Az
ərbaycan musiqi terminləri
76
Kürd-__Şahnaz'>Kürd-
Şahnaz
–
Şur kökündə olan muğam (bax: Şahnaz, Şur-Şahnaz).
Kürdi
–
əsas etibarı ilə kamançada ifa olunan lirik xarakterli musiqi pyesi. Bayatı-
kürd kökünd
ə olduğundan Kürdi adlandırılmışdır. Bu pyes həm də “Dilo”
adlandırılır (gürcü dilində “dila” – səhər sözündən əmələ gəldiyini ehtimal
etm
ək olar). Cabbar Qaryağdıoğlu dəstəsinin məşhur kamançaçısı Saşa
Oqanezaşvili kamança üçün bu pyesin tərtibçisi sayılır. Həmin pyes
qrammofon valına “Dilo-Kürdi” Дило-курдская мелодия adı ilə yazdırıl-
mışdır (bax: “Məşhur Qafqaz xanəndələrinin ən gözəl Asiya havalarının
siyahısı”, s.28, val. № 92/50138).
Kürd-
Ovşarı
–
Şur dəstgahı kökündə zərbli muğam. Fikrət Əmirovun bəstələdiyi eyni
adlı məşhur simfonik muğamda Ovşarı zərbli muğamı ilə yanaşı Maani
(Osmanlı) zərbli muğamından da geniş istifadə edilmiş və əsər “Şur”
simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər
arasında gözəl tematik vəhdət yaratmış olur.
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
77
Q
Qafiy
ə
-
xalq aşıqlarının istifadə etdikləri şeir formalarından biri. Musiqi müşayiəti
əsas etibarı ilə Segah kökündə olur. Qafiyə formasının misraları müxtəlif
şəkildə qafiyələnir; bəzən birinci misra ilə ikinci, çox vaxt birinci ilə üçüncü
v
ə i.a. Qafiyə aşıq formasının məzmunu çox vaxt eyham və müəmma ibarəli
sözl
ərlə ifadə olunan alleqorik rəmzlərdən ibarətdir.
Qalusi
– kl.
əd.-da: musiqi təranələrindən biri.
Qanon
(Qanun)
–
ən qədim Azərbaycan dartım-
lı, simli musiqi alətlərindən biri.
Qanon böyük Az
ərbaycan şairi
Nizaminin
əsərlərində dönə-dönə
m
əhəbbələ vəsf edilmişdir.
Qanon iki t
ərəfi müvazi olmayan
dördbucaq (trapesiya) biçimd
ə
emal edilir. Gövd
əsinin üst dekası
iki hiss
əyə ayrılır: çox qismi çinar ağacından yonulmuş nazik taxta ilə
örtülür, açıq hissəsinin üzərinə isə dəri çəkilir. Taxta dekası üzərində ulduz
şəklində üç böyük dəlik olur ki, bunlar dəri membranla birlikdə qanonun səs
rezonansını artırır. Qanona hər səs üçün üçər sim qoşulur. Cəmisi 72 simi
olur. Qanonun diapazonu üç oktavadan böyükdür.
Qanun
Az
ərbaycan musiqi terminləri
78
Qara zurna
– bax: Zurna.
Qaraçı
–
aşıq mahnısı.
Qarabağ şikəstəsi
– Segah d
əstgahı kökündə olan zərbli muğamlardan biri. Musiqi ölçüsü 2/4-
dir. Dörd misradan ibar
ət hər bir kupletdən sonra melodik cəhətdən müxtəlif
olan araçalğı (instrumental epizod) ifa olunur.
Qaşığek
– iç
ərisinə olduqca çoxlu xırda zınqırov doldurulmuş və sonradan bir-birinin
üstün
ə qapadılaraq silkələməklə səsləndirilən iki qaşıqdan ibarət zərbli
musiqi al
əti. Çox zaman çalğıçı o biri əlində tutduğu mil ilə qaşığeklərin
üz
ərinə vuraraq yeni növ səslənmələr (tembrlər) əldə etməyə çalışır.
Qatar
– 1. zil registr
ə (tonikası tarda ağ simin şah pərdəsi) əsaslanan kiçik bir
muğam. Melodik cəhətdən Mahur-hindi dəstgahındakı Əraq şöbəsini
andırırsa da, ondan müəyyən dərəcə fərqlənir;
2.kl. m-d
ə: Şur dəstgahında Bəstə-nigar ilə Qərai arasında ifa olunan şöbə.
Qatar-
bayatı
–
Qatar muğamının Çoban-bayatısı intonasiyaları ilə
aşılanaraq səsləndirilən növü.
Qaval
(dan. qabal)
– z
ərbli musiqi aləti. Eni 60-75 və diametri 350-450 mm
(
əvvəllərdə daha çox) olan sağanağa balıq dərisi çəkilir.
Sağanağın içərisində xırda halqalar (əvvəllərdə çox xırda
zınqırovlar) nəsb edilir ki, çalğı vaxtı bunlar da səslənsin.
S
ədəflə işlənmiş
qaval
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
79
Az
ərbaycanda ən qədim zamanlardan geniş intişar tapmış, yaxın qonşu
ölk
ələrə də yayılmışdır.
Qaynatma
– dan. n
əğməkarın vurduğu zəngulədə müəyyən bir notun boğazda trel
t
ərzində sürəkli və iti sürətlə növbələnməsi.
Qaytağı
– melodik c
əhətdən son dərəcə vazeh, müntəzəm, qəti və sürət (temp) etibarı
il
ə çox yeyin və dinamik olan Azərbaycan oyun havası. Musiqi ölçüsü
başlıca olaraq 6/8-dır, lakin musiqi cümlələri içərisində ikihissəli vəznlə
üçhiss
əli vəznin ardıcıl surətdə növbələnməsinə də təsadüf edilir ki, bu da
musiqinin i
tiliyini xeyli artırır. Qaytağı rəqs ifaçılığında oynayanlar arasında
yarış duyğusu oyadır, onların çevikliyini, virtuozluq qabiliyyətini,
yorulmamazlığını, gücünü, qüvvətini nümayiş etdirir.
Qaytaq
–
xalq aşıqlarının yarış zamanı istifadə etdikləri mahnı formalarından biri.
Qaytarma
– 1.
Aşıq vokal – instrumental musiqi formalarından biri;
2. Az
ərbaycan xalq oyun havası.
Q
əhrəmani
–
aşıq yaradıcılığında ən çox intişar tapmış instrumental formalarından biri.
Ölçüsü 2/4 olub, gümrah v
ə əzəmətli tərzdə səslənir. Dinləyicidə mərdlik,
c
əsarət, igidlik əhvali – ruhiyyəsi oyadır. Bir qayda olaraq zurnaçılar dəstəsi
t
ərəfindən ifa olunur. Qəhrəmani aşıq musiqi formasının vokal variantı da
var ki, bunu aşıqlar sazda çala-çala oxuyurlar.
Q
əməngiz
– D
əşti muğamı daxilində olan bir guşə.
Dostları ilə paylaş: |