Az
ərbaycan musiqi terminləri
114
S
Sağ-sol
–
dan., xüs. dartımlı simli musiqi alətlərində (tar, saz və s.) hər notun ardıcıl
sur
ətdə nisbətən tələsmədən növbə ilə üst mizrab (bax) və tərs (alt) mizrab
(bax) ştrixlərinin təkrarlanması yolu ilə səsləndirilməsi (detaşe); sağ-sol
ştrixi narın və sürətli işlədildikdə tremolo mahiyyətini kəsb etmiş olur.
Sallama
bayatı
–
ayrı-ayrı səsləri uzadılaraq oxunan bayatı.
Santur
– simli, z
ərbli musiqi aləti.
Zahiri görünüşü bir qədər qanon (bax)
musiqi al
ətini andırır. Konstruksiyası
etibarı ilə də qanon ilə ümumi cəhətləri
var. Santurun da qanonda olduğu kimi,
bir t
ərəfdən xərəyi bükülüb açılır və
bel
əliklə, üzərində duran simin uzun-
luğu dəyişilmiş olur; santurun ayrı-ayrı
s
əs ucalığında olan simləri tək, qoşa, ya
da iç
əri qoşulur.
Santur iki yüngül, z
ərif yonulmuş kiçik
çubuğun simlərə vurulması ilə səslən-
dirilir. Santur vaxtil
ə Azərbaycanda çox geniş intişar tapmışdı. Sonralar
t
ədriclə öz mövqeyini itirmişdir.
Santurlar
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
115
Santur-mizrab
–
dan., xüs. tar ifaçılığında xüsusi ştrix – mizrabın sağ-sol (bax) işlənməsin-
d
ə daha mürəkkəb bir priyom.
Saqinam
ə
– 1.
Eyş-işrət mahnısı.
2. Mahur d
əstgahının son guşələrindən biri.
Sarı torpaq
–
aşıq vokal-instrumental janrlarından biri.
Sar
ənc (sarəng)
–
Şur dəstgahında Hicaz ilə Nəşib-fəraz arasında yerləşən şöbə.
Sayaçı
–
çoban mahnısı, həm də kəndli oyun havası formalarından biri.
Saz
– Az
ərbaycan dartımlı simli xalq musiqi aləti. Çanağı iki yerə bölünmüş
armudun bir hiss
əsi biçimində, qolu uzun olur. Qoluna 10-14 pərdə bağlanır.
Əsas pərdələrdən hərəsinin öz adı var: baş pərdə, orta pərdə, şah pərdə, yastı
p
ərdə, ayaq pərdə və beçə pərdə.
Saza 8-
10 sim qoşulur. Bu simlərin kök-
l
ənmə prinsipi çox maraqlı və orijinaldır.
Kökl
ənmə cəhətincə saz simlərini üç əsas
qrupa ayırmaq olar. Bunlardan birinci
qrupa aid olunan üç sim eyni ucalıqda
(unison) kökl
ənir (birinci oktavanın re
notu); ikinci qrupu t
əşkil edən qoşa sim
birinci qrupdan bir kvinta aşağı köklənir
(ikinci oktavanın sol notu) və nəhayət,
üçüncü qrupa m
ənsub olan üç sim isə
ikinci qrup siml
ərindən bir kvinta yuxarı
kökl
ənir (birinci oktavanın do notu).
S
ədəflə işlənmiş saz
Az
ərbaycan musiqi terminləri
116
S
azın simlərini səsləndirmək üçün tar mizrabına nisbətən daha elastik və
daha yumşaq bir cisim lazım gəlir ki, bunun üçün də gilənar (albalı)
ağacının qabığı olduqca münasib və yararlıdır (bax: Təzənə).
Sazçı çalğı zamanı simlərin eyni zamanda hamısını vurur. Bu isə ifa olunan
əsas melodik xətt üçün kvarta-kvinta səslərindən ibarət daimi surətdə
s
əslənən harmonik fon yaratmış olur.
Sazın tembri çox məlahətlidir. Sazın ürəklərə yol açan səsini hələ Orta əsrlər
klassik şairlərimiz öz əsərlərində dəfələrlə vəsf etmişlər. Saz əsrlərdən bəri
aşıq yaradıcılığının əsas musiqi aləti kimi səslənməkdədir.
Saz
əndə
– musiqiçi, musiqi al
ətində çalan, çalğıçı.
Seğar
–
ər. dissonans əmələ gətirən intervallar (sekunda, septima və s.).
Segah
(far., h
ərf. se – üç + gah – mövqe, məkan, vəziyyət)
–
Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən muğamlardan biri.
Bir d
əstgah olaraq Segah Azərbaycanda daha geniş yayılmış muğamlardan
biridir. Eyni zamanda Segah bir m
əqam kimi də Azərbaycan musiqisində
mühüm yer tutur. Az
ərbaycan xalq mahnıları, oyun havaları, eləcə də aşıq
musiqi yaradıcılığına mənsub musiqi forma və janrlarından bir çoxu məhz
Segah kökünd
ə yaranmışdır.
Yaxın və Orta Şərq ölkələri musiqisində Segah yalnız tək bir növdən ibarət
olduğu halda, azəri musiqisində Segahın əsas etibarı ilə üç növü vardır:
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
117
1. Zabol Segah;
2. Xaric Segah;
3. Mirz
ə Hüseyn Segahı.
“Zabol Segah”. Buna eyni zamanda “Orta segah” da deyilir. Çünki
əsil
tamam bir d
əstgah baхımından “Zabol Segah” doğrudan da bir növ orta
(m
ərkəz) mövqe tutur. O, öz şöbələrinin, güşələrinin zənginliyi və məziyyəti
etibarı ilə də başqa növ “Segah”lardan fərqlənir və daha sanballı görünür.
Buna gör
ə də heç təsadüfi deyil ki, Üzeyir Hacıbəyli özünün “Azərbaycan
хalq musiqisinin əsasları” əsərinin məqamların təhlili bəhsində mayəsi məhz
“mi” notu olan “Orta Segah”ı əsas götürmüşdür.
“
Хaric Segah”. Daşıdığı adından da göründüyü kimi, “Segah” muğamının
bu növü
əsas sayılan Zabol – Orta segahın хaricində, yəni ondan ya bir
kvarta aşağı (mayəsi kiçik oktavanın “si” notu), ya da bir kvinta yuхarı
(birinci oktavanın “si” notu üzərində) dayanır.
May
əsi “Orta Segah”ın mayəsindən bir kvinta aşağı (kiçik oktavanın “lya”
notu) ya da bir kvarta yu
хarı (birinci oktavanın “lya” notu) olan Segah isə
“Mirz
ə Hüseyn Segahı” adlandırılır.
Qeyd: Ayrı-ayrı muğamların oyatdığı estetik-psiхoloji təsir məsələsindən
b
əhs edən Üzeyir Hacıbəyli əsərində göstərir ki, “Segah” muğamı
dinl
əyicidə başlıca olaraq eşq, sevgi, məhəbbət duyğusu oyadır. Bu elmi
t
ərifin əslində tamamilə düzgün olduğunu iqrar etməklə bərabər, qeyd etmək
lazım gəlir ki, inqilabdan əvvəl azəri хanəndələri öz zəhmətkeş хalqının
keçirdiyi ağır məişət, çətin güzəran, həyatdan şikayət və bununla əlaqədar
olaraq meydana g
ələn bədbinlik əhval-ruhiyyəsini hüzn və kədər təsiri
oyadan “Şüştər”, ya da daha dərin qəm-qüssə təsiri bağışlayan “Hümayun”
muğamı ilə yoх, məhz “Segah” muğamı ilə ifadəyə çalışmış və bu “törəmə”
muğamı “Yetim Segah” adlandırmışlar. “Yetim Segah”, bir qayda olaraq,
yalnız “Xaric Segah” kökündə (“si”) ifa edilmişdir. Ehtimal ki, bunun əsas
s
əbəbi “Yetim Segah”ı əvvəlcə bəmdə, sonra isə daha yanıqlı səslənməsi
üçün bir oktava zild
ə oxumanın daha münasib və əlverişli olmasıdır. Aхı
“Orta segah”ın əsil “Segah” şöbəsini (“mi”) bir oktava zildən (ikinci
oktavanın “mi” pərdəsində) oхumaq qeyri-mümkündür. Halbuki “Xaric
Segah” p
ərdəsində oхunan “Yetim Segah”ı bir oktava zildən oхumaqla ah-
nal
ə, adi fəryad təsirini daha da qüvvətləndirmək mümkündür.
Dostları ilə paylaş: |