Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə37/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   33   34   35   36   37   38   39   40   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

133 


Tulum 

– üfl


əmə ağac musiqi aləti. Qoyun ya da keçi 

d

ərisindən  qayrılmış  tuluğa  iki-üç boru nəsb 



edilir.  Bu  borulardan  birisi  tuluğa  daimi 

olaraq hava üfl

əmək üçün, o biriləri isə 

(bunlara  qarğı  müştük  taxılır)  musiqi  çalmaq 

üçündür.  

Çalğıçı  tuluğu  qoltuğunun  altında  saxlayır. 

Onun daxilin

ə  daim hava üfləyir, o biri 

borulardan biri il

ə zü tutur, başqa birisi ilə də 

ist

ənilən havanı (melodiyanı) çalır. 



 

Tusi 

– 

İran  mus-də: Mahur dəstgahına  mənsub 



muğam guşəsi. 

 

Tüt



ək 

– üfl


əmə ağac musiqi aləti. Qarğı ya içi boş çubuqdan qayrılır. Quş dimdiyi 

t

ərzində  olan  bir  ucuna  ağacdan  yonulmuş  tıxac 



n

əsb olunur.  

Tüt

əyin qabaq (üst) tərəfində  7 dəlik  açılır  ki, 



bunların  qapanıb  açılması  ilə  səslərin  ucalığı 

d

əyişilir. Bir dəlik də tütəyin dal (alt) tərəfində olur.  



Tüt

əyin  səsdüzümü diatonik, diapazonu isə  bir 

oktava h

əcmindədir.  

Tüt

ək əsas etibarı ilə çobanların daha çox çaldıqları 



musiqi al

ətidir. Tütəyin sədasına  alışmış  mal-qara 

v

ə  qoyun  sürüsü  otlağa  yönəlir,  suvarılmağa  gedir 



v

ə toran qarışan zaman kəndə qayıdır. 

 

 

 

 

 

Ağac və misdən 

hazırlanmış yan tütəklər 

Parça üzlüklü tulum 



 

Az

ərbaycan musiqi terminləri 



134 

 



Ud 

– 

Yaxın  Şərq  xalqlarının  mizrabla  çalınan  ən 



q

ədim  simli,  dartımlı  musiqi  aləti.  Ərəbistan, 

Türkiy

ə  və  qismən  İran  ölkələrində  çox  geniş 



intişar  tapmışdır.  Orta  əsrlərdə  bütün  Yaxın 

Şərq xalqları musiqisində udun tutduğu mövqe 

Avropa musiqisind

ə  klavesinin  tutduğu  yer 

q

ədər əhəmiyyətli olmuşdur.  



Bir ço

х  qədim musiqi risalələrində  udun ilk 

d

əfə yaradılması tariхini çoх uzaq keçmişə aid 



etm

ək məksədilə  onu  əfsanəvi rəvayətlərlə 

əlaqələndirirlər.  ХV  əsr Azərbaycan musiqi-

şünası Əbdülqadir Maraği

10

 (1353-1436) özün-



d

ən təхminən iki yüz il əvvəl  yaşayan  böyük 

Az

ərbaycan  musiqişünası  və  mütəfəkkiri  Mövlana  Əbdül  Mömün 



Urm

əvinin (1230-1294) “Kitab əl-ədvar”  (“Mahnılar  kitabı”)

11

 

əsərindəki 



müdd

əaları şərh və təhlil edərək göstərir ki, ud musiqi aləti ilk əvvəl, güya 

Ad

əm  peyğəmbərin nəvələrindən biri tərəfindən iхtira  edilmişdir.  Daha 



sonralar Ya

хın Şərq musiqi alimlərindən bir çoхu udun icadını qədim yunan 

filoso

fu Əflatunun (b.e.ə. 427-347-ci illər) adı ilə əlaqələndirmişlər. 



                                                           

10

 Bax: “Qeydlər, şərhlər və monoqrafik məlumat” bölməsi - 18. Əbdülqadir Maraği, s. 481. 



11

 

Başqa mənaya görə “Dövrlər kitabı” ya da “Dairələr kitabı”. 



Ud 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

135 


H

ətta böyük Nizami də öz əsərlərində bu mülahizəyə tərəfdar çıхır. Lakin 

ehtimal etm

ək  olar  ki,  burada  dahi  şair  хəyaliliyi və  romantik seyrçiliyi 

tari

хi dəqiqlikdən, gerçəklikdən üstün tutur. 



ХХ əsr görkəmli türk musiqi nəzəriyyəçisi Rauf Yektabəy

12

  udun ilk d



əfə 

elmi 


əsaslar üzrə  şərh və  təsvirini  Əbu-Nəsr Farabinin (870-950)  adı  ilə 

əlaqələndirir.  Farabi  doğrudan  da  “Kitab-ül-musiqiyi-kəbir”  adlı  musiqi 

kitabında ud haqqında danışır (o, bu kitabında tənbur (baх) və tənburun iki 

növü: t


ənbur-Bağdadi  və  tənbur-Хorasani  haqqında  daha  müfəssəl yazır); 

lakin Farabid

ən daha əvvəl  yaşamış  ərəb musiqi alimi Yəhya  ibn  Əli 

Müs


əccim (-913) musiqi sənəti haqqında yazdığı kitabında göstərir ki, hələ 

mosullu  İshaq  ibn  İbrahim  (767-849)  udu  geniş  və  ətraflı  surətdə  təsvir 

etmiş,  simlərinin və  pərdələrinin adlarını  müəyyənləşdirmişdir.  İshaq  ibn 

İbrahim  eyni  zamanda,  nə  qədər sadə  və  ibtidai tərzdə  olsa da, məhz ud 

üz

ərində ilk dəfə not yazısı olan (əbcəd hürufatından istifadə etmək yolu ilə) 



tabulaturanı da düzəltməyə səy göstərmişdir. 

Ud 


əsrlər boyu müxtəlif surətdə islah edilmiş və onun konstruksiyası tez-tez 

d

əyişdirilərək təkmilləşdirilmişdir.  



Əvvəllər udun dörd simi olmuşdur: zir, məsna, mislas və bəm. Pərdələrinin 

adları  isə  barmaq  adları  ilə  əlaqələndirilir:  boş  sim  (mütləqdən sonra)  – 

sabbaba  (şəhadət  barmağı),  vosta  (orta  barmaq),  binsir  (adsız  barmaq)  və 

хinsir (çeçelə barmaq). 

 

Sonralar udun qoluna hadd adlanan beşinci sim qoşulmuş və eyni zamanda 



p

ərdələrinin də  sayı  artırılmışdır:  mütləq  (boş  sim),  zaid,  mücənnəb, 

sabbaba, vosta-farsi, vosta-z

əlzəl, binsir və хinsir. 

                                                           

12

 Bax: “Qeydlər, şərhlər və monoqrafik məlumat” bölməsi - 16. Rauf Yektabəy, s. 447. 



 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə