Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   ...   5   6   7   8   9   10   11   12   13

1. Bu Qanunun 53-cü maddəsində verilmiş siyahıya daxil olan obyektlər üzrə layihələrin 

maliyyələşdirilməsinə, həyata keçirilməsinə yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi 

olduqda icazə verilir. 

2. Layihələrə aid sənədlərin sifarişçisi və ya hazırlayıcısı: 

2.1. sənədlərin vaxtında dövlət ekoloji ekspertizasına təqdim edilməsinə

2.2.  təqdim  edilən  sənədlərin  dövlət  ekoloji  ekspertizasının  tələblərinə  uyğun  şəkildə 

tərtib edilməsinə; 

2.3.  dövlət  ekoloji  ekspertizasının  keçirilməsi  prosesində  zəruriliyi  aşkara  çıxmış  elmi-

tədqiqat  və  axtarış  işlərinin  (əlavə  axtarışlar,  nəzarət  ölçmələri,  sınaq  nümunələrinin 

götürülməsi, analizi və sair) maliyyələşdirilməsinə və aparılmasına; 

2.4. dövlət ekoloji ekspertizasının aparılmasının maliyyələşdirilməsinə; 

2.5. ekspertizanı keçirən orqanın tələbi ilə ekspert komissiyasının (qrupunun, ekspertin) 

işi üçün zəruri olan əlavə məlumatların verilməsinə borcludurlar. 

M a d d ə   5 6 .  Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi



 

1.  Dövlət ekoloji ekspertizasının  təşkili  və  keçirilməsi  üçün  maliyyələşdirmə  mənbələri, 

daxil olan vəsaitdən istifadə qaydası aşağıdakıları təmin etməlidir: 

1.1.  dövlət  ekoloji  ekspertizasının  keyfiyyəti  və  onun  qərarlarının  əlaqədar  tərəflərin 

mövqelərindən asılı olmaması; 

1.2.  dövlət  ekoloji  ekspertizası  metodologiyasının  inkişafı  və  təkmilləşdirilməsi  üçün 

şərait. 

2.  Dövlət  ekoloji  ekspertizası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 

qaydada dövlət büdcəsi və sənədlərin sifarişçisinin vəsaiti hesabına maliyyələşdirilir. 

M a d d ə   5 7 .  Dövlət ekoloji ekspertizası rəyinin icrası və ekspertlərin məsuliyyəti



 

Müəssisə,  təşkilat,  idarə  rəhbərləri,  vəzifəli  şəxslər  və  digər  işçilər  dövlət  ekoloji 

ekspertizasının  rəsmi  rəyinin  icrasına  görə  qanunvericiliyə  uyğun  olaraq  məsuliyyət 

daşıyırlar. Göstərilən reylərə zidd olan qərarlar etibarsızdır və yerinə yetirilə bilməz. 

Dövlət  ekoloji  ekspertizası  orqanlarının  vəzifəli  şəxsləri  və  dövlət  ekoloji  ekspertizasını 

aparan  ekspertlər  öz  rəyinin  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  və 

normativlərin tələblərinə müvafiq surətdə əsaslılığı, onun düzgünlüyü və dolğunluğu üçün 

qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

M a d d ə   5 8 .  İctimai ekoloji ekspertiza

 

1. İctimai birliklər və ya əhalinin digər qrupları ictimai ekoloji ekspertiza apara bilərlər. 

2.  İctimai  ekoloji  ekspertizasının  həyata  keçirilməsinin  təşkilat  formaları  və  ekoloji 

ekspertiza sahəsində ictimai birliklərin səlahiyyəti qanunvericiliklə müəyyən edilir. 

3. İctimai ekoloji ekspertizasının rəyi məlumat və tövsiyə xarakteri daşıyır. 

I X   f ə s i l  



EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ TƏHSİL, 

MAARİFLƏNDİRMƏ, ELMİ TƏDQİQATLAR, STATİSTİKA VƏ 

İNFORMASİYA, REKLAM SAHƏSİNDƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 

[13]

 

M a d d ə   5 9 .  Ekoloji təhsil və maarifləndirmə 

[14]

 

1.  Əhalinin ekoloji  təhsili  və  maarifləndirilməsi  ilə  bağlı  münasibətlər  müvafiq  qanunla 

tənzimlənir. 

[15]


 


2.  Ətraf  mühitə  zərərli  təsir  göstərən  fəaliyyətlə  bağlı  olan  vəzifəli  şəxslər  məcburi 

qaydada  lazımi  ekoloji  hazırlığa  və  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunvericiliyin 

əsaslarına dair birliklərə malik olmalıdırlar.

 

[16]



 

M a d d ə   6 0 .  Ətraf mühitin mühafizəsi sahəsində elmi tədqiqatlar



 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  elmi-tədqiqatların  aparılması,  mühəndis-

konstruktor  layihələrinin  işlənilməsi  və  yaradılması  məqsədilə  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada işlər aparılır. 

Bu problemlərin həlli dövlət büdcəsi, digər mənbələr hesabına maliyyələşdirilir. 

M a d d ə   6 1 .  Dövlət təbiət qoruq fondu



 

Dövlət  təbiət  qoruq  fondu-ekoloji,  elmi-tədqiqat,  nadir  genetik  mənşə,  tədris  və  tarixi 

dəyərlərə malik olan ətraf mühit obyektlərinin məcmusudur. 

Elmi,  ekoloji,  tarix  və  genetik  dəyərlərə  malik  olan  dövlət  təbiət  qoruq  fondunun 

mühafizəsi onlardan istifadəyə məhdudiyyətlər və qadağalar yolu ilə təmin edilir. 

M a d d ə   6 2 .  Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri 

[17]

 

1.  Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  ətraf  mühitin  mühafizəsi  sahəsində  xüsusi 

ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən 

və  obyektlərindən,  nadir  və  nəsil  kəsilmək  təhlükəsi  qarşısında  olan  fauna  və  flora 

növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, 

daimi  və  ya  müvəqqəti  çıxarılan  torpaq  və  su  məkanı  (akvatoriya)  sahələri  və  onların 

üzərindəki atmosfer məkanıdır. 

[18]


 

2. Azərbaycan Respublikasında mühafizə məqsədləri və istifadənin xüsusiyyətlərinə görə 

fərqlənən aşağıdakı xüsusi mühafizə olunan təbiət ərazilərinə aşağıdakı status verilir: 

2.1. dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; 

2.2. milli və təbiət parkları; 

2.3. təbiət abidələri

2.4. müvəqqəti təbiət qoruqları; 

2.5. yasaqlıqlar; 

2.6. zooloji parklar

2.7. botaniki və dendroloji parklar

2.8. müalicə-sağlamlaşdırma yerləri və kurortlar. 

3.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  xüsusi  mühafizə  olunan  başqa  təbiət 

ərazilərinin növləri də nəzərdə tutula bilər. 

4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri beynəlxalq, respublika, bölgə və 

ya  yerli  əhəmiyyətli  ola bilər. Müalicə-sağlamlaşdırma  yerləri  və  kurortlar  beynəlxalq,  ölkə 

və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər.



[19]

 

5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması qaydaları, mühafizə və istifadə 



rejimləri,  onların  fəaliyyətinin  şərtləri  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və 

müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir. 

M a d d ə   6 3 .  Ətraf mühitin mühafizəsi sahəsində dövlət statistikası

 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən 

statistik  informasiyanın  obyektivliliyi  və  onun  beynəlxalq  statistika  ilə  müqayisəliliyi 

əsasında dövlət statistikası aparılır. 




Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə