Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   ...   5   6   7   8   9   10   11   12   13

2.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini  həyata  keçirən müvafiq  icra 

hakimiyyəti orqanlarının hüquqları:

 [24]

 

2.1. qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən 



asılı  olmayaraq,  müəssisə,  idarə,  təşkilatlara  və  digər  obyektlərə,  o  cümlədən  hərbi  və 

müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi 



və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın 

surətini  və  yoxlamanın  sahibkarlıq  sahəsində  aparılan  yoxlamaların  vahid  məlumat  reyestrində 

qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə 

yetirmək  üçün  zəruri  olan  sənədlərlə,  o  cümlədən  analizlərin  nəticələri  ilə  pulsuz  tanış 

olmaq;

 [25]

 

2.2. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii resursların bərpası və istifadəsi 



sahəsində  tədbirləri  yerinə  yetirmək,  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyinə 

keyfiyyət  normativlərinə  və  ekoloji  tələblərinə  əməl  etmək,  tənzimləyici  və  başqa 

zərərsizləşdirici qurğuların, onların nəzarət vasitələrinin işini yoxlamaq

2.3. təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət 

növlərinin  həyata  keçirilməsi  üçün  verilən  xüsusi  icazənin,  təbiətdən  istifadə 

müqavilələrinin  (kontraktların)  və  xüsusi  icazələrinin  şərtlərinə  əməl  edilməsini  yoxlamaq, 

qanunvericiliyə uyğun olaraq onlara xitam vermək barədə vəsatət qaldırmaq; 

2.4. dövlət ekoloji ekspertizasının nəticələrinin yerinə yetirilməsinə nəzarət etmək

2.5.  ekoloji  tələblərin  və  ətraf  mühitin  keyfiyyət  normativlərinin  pozulması  ilə  həyata 

keçirilən  ekoloji  cəhətdən  təhlükəli  yüklərin  (məmulatların),  tullantıların  və  xammal 

ehtiyatların  Azərbaycan  Respublikasının  ərazisinə  gətirilməsinin  və  həmçinin  onun 

ərazisindən  tranzit  yolu  ilə  aparılmasının  qadağan  olunması  haqqında  qanunvericiliyə 

uyğun olaraq sərəncamlar vermək; 

2.6. ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasına dair fiziki və 

hüquqi şəxslərə tələblər irəli sürmək

2.7. ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata 

keçirilən  işlərin  məhdudlaşdırılması  və  müvəqqəti  dayandırılması,  o  cümlədən 

maliyyələşdirilməsinin  dayandırılması,  onların  istismara  verilməsinin  qadağan  edilməsi, 

təsərrüfat  və  başqa  fəaliyyətlərin  məhdudlaşdırılması  və  ya  bu  fəaliyyətə  xitam  verilməsi 

haqqında vəsatət qaldırmaq; 

2.8.  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  ətraf  mühitin  mühafizəsi  sahəsində 

inzibati  xətalar  haqqında  işlərə  baxmaq,  təqsirkarların  inzibati  və  ya  cinayət  məsuliyyətinə 

cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək

[26]


 

2.9.  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunvericiliyin  pozulması  nəticəsində 

vurulmuş  zərərin  həcmlərini  müəyyən  etmək  (müəyyən  edilməsində  iştirak  etmək)  və 

bunun  əsasında  təqsirkar  olan  şəxslərə  bu  zərərin  könüllü  ödənilməsi  barədə  tələblər  irəli 

sürmək və ya iddiaları məhkəməyə təqdim etmək

2.10.  ətraf  mühitin  mühafizəsi  sahəsində  müəssisə  (istehsalat)  nəzarəti  qaydalarının  və 

normalarının gözlənilməsini yoxlamaq; 

2.11. qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək. 

3.  Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət nəzarətinin  həyata  keçirilməsi  ilə  əlaqədar 

verilmiş  qərarların icrası  bütün  hüquqi  və  vəzifəli  şəxslər,  vətəndaşlar  üçün  məcburidir  və 

onlardan tabeçilik və ya məhkəmə qaydasında şikayət edilə bilər.



 [27]

 

M a d d ə   7 2 .  Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti



 


Ətraf  mühitin  mühafizəsi  sahəsində  müəssisə  (istehsalat)  nəzarəti  müvafiq  icra 

hakimiyyəti orqanları tərəfindən təsdiq edilən əsasnamələrə uyğun həyata keçirilir. 

M a d d ə   7 3 .  Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət

 

Ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət təbiətdən istifadəçilərlə müvafiq icra 

hakimiyyəti  orqanları  arasında  müqavilələr  üzrə  ictimai  birliklər  tərəfindən  onların 

təşəbbüsü ilə həyata keçirilir. 

İctimai nəzarətin aparılması qaydaları ictimai birliklər tərəfindən onların nizamnaməsinə 

uyğun müəyyən edilir. 

M a d d ə   7 4 .  Ətraf mühitin mühafizəsi sahəsində nəzarəti həyata keçirilən 

şəxslərin müdafiəsi

 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  nəzarətini  həyata  keçirən  vəzifəli 

şəxslərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 

itirilməsi  hallarından  sığortası  “İstehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri 

nəticəsində  peşə  əmək  qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  haqqında” 

Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  icbari  qaydada  həyata 

keçirilir.

[28]

 

Ətraf mühitin mühafizəsi sahəsində nəzarəti həyata keçirən şəxslərin xüsusi vasitələr və 



odlu  silah  saxlaması,  gəzdirməsi,  onlardan  istifadə  hüququ  və  qaydaları  müvafiq 

qanunvericiliklə müəyyən edilir. 

X X I I   f ə s i l  

EKOLOJİ AUDİT VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİ 

M a d d ə   7 5 .  Ekoloji audit



 

1.  Ekoloji  audit  -  təbii  resursların  istifadəsi  və  bərpası  üzrə  hesabatların  düzgün  tərtib 

edilməsi  də  daxil  olmaqla,  təbiətdən  istifadəçi  tərəfindən  ekoloji  tələblərin,  ətraf  mühitin 

mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər 

fəaliyyətinin müstəqil yoxlanılmasıdır. 

2.  Ekoloji  audit  təbiətdən  istifadəçi  ilə  ekoloji  auditor  arasında  bağlanmış  müqaviləyə 

əsasən aparılır. Qanunvericiliklə müəyyən edilmiş hallarda ekoloji audit məcburidir. 

3.  Ekoloji  auditor  məsləhəti  -  ekoloji  auditorun  ətraf  mühitin  mühafizəsi  və  onun 

keyfiyyətinin  yaxşılaşdırılması,  təbii  resursların  səmərəli  və  qənaətlə  istifadəsi,  bərpası, 

təbiətdən  istifadəçi  tərəfindən  ekoloji  tələblərə,  ətraf  mühitin  mühafizəsi  normalarına  və 

qaydalarına riayət edilməsi üzrə məsləhətlərin verilməsidir. 

M a d d ə   7 6 .  Ekoloji auditor



 

1. Ekoloji auditor - xüsusi icazəyə əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna 

malik olan hüquqi və ya fiziki şəxslərdir. 

2.  Ekoloji  auditor  fəaliyyəti  göstərmək  hüququ  verən  xüsusi  icazə  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən verilir. 

3.  Xarici  auditorlar  və  auditor  təşkilatları  ekoloji  auditin  aparılmasına  və  məsləhətlərin 

verilməsinə cəlb edilə bilər. 

M a d d ə   7 7 .  Ekoloji auditin həyata keçirilməsi



 


Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə