Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   ...   5   6   7   8   9   10   11   12   13

Ekoloji  auditor  fəaliyyətinin,  ekoloji  auditorların  attestasiyasının,  ekoloji  auditin 

aparılması  qaydaları  və  şərtləri,  ekoloji  auditorların  məsuliyyəti,  hüquqları  və  vəzifələri 

qanunvericiliklə müəyyən edilir. 

X X I I I   f ə s i l  



ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA 

GÖRƏ MƏSULİYYƏT, MÜBAHİSƏLƏRİN HƏLLİ 

M a d d ə   7 8 .  Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına 



görə məsuliyyət

 

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan 

hüquqi  və  fiziki  şəxslər,  o  cümlədən  vəzifəli  şəxslər  Azərbaycan  Respublikasının 

Mülki,  İnzibati  Xətalar  və  Cinayət  məcəllələrində  nəzərdə  tutulmuş  hallarda 

məsuliyyət daşıyırlar.

[29]

 

M a d d ə   7 9 .  Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması 



nəticəsində vurulan zərərin ödənilməsi

 

1.  Ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində  ətraf 

mühitə,  insanların  sağlamlığına,  təşkilatların,  vətəndaşların  və  dövlətin  mülkiyyətinə 

(əmlakına)  zərər  vurmuş  hüququ  və  fiziki  şəxslər  qüvvədə  olan  qanunvericiliyə  uyğun 

vurulmuş zərər ödəməlidirlər. 

2.  Ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində  vurulan 

zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və 

metodlarla  hesablanma  qaydalarına  uyğun  könüllü  və  ya  məhkəmənin  qərarı  əsasında,  bu 

hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına 

lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 

3.  Zərərin  ödənilməsinə  görə  alınan  məbləğlər  ətraf  mühitin  mühafizəsi  fondlarına, 

qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  isə  zərər  çəkmiş  hüquqi  və  ya  fiziki  şəxsin 

hesabına köçürülür. 

4.  Ətraf  mühitə  təhlükəli  təsir  edən  fəaliyyətlə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslər, 

onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. 

5.  Ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində 

vətəndaşların  həyatına  və  əmlakına  vurulmuş  zərər,  zərər  çəkənin  əmək  qabiliyyətinin 

itirilməsi  dərəcəsi,  onun  müalicəsi  və  sağlamlığının  bərpası  üçün  tələb  olunan  xərclər  və 

itkilər nəzərə alınmaqla tam həcmdə ödənilməlidir. 

6. Vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin həcminin müəyyən edilməsi 

qüvvədə  olan  qanunvericiliyə  uyğun,  zərərin  ödənilməsi  isə  məhkəmənin  qərarı  əsasında 

həyata keçirilir. 

7. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş 

zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. 

M a d d ə   8 0 .  Ətraf mühitin mühafizəsi sahəsində mübahisələrin həlli qaydaları

 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  mübahisələr  məhkəmələrlə  və  ya  Azərbaycan 

Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həll edilir. 

X X I V   f ə s i l  




ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 

M a d d ə   8 1 .  Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq



 

Azərbaycan Respublikası ekoloji təhlükəsizliyin üstünlüyünün gözlənilməsi prinsiplərini 

rəhbər tutaraq ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir. 

M a d d ə   8 2 .  Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının 



qoşulduğu beynəlxalq müqavilələr

 

Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq 

müqavilələrdə  Azərbaycan  Respublikasının  qanunvericiliyindən  fərqli  normalar  müəyyən 

edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. 



  

Azərbaycan Respublikasının Prezidenti 

HEYDƏR ƏLİYEV 

  

Bakı şəhəri, 8 iyun 1999-cu il 



               № 678–IQ 

  

  



  

 

 



 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       

27  fevral  2001-ci  il



 tarixli 

94-IIQD


 nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 148)

 

2.

       

19  aprel  2002-ci  il  tarixli  308-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 238)

 

3.

       

25  mart  2003-cü  il  tarixli  429-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 178)

 

4.

       

30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

 

5.

       

5  mart  2004-cü  il  tarixli  600-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 201)

 

6.

       

25 dekabr  2007-ci  il  tarixli 524-IIIQD nömrəli Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 47)

 

7.

       

30 


sentyabr 

2009-cu 


il tarixli 882-IIIQD nömrəli 

Azərbaycan 

Respublikasının 

Qanunu (“Azərbaycan”  qəzeti,  5  noyabr  2009-cu  il,  №  247,  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 796)

 

8.

       

1 fevral 2013-cü il tarixli 553-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” 



qəzeti  12  mart  2013-cü  il,  №  55;  “Azərbaycan”  qəzeti,  16  mart  2013-cü  il,  №  59,  Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 209)

 

9.

       

4 aprel 2014-cü il tarixli 932-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 



qəzeti, 23 aprel 2014-cü il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü 

il, № 04, maddə 338)

 



Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə