ƏZĠZ ƏLƏKBƏRLĠ


Müqəddəs Ripsime arman-türk



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix22.07.2018
ölçüsü2,33 Mb.
#57700
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

36 
 
Müqəddəs Ripsime arman-türk 
xristian məbədinin müxtəlif 
görünüĢləri (VII yüzil). 
 
MÜQƏDDƏS RĠPSĠME MƏBƏDĠ 
 
Üçkilsə 
(12.03.1945-ci 
ildən 

Eçmiədzin) 
rayonu 
ərazisində, 
Üçkilsə 
məbədindən  təxminən  1  km  Ģərqdə  arman-türk 
xristian məbədi. 
III  yüzilin  sonlarında  öz  rəfiqələri  ilə 
Romadan  Armaniyaya  qaçıb,  VağarĢabad 
Ģəhərində sığınacaq tapan, sonra  isə burada çar 
Turadatın (ermənicə Tiridat//Trdat) qəzəbinə 
gələn bakirə Ripsimenin Ģəhid olduğu yerdə IV 
yüzilin əvvəllərində Maarifçi Qriqori tərəfindən 
sovməə  ucaldılmıĢ,  618-ci  ildə  isə  katolikos 
Qamata (ermənicə "Komitas" - Ə.Ə.) (612-621) 
həmin  sovməənin  yerində  əzəmətli  məbəd 
tikdirmiĢdir. 
Sonrakı  yüzillərdə  məbəd  kompleksinə 
yeni  tikililər  artırılmıĢ,  1653-cü  ildə  isə  köklü 
Ģəkildə  bərpa  edilərək  ona  bir  çox  erməni 
elementləri əlavə olunmuĢdur. 
Məbədin  ətrafında  yerləĢən  kəndlərdə 
tarix  boyu  Türk-Oğuz  boyları  yaĢamıĢlar.  Bu 
yerlərə  ermənilərin  ilk  gəliĢi  XV  yüzilin 
ortalarına təsadüf edir. 
 
 
 
 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,1852,  стр.682;  Х.Ф.Б.Линч.  Армения  (Путевые 
очерки и этюды), т 1, Тифлис, 1910, стр.297-410; Н.Г.Буниатов, Ю.С.Яралов. Архитектура 
Армении,  М.,  1950,  стр.54-55;  В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского 
зодчества,  М.,  1951,  стр.  40-41;  Архитектурные  памятники  Армении,  М.,  1974,  стр.6; 
M.Kağankataylı.  Albaniya  tarixi,  В.,  1993,  səh.21-23;  Ə.Ələkbərli.  Qədim  Türk-Oğuz  yurdu  - 
"Ermənistan", В., 1994, səh.162-166. 
 
 
 


37 
 
Qayana 
arman-türk 
xristian  məbədinin 
müxtəlif görünüĢləri (VII yüzil). 
 
QAYANA MƏBƏDĠ 
 
Üçkilsə  (12.03.1945-ci  ildən  - 
Eçmiədzin)  rayonu  ərazisində,  Üçkilsə 
məbədindən  təxminən  0,5  km  cənubda 
arman-türk xristian məbədi. 
III yüzilin sonlarında öz rəfiqələri 
ilə  Romadan  Armaniyaya  qaçan  bakirə 
Ripsemenin  dayəsi  Qayananın  (bəlkə 
də "Dayə ana") çar Turadatın qəzəbinə 
gələrək qətlə yetirildiyi yerdə IV yüzilin 
əvvəllərində  Maarifçi  Qriqori  tərəfindən 
sovməə  tikilmiĢ,  630-cu  ildə  Əzrənin 
patriarxlığı  dövründə  (628-640)  isə  bu 
sovməənin  yerində  məbəd  ucaldılmıĢdır. 
1652-ci ildə məbəd  yenidən bərpa  edilmiĢ, 
bu  vaxt  ona  bir  çox  erməni  elementləri 
əlavə olunmuĢdur. 
Məbədin 
ətrafında 
yerləĢən 
kəndlərdə  tarix  boyu  Türk-Oğuz  boyları 
yaĢamıĢlar.  Bu  yerlərə  ermənilərin  ilk 
gəliĢi XV yüzilin ortalarına təsadüf edir. 
 
 
 
 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения к Российской империи, С-п.,1852, стр.682; А.Берже. Кавказ в археологическом 
отношении, Тифлис, 1875, стр.171; Х.Ф.Б. Линч. Армения (Путевые очерки и этюды), т 1, 
Тифлис,  1910,  стр.  297-407;  В.М.Арутюнян,  С.А.Сафарян.  Памятники  армянского 
зодчества,  М.,  1951,  стр.41-42;  Н.М.Токарский.  Архитектура  Армении  IV-XIV  вв.,  Ереван, 
1961,  стр.  101;  Г.О.Асратян.  Ереван  и  его  окрестности,  Л.,  1973,  стр.5;  M.Kalankatuklu. 
Albaniya tarixi, В., 1993, səh.21-23; Ə.Ələkbərli Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, 
səh.162-166. 
 
 
 


38 
 
Qədim arman-türk abidəsi olan Dvin məbədi və sarayının qalıqları (VII yüzil). 
 
DVĠN SARAYI VƏ MƏBƏDĠ 
 
Gərnibasar  mahalında,  Qəmərli  (04.09.1945-ci  ildən  -  ArtaĢat)  rayonunun 
Dvin kəndinin xarabalıqlarında aĢkar edilmiĢ qədim saray və məbəd qalıqları. 
Mənbələr  350-ci  ildə  Arman 
çarı  II  Xosrov  tərəfindən  salınmıĢ  və 
Armaniyanın  paytaxtına  çevrilmiĢ 
Dvin  Ģəhərindəki  həmin  məbəd  (22  m 
X  43  m)  572-ci  ildə  farslar  tərəfindən 
dağıdılmıĢ,  sonra  türksoylu  Sembat 
Baqrat  (608-615)  tərəfindən  yenidən 
tikilməyə  baĢlanmıĢ  və  az  sonra 
katolikos Qamata (612-621) tərəfindən 
tamamlanmıĢdır. 
893-cü  il  zəlzələsi  zamanı  məbəd,  1236-cı  ildə  monqol-tatar  hücumları 
zamanı isə Dvin Ģəhəri tamamilə yerlə-yeksan olunmuĢdur. 
Dvinlilər  qədimdən  atəĢpərəst  olmuĢ,  IV  yüzildə  Armaniyada  xristianlığı 
qəbul etmiĢdilər. 450-ci ildə Arman knyazları Dvinə yığıĢaraq xristianlıqdan imtina 
etmiĢ, təzədən öz əvvəlki dinlərinə - atəĢpərəstliyə qayıtmıĢdılar. 
Dvin saray və məbəd qalıqlarının aĢkar edildiyi Dvin  kəndində 1828-ci ilə 
qədər  ancaq  Azər  türkləri  yaĢamıĢlar.  Kəndə  ilk  ermənilər  (36  ailədə  132  nəfər) 
1828-ci ildə Ġranın Xoy və Salmas Ģəhərlərindən köçürülüb gətirilmiĢlər. 
 
ƏDƏBİYYAT: И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее 
присоеденения  к  Российской  империи,  С-п.,1852,  стр.  273-276;  Сборник  сведений  о  Кавказе 
(Списки населенных мест Кавказского края по сведениям 1873 года), Эриванская губерния, 5 
т., Тифлис, 1879, N:123; М.Хоренский. История Армении, М., 1893, стр. 148; В.М.Арутюнян, 
С.А.Сафарян. Памятники армянского зодчества, М., 1951, стр.39-40, 46; Ə.Ələkbərli, "Qərbi 
Azərbaycan",  I  cild,  В.,  2000,  səh.458-460;  Ə.Ələkbərli,  "Qərbi  Azərbaycan",  II  cild,  Zəngibasar, 
Gərnibasar və Qırxbulaq mahalları, В., 2002, səh.425-428. 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə