Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   2   3   4   5   6   7   8   9   ...   13

TƏBİƏTDƏN İSTİFADƏ 

M a d d ə   8 .  Təbiətdən istifadəçilər



 

Təbiətdən  istifadəçilər  hüquqi  və  fiziki  şəxslər  (xarici  istifadəçilər  də  daxil  olmaqla), 

dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər ola bilərlər: 

xarici istifadəçilər - xarici hüquqi və fiziki şəxslər, beynəlxalq birliklər və təşkilatlar; 

daimi istifadəçilər - təbiətdən istifadə hüququ müddətsiz verilən istifadəçilər

müvəqqəti  istifadəçilər  -  təbiətdən  istifadə  hüququ  müəyyən  edən  müddətə  verilən 

istifadəçilər; 

ilkin istifadəçilər - təbiətdən istifadə hüququnu dövlətdən birbaşa alan istifadəçilər; 

təkrar  istifadəçilər  -  təbiətdən  ilkin  istifadəçidən  müqavilə  əsasında  hüquq  alan 

istifadəçilərdir. 

M a d d ə   9 .  Təbiətdən ümumi və fərdi istifadə

 

1. Azərbaycan Respublikasında təbii resurslar ümumi və fərdi istifadədə ola bilər. 

2.  Təbiətdən  ümumi  istifadə  əhalinin  həyatının  zəruri  tələbatının  ödənilməsi  üçün 

vətəndaşlara və təşkilatlara təbii resursların ödənişsiz istifadə etmək şərti ilə həyata keçirilir. 

Qanunvericilikdə  nəzərdə  tutulduğu  hallarda,  təbiətdən  istifadəyə  məhdudiyyətlər 

qoyulmasına yol verilir. 

3. Təbiətdən fərdi istifadə zamanı təbii resurslar istifadəçilərə qanunvericiliklə müəyyən 

edilmiş  qaydada  verilir.  Təbiətdən  fərdi  istifadə  daimi  və  ya  müvəqqəti,  ödənişli  və  ya 

əvəzsiz, ilkin və ya təkrar ola bilər. 

4.  Təbiətdən  fərdi  istifadə  və  ya  təbiətdən  məhdud  istifadə  (servitutlar)  hüquqlarının 

yaranması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 

M a d d ə   1 0 .  Təbiətdən istifadənin normallaşdırılmasına görə limitlər və kvotalar



 

Təbiətdən  istifadənin  normallaşdırılmasına  görə  limitlər  və  kvotalar  müəyyən  müddət 

üçün  təbii  resursların  istifadəsinin,  ətraf  mühitə  atılan  zərərli  maddələrin,  məişət  və 

istehsalat tullantılarının yerləşdirilməsinin son hədlərini müəyyən edir. 

Limitlər və kvotalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

M a d d ə   1 1 .  Təbiətdən istifadəyə xüsusi icazə



 

Təbiətdən  istifadəyə  xüsusi  icazə  təbiətdən  istifadə  sahəsində  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olmaq hüququnu təsdiq edir. 

Təbiətdən  istifadəyə  xüsusi  icazə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq 

icra hakimiyyəti orqanları tərəfindən verilir. 

M a d d ə   1 2 .  Təbiətdən istifadənin dövlət tənzimlənməsi



 

Dövlət təbii resursların istifadəsini, bərpasını və mühafizəsini tənzimləyir. Bu məqsədlə 

dövlət proqramları tərtib edilir, təbii resursların kadastrı, monitorinqi və uçotu aparılır. 

M a d d ə   1 3 .  Təbiətdən istifadəçilərin vəzifələri və hüquqları



 

1. Təbiətdən istifadəçilərin vəzifələri: 

1.1.  təsərrüfat  və  digər fəaliyyətlər  üçün  müəyyən edilmiş ekoloji  və  texnoloji  tələblərə, 

qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək; 

1.2. ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş 

qaydada həyata keçirmək




1.3. təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş 

ödəniş və cərimələri vaxtında ödəmək; 

1.4. ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi 

ilə lazımi məlumatı təqdim etmək. 

2. Təbiətdən istifadəçilərin hüquqları: 

2.1. təbii resurslardan məqsədli, təyinatı üzrə istifadə etmək

2.2. ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə etmək. 

3.  Təbiətdən  istifadəçilərin  hüquqları  qanunla  qorunur.  Təbiətdən  istifadəçilərin 

pozulmuş  hüquqları  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 

qaydada bərpa edilməlidir. 

M a d d ə   1 4 .  Təbiətdən istifadə ilə əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət 

növləri

 

Təbii  resursların  ayrı-ayrı  növlərindən  istifadəyə,  habelə  aşağıdakı  fəaliyyət  növlərinin 

həyata keçirilməsinə xüsusi icazə tələb olunur: 

ətraf mühiti çirkləndirən maddələrin toplanmasına; 

xüsusi  təhlükəli  olan  istehsalat  və  məişət  tullantılarının  daşınması,  basdırılması  və 

saxlanılmasına; 

ekoloji auditor fəaliyyətinə

ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinə. 

M a d d ə   1 5 .  Təbii resurslardan istifadə müqavilələri

 

1.  Qanunvericiliklə nəzərdə tutulduğu  hallarda və  müəyyən edilmiş qaydada  təbiətdən 

istifadəçi  ilə  müvafiq  icra  hakimiyyəti  orqanı  arasında  təbii  resurslardan  istifadəyə  görə 

müqavilə (kontrakt) bağlanır. 

2.  Təbii  resurslardan  istifadə  üçün  xüsusi  icazə  tələb  olunduğu  halda  təbiətdən 

istifadəçinin  belə  icazəsi  olmadıqda  təbii  resurslardan  istifadə  müqaviləsi  (kontraktı) 

etibarsızdır. 

3.  Xüsusi  icazə  ilə  ziddiyyət  təşkil  edən  müqavilənin  (kontraktın)  şərtləri  etibarsızdır. 

Xüsusi icazə geri alınarsa, müqavilə (kontrakt) etibarsız hesab olunur. 

4.  Təbii  resurslardan istifadə  müqaviləsi (kontraktı)  ətraf  mühitin  mühafizəsi sahəsində 

müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra qüvvəyə minir. 

I V   f ə s i l  



ƏTRAF MÜHİTİN, TƏBİİ EHTİYATLARIN DÖVLƏT KADASTRI VƏ MONİTORİNQİ, 

STANDARTLAŞDIRMA VƏ SERTİFİKATLAŞDIRMA 

M a d d ə   1 6 .  Təbii ehtiyatların dövlət kadastrı



 

Ekoloji  vəziyyətin  qorunması,  iqtisadiyyatın  tələbatını  ödəmək  üçün  təbii  ehtiyatların 

kəmiyyət  və  keyfiyyət  göstəricilərini  müəyyən  etmək  məqsədilə  təbii  ehtiyatların  vahid 

sistem üzrə dövlət kadastrı aparılır. 

Dövlət  kadastrı  aparılan  sahələr  müvafiq  qanunvericiliklə  müəyyən  edilir.  Bu  sahələr 

üzrə  dövlət  kadastrının  aparılması  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. 

M a d d ə   1 7 .  Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi



 


Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə