Əlyazması hüququnda



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix01.07.2022
ölçüsü1,3 Mb.
#90289
1   2   3   4   5   6   7   8   9   ...   18
R-FL-AYNUR-VAS-F-q-z-

T
ə
dqiqatın praktiki 
ə
h
ə
miyy
ə
ti. 
Tədqiqat işinin nəticəsində təqdim olunan
modellər və metodlar problemin həllində praktiki əhəmiyyətə malikdir 
olmaqdadır. 
Dissertasiya i
ş
inin strukturu. 
İşlənib hazırlanmış
 
dissertasiya işinin tərkibi 
giriş, 3 fəsil, 7 paraqraf, nəticə 
və mövzu üzrə istifadə olunmuş ədəbiyyat 
siyahısından ibarətdir. Hazırlanmış tədqiqat işi 35 növ yerli və xarici 
ədəbiyyatdan və müxtəlif internet resurslarından istifadə edilərək ərsəyə 
gətirilmişdir. Ümumilikdə isə dissertasiya işi 77 səhifədən ibarətdir. 
Birinci fəsil strateji 
təhlilin nəzəri və metodoloji əsaslarına 
həsr olunmaqla 
3 paraqraf birləşməsindən formalaşmışdır. Burada strateji təhlilin iqtisadi 
mahiyyətinin izahı, situasiyalı və sistem yanaşmanın strateji təhlildəki roluna 
toxunulmuşdur. 
İkinci fəsildə strateji təhlilin metod və texnologiyalarına toxunulmuşdur. 
Bu fəsil 3 paraqrafdan ibaratdir. Burada Təşkilatın strateji potensialının 
təhlilinin mahiyyəti araşdırılmış, Strateji təhlildə portfel təhlilinin matris 
metodları dəyərləndirilmişdir. 
Üçüncü fəsil diversifikasiya edilmiş təşkilatda strateji təhlilin 
təkmilləşdirilməsi istiqamətlərinə həsr olunmuşdur. Bu fəsil 2 paraqrafdan ibarət 
olub, təşkilatın resurs və imkanlarının strateji qiymətləndirilməsi istiqamətlərinə 
və strateji nəzarətə toxunulmuşdur. 



I Fəsil: Təşkilatın strateji təhlilinin nəzəri- metodoloji əsasları 
 
1.1. Strateji təhlilin iqtisadi mahiyyəti 
Strategiya iş dünyasına lüğətində 20-ci əsrin ilk yarısına doğru yer almağa 
başlamışdır. Bu tarixə qədər bəzi əsərlərdə strategiya termininə rastlanmış olsa da əsl 
iqtisadi mənasıyla ilk dəfə açıq şəkildə izahı iki iqtisadçı və eyni zamanda 
riyaziyyatçı olan Neumann və Morgenstern tərəfindən verilmişdir. Alimlər burada 
strategiyanı fərd iqtisadiyyatı kimi dəyərləndirir, şəxsi faydasını maksimum həddə 
gətirməyə çalışan iki tərəfin davranışlarını sistematik bir şəkildə açıqlayırlar.Belə ki, 
burada strategiya, mikroiqtisadiyyat baxımından dəyərləndirilib faydalarını 
maksimuma çıxarmaq istəyən iki oyunçunun rəqiblərinin davranışlarını ehtimal 
hesablarına dayanaraq riyazi baxımdan qiymətləndirib ardıcıl qərarlar vermələri 
mənasında istifadə edilmişdir. Oyun tam müəyyənlik şərtləri altında oynanılır. Yəni 
hər iştirakçı rəqibinin mümkün olan bütün davranışlarının özünün faydasına təsirini 
bilərək sonrakı addımlarını ona görə hazırlanılır. İqtisadi və social hadisələrdə bu 
ehtimal keçərli olmadığından bütün səylərə baxmayaraq oyun nəzəriyyəsi birbaşa və 
tətbiqlər və xüsusilə iqtisadi proqramlaşdırmalar üzərindəki küçümsəməyəcək 
dərəcədə təsirləri üzə çıxmışdır.
Bu halda iqtisadiyyat elmində strategiya bir problemin informasiyaları ilə 
əvvəlcədən müəyyənləşdirilmiş həmlələrlə hüdudlandırılır. Rəhbərlik mənasında və 
idarəetmənin mənfəət maksimallaşdırılması yönündən strategiya riyazi və statistik 
üsullarla proqramlanabilən və optimal seçimlər yarada bilən bir vasitə olaraq 
tanınmışdır. Ancaq son illərdə hər istifadə olunduqdan sonar proqramlaşdırıla 
bilməyən bir anlayış olduğu yönündəki fikirlər artmışdır. Çünki sosial hadisələrdə 
tam bir müəyyənlik vəziyyəti mövcud deyildir. (1) 
Günümüzdə idarəetmənin xarici mühitlə olan qarşılıqlı münasibətlərinin, ətrafa 
göstərdiyi reaksiyalarının, daxili strukturunun və personal münasibətləri ilə əlaqəli 
dəyişənlərinin təsiri diqqətə alınaraq strategiya seçimi edilir. Bu çoxdəyişənli 
mühitdə dəyişənlərinin hamısını nəzarət altında tuta bilmək və hər birinin 



hərəkətlərini və ehtimallarını sezərək proqramlaşdırmağa getmək və yaxud da bəzi 
ehtimallarla hərəkət edərək dəqiq proqramlaşdırma etmək imkansızdır. Müxtəlif 
vasitələrlə optimal seçim hesabları, ancaq hüdudlu dəyişənli vəziyyətlərdə, 
strategiya seçiminə köməkçi bir vasitə olaraq istifadə edilə bilər. 
Bu halda bu əhatə içində təşkilat idarəetməsində strateji , təşkilatın müxtəlif 
funksiyaları arasında meydana gələn qarışıqlıqları açıqlığa gətirmən və ümumi 
məqsədləri müəyyən edən xüsusiyyətləri tənzimləyən, iqtisadi bir vəziyyətdə 
idarəetmənin optimuma keçməsi ilə əlaqəli qərarlar bütünüdür. Bu seçimlər bir
strategiyanın, eynilə hərbidə olduğu kimi, məqsədlərə çatmaq üçün əldəki mənbələri 
ən yaxşı şəkildə istifadə edərək uzunmüddətli ümumi bir idarəetmə planı qurmaq 
olduğu meydana çıxmışdır.
Bu mənada strategiya dialektik bir xüsusiyyətə sahibdir. Başqa bir sözlə, 
əvvəlcədən, müyyən edilmiş məqsədlərlə, onlara çatmağa yardımcı olacaq 
vasitələrin qarşılıqlı təsir və reaksiyalarını ehtiva etməkdədir. Vasitələr məqsədlərə 
xidmət etməklə bərabər, onların təyin edilməsinə də yardımcı olmaqdadırlar. 
Vasitələr yanında strategiyanın idarəetmə proyektlərinə və ya məqsədlərinə zidd 
gedən rəqib bir mühitə də qarşı çıxmaq məcburiyyətində olduğunu ifadə edə bilərik. 
Bu yönləri ilə strategiya təşkilatı sıxışdıran çətinliklər və qarışıqlıqları ortadan 
qaldıraraq, ona fəaliyyət sərbəstliyi verən və məqsədlərinin seçiminə möhkəm bağlı 
olan fikri bir dəyər sistemidir. Bəzi alimlər strategiyanı “bir təşkilatın uzunmüddətli 
əsas məqsədlərinin müəyyənləşdirilməsi və bu məqsədlərə çata bilmək üçün lazımlı 
qaynaqlarının təhsis edilərək onların istifadəsində qəbul edilən yollar” olaraq təsvir 
edərək, məqsədlərin müəyyənləşdirilməsini də strategiyanın içinə daxil etmişdirlər.
Buna görə də məqsədsiz strategiyadan bəhs etmək mənasız olacaqdır. Bu halda 
məqsəd vasitələr və strategiya arasındakı dialektik münasibətlər aşağıdakı sxemlə 
ifadə edilə bilər. 



Buraya qədər olan açıqlamalarımızı yekunlaşdırsaq, rəqabətə dayanan iqtisadi 
bir mühitdə strategiya , hərşeydən əvvəl, yeniliyi, irəliləməyi və idarəetmənin 
davamlı olaraq ətrafa ayaqlaşmasını və ya ətraf ilə qarşılıqlı uyğunlaşma içində 
olmasını təmin edərək meydana gələn dəyişiklikəri nəzarət altına alan inzibati bir 
vasitədir. Stratejik fəaliyyət üçün müəyyən edilmiş miqdarda qaynaqların əl altında 
saxlanılması ətrafdakı dəyişikliklər qarşısında bu qaynaqlaraq baxılaraq qərarlar 
verilməsi lazımdır. Qəbul edilən bu qərarlar və seçimlər içində çalışmasını təmin 
edəcək, gələcəyin uzunmüddətli dəyişimlərini öncədən görərək sistematik bir halda 
təşkil edilməsini təmin edəcəkdir. Beləliklə, idarəetmə zamanı şansa buraxılan 
məqamlar azaldılmış və ya nəzarət altına alınmış olacaqdır. 
Müasir zamanda təşkilatın strategiyasının işlənib hazırlanmasına münasibət 
dəyişilmişdir. Strategiyaya əvvəlki zamanda rəqabət mübarizəsi şəraitində təşkilata 
daha çox üstünlük verən vasitə olaraq baxılırdısa, eyni zamanda təşkilatın məhdud 
rəhbərlər səviyyəsində məlum idisə, indi açıq şəkildə ifadə olunmuş və aydın 
strategiyaya nisbətən daha çox üstünlük verilir. Strategiya yalnızca rəhbərlərin işi 
deyil, istehsal işləri və elmi-tədqiqat, layihə-konstruktor və eyni zamanda satış 
fəaliyyətində olanların da işidir. Bu o deməkdir ki, icraçılar yalnızca strateji planın
hazırlanmasında deyil, eyni zamanda həyata keçirilməsində yaxından iştirak 
edirlər.(2) 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə