Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
125
atın tərifi ilə əlaqədar olaraq onun şərəfinə təsniflər bəstələdiyinə işarə edir.
Bax: Rah-
Şəbdiz.
Şəb-Fərrux
– kl.
əd-da: təsnif adı.
Şərili
–
aşıq mahnısı.
Şikəstə
(h
ərf. sınıq, qırılmış, məğlub edilmiş)
– Segah m
əqamında zərbli muğam. Ölçüsü 2/4 – dir. Bir çox növləri var:
Qarabağ şikəstəsi, kəsmə şikəstə, Şirvan şikəstəsi və s.
Şikəsteyi-fars
–
bir çox muğam (Şur, Segah, Dəşti və s.) kökünün beşinci pilləsində quru-
lan m
ərkəz şöbə (bax: Xöcəstə).
Şirvan şikəstəsi
–
şikəstə növlərindən biri.
Şöbə
–
muğamat dəstgahının melodik və məqam (kök) cəhətincə bitkin və müstə-
qil bir hiss
əsi.
Şövq-əfza
– kl.
əd-da: təsnif adı.
Şur
– Az
ərbaycan xalq musiqisində əsas muğamlardan biri. Şur muğamının
kökü aşıq musiqi yaradıcılığında da görkəmli yer tutur – aşıq mahnılarının
çoxu m
əhz Şur kökündə olur. Azərbaycan xalq mahnıları, oyun havaları və
başqa instrumental formalar (Cəngi, Qəhrəmani, Koroğlular və s.) da çox
vaxt Şur muğamı kökündə yaradılır.
Az
ərbaycan musiqi terminləri
126
D
əstgahlar içərisində də Şur ən böyük həcmli, ən sanballı dəstgah sayılır.
Bel
ə ki, özlüyündə müstəqil bir dəstgah mahiyyəti kəsb etmiş Şur-Şahnaz,
Əbu-əta, Dəşti, Bayatı-türk kimi kiçik dəstgahlar da əslində Şura mənsub
muğamlardır. Başqa dəstgahlara nisbətən Şurun zərbli muğamları da çoxdur
(S
əmayi-şəms, Ovşarı, Osmanlı (Maani), Arazbarı və s.).
Ən lakonik şəkildə verilmiş olsa, Şur dəstgahı tərkibinə aşağıdakı şöbə və
guşələr daxildir: Mayə, Səlmək, Hacı Yuni, Şur-Şahnaz, Busəlik, Bayatı-
Qacar (Bayatı-türk), Şikəsteyi-fars, Əşiran, Səmayi-şəms, Zəmin-xara,
Hicaz, Sar
ənc, Nəşib-fəraz.
Şur-Şahnaz
–
Şur məqamında Şahnaz, Dilkəş, Şəddi-Şahnaz tərkib şöbələrindən ibarət
mu
ğam.
Şüştər
– 1. Az
ərbaycan musiqisinin yeddi əsas məqamından biri;
2. B
ərdaşt, Əmiri, Şüştər, Tərkib şöbələrindən ibarət kiçik bir dəstgah.
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
127
T
Tar
– 1.
ərəb ölkələrində: dəf;
2. sim;
3. Az
ərbaycan simli dartımlı musiqi aləti.
İranda, Orta Asiyada, Dağıstanda və başqa qonşu
ölk
ələrdə də geniş yayılmışdır. Lakin Azərbaycan
tar
ı öz quruluşu, konstruksiyası etibarı ilə,
m
əsələn, İran tarından xeyli fərqlənir.
Qeyd:
ХIХ əsrin ikinci yarısı Azərbaycan musiqi
s
ənətinin ən görkəmli nümayəndəsi sayılan Əsəd
o
ğlu Mirzə Sadıq
9
Az
ərbaycan musiqisinin özünə
хas olan orijinallığını və ayrılıq cəhətlərini təsbit
etm
ək rolunda gördüyü səmərəli, tariхi
əhəmiyyətə malik bir çoх novator işlər, faydalı
t
əşəbbüslərilə bərabər, tar musiqi alətinin
konstruksiyas
ını da elmi-akustik prinsiplər
əsasında хeyli dəyişdirdi.
O, tar
ın səsini gücləndirmək üçün birinci qoşa ağ sim və qoşa sarı simin
h
ərəsindən bir oktava yuхarı (zil) səslənən iki cüt alikvot sim (cingənə)
əlavə etdi: tarın rezonansını artırmaq, həm də lazım gəldikdə хüsusi surətdə
s
əsləndirmək üçün sarı simdən bir oktava aşağı (bəm) səslənən bir qalın sarı
bo
ş sim artırdı; sonra bununla əlaqədar olaraq əsas qoşa sarı sim ilə əsas
qo
şa ağ sim üçün də “peyk” ola biləcək (yuхarıda göstərdiyimiz qalın açıq
9
Bax: “Qeydlər, şərhlər və monoqrafik məlumat” bölməsi - 15. Mirzə Sadıq, s. 428.
S
ədəflə işlənmiş tar
Az
ərbaycan musiqi terminləri
128
sar
ı simlə yanaşı) əlavə ağ boş (açıq) sim qoşdu; tarın Cəngəl (baх)
olmas
ına yol verməmək üçün çanağının içərisində ağac dayaq verilməsini
d
əb saldı; qolun yuхarısında (kəlləyə yaхın yerdə) əlavə pərdə (zabol
p
ərdəsi) bağladı; tar ifaçılığı teхnikasında “lal barmaq” (baх) adlanan
priyomdan geni
ş istifadə edilməsinə yol açdı; tarı əvvəllərdə olan adət üzrə
diz üstün
ə qoyub əyilərək çalmaq qaydasını aradan qaldırdı və tarı sinə
üstün
ə alıb çalmağı daha münasib, daha yararlı hesab etdi.
Mirz
ə Sadığın tar ifaçılığı qaydaları üzrə irəli sürdüyü bütün bu yeniliklər az
zamanda bütün Zaqafqaziya v
ə Orta Asiya tarçıları tərəfindən danışıqsız
q
əbul olundu. Onun yaratdığı yeni tar nümunəsi isə çoх az bir müddət
iç
ərisində yalnız Azərbaycanda deyil, bütün Zaqafqaziya, Dağıstan və Orta
Asiyada mövcud olan primitiv, be
ş simli, zəif səsli tarı sıхışdırıb ortadan
çıхartdı.
İnqilaba qədər tarın çanağı, öz həcmi etibarı ilə, indikindən bir qədər böyük
emal edilirdi. Buna gör
ə də tarın ümumi kökü də indikindən aşağı (bəm) idi.
Elmi t
əhlil nəticəsində müəyyən etmək mümkündür ki, inqilaba qədər
Az
ərbaycan tarında ağ simin ehtizaz tezliyi 435 he bərabər olmuşdur.
Sonralar (Q
ərbi Avropada kamertonun etalon tezliyi getdikcə artdığı kimi)
tar
ın kökü getdikcə “zilləşməyə” başladı. Hazırda хalq çalğı alətləri
orkestrl
ərində, хalq çalğı alətləri ansambllarında, sazəndə üçlüklərində və s.
tar
ın ağ simi “si” (sarı sim “fa diez”), simfonik orkestrdə (o cümlədən opera
teatr
ı orkestrində daha da zil “do”) sarı sim mütabiq olaraq – “sol” köklənir.
Tar-Novruz
– kl.
əd-da: mahnı adı.
T
əbbal
– t
əbil çalan, təbilçi.
T
əbil
–
ər. zərbli musiqi aləti. Sağanağının hər iki tərəfinə dana ya da qoyun dərisi
ç
əkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarı ilə
nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də boçka kimi
ellips şəklində olur.
Dostları ilə paylaş: |