Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə29/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   25   26   27   28   29   30   31   32   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

103 


az

əri məqamları əsasında  yaradılan  azəri xalq oyun havaları (“Tərəkəmə”, 

“Mirz

əyi”, “Lalə”, “Ceyranı”, “Bənövşə”, “Vağzalı” və s.) bir qayda olaraq 



ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanma-

sına əsaslanır.  

Bununla  b

ərabər  azəri  xalq  oyun  havaları  məhz  ritmik  ardıcıllıq  və 

t

əkrarlanma cəhətindən bir çox başqa xalqların oyun havalarından fərqlənir. 



Bu  xüsusiyy

ət ondan ibarətdir ki, azəri oyun havalarının ritmik çevrəsi bir 

çox hallarda daxil

ən ikiqisimli zərblə  üçqisimli zərbin  ardıcıl  surətdə 

növb

ələşməsi əsasında təşkil olunur. Yəni əsas etibarilə əksərən 6/8 (ikiqi-



simli) musiqi ölçüsünd

ə  olan  eyni  oyun  havasının  ritmik  quruluşu  3/4 

(üçqisimli) ölçü il

ə  növbələşir.  Bu  xüsusiyyət  “Keçi  məməsi”,  “Şalaxo”, 

Ənzəli”  və  s.  Oyun  havalarında  çox  aydın  və  əyani  tərzdə  nəzərə  çarpır. 



Bel

əliklə,  riyazi  kəmiyyət  etibarı  ilə  bərabər  olan  6/8  və  3/4-ün  keyfiyyət 

сəhətindən başqa-başqa (ikiqisimli və üçqisimli) ahəngdən ibarət olması və 

h

ər  iki  ahəngin  (vəzn,  ölçü  mənasında)  ardıсıl  surətdə  əvəzlənməsi  azəri 



xalq oyun havalarının orijinallığını və gözəl bir xüsusiyyətini təşkil edir

4



 

Ozan 

–  1. Üç simli musiqi al

əti. Zahiri görünüşü etibarı ilə qədim tənbur musiqi 

al

ətini (d. d. cürə sazını) andırır. Sazda olduğu kimi, mizrab əvəzinə təzənə 



il

ə çalınmışdır;  

2. 

Ən qədim Azərbaycan aşıqlarının daşıdıqları ad. Ozan da aşıq kimi xalqın 



professional n

əğməkarı, çalğıçısı, şairi, nağıldeyəni, lazım gəldiyi halda həm 

d

ə  rəqs (xoreoqrafiya) sənətindən də  istifadə  edərək bir neçə  incəsənətin 



sintezini öz yaradıcılığında təcəssüm və nümayiş etdirən ustadı olmuşdur. 

Az

əri xalqı özünün musiqi həyatında görkəmli yer tutan aşıqların sələfi olan 



ozanlara  çox  böyük  hörm

ət  bəsləmişdir.  Ozanlar  hər  şəhərdə,  hər  kənddə, 

h

ər evdə ən çox istənilən və sevilən sənətkar sayılmışdır: 



Evim

ə ozan gətirmişəm, 

P

ərkar pozan gətirmişəm, 

Gündüz olan 

işləri  

Gec

ələr pozan gətirmişəm.   

                                                           

4

 Bax: “Qeydlər, şərhlər və monoqrafik məlumat” bölməsi - 14. Azərbaycan rəqs sənəti, 



s.424.

 



 

Az

ərbaycan musiqi terminləri 



104 

 

P 



Palizban 

(h

ərf. bostançı) 



– kl. 

əd-da: muğam şöbəsi. 

 

Paşa köçdü 

– 

aşıq mahnı forması. Ölçüsü 6/8 olur. 



 

Peşrev 

– h


ər bir muğam ya dəstgahdan əvvəl çalınan instrumental müqəddimə (bax: 

Pişdəraməd). 

 

P

əncgah 

–  Rast d

əstgahında  bilavasitə  Əraqdan  sonra  ifa  olunan  şöbə.  Bu  şöbənin 

Rast d


əstgahında tutduğu mövqe çox əhəmiyyətli olduğundan, Rast dəstgahı 

çox zaman Rast-P

əncgah adlandırılır. 

 

P



ərdə 

–1. S


əsdüzümünün ayrılıqda hər bir səsi

2. B


əzi simli musiqi alətlərin (tar, saz, dütar, tənbur və s.) qoluna bağlanılan 

bölm


ə.  Qoyun  bağırsağından  nazik  kəndir  kimi  eşilib  emal  edilir  (son 

vaxtlar  tarçılardan  bir  çoxu  pərdəni daha möhkəm və  davamlı  sayılan 

kapron sapla 

əvəz edirlər).  İfaçılar  şərti  olaraq  ayrı-ayrı  pərdələrə  ad 

vermişlər ki, bu da eyni zamanda həmin musiqi alətində hansı səsin nəzərdə 

tutulduğunu göstərir. Bax: Saz.  




Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

105 


3. Teatr 

üçün yazılmış əsərin müəyyən bir hissəsi (məs.: dörd pərdəli opera

üç p

ərdəli balet). 



 

P

ərdə vurmaq 

– dan. xüs. tar çalma t

əcrübəsində barmaqla sıxılmış pərdədən əlavə, ondan 

(çanağa  tərəf) daha qabaqda duran pərdənin də  istənilmədən müəyyən 

d

ərəcədə  sıxılmış  olması.  Bu  hal  tar  qolunun  çanağa  düzgün  nəsb 



edilm

əməsi ya da çanaq içərisindəki  ağacın  düzgün  taxılmamasından  irəli 

g

əlir. Bax: Çəngəl. Nəticədə simlərin səslənməsində xoşagəlməz bir vızıltı 



eşidilir. 

 

P



ər-pərəstuk 

(far. p


ər – qanad, pərəstuk - qaranquş) 

– Çahargah d

əstgahının mayəsində son dərəcə təsirli və effektli instrumental 

g

əzişmə  (bəzi  ifaçılar  bu gəzişməni Bal-kəbutər  adlandırmaqla  yanlışlığa 



yol vermiş olurlar). 

 

P

ərvanə 

–  q


ədim klassik musiqidə Rast-Pəncgah dəstgahının əvvəlində Zəngi-şütür 

il

ə Ruh-əfza (başqa varianta görə Zəngulə ilə Nəğmə) arasında yerləşən, öz 



ifad

ə  tərzi və  musiqi  obrazı  etibarı  ilə  həyəcan, ürək  çırpıntısı  və  təlaş 

əhvali-ruhiyyəsini təsvir edən muğam şöbəsi. 

  

P



əst 

(far., h


ərf. aşağı, alçaq), pəstdən (oxumaq) dan. 

– 1. 


Aşağı registrdə bəm səslə oxumaq; 

2. 


Yavaş səslə oxumaq. 

 

P



əstxan 

– dan. s


əsi aşağı registrdə, bəm pərdələrdə daha sərbəst işləyən xanəndə. 

 

Pişdəraməd 

– 

1.  muğamatın  xanəndə  və  sazəndə  dəstəsi tərəfindən “tamam dəstgah” 



ifası üçün çalınan müqəddimə;  


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə