Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   2   3   4   5   6   7   8   9   ...   13

1.8.  təsərrüfat  fəaliyyətinin  ekoloji  cəhətdən  təhlükəli  formalarının  siyahısını,  onlara 

xüsusi  icazə  verilməsi  qaydalarını,  həmçinin  ətraf  mühitin  mühafizəsi  sahəsində  məcburi 

standartlaşdırılan  və  sertifikatlaşdırılan  oxşar  məhsulların  (işlərin,  xidmətlərin)  siyahısını 

təsdiq etmək; 

1.9.  xüsusi  elmi-ekoloji  və  bioloji  əhəmiyyətli  ətraf  mühitin  mühafizəsi  obyektlərinin 

siyahısını  təsdiq  etmək,  dövlət  qoruqlarını,  dövlət  milli  və  təbiət  parklarını,  başqa  xüsusi 

mühafizə tələb edən ərazilərini və obyektlərini təşkil etmək

1.10.  ətraf  mühitin  mühafizəsi  sahəsində  informasiyanın  verilməsi  və  dövlət 

statistikasının aparılması qaydalarını müəyyən etmək

1.11. ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək; 

1.12.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  təhlükəli  təsərrüfat  növlərinə, 

tullantılara  və  ətraf  mühitə  zərərli  maddələrin  atılmasına  xüsusi  icazəni  vermək, 

müqavilələri  (kontraktları)  bağlamaq,  limitləri  və  kvotaları  müəyyən  etmək,  təbiətdən 

istifadəyə xüsusi icazə vermək; 

1.13. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması sahəsində xərcləri təsdiq etməkdir. 

2. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələri: 

2.1.  ətraf  mühitin  ekoloji  tarazlıq  və  təbiətdən  istifadənin  müxtəlif  sahələri  üzrə 

proqramları hazırlamaq; 

2.2. dövlət ekoloji ekspertizasını təşkil etmək

2.3.  ətraf  mühitin,  heyvanlar  və  bitki  aləminin  mühafizəsinə,  bərpasına  və  istifadəsinə 

dövlət nəzarətini həyata keçirmək

2.3-1.  “Mədəni  bitkilərin  genetik  ehtiyatlarının  mühafizəsi  və  səmərəli  istifadəsi 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq,  genetik  modifikasiya 

olunmuş  bitkilərin,  eləcə  də  müasir  biotexnoloji  və  gen  mühəndisliyi  metodları  ilə 

yaradılmış  kənd  təsərrüfatı  bitki  materiallarının  idxalına  və  dövriyyəsinə  dövlət  nəzarətini 

həyata keçirmək; 



[1]

 

2.4.  heyvanlar  və  bitki  aləminin  nadir  və  yer  üzündən  yox  olması  təhlükəsinə  məruz 



qalmış növlərinin dövlət kadastrını aparmaq ("Qırmızı kitab"ı nəşr etmək); 

2.5. beynəlxalq əməkdaşlığı həyata keçirmək; 

2.6.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  digər  vəzifələri  həyata 

keçirməkdir. 

M a d d ə   5 .  Ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarının 

səlahiyyətləri

 

Ətraf  mühitin  mühafizəsi  sahəsində  yerli  özünüidarəetmə  orqanları  müvafiq 

qanunvericiliklə onlara verilmiş səlahiyyətləri həyata keçirirlər. 

M a d d ə   6 .  Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqları və 



vəzifələri

 

1. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və 

əcnəbilərin (bundan sonra vətəndaşların) hüquqları: 

1.1.  hər  bir  vətəndaş  həyatı  və  sağlamlığı  üçün  əlverişli  ətraf  mühitin  olması,  onun 

vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq

1.2.  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində  onların 

sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq; 

1.3. sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq




1.4.  müəyyən  edilmiş  qaydada  təbii  resurslardan  istifadə  etmək,  onların  mühafizəsi  və 

bərpası 


üzrə 

tədbirləri 

həyata 

keçirmək, 



ətraf 

mühitin 


mühafizəsində 

və 


sağlamlaşdırılmasında iştirak etmək; 

1.5.  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  ətraf  mühitin  mühafizəsinə  aid 

yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak 

etmək; 


1.6.  ətraf  mühitin  mühafizəsinə  dair  dövlət  hakimiyyət  orqanlarına  və  təşkilatlarına 

müraciət etmək; 

1.7. ictimai ekoloji ekspertiza haqqında təkliflər vermək

1.8.  insan  həyatına  və  ətraf  mühitə  mənfi  təsir  göstərən  müəssisələrin,  qurğuların  və 

başqa  ekoloji  zərərli  obyektlərin  yerləşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  istismara 

verilməsi  haqqında  qərarların  inzibati  və  ya  məhkəmə  qaydasında  ləğv  edilməsini  və 

həmçinin  fiziki  və  hüquqi  şəxslərin  fəaliyyətinin  məhdudlaşdırılmasını,  müvəqqəti 

dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək; 

1.9. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində təqsirkar 

təşkilatların,  vəzifəli  şəxslərin  və  vətəndaşların  məsuliyyətə  cəlb  edilməsi  barədə  müvafiq 

orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq; 

1.10.  qanunvericilikdə  nəzərdə  tutulan  başqa  hüquqlarını  müəyyən  edilmiş  qaydada 

həyata keçirmək. 

2. Ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. 

M a d d ə   7 .  Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və 

vəzifələri

 

1. İctimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində hüquqları: 

1.1.  özünün  ekoloji  proqramlarını  işləmək  və  təbliğ  etmək,  ətraf  mühitin  mühafizəsi 

sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə 

cəlb etmək; 

1.2. ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək; 

1.3. dövlət orqanlarından və təşkilatlarından ətraf mühitin vəziyyətinə və onun bərpasına 

dair tədbirlər barədə vaxtında, tam və dəqiq məlumat almaq

1.4.  müəyyən  işlərin  yerinə  yetirilməsi  üzrə  qanunvericiliklə  nəzərdə  tutulmuş  ətraf 

mühitin  mühafizəsi  sahəsində  dövlət  orqanları  və  beynəlxalq  təşkilatlar  ilə  müqavilə 

əsasında əməkdaşlıq etmək; 

1.5. ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak etmək; 

1.6. inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və 

qurğuların  yerləşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  istismara  verilməsi,  o  cümlədən 

ətraf  mühitə  və  insanların  sağlamlığına  mənfi  təsir  göstərən  təsərrüfat  fəaliyyətinin 

məhdudlaşdırılması, müvəqqəti və daimi dayandırılmasını tələb etmək; 

1.7.  təqsirkar  təşkilatların,  vəzifəli  şəxslərin  və  vətəndaşların  məsuliyyətə  cəlb  edilməsi 

barədə məsələləri qaldırmaq; 

1.8.  ətraf  mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulması  nəticəsində 

vətəndaşların  sağlamlığına  və  əmlakına  vurulmuş  zərərin  ödənilməsi  haqqında  iddiaları 

məhkəməyə təqdim etmək. 

2. İctimai birliklərin vəzifələri öz fəaliyyətini ətraf mühitin mühafizəsi və ictimai birliklər 

haqqında qanunlara uyğun həyata keçirməkdən ibarətdir. 

I I I   f ə s i l  




Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə