Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   ...   5   6   7   8   9   10   11   12   13

Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  statistika  hesabatı  göstəricilərinin  minimal 

tərkibi  və  dövlət  statistikasının  aparılması  qaydaları  qanunvericiliklə  və  digər  normativ 

hüquqi aktlarla müəyyən edilir. 

M a d d ə   6 4 .  Ətraf mühitin mühafizəsi sahəsində informasiya



 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  informasiyaya  ətraf  mühitin  vəziyyəti,  onun 

çirklənməsinə,  sağlamlaşdırılmasına  və  mühafizəsinə  dair  tədbirlərin  maliyyələşdirilməsi, 

təbii  resursların  vəziyyəti,  bərpası  və  istifadəsi,  ətraf  mühitə  təsirlər,  ətraf  mühitin 

keyfiyyətinin normalaşdırılması, təsərrüfat və başqa fəaliyyətlərə ekoloji tələblər aiddir. 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  informasiyanın  alınması  ilə  əlaqədar  bütün 

məsələlər  "Ətraf  mühitə  dair  informasiya  almaq  haqqında"  Azərbaycan  Respublikası 

Qanununa uyğun olaraq həll edilir. 

[20]

 

  



Maddə 64-1. Reklam sahəsində ətraf mühitin mühafizəsi

[21]

 

 

 

64-1.1. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ətraf mühit 

üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Ətraf mühit üçün təhlükə 

potensialı  olan  reklamı  qadağan  olunan  əmtəələrin  siyahısını  müvafiq  icra  hakimiyyəti  orqanı 

müəyyən edir.

 

64-1.2.  Reklam  ətraf  mühitə  ziyan  vura  biləcək  hərəkətlərə  təhrik  etməməlidir.  Reklamda 



əmtəənin ətraf mühitə mənfi təsiri barədə məlumatların qəsdən gizlədilməsinə yol verilmir.

 

  



X X   f ə s i l  

FÖVQƏLADƏ EKOLOJİ ŞƏRAİT VƏ EKOLOJİ FƏLAKƏT ZONALARI 

M a d d ə   6 5 .  Fövqəladə ekoloji şərait



 

1.  Fövqəladə  ekoloji  şərait  -  təbiətin  qarşısıalınmaz  qüvvələrinin  və  sənaye  qəzalarının 

təsiri  nəticəsində  ətraf  mühitdə  ekoloji  tarazlığın  pozulması  ilə  insan  həyatı  və  sağlamlığı, 

bitki və heyvanlar aləmi üçün təhlükəli mühitin yaranması ilə səciyyələnən fəlakət şəraitdir. 

2. Təbii fəlakətlər, böyük ekoloji və başqa qəzalar baş verdikdə müvafiq qanunvericiliyə 

uyğun  Azərbaycan  Respublikasının  ayrı-ayrı  ərazilərində  fövqəladə  ekoloji  vəziyyət  tətbiq 

edilir. 

3.  Fövqəladə  ekoloji  şəraitdə  müvafiq  ərazilərdə  təsərrüfat  fəaliyyətinin  və  təbiətdən 

istifadənin  növü  qadağan  edilə  və  ya  məhdudlaşdırıla  bilər.  Təbii  resursların  və  ətraf 

mühitin  bərpası,  əhalinin  qanunvericiliklə  müəyyən  edilmiş  sosial  müdafiəsi  üzrə  operativ 

tədbirlər görülür. 

4. Ətraf təbii mühit üçün təhlükə yaradan fövqəladə hadisə baş verdikdə, bu maddədə qeyd 

olunanlarla yanaşı, mülki müdafiə haqqında qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq 

tədbirlərin də görülməsi zəruridir.

[22]

 

M a d d ə   6 6 .  Ekoloji fəlakət zonaları



 

1.  Əlverişli  olmayan  ekoloji  vəziyyət  nəticəsində  əhalinin  sağlamlığına  əhəmiyyətli 

dərəcədə zərər vurularsa və (və ya) təbii ekoloji sistemlərin dağıdılması, floranın və faunanın 

məhvi  ilə  bağlı  olan  sabit  və  bərpası  mümkün  olmayan  dəyişikliklərin  baş  verdiyi  ərazi 

hissələri, su hövzəsi və hava fəzası hissələri ekoloji fəlakət zonaları elan edilir. 



2.  Ekoloji  fəlakət  zonaları fövqəladə ekoloji  şəraitin  ağırlığından  və  ya  onu  şərtlərindən 

amillərdən asılı olaraq kiçik zonalara (ekoloji fəlakət, ekoloji tənəzzül, ekoloji tənəzzül ərəfəsi 

və s.) bölünür. 

3.  Kiçik  ekoloji  fəlakət  zonaları  üzrə  təbii  resursların  bərpasına,  ətraf  mühitin 

sağlamlaşdırılmasına,  əhaliyə  tibbi  yardımın  göstərilməsinə  dair  tədbirlər  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqramlara əsasən həyata keçirilir. 

M a d d ə   6 7 .  Ekoloji fəlakət zonalarında görülən tədbirlər

 

Ekoloji fəlakət zonalarında aşağıdakı təxirəsalınmaz tədbirlər görülməlidir: 

əlverişli olmayan ekoloji şəraiti yaradan təsərrüfat fəaliyyətini dayandırmaq; 

insanın  sağlamlığına  və  ətraf  mühitə  zərərli  təsir  göstərən  təşkilatların  istehsal 

fəaliyyətini müvəqqəti dayandırmaq; 

təbiətdən istifadənin ayrı-ayrı sahələrini məhdudlaşdırmaq; 

zəruri hallarda insanların köçürülməsinə dair işlər aparmaq. 

M a d d ə   6 8 .  Fövqəladə ekoloji fəlakətdən zərərçəkənlərin sosial müdafiəsi



 

Fövqəladə ekoloji fəlakət nəticəsində zərər çəkən və həmçinin ekoloji təhlükəli zonalarda 

yaşayan  vətəndaşlar,  onlara  dəymiş  zərərin  ödənilməsi  hüququna,  o  cümlədən 

müavinətlərin,  güzəştlərin  və  sosial  müdafiənin  digər  növləri  üzrə  kompensasiya  almaq 

hüququna malikdir. 

Fövqəladə  ekoloji  fəlakətin  nəticələrinin  zərərçəkənlərə  aid  edilməsi  qaydaları,  onların 

sosial müdafiəsi qanunvericiliklə müəyyən edilir. 

M a d d ə   6 9 .  Fövqəladə  ekoloji  vəziyyət  və  ekoloji  fəlakət  zonalarının  elan 



edilməsi qaydaları

 

Təbii  fəlakətlər,  böyük  ekoloji  və  başqa  qəzalar  baş  verdikdə  qanunvericiliyə  uyxun 

olaraq  Azərbaycan  Respublikasının  ayrı-ayrı  ərazilərində  fövqəladə  ekoloji  vəziyyət  tətbiq 

edilir. 


Ekoloji  fəlakət  zonalarının  sərhədlərinin  müəyyən  edilməsi  müvafiq  icra  hakimiyyəti 

orqanları tərəfindən həyata keçirilir. 

X X I   f ə s i l  

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNƏ NƏZARƏT 

M a d d ə   7 0 .  Ətraf mühitin mühafizəsi sahəsində nəzarətin məqsəd və formaları



 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  nəzarət  təsərrüfat  və  başqa  fəaliyyətlərin  təsiri 

nəticəsində  ətraf  mühitin  dəyişməsinin  müşahidə  edilməsi,  onun  sağlamlaşdırılması  və 

mühafizəsi,  təbii  resursların  bərpası  və  səmərəli  istifadəsi,  keyfiyyət  normativlərinin  və 

ekoloji tələblərin yerinə yetirilməsini nəzərdə tutur. 

Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət,  müəssisə 

(istehsalat) və ictimai nəzarət həyata keçirilir. 

M a d d ə   7 1 .  Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarəti



 

1.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini  müvafiq  icra  hakimiyyəti 

orqanları bu  Qanunun  və  “Sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  tənzimlənməsi  və 

sahibkarların  maraqlarının  müdafiəsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələblərinə 

uyğun olaraq həyata keçirirlər.

[23]

 



Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə