Əlyazması hüququnda



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix01.07.2022
ölçüsü1,3 Mb.
#90289
1   2   3   4   5   6   7   8   9   ...   18
R-FL-AYNUR-VAS-F-q-z-

 
 
 
 
 
 
 
 
 
 
 
Strategiya müxtəlif mövqeli məsələlərə arxalanaraq realda tətbiq edilir. 
İdarəetmə rəhbərləri belə qarşı mövqelərdən əlverişlilərini uyğunlaşdıraraq son 
məqsədə müvəffəqiyyətlə çatmaq məqsədi ilə ən münasiblərini seçir. Faktiki olaraq 
Strategiya 
Vasitələr
Məqsəd



strategiya müəssisənin bazarda mövqeyinin dayanıqlı olmasına, istehlakçıların 
tələbatlarının səmərəli halda ödənilməsini təmin etmək üçün çalışır. Rəhbərin 
strategiyanı işləyib hazırlamaqdakı məqsəd odur ki, müəssisənin biznesinin 
hazırlanmasının və idarəedilməsini ən yaxşı şəkildə təmin etsin. Belə halda isə bir 
neçə variantlar içərisindən ən effektivini, ən əlverişlisini seçmək prinsipini əsasdır. 
Beləliklə, alternativ variantlar içərisindən daha əlverişlisini seçən lider təşkilatın 
strateji planını müəyyən edərək onu aydınlaşdırmış olur ki, hal-hazırkı imkanların 
daha əlverişlisi seçilmiş düzgün yoldur, bu düzgün istiqamət də məhz biznesin 
səmərəli şəkildə təşkilini hazırlamış olur. Bu vəziyyətdə strategiyanı müəyyən 
etməmiş lider ən son uğurlu nəticəyə gəlmək və məqsədə nail olmaq imkanında 
deyil. Üstündə diqqətlə hazırlanmış strategiya, bu planın səmərəli şəkildə reallaşması 
bütöv bir fəaliyyətin uğuru deməkdir. Bir sıra rəhbərlər mükəmməl strategiyalar 
hazırlasalar da, onu ən uyğun şəkildə reallaşdırma imkanları olmur. Əksinə olaraq
bir sıra rəhbərlər isə başqa şəxslər tərəfindən çox yaxşı işlənmiş strategiyanı asanlıqla 
reallaşdıra bilir. Bacarıqlı və istedadlı rəhbər yaxşı strategiya işləyib, onu səmərəli 
şəkildə reallaşdırmaq bacarığına sahibdir. Beləliklə, səmərəli strategiyanın tətbiqinin 
səmərəli olması da təkcə bazar fəaliyyətində müvəffəqiyyətə nail olmağa bəs etmir, 
eyni zamanda o həm də idarəetmənin nə dərəcədə keyfiyətli olmasını göstərir. Ancaq 
hər zaman yüksək levelli strategiya, onunla eyni səviyyə tətbiq olunması hələ də 
mütləq müvəffəqiyyətə gətirib çıxaracağına zəmanət verə bilməz. Təşkilatın fəaliyyət 
müddəti ərzində gözlənilmədən bəzi hadisələr səmərəli həyata keçirilən strategiyadan 
gözlənilən sonluqlar əldə etməyə mümkün qılmır. Xüsusilə belə halda rəhbərin əsas 
vəzifələrinə strategiyada lazım olan düzəlişlər yerinə yetirmək və eyni zamanda 
fəaliyyəti uğura, müvəffəqiyyətə yönəltmək daxil olmalıdır. Strateji plan təşkilatın 
bir neçə fərqli fəaliyyəti növlərinin davamlı inkişafı perspektivlərinin bir-birilə 
gələcək müvəffəqiyyəti və müqayisəsi yaratmaq üçün fəaliyyət fərqlilikəri arasında 
imkanların bölüşdürülməsi əsasında seçilir. (30)
Strategiyanın hazırlanması prosesində aparılan hər bir analiz əsasında yeni 
inkişaf strategiyası üzrə təkliflər və strateji təfəkkür formalaşır. Müəssisənin 


10 
fəaliyyətinin effektivliyini nümayiş etdirmək üçün davamlı olaraq strateji təhlil 
aparılmaqla təşkilatın indiki və perspektiv vəziyyətini analiz etməyə büsbütün şərait 
yaradır. 
Hər hansısa bir sahənin strateji təhlil elə həmin sahənin fəaliyyət mühitinin və 
bazarın verimlilik perspektivlərinin dəyərləndirilməsi ilə həyata keçirilə bilər. 
Konkret bir bazar iqtisadiyyatında təşkilatın resursları və təhlükələrinin 
qiymətləndirilməsi bu prosesin tərkib hissələrindən biri kimi sayılır. Belə tədqiqatın 
əsas metodlarından biri strateji idarəetmədə istifadə edilən təhlildir. Qeyd olunmuş bu 
metod verilmiş hər bir vəziyyətdə təşkilatın zəif və güclü cəhətlərini aydınlaşdırmağa
və eyni zamanda potensial imkanları və təhlükələri dəyərləndirməyə yaxşı imkan 
verir. Bunula da əldə olunan sonluqların müqayisəsi zamanı bazarın müəssisəyə
imkanlardan istifadəsində müəyyənləşdirilən daxili imkanlar və zəif cəhət, xarici 
sahənin həyata keçirdiyi təhlükələr, problemlərin təsirinin aşağı enməsi üçün öz 
potensialından daha yaxşı istifadə yollarının aydınlaşdırılması üçün böyük əhəmiyyət 
kəsb edir. Bir çox hallarda yaxşı nəticələr əldə edilməsi müəyyən dövrün keçməsini 
tələb edir. Belə ki, müəssisənin xarici mühiti onun qarşısında proqnozlaşdırılması çox 
çətin olan gözlənilməz problemlərlə qarşısına çıxması imkanı vardır. Menecerlərin 
yüksək səviyyəli təcrübəliliyi məhz bu kimi hallarda müəssisənin böhranlardan 
qorunmasında və biznesdə yerinin daha az itkilərlə qorunub saxlanılmasında özünü 
büruzə verir. Bütün hallarda, mükəmməl strategiya təşkilatın bazarda uyğun 
mövqeyinin və hər bir şəraitdə uğurla fəaliyyət edən təşklatın yaranmasına səbəb 
olmalıdır.
Müasir şəraitdə bir təşkilatın strategiyasının hazırlanmasına olan münasibət 
fərqlənmişdir. Əgər əvvəlki zmanalarda strategiya rəqabət mübarizəsi şəraitində 
təşkilata üstünlük qazandıran vasitə kimi göstərilirdisə və təşkilatın müəyyən
rəhbərlik səviyyəsinə məlum idisə, hal-hazırda aydın halda ifadə olunmuş strateji 
plana daha çox üstünlük verilir. Strateji planın hazırlanması təkcə rəhbərlərin işi 
deyil, layihə-konstruktor işlərində və elmi-tətqiqat, satış və istehsal sahəsində 
çalışanların da məşğuliyyətidir. Bu nəticəyə gəlmək olar ki, icraçılar həm 


11 
strategiyanın hazırlanmasında və həm də tətbiq edilməsində yaxından iştirakçıdırlar. 
Təşkilatın strategiyaları aşağıdakıları sualları müəyyənləşdirir: 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə