F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə128/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   124   125   126   127   128   129   130   131   ...   161

 

644 


–  Nelli,  get  bir  az  uzan,  sən  axı  yorulmusan:  gör  nə 

qədər  oyan-buyana  qaçmısan,  –  zarafat  deyil  ki!  Bu  axı, 

xəstəlikdən  sonra  sənə  ağır  olur:  uzan,  əzizim,  uzan.  İvan 

Petroviç, biz də hələlik burdan gedək, buna mane olmayaq, 

qoy yatsın. – Aleksandra Semyonovna göz vurdu ki, mən də 

onunla bərabər mətbəxə gedim. 

Ancaq  Nelli  uzanmadı,  divanın  üstündə  oturub,  əlləri 

ilə üzünü örtdü. 

Biz mətbəxə getdik. Aleksandra Semyonovna ayaqüstü 

mənə məsələnin nə yerdə olduğunu söylədi. Sonra bu barədə 

mən daha ətraflı məlumat aldım. Məsələ belə olmuşdu. 

Nelli  mənim  gəlməyimə  iki  saat  qalmış  kağızı  yazıb 

stolun üstünə qoyur, əvvəl qaça-qaça qoca həkimgilə gedir. 

Onun  adresini  əvvəlcədən  öyrənibmiş.  Həkim  deyirdi  ki, 

mən  Nellini  evimdə  görəndə  donub  qaldım,  nə  qədər  ki,  o 

mənim  yanımda idi “mən öz gözlərimə inanmırdım”. Sonra 

sözünü  qurtararaq  əlavə  etdi:  –  “Mən  indi  də  buna 

inanmıram, heç inanmayacağam da!” Amma Nelli doğrudan 

da  onlara  gedibmiş.  Həkim  əynində  xələt,  öz  kabinetində, 

kresloda  sakitcə  oturub  qəhvə  içirmiş,  birdən  Nelli  yüyürə-

downloaded from KitabYurdu.org



 

645 


yüyürə içəri girib onun boynuna atılır. O ağlayırmış, qocanı 

bağrına basıb üzündən, əllərindən öpürmüş, sözləri rabitəsiz 

söyləsə  də  yalvarırmış  ki,  məni  götürün,  öz  yanınızda 

saxlayın:  mən  daha  onun  yanında  yaşamaq  istəmirəm, 

yaşaya da bilmirəm: bu mənim üçün ağırdır, mən daha sizə 

gülməyəcəyəm,  təzə  paltardan  danışmayacağam,  özümü 

yaxşı  aparacağam,  oxuyacağam,  “sizin  manişkalarınızı 

yumağı, ütüləməyi öyrənəcəyəm” (görünür, o nə deyəcəyini 

yol uzunu düşünmüş, ya bəlkə, daha əvvəldən fikirləşibmiş), 

sizin sözünüzdən çıxmayacağam, hər gün də hər cür paroşok 

içəcəyəm. Onda ki mən demişdim sizə ərə gedəcəyəm – mən 

bunu zarafat üçün demişdim, belə bir şey mənim heç ağlıma 

da  gəlmir.  –  Qoca  alman  o  qədər  özünü  itiribmiş  ki,  Nelli 

danışıb qurtarana kimi, ağzı açıq oturmuş, siqar tutduğu  əli 

də  havada  qalıbmış,  siqar  yadından  çıxmış,  elə-belə  də 

sönüb getmişdi. 

Nəhayət,  o  bir  az  danışmaq  qabiliyyətini  əldə  edərək 

demişdi: 

–  Madmazel,  madmazel,  mən  sizin  söylədiklərinizdən 

belə  başa  düşdüm  ki,  siz  xahiş  edirsiniz  ki,  mən  sizi  öz 

downloaded from KitabYurdu.org



 

646 


yanımda  saxlayım.  Ancaq  bu  mümkün  olan  şey  deyil!  Siz 

görürsünüz ki, mən çox sıxıntı içində yaşayıram, həm də elə 

bir  gəlirim  yoxdur…  Nəhayət,  heç  düşünmədən,  birdən-

birə…  Bu  dəhşətdir!  Nəhayət,  mən  belə  görürəm  ki,  siz  öz 

evinizdən  qaçmısınız.  Bu  heç  də  tərifə  layiq  bir  şey  deyil, 

heç  mümkün  olan  şey  deyil…  Nəhayət,  mən  sizə  az 

gəzməyə,  həm  də  günəşli  bir  gündə,  öz  vəli-nemətinizin 

nəzarəti altında gəzməyə icazə vermişdim: amma siz öz vəli-

nemətinizi  atıb  mənim  yanıma  qaçırsınız,  bir  halda  ki,  siz 

gərək  özünüzü  qoruyasınız...  Özü  də...  dərman  içəsiniz. 

Nəhayət... nəhayət, mən heç bir şey başa düşə bilmirəm... 

Nelli ona sözünü qurtarmağa macal vermir. O yenə də 

ağlamağa, yalvarmağa başlayır, lakin bunun heç bir nəticəsi 

olmur.  Qoca  get-gedə  buna  daha  artıq  heyrət  edir,  heç  bir 

şey  başa  düşə  bilmir.  Axırda  Nelli  qocadan  əl  çəkir:  “Ah, 

ilahi!”  deyərək  çığırıb  otaqdan  qaçır.  Həkim  başına  gələn 

əhvalatı söyləyib qurtardıqdan sonra əlavə etdi: “Mən bütün 

günü xəstələndim, gecə yatandan qabaq dekokt içdim…” 

Nelli 

oradan 


Masloboyevgilə 

qaçır. 


O, 

Masloboyevgilin  də  adresini  öyrənibmiş,  çətinlik  çəksə  də, 

downloaded from KitabYurdu.org



 

647 


onların  da  evini  axtarıb tapır.  Masloboyev  evdə imiş.  Nelli 

xahiş  edəndə  ki,  məni  öz  yanınızda  saxlayın,  Aleksandra 

Semyonovna  əlini  əlinə  çırparaq  quruyub  qalır.  Soruşur  ki, 

sən niyə axı, gəlib burda qalmaq istəyirsən, orada sənin üçün 

pis keçirmi? – Nelli cavab vermir, hönkür-hönkür ağlayaraq 

özünü stula yıxır. Aleksandra Semyonovna bu əhvalatı nəql 

edərkən  deyirdi  ki:  “O  elə  hönkür-hönkür  ağlayırdı  ki, 

deyirdim ki, indicə bundan ölər”. Nelli yalvarıb deyirmiş ki, 

məni  heç  olmasa,  qulluqçu  ya  aşpaz  götürün,  mən  evinizi 

süpürərəm,  paltar  yumağı  öyrənərəm  (o  paltar  yumağa 

xüsusi bir ümid bağlayır, qəbul olunması üçün bunu ən əsas 

bir şey hesab edirmiş). Aleksandra Semyonovnanın fikri bu 

imiş  ki,  məsələni  aydınlaşdırana  kimi,  onu  öz  yanında 

saxlasın,  lakin  bu  barədə  mənə  məlumat  versin.  Filipp 

Filippıç isə buna qəti etiraz edir, tapşırır ki, qızı bu saat geri 

aparsın.  Yolda  Aleksandra  Semyonoviç  onu  qucaqlayıb 

öpürmüş, Nelli də bu vaxt daha artıq ağlamağa başlayıbmış. 

Aleksandra Semyonovna da ona baxıb ağlamışdı. Bu qayda 

ilə arabada gələ-gələ bütün yol uzunu ağlamışdır. 

downloaded from KitabYurdu.org




 

648 


Aleksandra 

Semyonovna 

gözyaşı 

tökə-tökə 

soruşurmuş: 

– Niyə axı, Nelli, niyə sən onunla yaşamaq istəmirsən? 

Yoxsa, o səni incidir? 

– Yox, incitmir... 

– Bəs onda niyə yaşamırsan? 

Nelli hönkür-hönkür ağlayaraq deyirmiş: 

–  Elə-belə,  yaşamaq  istəmirəm...  Yaşaya  bilmirəm... 

Mən  onunla  həmişə  acıqlı  oluram...  Amma  o  rəhmli 

adamdır... Sizdə mən acıqlı olmayacağam, işləyəcəyəm... 

– Nelli, niyə axı sən onunla acıqla olursan?.. 

– Elə... 

Aleksandra  Semyonovna  gözyaşını  silərək  sözünü 

tamamladı: 

– Mənim ondan aldığım cavab ancaq bu “elə” oldu. Bu 

nə  başıbəlalı  qızdır!  Ürəkgetməsi  var,  nədir?  İvan  Petroviç, 

siz nə fikirdəsiniz? 

Biz Nellinin yanına qayıtdıq, o uzanaraq, üzünü balışa 

qoyub  ağlayırdı.  Mən  onun  qarşısında  diz  çökdüm,  əllərini 

əlimə  alıb  öpməyə  başladım.  O,  əllərini  geri  çəkərək,  daha 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə