatışmazlıq deməkdir. Nəzarətdə saxlanılmayan infilyasiya büdcənin gəlirləri 

və  xərclərin  proqnozlaşdırılması  və  planlaşdırılmasında  dövlətin  cəhdlərini 

çətinləşdirir və bəzən də heçə endirir. Dövlət büdcəsinə daxil olmaların proqnozları 

və  planları  özünü  doğrultmur,  nəzərdə  tutulan  həcmdən  xeyli  aşağı  düşür, 

planlaşdırılmış xərcləri ödəmir. Belə olduqda dövlətin  gözlənilməyən tədbirlərə əl 



 

67

atmalı olur. Nəticədə əhalinin müəyyən bir təbəqəsinin rifahı çətinliyə məruz qalır. 



Bu vəziyyə özünü Azərbaycan Respublikasında 1991-93-cü illərdə göstərdir.  

Apardığımız  tədqiqat  göstərdi  ki,  qiymətlərin  artması  və  infilyasiyanın 

yüksəlməsinə səbəb olan klassik səbəblərlə yanaşı ölkəmizdə 1889-1991-ci illərdə 

baş vermiş təsərrüfat dağınıqlığı ilə əlaqədar olan xüsusi bmr şərait yaranmış oldu. 

Ölkənin  pul  siyasəti  tam  olaraq  nəzarətdən  çıxdı  manatın  nominal  dəyəri  ilə  real 

dəyəri,  alıcılıq  dəyəri  ərasında  gündən  günə  artan,  yüksələn  bir  fərq,  uçurum 

yarandı.  Milli  valyutanın  məzənnəsi  görünməz  dərəcədə  aşağı  düşdü.  O  zamankı 

hökumət  orqanları  iqtisadiyyatın  idarə  edilməsini  köhnə  metodundan  yenisinə 

keçərkən  kifayət  qədər  təcrübəsizlik  və  səriştəsizlik  üzündən  milli  iqtisadiyyatı 

idarə  edə  bilmədilər,  o  cümlədən  xarici  valyutaların  və  milli  valyutamızın 

mübadilə məzənnəsi barədə və infilyasiyanın irtvm surəti barədə  düzgün pronqoz 

verə bilmədilər.  

Büdcənin 

gəlirləri 

və 

xərclərinin 



proqnozlaşdırılması 

prosesində 

infilasiyanın  proqnozlaşdırılması  da  həyata  keçirilməlidir.  Bu  ilkin  büdcə 

profistinin, ümumiyyətlə ümumi büdcə defisitinin təhlilinin mütləq şərtidir. Dövlət 

büdcəsinin defisiti dövlət sektorunun yığımı ilə onun investisiyası arasındakı fərqə 

bərabərdir.  Başqa  sözlə  desək,  büdcənin  defisiti  onun  məcmu  cari  gəlirləri  ilə 

məcmu  xərcləri  arasındakı  fərqə  bərabərdir.  Bu  defisitin,  kəsirlərinin 

ödənilməsinin yeganə iki mənbəyi mövcuddur: daxili borclar və xarici borclar. Hər 

hansı  bir  ölkə  olunsa  olsun  bu  defisitin  maliyyələşdirilməsində  imkanı  olduqca 

məhduddur.  Hər  bir  ölkə  büdcə  defisitini  maliyyələşdirmək  üçün  ancaq  bu  iki 

mənbədən istifadə etmək məcburiyyətində qalır.  

Bununla  əlaqədar  olaraq  defitsitin  ölçülməsi  zərurəti  yaranır  ki,  bu  da 

büdcənin  proqnozlaşdırılması  və  planlaşdırılması  prosesinə,  xüsusilə  onun 

maliyyələşdirilməsi planına ciddi təsir göstərir. Bu dissertasiya işinin yazılmasında 

bizim  məqsədimizbüdcə  defisitlərinin  ölçülməsinin  bütün  mövcud  vasitələrini 

təhlil  etmək  deyildir.  Biz  ancaq  o  qaydalara  diqqət  vermişik  və  o  vəsaitlərin 

üzərində  dayanmışıq  ki,  dövlət  büdcəsinin  tərtibində  xüsusi  rol  və  əhəmiyyətə 

malikdir, 

büdcənin 

gəlirləri 

və 

xərclərinin 



proqnozlaşdırılması 

və 



 

68

planlaşdırılmasında, 



ümumiyyətlə 

büdcənin 

əsas 

xarakteristiksının 



maliyyələşdirilməsində mütləq nəzərə alınmalıdır. 

 

2009-2014-cü illər üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin 



proqnoz göstəriciləri (milyon manat)         

 

        cədvəl 3 

 

2009 



2010 

2011 

2012 

2013 

2014 

Dövlət 


büdcəsinin 

gəlirləri  

12.177,0  10.015,0  10.310,5  10.309,4  11.012,3  18384,0 

Dövlət 


büdcəsinin 

xərcləri  

12.355,0  11.264,0  11.558,8  11.458,0  11.898,2  20063,0 

Büdcə kəsiri 

-178 

-1.249,3 



-1.278,3 

-1.148,6 

-885,5 

-1679,0 


Büdcə kəsirinin 

ÜDM-ə nisbəti 

%-lə  

0,6 


4,0 

3,8 


3,4 

2,4 


3,1 

 

Biz cari defisiti,  ilkin defisiti, əməliyyat defisitini  və dövlət büdcəsinin cari 



defisitinin  maliyyələşdirilməsi  ilə  əlaqədar  olan  bir  sıra  məsələlərin  öyrənilməsi 

qarşıya  məqsəd  qoymuşuq.  Cari  büdcə  defisiti  (kəsiri)  ümumi  cari  büdcə  gəlirləri 

ilə ümumi büdcə xərcləri arasındakı fərq olaraq müəyyən edilir və dövlət yığımının 

həcmi  barədə  ən  düzgün  təsəvvür  verən  bir  vasitədir.  Eyni  zamanda  o  ölkənin 

ümumi yığımında hökumətin payı əks etdirir. Bir sıra xarici ölkə iqtisadçıları haqlı 

olaraq qeyd edirlər ki, büdcənin təhlili zamanı bu anlayışın tətbiq edilməsi demək 

olar  ki,  büdcənin  proqnozlaşdırılması  və  planlaşdırılmasında  məhduddur.  Cari 

defisit  anlayışı  kapitalla  cari  gəlirlər  və  cari  xərclər  arasındakı  fərqin  bazasında 

yaranır.  

Milli  hesablar  sistemi  ilə  əlaqədar  olaraq  kapital  aktivləri  özündə  əvvəlcə 

uzunmüddətli, yəni istifadə müddəti bir ildən artıq olan aktivlərin satın alınmasını 

ikincisi də kapitalın transfertini birləşdirir. Bütün qalan xərclər isə cari xərclərə aid 

edilir.  Dövlətin  investisiyasına  aid  olan  əhəmiyyətli  moment  ümumi  nöqteyi 

nəzərcə  belə  investisiyalar  inkişafı  xarakterizə  edən  güclü  iqtisadi  stimul 

göstəricisidir.  Tədqiqat  göstərir  ki,  əgər  investisiya  əsasən  kapital  qoyuluşuna 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə